“Mən fəxr edirəM ki, AzərbAycAnlıyAM!”



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə26/105
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#3173
1   ...   22   23   24   25   26   27   28   29   ...   105
bAyTArlıq

   Elmi-praktik jurnal

20

Dabaq cütdırnaqlı heyvanların itigedişli 



kontagioz  virus  xəstəliyi  olub  yüksək  tem-

peratura, ağızın selikli qişasında və bədənin 

tüksüz nayihələrində (baş, yelin, dırnaqarası 

sahədə, burun aynasında) vezikulyar yarala-

rın  (aftaların)  əmələ  gəlməsi  və  hərəkətin 

pozulması kimi əlamətlərlə özünü göstərir.

Dabaq  üçün  xarakterik  cəhət  onun  tez 

yayılması və qısa müddətdə epizootiya ha-

lında görünməsidir.

Geniş  yayılma  qabiliyyətinin  olması, 

ərazidə  həssas  heyvan  növlərinin  çoxluğu, 

törədicinin  tiplərinin  və  serovariantlarının 

həddindən  artıq  olması,  uzun  müddət  bu 

amilin  xarici  mühitdə  və  orqanizmdə  qal-

ması, eləcədə bəzi heyvan növlərində onun 

kliniki əlamətlərinin tam görünməməsi ona 

qarşı  təşkilatı-təsərrüfat,  baytarlıq-sanita-

riya  təd birlərinin  aparılmasının  təşkilində 

prob lemlər yaradır.

Ərazidə  dabaq  baş  verdikdə  orada  la-

zımi  karantin  tədbirlərinin  aparılmasına 

külli miqdarda vəsait xərclənməklə bərabər, 

dövlətlərarası  ticarət  əlaqələrinə  ciddi  təsir 

göstərir  və  ölkə  iqtisadiyyatına  böyük 

məbləğdə ziyan dəyir.

Dabaq  epizootiyaları  coğrafi  və  iqlim 

sərhədi  bilmir  və  qısa  müddətdə  böyük 

əraziləri  əhatə  edirlər.  Respublikamızda 

uzun  illər  ərzində  aparılan  peyvəndlənmə 

ilə əlaqədar müəyyən qədər immun fon ya-

randığından  və  heyvanlarda  zəif  də  olsa 

antitellər  olduğundan  yaşlı  heyvanlar  ara-

sında  elə  də  böyük  ölüm  halları  olmur. 

Buna  baxmayaraq  təcrübələr  ğöstərmişdir 

ki,  müəyyən  dövrlərdə  ərazidə  ekzotik 

tiplərin xəstəlik törətməsi nəticəsində xeyli 

miqdarda  yaşlı  heyvanların  tələf  olmasına 

da rast gəlinir.

Bir qayda olaraq 3 aylığa qədər buzov-

lar, quzular və çoşkalar arasında xəstəlik ol-

duqda kütləvi ölümlə nəticələnir.

Alimlərin  hesablamalarına  görə  dabaq 

baş verdikdə südçülük və ətçilik heyvandar-

lıqla məşğul olan vətəndaşlara orta hesabla 

heyvanın dəyərinin 30-40 %-i həcmində iq-

tisadi ziyan dəyir.

Kənd təsərrüfatı heyvanlarından dabağa 

ən  həssas  iribuynuzlu  heyvanlar  (İBH)  və 

donuzlar hesab olunur. Digər növ heyvanlar 

xüsusilə  qoyun  və  keçilər  dabağa  az 

həssasdırlar.  Camışların  xəstəliyə  yolux-

ması müxtəlif formada ola bilir. Bəzən on-

lar  xəstəliyi  çox  yüngül,  bəzən  isə  İBH-da 

olduğu kimi ağır formada keçirirlər. 

Azərbaycan  Respublikasında  maldarlı-

ğın 17 %-ni camışçılıq təşkil etməsi və bir 

çox  hallarda  onlarda  virusdaşıyıcılıq  olma-

sına  baxmayaraq  kliniki  əlamətlərin  az  xa-

rakter olması faktı ərazidə dabağın epizoo-

tologiyasında  və  ölkə  ərazisində  virusun 

sirkulyasıyasında önəmli rol oynayır.

Donuzlar, qeyd etdildiyi kimi dabağı çox 

ağır keçirir, cavanların tələf olması ilə yanaşı, 

UOT 619:616-078:634.4




Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin