Mexaniki dalğalar başa düşülür. Səs mənbəyindən


Elektroakustik çeviricilərin xassəsi



Yüklə 444,28 Kb.
səhifə4/34
tarix20.11.2023
ölçüsü444,28 Kb.
#163246
1   2   3   4   5   6   7   8   9   ...   34
KOMMUTASİYA-SİSTEMLƏRİ-MÜHAZİRƏLƏR

Elektroakustik çeviricilərin xassəsi

Telefonun və mikrofonun iş keyfiyyəti onların həssaslığına görə xarakterizə edilir.


Mikrofonun yaratdığı elektrik hərəkət qüvvəsinin onun membranına təsir edən səs təzyiqinin qiymətinə olan nisbətinə mikrofonun həssaslığı deyilir.
Qulaq sahəsində telefonun yaratdığı səs təzyiqinin telefonun sıxaclarındakı gərginliyə olan nisbətinə telefonun həssaslığı deyilir.
Telefon aparatlarinın mikrofonlarının qidalanması

Telefon rabitəsini təşkil etmək üçün mikrofon dövrəsinə sabit qida mənbəyi-akkumlyator batareyası qoşulmalıdır. Kömür mikrofonu iki üsulla qidalandırılır:


1.Fərdi batareya üsulu.
2.Mərkəzləşdirilmiş qida üsulu.
Birinci üsulda mikrofonun qida dövrəsinə ardıcıl olaraq akkumlyator batareyası qoşulur
Qida mənbəyi kimi 48 və 60 voltluq akkumlyator körpü ilə abunəçi xətlərinə qoşulur. Buna qidalandırıcı körpü də deyilir. Qida körpüsü cərəyanı ayıran və danışıq tezlikli cərəyanı hər iki istiqamətə
buraxan süzgəc rolunu da görür.
İkinci üsul isə mərkəzləşdirilmiş qida üsulu. Bu üsulda ATS-ə qoşulmuş telefon aparatlarını mikrofonları ATS-də qurulmuş mərkəzi akkumulyator batareyasına və ya düzləndirici qurğuya paralel qoşulur.
Dəyişən maqnit selləri transformatorların nüvəsində yaranan sabit maqnit seli ilə toplanaraqümumi halda telefonların membranasını cəlb edən mexaniki qüvvəni artırır. Nəticədə telefonların membranaları səs tezlikli elektriki rəqsinin tezliyinə uyğun mexaniki rəqsə gəlir və hər iki abunəçi bir-birinieyni vaxtda eşidir. Hal-hazırda mikrofonlar mərkəzləşdirilmiş qida üsulu qidalanır. Birinci üsuldan ancaq kabel cütlərinin təyin edilməsində və xüsusi məqsədlərlə istifadə edilir.

Telefon rabitəsində siqnallaşmanın mahiyyəti və növləri.

Müasir tipli ATS –in ümumi istifadə telefon şəbəkələrində tətbiqi avtomatik olaraq tətbiq edilən siqnallaşma sistemlərində yeniləri ilə əvəz edilməsinə, onun texniki ünvanlarının artmasına və yeni xidmət növlərinin yaranmasına gətirib çıxardır.


Belə ki, rəqəm sistemli stansiyalarda istifadə edilən siqnallaşma sistemləri müxtəlif yaddaşlı MP-rın həm sürətinin artmasına həmdə buraxma qabiliyyətinin genişlənməsinə ciddi təsir göstərmişdir.
Digər bir müsbət cəhət kimi bu stansiyalarda servis xidməti növlərinin yəni intelektual xidmətlərinin təşkili göstərmək olar.
Əslində siqnallaşma sistemləri ən qabaqcıl informasiya texnologiyaların sürətli inkişafında mühüm rol oynamışdır.
Bir çox texniki ədəbiyyat mənbələrinə əsaslanaraq siqnallaşma sistemlərinin inkişafı 5 mərhələyə bölmək olar.
1 mərhələ- bu mərhələ birbaşa dekada addım sistemli ATS yaranmasına təsadüf edir. BU stansiyalarda funksional siqnalların yəni xətt və idarəedici siqnalların təşkili üçün eyni danışıq kanalları istifadə edilmişdir.
2-cı mərhələ. Bu mrəhədə dolayı idarə üsulu kordinat sistemli ATS-in yaranmasına təsadüf edir. Bu stansiyalarda siqnallaşma selləri danışıq kanalları ilə verilişi təşkil etsə də özünəməxsus xüsusiyyətləri olmuşdur. Buradan məhdud sayda 15 ədə müxtəlif təyinatlı siqnalın verilməsinə imkan yaranmışdır. Bunlardan sorğu, təsdiq, nömrədəki ayrı-ayrı rəqəmlərin təkrarı, nömrənin tam təkararı, səhvli nömrələrin aşkar edilməsi və s. göstərmək olar. 2 mərhələdə siqnallaşma sistemi çoxtezlik üsulu adını almış və bu məqsədlə beş ədəd tonal tezlikdən istifadə edilmişdir.
Texniki ədəbiyyatda buna 5 saylı siqnallaşma sistemi adı verilmişdir. Bu gün də 5 saylı siqnallaşma sistemi abunəçilərə müvəffəqiyyətlə xidmət edir.
3 mərhələ. Bu mərhələ anoloq sistemli KAMA aparatlarının yaranmasına təsadüf edir. Buna R2 siqnallaşma sistemi və ya “ayrılmış kanal üsulu” siqnallaşma sistemi adı verilmişdir.
Bu sistemdə siqnallaşma sellərini vermək üçün tezliyi tonal tezliyindən kənarda yerləşən3825 hs olan fərdi ayrılmış tonaldan istifadə edilmişdir.

R2 siqnallaşma sistemində idarəedici siqnallar bir kabelli iki zolaqlı üsulla verilməklə cəmi 12 ədəd iki tezlikli siqnallardan istifadə edilmişdir. R2 sistemi ilə iki naqilli yüksək veriliş sürətli infor sellərini tranlasiya etmək mümkün olmuşdur .


4-cü mərhələ. Bu mərhələdə idraəetmə olunma proqramı əvələcədən yazılmış və montaj edilmiş kvazi elektron stansiyaların yaranmasına təsadüf eidr. Bu stansiyalarda funksional siqnalları vermək üçn ilk dəfə stansiyanın daxilində ümumikanal siqnallaşması tətbiq edilməyə başlanmışdır. Stansiyalararası rabitə sıxlaşdırma sistemini tətbiq etməklə siqnallaşma sellərini müstəqil kanala verilişi təşkil edilirdi. Nəticədə danışıq kanallarının səmərəliliyini xeyli artırmaq mümkün olmuşdur.
5 mərhələ. İnkişaf mərhələsi olaraq rəqəm və paket sismeli stansiyaların yaranmasına təsadüf edir. Burada istər şəbəkədə, istərsə də stansiya səviyyəsində dotoqram rejimində işləyən və veriliş sürəti 64 kilobit|/ saniyə olan müstəqil fəaliyyət göstərən diskret ümumi siqnal kanallarından istifadə edilmişdir. Bu da öz növbəsində ümumi kanla siqnallaşma sistemini tələb edir. Mahiyyət etibarı ilə bu kanal komutasiya metodunun sonu və paket komutasiya metodunun inkişafı deməkdir. Ümumkanal siqnallaşma sistemində siqnallaşma selləri artıq paket formasında müstəqil siqnallaşma kanalı ilə verilir. Müasir komutasiya sistemlərində 7 nömrəli ümumkanla siqnallaşması sistemi ilə bərabər digər mərkəzləşdiirlmiş siqnallaşma sistemləri, məsələn H323, H248, H225, SİP və s. işlənir.



Yüklə 444,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin