“Mən fəxr edirəM ki, AzərbAycAnlıyAM!”



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə29/105
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#3173
1   ...   25   26   27   28   29   30   31   32   ...   105
bAyTArlıq

Dabaqla mübarizəyə müasir dövrdə həm 

də regional səviyyədə yanaşılması vacibdir.

Regional mübarizə aparılmadan heç  bir 

dövlət  dabağa  görə  öz  ərazisinin  sağlamlı-

ğını  qorumaq  iqtidarına  malik  deyildir.  Bu 

ondan irəli gəlir ki, dabaq xəstəliyi heç bir 

sərhəd  tanımadan  müxtəlif  yollarla  - 

küləklə,  uçan  quşlarla,  vəhşi  heyvanlarla, 

nəqliyyat  vasitələrilə,  ərzaqla  və  sair  yol-

larla yayıla bilirlər.

Dabağa  qarşı  kompaniyada  beynəlxalq 

səviyyədə hazırlanıb tətbiq edilən taun əleyhi 

proqramdan  da  istifadə  edilməli,  hazır lanan 

mübarizə  proqramında  yerli  xüsusiy yətlər, 

biomüxtəliflik öz əksini tapmalıdır.

Hazırda dünyada uzun illər yayılma dərə-

cəsini  nəzərə  alaraq  qəbul  edilən  7  dabaq 

zonasına 100-ə qədər dövlət daxildir. Bu re-

gional  sxem  Proqressive  Control  Pathway 

(PCP)  münasibətləri  əsasında  Asusyonda 

gündəliyə  çıxarılaraq  Ümumdünya  Ərzaq 

və  Kənd  Təsərrüfatı  Təşkilatı  tərə findən 

tətbiq edilən sxemə əsaslanır. Belə bir müna-

sibət regional səviyyədə investisiyaların qo-

yulması üçün yaradılan strukturu tam təmin 

edir  və  xəstəliklə  mübarizədə  iştirak  edən 

dövlətlərin nə dərəcədə iştirak etməsi 0-dan 

5-dək ölçüdə qəbul edilmiş şkalalarla müəy-

yən ləşdirir.  Dabağın  7  zonasına  daxil  olan 

bu 100 dövlət bu şkala ilə 0-dan 3-dək qiy-

mətləndirildiyi  halda,  BEB  tərəfindən  bun-

lardan 67-si 4-dən 5-dək qalxdığı bildirilmiş 

və dabağa görə sağlam hesab edilmişdir.

Respublıkamızda dabağa qarşı uzun illər 

ərzində  peyvəndləmə  aparılması  ilə 

əlaqədar,  ərazidə  əvvəllər  aşkar  edilən  da-

bağın tipləri və ya serovariantları ərazi üçün 

ekzotik olan tiplər kimi ağır keçmir, bəzən 

ağızda,  bədənin  tüksüz  sahələrində  yünğül 

formalı  yaralar  (aftalar)  əmələ  gəlir  ki,  bu 

da  qısa  müddət  ərzində  kliniki  sağalma  ilə 

nəticələnir. Son illər respublikamızda dabaq 

yaşlı  heyvanlarda  ölümlə  nəticələnməsə  də, 

o, doğub-törəməyə və s. ciddi ziyan vurur. 

Xəstəlik bir çox zəif inkişaf etmiş ölkə-

lərdə  çobanlara,  kənd  əhalisinə,  eləcə  də 

fermerlərə məxsus heyvanlar arasında uzun 

müddət davam edir. Bəzən də yüksək inki-

şaf etmiş dövlətlərdə məsələn, Böyük Brita-

niya,  İrlandiya,  Franca  və  Niderlandda 

2001-ci  ildə  6  mln.  baş  heyvan  məhv 

edilməsinə  baxmayaraq,  onlara  ərazilərini 

virusdan azad etmək üçün 6 aydan çox vaxt 

lazım gəl mişdir.

Məlum olduğu kimi dünya təcrübəsində 

dabağa qarşı mübarizədə 3 tədbirlər siste min-

dən istifadə olunur. Birincisi pey vəndləmə-

dən tam imtina edərək, dabaq baş verdikdə, 

ocaqda olan bütün xəstəliyə həssas heyvan-

ları məhv etmək, bu “stempinq-aut” adlanır. 

İkincisi dabaq baş verdikdə, ilkin mənbədə 

heyvanları  məhv  etmək  və  dabaq  ocağının 

ətrafında  dairəvi  peyvəndləmə  aparmaq. 

Üçüncüsü  ölkə  ərazisində  və  yaxud  müəy-

yən  zonalarda  sistemli  şəkildə  profilaktiki 

peyvəndləmə aparmaq, ərazidə xəstəlik baş 

verdikdə isə xəstə heyvanları məhv etməklə 

mənbənin  ətrafında  dairəvi  peyvəndləmə 

aparmaq üsulundan istifadə edilir.

Azərbaycan  üçün  nisbətən  qəbul  edilən 

üsul  3-cü  üsul  hesab  edilir.  Son  illərədək 

Azərbaycanda  xəstə  heyvanların  məhv 

edilməsi  yalnız  ekzotik  tip  olduqda  həyata 

keçirilmişdir.  Qalan  hallarda  qeyri-sağlam 

məntəqəyə  karantin  qoyulması,  xəstələri 

müalicəyə cəlb etmək və axırıncı xəstə sa-

ğalandan  21  gün  sonra  bütün  karantin 

tədbirləri,  eləcə  də  sistemli  peyvəndləmə 

həyta  keçirməklə  karantinnin  götürülməsi 

üsuluna üstünlük verilmişdir.

Prof.  A.Raxmanovun  apardığı  hesabla-

malara görə yüksək riskli zonalarda sistemli 

peyvəndləmə  aparılması  məcburi  peyvənd-

ləmə tədbirlərinə nisbətən təxminən 16 dəfə, 

“stempinq-aut”  tədbirindən  isə  108  dəfə 

ucuz  başa  gəlir  və  bir  rus  rublu  xərc  qoy-

maqla  5,56  rubl  itkinin  qarşısını  almaq 

mümkün olur.




Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin