Birbaşa enerji çeviriciləri



Yüklə 364,17 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix29.03.2023
ölçüsü364,17 Kb.
#90973
  1   2   3
Birbaşa enerji çeviriciləri



Birbaşa enerji çeviriciləri 
Fotoelektrik çevirici – foton enerjisini elektrik enerjisinə çevirən yarımkeçirici bir 
cihazdır. 
İşıq enerjisinin elektrikə çevrilməsi cismin atom quruluşu səviyyəsində baş verir. 
Silisium Fotoelektrik çeviricilərin istehsalı üçün ən çox yayılmış materialdır. 
Qeyd: 
Silisium — 
Kimyəvi elementlərin dövri cədvəlində
 14-cü element. Yer 
kürəsində 
oksigendən
 sonra ən çox yayılmış ikinci elementdir (28%). 
Silisium iki allotrop şəkildəyişməyə malikdir – kristal və amorf silisium. Kristal Si 
metal parıltılı, çətinəriyən, çox bərk, tünd-qonur rəngli maddədir. Quruluşu almazın 
quruluşu ilə oxşardır. Kristal Si – yarımkeçiricidir, o, cüzi elektrik keçiriciliyinə 
malikdir. Onun əsasında hazırlanmış fotoelementlər udulan günəş enerjisinin 10%-
ə qədərini elektrik enerjisinə çevirir. 
Silisium metallurgiyada yüksək istiliyə və turşulara davamlı silisiumlu poladların 
alınmasında, çox təmiz silisium isə işıq enerjisini elektrik enerjisinə çevirən günəş 
batareyalarının hazırlanmasında istifadə olunur. 
Hər bir fotoelektrik çeviricisi kiçik ölçülü (təxminən 0,5 V) bir gərginlik istehsal edə 
bilər, buna görə də ayrı-ayrı elementlər modullara, modullar isə panellərə yığılır. 
Fotoelektrik çeviricilərdə elektromaqnit günəş şüalarının enerjisinin çevrilməsi 
fotovoltaik effektə əsaslanır, hansı ki, yarımkeçirici strukturlarda onlara günəş 
şüalanmasının məruz qaldıqda yaranır. 
Fotovoltaik effekt (fotoqalvanik effekt) kimyəvi və fiziki hadisədir və işığın 
təsiri altında bir maddədə gərginliyin və ya elektrik cərəyanının yaranması ilə 
xarakterizə olunur. 
Hazırda fotoelektrik çeviricilərin üstünlük təşkil edən tətbiq sahəsi Yerin süni 
peykləri, orbital stansiyalar, planetlərarası zondlar və digər kosmik uçuş aparatlarır. 


Fotoelektrik çeviricilərin əsas üstünlükləri: 

İstismar zamanı ətraf mühitə çirkləndirici maddələr yoxdur; 

yanacaqlara qənaət; 

Hərəkət edən elementlərin olmaması, quraşdırmanın yüksək istismar 
etibarlılığı, 20 il və ya daha çox xidmət müddətini təmin edir; 

Aşağı istismar xərcləri; 

İstifadəçilərin faktiki ehtiyaclarına uyğun olaraq sistemin modul prinsipi 
(quraşdırmanın gücünü artırmaq üçün panellərin sayını artırmaq kifayətdir). 
Fotoelektrik çeviricilərin əsas çatışmazlıqları: 

Xüxusi konstruksiyasının yüksək qiyməti; 

Günəşin istiqamətləndirilməsi üçün qurğuların zəruriliyi; 

Yerin fırlanma və hava şəraiti səbəbindən qeyri-sabit enerji istehsalı; 

Fotoelektrik çeviricilərin səthinin tozdan təmizlənməsi ehtiyacı. 

Kosmik gəminin orbitə buraxılmasından sonra günəş batareyası panellərini 
açan mexanizmlərin mürəkkəbliyi; 

İşıqlandırmanın yoxluğunda işləməməsi; 

Şüalanmış səthlərin nisbətən böyük sahələri. 

Yüklə 364,17 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin