Birbaşa enerji çeviriciləri



Yüklə 364,17 Kb.
Pdf görüntüsü
səhifə3/3
tarix29.03.2023
ölçüsü364,17 Kb.
#90973
1   2   3
Birbaşa enerji çeviriciləri

Elektrohərəkət qüvvəsi — sabit və ya dəyişən cərəyan mənbələrində kənar (qeyri-
potensial) qüvvələrin təsirini xarakterizə edən fiziki kəmiyyət; qapalı dövrədə vahid 
müsbət yükü hərəkət etdirən həmin qüvvələrin gördüyü işə bərabərdir. 
Zeebek effekti bəzən termoelektrik effekt də adlanır. Zeebek effektinə əks olan 
effektə Peltye effekti deyilir.
Peltye müəyyən etmişdir ki, iki müxtəlif metalın lehimlənməsindən ibarət dövrədən 
cərəyan keçərkən Coul-Lens istiliyindən əlavə lehim nöqtələrinin birində istilik 
ayrılır, o birində istilik udulur. Bu hadisə Peltye effekti adlanır. Əgər dövrədə 
cərəyanın istiqaməti dəyişsə Peltye effektinin işarəsi dəyişir. Yəni əvvəlcə qızan 
lehim soyuyur, soyuyan lehim isə qızır. Peltye effektini şəkil 1-dəki sxem üzrə 
müşahidə etmək olar. 1 və 2 metallarının ucları lehimlənmiş və bu sistem-dən 
cərəyan buraxılmışdır. Əgər A - nöqtəsində istilik ayrılırsa, B -nöqtəsində istilik 
udulur. Ayrılan və ya udulan Peltye istiliyini təyin etmək üçün lehim nöqtələri 
içərsində su olan kalorimetrə qoyulur. Temperaturu təyin etmək üçün kalorimetrlərə 
həssas termometr salınır. 
Şək. 1. 
Lehimləmə əritmə ilə birləşdirmə emal növünə aid olub, termiki təsirin köməyi ilə 
lehimləyici materialı əridərək maye faza və ya səthi 
diffuziya
 yaratmaqla hissələri 
birləşdirmək üçün tətbiq edilir.


Diffuziya - bir maddənin atom və molekullarının öz-özünə digər maddənin atom və 
molekullarına qarışması hadisəsinə deyilir.
Termoemissya çeviricisi — Termoelektron emissiyasının effektinin istifadəsinə 
əsaslanan istilik enerjisini elektrik enerjisinə çevirən vasitədir.
Elektron emissiyası bərk cisimlərdən və ya mayelərdən elektronların buraxılması 
hadisəsidir. 
İstilik nəticəsində yaranan elektron emissiyasına termoelektron emissiya (TE) 
deyilir. 
Bir lampalı dioddur, onun katotuna istilik verilir, onu yüksək temperatura qədər 
qızdırır. İstilik və kimyəvi enerjinin elektrik enerjisinə çevrilməsinin digər üsulları 
ilə müqayisədə termoemissiya metodu aşağıdakı üstünlüklərə malikdir: 

çıxış gücünün vahidi üzrə ən aşağı çəki xarakteristikaları və soyuducunun-
anodun yüksək temperaturunda işləmək imkanı; 

onlarda hərəkət edən hissələrin olmaması; 

yüksək etibarlılıq və kompaktlıq (kiplik) ; sistematik texniki xidmət olmadan 
istismar imkanı; 
Termoemissiya çeviricisinin bu üstünlükləri nüvə reaktorlarından istifadə edərək 
kosmik aparatlar üçün avtonom enerji generatorları yaratmaq üçün istifadə edilə 
bilər.
Termoemissiya çeviricilər adi istilik elektrik stansiyalarında istilik enerjisinin 
elektrik enerjisinə çevrilməsinin səmərəliliyini artıran əlavələr kimi də istifadə edilə 
bilər. Dünyada ilk termoemissiya çevirici-reaktor ("Topaz-1" qurğusu) 1970-ci ildə 
SSRİ-də yaradılmışdır. 

Yüklə 364,17 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin