Mənalı istirahətimizin ünvanı «TƏBİB» 700 bal toplayan üç



Yüklə 15,74 Mb.
Pdf görüntüsü
səhifə8/44
tarix02.01.2022
ölçüsü15,74 Mb.
#1822
1   ...   4   5   6   7   8   9   10   11   ...   44
Soltanlı Nihad

   

1999-cu ildə Sumqayıtda  anadan 

olub. 5 nəfərlik ailə üzvü ilə hazırda 

Bakıda yaşayır. Asudə vaxtlarında id-

manla (cüdo) məşğul olur. 2014-cü ildə 

dil və mədəniyyət festivalının mükafatı-

na layiq görülüb. Yeni layihələr qurmaq, 

fikir yürütməyi sevir. Bu bacarığına 

görə beynəlxalq İNEPO olimpiadasında 

ölkəmizi təmsil edən şagirdlərdən biri 

olub. Bu il 680 bal toplayaraq ATU-ya 

qəbul olub. Ən böyük arzusu  ehtiyacı 

olan ölkələrdə insanlara təmənnasız 

xidmət etməkdir. 



 İbrahimova Qumral Zəfər qızı  

 

1999-cu il aprelin 24-də Bakıda anadan 



olub.  2005-ci ildə Bakıda Tahir Hacıyev 

adına 252 saylı orta  məktəbin 1-ci sinfinə 

daxil olub. Həmçinin 2 saylı Ağdam mu-

siqi məktəbində fortepiano dərsləri  alıb. 

Dəfələrlə musiqi müsabiqələrində  iş-

tirak edərək, məktəbi layiqincə təmsil 

edib.  2009-cu ildə yüksək nəticə ilə  

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinə 

qəbul olunub. Oxuduğu müddətdə li-

seyin ictimai işlərində və dərslərdə qa-

zandığı müvəffəqiyyətə görə müdiriyyət 

tərəfindən təltiflərə layiq görülüb.                                                                                                               

2015 və 2016-cı illərdə bi-

ologiya fənni üzrə Respub-

lika fənn olimpiadalarına qatılaraq 3-cü yeri tutub.                                                                                                

2016-cı il iyunun 14-də Liseyi qızıl medalla bitirib və 661 bal toplaya-

raq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub.  

Ötən il haqq dünyasına qovuşan atası Zəfər İbrahimov da həkim 

imiş. 1987-ci ildə ATU-nu qırmızı diplomla başa vurubmuş. Peşəsini 

çox sevirmiş və qızını da özü kimi həkim görmək istəyirmiş. Çox 

təəssüf ki, vaxtsız əcəl ataya qızının ATU-ya qəbul olmasının sevin-

cini yaşamağa imkan vermədi. Yəqin qızının yüksək balla universitetə 

daxil olmasına ruhu şad olar. 

Qumral    asudə vaxtlarında piano ifa etməyi, rəsm çəkməyi, kitab 

oxumağı sevir. Arzusu atası kimi peşəkar həkim olub, insanların sağ-

lamlığının keşiyində durmaqdır.  




Yüklə 15,74 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin