Mənalı istirahətimizin ünvanı «TƏBİB» 700 bal toplayan üç



Yüklə 15,74 Mb.
Pdf görüntüsü
səhifə1/44
tarix02.01.2022
ölçüsü15,74 Mb.
#1822
  1   2   3   4   5   6   7   8   9   ...   44


Mənalı 

istirahətimizin 

ünvanı - 

«TƏBİB»

700 bal toplayan üç 

tələbə ATU-nu seçib

 

 



 

 

                  



Qəzet 1933 -cü ildən çıxır.                 № 14 (1632) 31 avqust 2016 - cı il                           Qiyməti 50 qəpik

3

Nuru  Bayra mov: 

 

«Sirrozu artıq 

sağala bilən xəstəlik 

kimi qəbul edirik»

6

Əməkdaşlarımız Təhsil 

Nazirliyində görüşə qatılıblar

Bu  say ı m ı z d a

4-5

Hörmətli Olimpiada iştirakçıları!

Sizi – dünyanın bütün guşələrindən Bakı-

ya toplaşmış şahmatçıları səmimi qəlbdən 

salamlayır, hər birinizə möhkəm cansağ-

lığı, müvəffəqiyyət və xoş əhval-ruhiyyə 

arzulayıram. Əminəm ki, ölkəmizə xas 

qonaqpərvərlik və idmana olan dərin 

hüsn-rəğbət yarışların yüksək səviyyədə 

keçirilməsi üçün gözəl imkanlar yaradacaq-

dır.


Ümumdünya Şahmat Olimpiadasının 

bu günlərə təsadüf etməsi həqiqətən də 

əlamətdar hadisədir. Rio-de-Janeyro Olim-

piadasının zəngin təəssüratları ilə yaşayan 

Azərbaycan bu mötəbər şahmat yarışlarına 

böyük ruh yüksəkliyi ilə ev sahibliyi edir.

Tarix boyu Şərqlə Qərb arasında körpü 

rolunu oynamış ölkəmizdə qədim dövrlərdən 

şahmata daim böyük maraq müşahidə edil-

mişdir. Azərbaycan klassiklərinin əsərlərində 

və orta əsr miniatürlərində şahmat oyunu 

ilə bağlı süjetlər dolğun şəkildə öz əksini 

tapmışdır. Təqdirə layiqdir ki, Avropa 

səyyahlarının xatirələrində Azərbaycanda 

bu oyunun geniş yayılması və hətta qadınla-

rın belə, şahmat oynaması haqqında ətraflı 

məlumatlar verilmişdir.

XX əsrdə Azərbaycanda şahmatın yayılma-

sı kütləvi xarakter almış, müxtəlif səviyyəli 

mötəbər turnirlər keçirilməyə başlamışdır. 

İdmançılarımızın bu yarışlar-

da qazandığı uğurlar şahma-

tın bir idman növü kimi daha 

geniş vüsət almasına təkan 

vermişdir. Azərbaycanın bü-

tün bölgələrində uşaq şah-

mat məktəblərinin fəaliyyətə 

başlaması ölkəmizdə şah-

mata göstərilən xüsusi 

diqqətin təzahürüdür. Həmin 

amillər dövlət müstəqilliyinin 

bərpasından sonra bizim 

şahmat məktəbimizin in-

kişafına xidmət edərək bu 

sahədə dövlət siyasətinin 

əsas istiqamətlərini 

müəyyənləşdirmişdir.

Son illərdə şahmat üzrə 

dünya və Avropa miqyaslı 

yüksək statusa malik yarışların 

ölkəmizin paytaxtı ilə yanaşı 

bölgələrində də baş tutması 

Azərbaycanın dünyanın şah-

mat mərkəzlərindən birinə 

çevrilməsi yolunda atılmış mühüm addım-

dır. İnanıram ki, bu Şahmat Olimpiadası da 

ölkəmizdə bu intellektual oyunun təbliğinə 

öz layiqli töhfəsini verəcəkdir.

Ümidvaram ki, 42-ci Ümumdünya Şahmat 

Olimpiadası bu qədim oyunun tarixinə yeni 

uğurlu səhifələr yazacaq, ölkələr arasında 

sülhün və əmin-amanlığın bərqərar olmasına 

xidmət göstərəcəkdir.


Yüklə 15,74 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin