Mənalı istirahətimizin ünvanı «TƏBİB» 700 bal toplayan üç


Könül Dəmir qızı Xəlilova 1949-



Yüklə 15,74 Mb.
Pdf görüntüsü
səhifə4/44
tarix02.01.2022
ölçüsü15,74 Mb.
#1822
1   2   3   4   5   6   7   8   9   ...   44
Könül Dəmir qızı Xəlilova 1949-

cu ildə Bakı şəhərində anadan 

olub. 1966-cı ildə 150 saylı orta 

məktəbi qızıl medalla bitirib.

1966-1972-ci  illərdə  N.Nərimanov 

adına Azərbaycan Dövlət Tibb İnstitu-

tunun müalicə-profilaktika fakültəsin-

də təhsil alıb.

Tələbəlik  illərində  elmə  göstərdiyi 

marağa və öz fəaliyyətində seçildiyinə 

görə,  1972-ci  ildə  Azərbaycan  Tibb 

İnstitutunun  hospital  terapiya  kafed-

rasında  baş  laborant  vəzifəsinə  təyin 

olunub.

Həmin  ildə  (1972)  Səhiyyə  Nazirliyi-

nin müvafiq göndərişinə əsasən Moskva 

şəhəri  Ümumittifaq  Kardiologiya  İns-

titutunun  “Ürək  çatışmazlığı  və  funk-

sional  diaqnostika”  şöbələrində  2  ay 

müddətində  təkmilləşdirmə  kursunda 

olub.


1975-ci  ildə  Azərbaycan  Tibb  İnsti-

tutunun  hospital  terapiya  kafedrasında 

assistent vəzifəsinə seçilib, 1986-cı ildə 

İ.M.Seçenov adına Birinci Moskva Dövlət 

Tibb  Universitetinin  Daxili  xəstəliklər 

kafedrasında 2 aylıq təkmilləşdirmə kur-

suna qatılıb.

1989-cu  ildə  ürək  çatışmazlığı  olan 

xəstələrdə “Ürək qlikozidlərinin və peri-

ferik  vazodilatatorların  tətbiqi”  mövzu-

sunda dissertasiya müdafiə edərək tibb 

elmləri namizədi alimlik dərəcəsi alıb.

1989-cu  ildə  I  daxili  xəstəliklər  ka-

fedrasının  dosenti  seçilib.  Kafedranın 

tədris  və  elmi  işlərində  fəal  iştirakına 

görə  fərqlənib,  sonrakı  illərdə  I  daxi-

li  xəstəliklər  kafedrasının  tədris-hissə 

müdiri vəzifəsinə təyin edilib.

Azərbaycan  Respublikası  Səhiyyə  Na-

zirliyi Həkimlərin Attestasiya Komissiya-

sının katibi olub. 

100-ə yaxın elmi məqalənin müəllifidir.

Son illərdə I daxili xəstəliklər və reani-

matologiya kafedrasında yerinə yetirilən 

“Ürəyin işemik xəstəliyinin (ÜİX) diaqnos-

tikası, müasir müayinə və müalicə üsul-

larının tətbiqin”ə dair elmi tədqiqatlarda 

yaxından iştirak edir.

Universitetin  daxili  xəstəliklər  ka-

fedrasında  tədris  planlarının  tərtib 

edilməsində də yaxından iştirak edir.


Yüklə 15,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin