“Mən fəxr edirəM ki, AzərbAycAnlıyAM!”



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə34/105
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#3173
1   ...   30   31   32   33   34   35   36   37   ...   105
bAyTArlıq

   Elmi-praktik jurnal

26

Müasir dövrdə respublika əhalisini ət və 



süd məhsulları ilə təmin etmək ücün heyvan-

darlığın inkişafına daha ciddi diqqət ye tiril-

məlidir. Lakin bu işin müvəffəqiy yətlə həllini 

bəzi  obyektiv  səbəblər,  xüsusən  mal-qara-

nın  xəstəlikləri,  o  cümlədən  yoluxmayan 

daxili  xəstəliklər  ləngidir.  Bu  xəstəlik lərin 

bir  coxu  hələ  qədim  zamanlardan  öy rə nil-

miş və onlara qarşı mübarizə tədbirləri ha-

zırlanmışsa da, onlardan hələ öyrənilməyəni 

və heyvandarlığa xeyli ziyan vuranı da var-

dır. Belə xəstəliklərdən biri də respublikada 

ilk dəfə 1988-ci ildə qeydə alınmış qarama-

lın xroniki hematuriya xəstəliyidir.

Qaramalın  xroniki  hematuriya  xəstəliyi 

dünyanın  əksər  ölkələrində, Avropada  (Yu-

nanistan, Macarıstan, Rumıniya, Fransa, Al-

maniya, İsvecrə, İngiltərə, İtaliya , Belcika), 

Asiyada  (Hindistan,  Pakistan),  Afrikada 

(Keniya,  Konqo),  Amerikada  (ABŞ,  Ka-

nada,  Kolumbiya)  və  Avstraliyada  ,  Rusi-

yada  (Şərqi  Sibirin  Kamcatka  vilayətində, 

Krasnoyarsk,  Altay  bölgələrində),  Gürcüs-

tan və Ukranya Respublikalarında müəyyən 

olunmuşdur.  Azərbaycan  Respublikasında 

isə xəstəliyi Astara, Lerik, Lənkəran və Ma-

sallı rayonlarının dağlıq sahələrində yerləşən 

təsərrü fatlarında qeydə alınmışdır.

Xəstəliyin yayılmasına dair əldə edilmiş 

ədəbiyyat  materiallarına əsasən  dünya  üzrə 

başlıca  bir  ümumi  cəhəti,  onun  bir  qayda 

olaraq subtropik iqlimli dağ-meşə sahələrində 

saxlanılan heyvanlarda baş verməsidir.

Tədqiqatçılar qaramalın xroniki hematu-

riya  xəstəliyini  öyrənməyə  başlayandan, 

onun müalicə və profilaktikasına dair də ax-

tarışlar aparmışlar. Lakin etioloji faktor ay-

dınlaşdırılmadığından  onlar  effektli  nəticə 

verməmişdir. Məsələn bir qrup müəllif (Qing 

1888,  Butozan  1935,  Bengir  1938)  xronik 

hematuriyalı xəstəni müalicə etmək üçün si-

dik kisəsini zəy, tanin, qurğuşun sirkə turşu-

sunun duzu, yod-qliserin məhlulları ilə yu-

mağı məsləhət biliblər. Digər qrup isə (Voner 

1897,  Settler  1928,  Gvesitadze  1943,  Cu-

buq  və  Qritesenko  1953)  müalicə  məqsədi 

ilə ayıqulağı bitkisini, kalium yodu, kollar-

qolu, afenili, santonini, fenotiazini, qusdurucu 

daşı, urotropini, streptosidi, metilen abısını 

daxilə işlətməklə sınaqdan  keçirmişlər.  La-

kin  göstərilən  preparatların  işlənməsindən 

sonra xronik hematuriya ilə xəstə heyvanın 

ümumi  vəziyyətində  yaxşılaşma  əmələ 

gəlmişsə də, xəstəlik müalicə olunmamışdır.

Tədqiqatçıların verdiyi məlumatlara görə 

bu xəstəlikdə müalicənin effekti hematuriyanın 

formasından aslıdır. Belə ki, onlar xəs təliyin 

mikrohematuriya  formasında  simptomatik 

müalicənin  effekt  verdiyini,  makrohematu-

riya formasında isə  vermədi yini qeyd  edir-

lər.  Yəni  xəstəliyin  bu  formasında  spesifik 

müalicə vasitəsi hələ tapılmamışdır.

UOT 619:618.11.087.72




Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin