“Mən fəxr edirəM ki, AzərbAycAnlıyAM!”


GÖrkəMli AliM, xeyirxAH inSAn



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə11/105
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#3173
1   ...   7   8   9   10   11   12   13   14   ...   105
GÖrkəMli AliM, xeyirxAH inSAn 

Azərbaycan Dövlət Baytarlıq Preparatlarına 

Elmi Nəzarət İnstitutunun direktoru

baytarlıq elmləri doktoru

professor İ.M.Əzimov


9

Elmi-praktik jurnal   



bAyTArlıq

yeni  attenuasiya  olunmuş  vaksin  ştammı  –  

27-AŞ  əldə  etmişdir.  Bu  ştammdan  hazır-

lanmış  vaksinin  immunitet  müddəti  Nyu-

Cersi  ştammından  2  dəfə  çox  olmaqla  bir 

çox  göstəricilərə  görə  üstünlüyə  malik  ol-

muşdur.  Bu  vaksinlə  keçmiş  SSRİ-nin 

8 respublikasinda 10-12 il ərzində 550 mln-

dan çox quş çiçək xəstəliyinə qarşı peyvənd 

edilmişdir. Alim sonralar bu vaksini daha da 

təkmilləşdirmiş və asan işlənən və bir dəfə 

vurmaqla  quşlarda  uzun  müddətli  immuni-

tet yaradan daha effektli və iqtisadi cəhətcə 

səmərəli  “Bakı”  ştammı  vaksinini  hazırla-

mış və əməkdaşları ilə birlikdə “Bakı” ştam-

mına  və  ondan  hazırlanan  vaksinə  görə 

müəlliflik şəhadətna məsi almışdır.

F.Şirinov  göstərilən  nailiyyətlərlə  kifa-

yət lənməyərək  quşçuluğa  zərər  vuran  bir 

sıra  infeksiyaları  da  öyrənmiş,  onlara  qarşı 

mübarizə tədbirlərini təkmilləş dirmişdir. 

Bu  il  80  illiyini  qeyd  etdiyimiz  zəh mət-

keş və məhsuldar alim F.Şirinov özünün də-

rin biliyi ilə respublikada baytar işçiləri nin 

böyük hörmətini qazanmış, bütün rayon ları 

qarış-qarış  gəzərək  sənaye  quşçuluğunun 

geniş  vüsət  almasında  təsərrüfat  işçilərinə 

maksimum köməkliklər göstər mişdir.

F.Şirinovun  bütün  tədqiqatları  baytarlıq 

elminin ən vacib sahələrinə həsr edilmişdir. 

O, əməkdaşları ilə birlikdə quşların kolibak-

terioz  xəstəliyi  əleyhinə  vaksin  hazır lamış, 

ölkəmizin  müstəqillik  dövründə  aka demik 

M.Q.Qəniyevin keçən əsrin ortalarında bü-

tün dünyada istifadə olunan qa ramal və ca-

mışların  pasterelloz  əleyhinə  formol vak si-

ninə tələbatı nəzərə alaraq yenidən istehsalını 

bərpa  etmişdir.  Həmin  vaksin  hazırda 

Azərbaycanda müvəffəqiyyətlə tətbiq edilir.

F.Şirinovun “Quş xəstəlikləri” kitabı və 

“Epizootoloji  terminlər”  lüğəti  hazırda  hər 

bir baytar işçisinin stolüstü kitablarıdır.

O,  80-dan  çox  məqalənin,  2  ixtiranın 

müəllifidir.  F.Şirinov  uzun  müddət  MDB 

ölkələri  üzrə  quş  xəstəlikləri  sahəsində 

Əlaqələndirmə  Şurasının,  Kənd  Təsərrüfatı 

Nazirliyinin Elmi-Texniki Şurasının, habelə 

Baytarlıq Şurasının üzvü olmuşdur.

Alim  bir  çox  beynəlxalq  konqreslərdə, 

keçmiş  SSRİ  və  respublika  səviyyəli  elmi 

konfrans  və  simpoziumlarda  iştirak  etmiş-

dir. Həmçinin bir çox ölkələrdə, o cüm lədən, 

ABŞ-da  elmi  ezamiyyətdə  olmuş,  1979-cu 

ildə Ümumdünya Baytarliq kon qresində işti-

rak edərək elmi məruzə ilə çıxış etmişdir.

F.Şirinovun ixtira etdiyi vaksinlər dəfələrlə 

beynəlxalq sərgilərdə nümayiş etdirilmiş, gü-

müş və bürünc medallara layiq görülmüşdür.

Dövlətimiz Fəxrəddin Şirinovun əmə yini 

yüksək  qiymətləndirərək  ona  “Azər baycan 

Respublikasının  əməkdar  baytar  həkimi” 

fəxri  adı  vermiş,  “Şərəf  Nişanı”  ordeni  ilə 

təltif edilmişdir.

Vəfatından  xeyli  vaxt  keçsə  də  Fəx-

rəddin  Şirinov  mənim  xatirəmdə  həmişə 

nəcib və xeyirxah bir insan, yüksək mənəvi 

keyfiyyətlərə  malik  böyük  şəxsiyyət,  gör-

kəmli alim, gözəl dost və yaxşı ailə başçısı 

kimi canlanır. 

Fəxrəddin müəllim belə insan idi. Onun 

əziz xatirəsi bizim qəlbimizdə daim yaşaya-

caqdır. 


Ruhu şad olsun!



Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin