“Mən fəxr edirəM ki, AzərbAycAnlıyAM!”


GÖrkəMli iPəkÇi-SelekSiyAÇı



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə8/105
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#3173
1   ...   4   5   6   7   8   9   10   11   ...   105
GÖrkəMli iPəkÇi-SelekSiyAÇı 

AliM

Azərbaycan Dövlət Aqrar Universitetinin 

Bitkiçilik və bitki mühafizəsi kafedrasının 

baş müəllimi, kənd təsərrüfatı üzrə 

fəlsəfə doktoru A.R.Hüseynov


bAyTArlıq

   Elmi-praktik jurnal

6

mazlıq işləri problemlərinin həllinə həsr et-



miş və dünya miqyasında tanınmış alim ol-

muşdur.  O,  dəfələrlə  Yaponiyaya,  Çinə, 

Belçikaya,  Fransaya,  Hindistana  və  başqa 

ölkələrə dəvət olunmuş, bu ölkələrin selek-

siyaçı alimləri ilə sıx əməkdaşlıq etmişdir. 

Keçmiş Sovet respublikalarında əv vəllər 

damazlıq ipəkqurdlarının yetişdiril məsinə 4 il 

vaxt sərf edildiyi halda, professor R.Hüsey-

novun işləyib hazırladığı təlimat bunu 2 ilə-

dək qısaltmış və bu təlimat bütün SSRİ-də 

tətbiq edilmişdir. Bu ölkəyə milyon manat-

larla qazanc əldə etməyə imkan yaratmışdır.

Respublikamızda  ipəkçiliyin  sürətli  in-

kişafı R.Hüseynovun apardığı böyük selek-

siya işlərinin nəticələri ilə bağlıdır. Alim se-

leksiya  və  damazlıq  işlərini  daha  da 

ge niş ləndirərək  yüksək  ipəkliliyi  ilə  fərq-

lənən  “Azərbaycan”,  yüksək  məhsul darlığı 

ilə  seçilən  “Azad”,  qurd  dövründə  cinsiy-

yətinə görə nişanlanmış “Zərif”, istiliyə dö-

zümlü “Aran” və “Şirvan”, yük sək ipək çı-

xımına görə fərqlənən “Gəncə-1”, “Gəncə-2”, 

“Gəncə-3” və s. cinsləri yaratmışdır. R.Hü-

seynov  ipəkçiliyin  seleksiya  və  damazlıq 

işlərinə  dair  60-dan  artıq  elmi  əsərin 

müəllifidir. Alimin bir sıra əsəri Çin, Yapo-

niya və Hindistanda nəşr olunmuşdur.

Professor R.Hüseynov 2 dəfə respublika 

Ali  Sovetinə  deputat  seçilmiş, Azər baycan 

KP  XX  və  XXII  qurultaylarının  nümayən-

dəsi olmuş, şəhər partiya komi təsinin üzvü, 

şəhər  sovetinin  deputatı,  “Bilik”  cəmiyyəti 

indiki  Gəncə  şəhər  idarə  heyətinin  sədri, 

futbol  federasiyasının  sədri,  Respublika 

Sülhü Müdafiə Komitə sinin üzvü kimi icti-

mai işlərdə səmərəli fəaliyyət göstərmişdir.

Görkəmli  alimin  rəhbərliyi  altında 

9 nəfər elmlər namizədi yetişmişdir. 

Professor  R.Hüseynovun  1941-1945-ci 

illərdə  Böyük  Vətən  müharibəsindəki 

sücaəti,  əməyi  və  elmi  fəaliyyəti  yüksək 

qiymətləndirilmişdir. O, Lenin ordeni, “Qı-

zıl  ulduz”,  “Şərəf  nişanı”  ordenlərinə,  bir 

sıra medallara və Azərbaycan SSR Ali So-

vetinin fəxri fərmanlarına, SSRİ XTNS-nin 

qızıl  medalına,  Miçurin  və  Paster  medalla-

rına layiq görülmüşdür.



7

Elmi-praktik jurnal   




Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin