Birbaşa enerji çeviriciləri



Yüklə 364,17 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix29.03.2023
ölçüsü364,17 Kb.
#90973
1   2   3
Birbaşa enerji çeviriciləri

Termoelektrik çevirici 
Termocüt — bir və ya bir neçə eynicinsli olmayan naqillərin (termoelektrodların) 
bir-birləri ilə birləşməsindən əmələ gələn elektrik qurğusu. Termocüt 
termoelektrik 
effekti
 nəticəsində temperaturdan asılı 
gərginlik
 hasil edir və bu gərginlik 
temperaturun 
ölçülməsində 
istifadə 
olunur. 
Termocütlər 
temperatur 
sensorlarının
 geniş istifadə olunan növlərindən biridir.
Termocütlər ucuz, bir-birini əvəz edə bilən, standart girişlə təmin olunmuş və 
temperaturu geniş həddə ölçmə qabiliyyətinə malik qurğulardır. Temperaturun 
ölçülməsində digər metodlardan fərqli olaraq, termocütlər özü qidalanır və xarici 
qida mənbəyinin olmasını tələb etmir. Termocütlərin əsas məhdudiyyəti onların 


dəqiqliyidir. Bir dərəcə 
selsidən
 (°C) daha az xətalı sistemləri hazırlamaq , çətin 
başa gəlir.
Termocütlər sənayedə geniş istifadə olunur. Termocütün tətbiq olunduğu sahələrə 
sobalar, 
qaz 
turbinlərində
 işlənmiş 
qazı 
çıxarmaq 
üçün 
borular, 
dizel 
mühərrikləri
 və digər sənaye proseslərini misal göstərmək olar. Termocütlər 
termostatlarda temperatur sensorları kimi yaşayış binaları, idarə və müəssisələrdə də 
istifadə edilir. 
Termoelemtlərin iş prinsipi-iki müxtəlif 
metalın kontaktında
 
cərəyanın
 yaranması 
hadisəsinə əsaslanır. Belə kontaktlardan ibarət olan şüalanma qəbulediciləri 
termoelementlər adlanır. Adətən iki nazik 
metal
 təbəqə 
gümüş
lə lehimlənir. 
Kontaktda metal əvəzinə yarımkeçirici də ola bilər. Metalların sərbəst ucları xarici 
dövrəyə qoşulur və 
qalvanometr
lə qapanır.
Qalvanometr (qalvano — 
Luigi Qalvaninin
 soyadı və 
q.yun.
 metreo — ölçürəm) 
çox zəif cərəyan şiddətini, yaxud 
elektrik sahəsinin
 gərginliyini qeydə alan 
yüksək həssaslıqlı elektrik ölçü cihazı. 
Xarici təsirlərə ən dayanıqlı birləşmə bir-biri ilə əks qütblərdə qoşulan iki 
etrmoelement cütü ola bilər. Bu zaman onlar ardıcıl şəkildə elə birləşdirilir ki, 
elektrik hərəkət qüvvələri bir-birinə əks istiqamətdə yönəlsin. Belə birləşmədə 
termoelementlər bir-birinə yaxın olduğundan xarici təsirlərə eyni cür məruz qalırlar 
və adi halda heç bir cərəyan vermirlər. Əgər onları növbə ilə şüalandırsaq, onlar 
müxtəlif işarəli eyni qədər kənaraçıxmalar göstərər.
Termocütlər böyük həssaslığa malikdirlər və ona görə də ən kiçik temperatur fərqini 
ölçə bilirlər. Çox vaxt termocütün həssaslığını artırmaq üçün onları termobatareyalar 
şəklində birləşdirirlər. 
Zeebek effekti müxtəlif temperaturlarda olan aralarındakı əlaqələr ardıcıl olaraq 
birləşdirilmiş müxtəlif keçiricilərin uclarında EHQ-nin yaranması. 



Yüklə 364,17 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin