“Mən fəxr edirəM ki, AzərbAycAnlıyAM!”



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə6/105
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#3173
1   2   3   4   5   6   7   8   9   ...   105
kəbuTər MirzəbAlA OĞlu 

SəfərOv – 100 il

Azərbaycan Dövlət Baytarlıq Preparatlarına 

Elmi Nəzarət İnstitutunun direktoru,  

baytarlıq elmləri doktoru

professor İ.M.Əzimov


bAyTArlıq

   Elmi-praktik jurnal

4

qoji fəaliyyəti sayəsində yüksəkixtisaslı bay-



tar  həkimlərinin  hazırlanması  işlərinin 

keyfiyyəti xeyli yaxşılaşmışdı. Onun epizoo-

tologiya  fənnindən  söylədiyi  mühazirələr 

tələbələr tərəfindən maraqla dinlənilirdi.

Professor  K.Səfərov  çox  hazırlıqlı,  bi-

likli  müəllim  olmaqla  yanaşı,  həm  də 

tələbələrlə  səmimi  və  mehriban  müna sibət 

saxlayırdı.  Möhkəm  və  güclü  yaddaşa  ma-

lik  olduğu  üçün  ilk  günlərdən  hamını  ad-

baad  tanıyırdı.  Tələ bələrlə  şən  zarafat 

edirdi, vəziyyə tləriylə maraqlanırdı, imkan-

sız tələbələrə köməklik göstərirdi. Bir sözlə, 

onun  şəxsində  yüksək  insani  nəcib liklə 

alimlik  vəhdət  təşkil  edirdi.  Ona  görə  də 

professor  dərs  dediyi  tələ bələrin  qəlbində 

və  hafizəsində  ən  yaxşı  müəllim lərdən  biri 

kimi əbədi yaşayır. 

Yüksəkixtisaslı  elmi  kadrların  hazırlan-

masında  da  K.Səfərovun  böyük  xid mətləri 

olmuşdur.  Onun  KTN-nin  elmi  idarəsinə 

rəhbərlik  etdiyi  illərdə  aspiranturaya  qəbul 

güclənmiş, institutlarda gənc alimlərin sayı 

artmış, 

aparılan 

elmi 

tədqiqatların 



keyfiyyəti yaxşılaşmışdır. 

K.Səfərovun təşkilatçılıq, idarəetmə fəaliy-

yəti  də  təqdirə  layiqdir.  Hələ  gənc  yaşla-

rında  o,  sığorta  idarəsində  baş  baytar 

həkimi,  sonralar  ali  məktəbdə  kafedra 

müdiri,  KTN-də  Baş  elmi  idarənin  rəisi, 

Yemçilik  İnstitutunda  direktor,  Baytarlıq 

İnstitutunda  şöbə  müdiri  işləyər kən  həmin 

təşkilatlarda iş rejimi, əmək intizamı həmişə 

yüksək səviyyədə olmuşdur.

K.Səfərov baytarlıq elmi, tədrisi və prak-

tikasında  böyük  əhəmiyyət  daşıyan  əsərlər 

– elmi məqalələr, tövsiyələr, monoqrafiya və 

dərs  vəsaitləri  dərc  etdirmişdir.  Bunlardan 

“Ümumi epizootologiya”, “Epizootologiya-

nın əsasları və kənd təsərrüfatı heyvanlarının 

yoluxucu xəstə likləri”, “Kənd təsərrü fatı hey-

vanlarının  brusellyozu  və  onunla  mü ba rizə 

tədbirləri”, “Enterotoksemiya və qoyunların 

bradzotu, onlara qarşı mübarizə təd bir ləri”, 

çoxlu  sayda  yüksəksəviyyəli  və  məz munlu 

elmi məqalələri və s. göstərmək olar.

Görkəmli alim, professor K.Səfərov həm 

də  baytarlığın  patriotu,  fədaisi  idi.  O,  tez-

tez rayonlarda olur, baytar həkimlərə elmi-

metodiki və praktiki köməklik gös tərirdi. 

100 illiyini qeyd etdiyimiz Kəbutər müəl-

lim  zəhmətkeş  və  məhsuldar  alim  olmaqla 

yanaşı, çox alicənab, mehriban, qayğıkeş ata, 

ailə başçısı, müəllim-pedaqoq, baca rıqlı təş-

ki latçı, həmişə hər yerdə – ailədə, ali mək-

təbdə, elmi müəssisələrdə – hörmətlə qarşı-

lanan,  sayılan,  seçilən  şəxsiyyət  idi.  Onun 

respublikamızda  baytarlığın  inkişafında 

müs təsna xidmətləri vardır. Onu tanıyanlar, 

onunla təmasda olanlar heç zaman Kəbutər 

müəllimi unutmayacaqlar. O, həmişə bizim 

qəlbi mizdə yaşayır və yaşayacaqdır.

Çoxları  kimi  mənim  də  həyatımda  pro-

fessor K.M.Səfərovun zəhməti böyük olmuş-

dur.  Mən  heç  vaxt  onu  unutmaram.  Məza-

rını  ziyarət  edəndə  qəlbən  deyirəm:  “Əziz 

professor, çəkdiyin zəh məti mənə halal et.

Allah sənə rəhmət eləsin!”




5

Elmi-praktik jurnal   




Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin