“Mən fəxr edirəM ki, AzərbAycAnlıyAM!”



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə12/105
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#3173
1   ...   8   9   10   11   12   13   14   15   ...   105
bAyTArlıq

   Elmi-praktik jurnal

10

Leykoz və sarkoma ilə toyuqlar, tək-tək 



hallarda  hind  toyuqları,  firəng  toyuğu, 

kəklik,  ördək,  qaz,  qırqovul,  göyərçin,  qu 

quşları, hacıleylək, alacəhrə və başqa quşlar 

yoluxurlar. Bu xəstəlik təbiətdə geniş yayıl-

mışdır. Xəstəlik mənbəyi xəstə və virus da-

şıyıcı quşlar hesab edilir. Virus daşıyıcı quş-

ların  miqdarı  4-12  aylıq  yaş  qruplarında 

5-dən 70%-dək tərəddüd edir. Quşların yaşı 

artdıqca virus daşıyıcı quşların miqdarı aza-

lır.


Quş  orqanizmindən  virus  ağız  suyu,  if-

razatlarla və yumurta ilə ətraf mühitə yayı-

lır.  Virus  xoruzların  toxumluğunda  olur  və 

buradan  o  nəslə  verilir.  Virus  yumurta  ilə 

(vertikal) və kontakt (horizontal) yolla yayı-

lır.  Yumurtanın  formalaşması  dövründə 

virus  onun  icərisinə  daxil  olur  və  sonra 

embriona və oradan da çıxan cücəyə verilir. 

3-5  günlükdə  cücələr  leykoz-sarkom  qrup 

xəstəliklərə daha həssas olur, sonra 1-2 aylı-

ğadək tədricən aşağı düşür. Yaşlı toyuqlarda 

isə  leykoz-sarkom  qrup  xəstəliklərlə  yo-

luxma cüzi olur.

Cücələr  limfoid  leykozun  virusu  ilə 

3 günlükdə, eritroid və mieloblastozun virusu 

ilə  2  aylıqda,  sarkoma  virusu  ilə  5  aylıqda 

yoluxa bilirlər.

Virus  orqanizmə  daxil  olduqdan  sonra 

qan doğuran orqanları patologiyaya uğradır, 

hüceyrələr  qan  elementlərini  tam  yetişdirə 

bilmir  və  onları  yetişməmiş  şəkildə  qana 

buraxır.  Onlar  da  müxtəlif  orqan  və  toxu-

malarda  toplanıb  özünəməxsus  patologiya 

yaradır. 

Lonq  (1955)  fevral-mart  aylarinda  çıxan 

cücələrin  leykoz-sarkom  qrup  xəstəliklər-

dən  cox  qırıldığını,  başqa  müəlliflər  isə 

bunun  payız-qış  aylarında  baş  verməsini 

göstərirlər.  T.N.Kamalova  (1971),  E.A.Ov-

çinnikova  (1979),  əksinə  hesab  edirlər  ki, 

buna ekoloji və iqlimi şərait bir o qədər də 

kəskin təsir etmir. Müxtəlif xəstəliklər (yo-

luxucu,  parazitar,  helmintoloji  yoluxmayan 

xəstəliklər) orqanizmin rezistentliyini aşağı 

salaraq  quşların  leykoz-sarkom  qrup 

xəstəliklərlə yoluxmasına təsir edir.

Təbiətdə  quşların  leykoz-sarkom  qrup 

xəstəliklərini  törədən  viruslarının  bir  cox 

serotipləri  yayılmışdır.  Təkcə  bunu  gös-

tərmək kifayətdir ki, Sarkoma Rausun (sar-

komanın  törədicisi)  70-dən  cox  serotipi 

müəyyən edilmişdir. 

Bəzi müəlliflər görə leykoz xəstəliyinin 

4,  V.P.Zelenski  və  əməkdaşlarına  görə  isə 

5 növünün olduğu göstərilir. Hər bir növün 

özünəməxsus  kliniki  nişanələri,  patoloji 

anatomik dəyişiklikləri və s. vardır:


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin