Məmməd Süleymanov: Azərbaycanda Sol hərəkatın


(Ardı var) İstifadə olunan mənbələr



Yüklə 9,24 Mb.
Pdf görüntüsü
səhifə2/6
tarix14.01.2017
ölçüsü9,24 Mb.
#5119
1   2   3   4   5   6

(Ardı var)

İstifadə olunan mənbələr:

1.  İradə Bağırova. “XX əsrin əvvəlində Azərbaycanda siyasi partiya və  

     təşkilatlar” (rus)

2.  Maksim Qorki. “Leonid Krasin”

3.  A.Yenukidze. “Bizim Qafqazdakı gizli mətbəələrimiz”.

4.  A.Şerbakov. “1905-ci il”

5.  S.Kiriçuk. “Mətbəə”.

6.  “Exo Moskvı”. “Nina” – “iskraçılar”ın gizli mətbəəsi”

7.  Manaf Süleymanov. “Eşitdiklərim. Oxuduqlarım. Gördüklərim”

8.  Aleksandr Stopani. “Bakı neft sənayesi fəhlələrinin əməkhaqqı və iş günü”

9.  Konkordiya Zaxarova-Sederbaum. “Reaksiya illəri”

10.  BSE. “1903-cü il Bakı tətili”

11.  Abrosimov. “Bakı ailəsinin şəxsi həyatı...”

15

Nicat Qarayev

 Qlobal Kapitalizmin maliyyə böhranı

“Heç  bir  qanun  aktı  böhranın  qarşısını  ala 

bilməz. Lakin, yanlış qanun onu tezləşdirə bilər” – K. 

Marks, Kapital III cild, s. 490

2008-ci  il  sentyabrın  18-də  ABŞ  Mərkəzi 

Bankının  (Federal  Reserve)  sədri  Ben  Bernanke 

senatorlarla görüşür və onlara məşhur “əgər biz bu addımı atmasaq, bazar ertəsi ABŞ 

iqtisadiyyatı  mövcud  olmayacaq”  sözlərini  deyir.  Bu  addım  hökümətin  ən  böyük 

sərmaye  banklarına  700  milyard ABŞ  dolları  məbləğində  yardım  etməsini  nəzərdə 

tuturdu. Bernanke həqiqəti söyləyirdi və ABŞ hökuməti iqtisadiyyata ümumi məbləği 

bir  trilyondan  artıq  olan  maliyyə  müdaxiləsi  etdi  və  hakimiyyətdə  hansı  partiyanın 

olmasından asılı olmayaraq bu addım mövcud iqtisadi sistemi bərba etmək üçün yeganə 

qaçılmaz çıxış yolu idi. ABŞ iqtisadiyyatının yox olma təhlükəsi ilə üz-üzə qalmasının 

əsas səbəbi 2007-ci ilin sonunda simptomları üzə çıxan və iqtisadiyyatın bütün sahələrini 

– istehsalat və maliyyəni əhatə edən geniş miqyaslı böhran idi. Miqyasına görə 2008-ci 

il maliyyə böhranı 1929-cu ilin böhranından sonra ən ağırı hesab edilirdi. 

***


Çoxları  maliyyə  böhranını  2001-ci  ildə  Mərkəzi  Bankın  faizləri endirməsi  ilə 

əlaqələndirsə də, müxtəlif iqtisadçılar bunu həm də dövlət və qanunverici orqanları 

tərəfindən  son  30  ildə  getdikcə  yumşaldılan  kredit  şərtləri,  bankların  bürokratların 

anlamadığı  mürəkkəb  riyazi  modellərdən  və  beynəlxalq  maliyyə  sistemindəki 

boşluqlardan  istifadə  etməsi,  kölgə  bankçılığının  geniş  vüsət  alması,  maliyyə 

İQTİSADİYYAT


16

 №1 Fevral 2014

spekulyasiyasının (məsələn, istiqrazların gələcəkdə indiki qiymətlərlə dəyişdirilməsinin 

risklərinin  reallaşıb-reallaşmayacağı  üzərindən  mərcə  gəlmək  kimi  fəaliyyətlərin) 

idarəolunmaz həddə çatması, eyni zamanda baş verənləri insan təbiəti, hakimiyyətin 

məsuliyyətsizliyi, bankçıların istifadə etdiyi nəzəriyyələrin yanlışlığı, bütün bunların 

mədəniyyətlə,  məsələn Amerikalıların  ev  sahibi  olma  həvəsi  ilə  bağlı  olması,  eyni 

zamanda dövlət siyasətinin yanlış olması və s. kimi müxtəlif səbəblərlə bağlayırlar. 

Lakin  bu  səbəblər  sadə  bir  sualın  cavabında  birləşirlər:  2008-ci  il  Qlobal  Maliyyə 

Böhranı öncədən görünməyən və qarşısı alınmaz faktorların birləşməsi nəticəsində baş 

vermişdi, yoxsa cari iqtisadi sistemin struktural xarakterindənmi doğurdu? Əgər biz 

bu sualın ikinci hissəsi ilə razılaşsaq və cari iqtisadi sistemi kapitalist sosial-iqtisadi 

formasiyası  kimi  qəbul  etsək,  o  zaman  marksist  iqtisadçıların  təklif  etdiyi  cavaba 

nəzər salmalıyıq. Bunun üçün isə, böhranın səbəblərinə keçmədən əvvəl ümumi nəzəri 

müzakirəyə ehtiyac var.



Marksın böhran nəzəriyyəsi

Böhran  təhlükəsinin  olduğu  və  mövcud  iqtisadi  vəziyyətin  idarəolunmaz 

vəziyyətə gəlib çıxması barədə hələ 2000-ci illərin əvvəllərində bir çoxları məlumat 

vermişdilər. Təbii ki, böhranın vaxtını, ölçüsünü  və konkret səbəblərini heç kəs dəqiq 



© Sergey Yolkin

17

proqnozlaşdıra bilməzdi. Amma Marksist fikir adamları hadisələrin hansı istiqamətdə 

inkişaf  etdiyini  və  bu  inkişafın  necə  və  hansı  fəsadlara  gətirib  çıxaracağını  aydın 

görürdülər. Məsələn, David Harvey hələ 1982-ci ildə “Kapitalın hüdudları” kitabında 

“maliyyə sistemi və onun pul bazası arasında ziddiyyətləri” haqqında yazır və iddia 

edirdi ki, pul dövriyyə vasitəsi kimi fəaliyyət göstərərkən rəqabət nəticəsində sənayedə 

yaradılmış əlavə dəyərlə olan bağlılıqdan qopur və yalnız bazarda (istehsalatda deyil!) 

dövriyyə  nəticəsində  “puldan  pul  qazanmaq”  fenomenini  əmələ  gətirir.  Harvey  bu 

izahı Marksın Kapitalının 3-cü cildi, Rudolf Hilferdinqin “Maliyyə Kapitalı: Kapitalist 

inkişafının son fazası haqqında araşdırma” və Leninin “İmperializm Kapitalizmin ən 

yüksək səviyyəsi kimi” əsərlərinə əsaslanaraq təklif edirdi.

İlkin  mərhələdə,  bazarda  rəqabətin  aşağı  olduğu  şəraitdə  əmək  bazarında  işçi 

qüvvəsi  çox  olduğundan  sahibkarlar  nisbətən  az  xərc  çəkməklə  istehsal  alətlərinə 

sahiblənib istehsalata işçi qüvvəsi cəlb edirlər. Bir müddət sonra rəqabət nəticəsində 

əmək bazarında müvafiq işçi qüvvəsi azalmağa başlayır və istehsalatı davam etdirmək 

üçün sahibkar daha artıq maaş təklif etməyə məcbur olur. Eyni zamanda, bazarda rəqabət 

nəticəsində istehsal üçün tələb olunan aralıq əmtəələrin qiyməti artmağa başlayır və bu 

© LATUFF, 2009.


18

 №1 Fevral 2014

faktorlar istehlak üçün istehsal olunan əmtəələrin qiymətinə təsir edir. İşçilər həm də 

bazarda istehlakçı olduqlarından onlara təklif olunan maaşlar bazarda əmtəələrə qarşı 

mövcud olan effektiv tələbin əsas hissəsini təşkil edir. İlk dövrlərdə effektiv tələb yuxarı 

olsa da, maaşların nisbətən artmasına baxmayaraq işçilər davamlı olaraq əmtəələrin 

istehsal surəti ilə ayaqlaşa bilmirlər. Nəticədə tələb olunandan artıq istehsal əmələ gəlir. 

Bu halda sahibkarlar təklifin artması nəticəsində qiymətlərin azalması ilə üzləşirlər. Bu 

isə onlara istehsalatı və nəticə etibarilə mənfəəti ən azı sabit saxlamağa mane olur. Bu 

halda, əhalinin alıcılıq qabiliyyətini və effektiv tələbi artırmaq məqsədilə kredit sistemi 

ortaya çıxır. 

***

Kredit imkan verir ki, cəmiyyətin bütün təbəqələrinin yığımlarını istehsalat üçün 



səfərbər etməklə yanaşı, adətən istehsal olunmuş əmtəələrin ümumi dəyərinə müvafiq 

olan pul bazası bir neçə dəfə artırılsın. Belə artım ona görə mümkün olur ki, heç vaxt 

hər kəs eyni zamanda öz vəsaitlərini banklardan geri istəmir və nəticə etibarilə banklar 

əllərində olan vəsaitlərdən bir neçə dəfə artıq miqdarda vəsaiti kredit kimi alıcılara və 

sahibkarlara təklif edə bilirlər. Maliyyə imkanlarının artması nəticəsində sahibkarlar 

yüksək rəqabət şəraitində fəaliyyət göstərir. İstehsal ən yüksək həddə qalxır, işsizlik 

ən  aşağı  həddə  düşür.  Lakin,vəsait  uğrunda  sahibkarlar  arasında  rəqabətdən  dolayı 

həm kredit faizləri və nəticə etibarilə həm də işçilərin maaş tələbləri artmağa başlayır. 

Mərkəzi bank faiz dərəcələrini sabit saxlamaq üçün dövriyyədəki pul kütləsini artıra 

bilər, lakin, bu inflyasiyaya gətirib çıxaracaq və sahibkarlar istənilən halda “mənfəət 

məhdudiyyəti” ilə üzləşəcəklər. Məhdudlaşan mənfəət tələsinə düşən sahibkarlar ya 

sıradan çıxır (bu halda monopoliyalaşma meyllilikləri artır), ya işçi qüvvəsi və maliyyə 

kapitalının bol olduğu yerlərə köçür, yaxud da maliyyə sisteminə sərmayelər qoymağa 

başlayırlar. Dövriyyədə küllü miqdarda “yalançı kapital” əmələ gəlir və yüksək rəqabət 

nəticəsində maliyyə və spekulyasiya əməliyyatları, yəni, “puldan pul yaratma” kütləvi 

hal alır. Marks bunu “Kapitalist istehsal formasının məhz bu istehsal forması çərçivəsində 

ləğvi” adlandırırdı. İstehsal olunmuş əmtəələrin ümumi dəyəri ilə maliyyə kapitalının 

dövriyyəsi arasında ciddi fərq əmələ gəlir. İstehsalatda aralıq istehsal vasitələri ticarəti 

ilə əmtəə istehsalı, istehsalat və gəlirin bölüşdürülməsi arasında ziddiyyətlər ən yüksək 


19

həddə  çatır.  İstismar,  beləliklə  də  əlavə  dəyər  yaradılması  ən  aşağı  həddə  enir  və 

şişmiş  şarın  partlaması  yalnız  zaman  məsələsinə  çevrilir.  Mərkəzi  bank,  beynəlxalq 

ticarət şəraiti, qanunverici orqanların müdaxilələri isə bu prosesi biraz ləngidə, yaxud 

sürətləndirə bilər. Qarşısını almaq isə mümkün deyil. Kapital bir proses kimi dəyərləri 

məhv etməli və hər şeyi başlanğıca qaytarmalıdır. 



2008-ci  il  Qlobal  Maliyyə  Böhranı  və  onun  Marksist  böhran  nəzəriyyəsi 

əsasında izahı

(Yer məhdudluğu səbəbindən böhranı əhatə edən hadisələrin təqdimatı ilə onların marksın 

böhran nəzəriyyəsi çərçivəsində müzakirəsi birlikdə təqdim edilir)

Böhran 2000-ci illərdə tikinti sektorunda başlasa da, onun kökü 1970-ci illərdən 

başlayan Tetçer, Reyqan, Pinoçet kimi sağ yönümlü siyasətçilərin yürütdüyü neoliberal 

siyasət  nəticəsində  əmək  bazarındakı  struktural  islahatlar,  həmkarların  sıradan 

çıxarılması  və  maaşların  nəzarətdə  saxlanılması,  banklara  böyük  hüquqi  imkanların 

verilməsi  və  kredit  şərtlərinin  asanlaşdırılması,  maliyə  sektoruna  geniş  imkanların 

yaradılması kimi addımlardan başlayır. 1990-94-cü illərdə Latın Amerikası, 1998-cü 

illərdə Cənub-Şərqi Asiya, 2001-ci ildə ABŞ-da baş vermiş böhranlar məhəlli xarakter 

daşısa  da,  məhz  sözügedən  neoliberal  siyasətin  nəticələri  idi  və  minlərlə  insanın 

taleyi  bahasına  həll  olunurdu.  1998-ci  il  Asiya  böhranından  sonra  bütün  dünyanın 

maliyyə kapitalı ABŞ-a axmağa başlamışdı və ABŞ sərmaye bankları həm ucuz izafi 

vəsaitlərdən, həm də faiz dərəcələrinin azalması (2001-ci ildə Dot-com böhranından 

sonra  ABŞ  Mərkəzi  Bankı  bazarda  likvidliyi,  pul  dövriyyəsinin  sürətini  artırması 

məqsədilə  bank  faizlərini  6.5%-dən  1%-ə  endirir)  səbəbindən  inkişafda  olan  tikinti 

sektoruna yatırımlar etməyə başlamışdı. Əvvəllər Mərkəzi Bankın qiymətli kağızlarını 

alan sərmayeçilərə artıq qoyduqları sərmaye üzərindən cəmi 1% gəlir götürmək sərf 

etmədiyindən sərmayelərini geri çəkirlər. Digər tərəfdən isə sərmaye banklarının küllü 

miqdarda vəsaiti yalnız illik 1% xərclə əldə etmək imkanına sahib oldular.

Bəs  bu  vəsaiti  haraya  yatırmalı?  Cavab  tikinti  sektorunda  idi.  Beləliklə, 

mənzillərə artan effektiv tələbatı qarşılamaq, yaxud, marksist təbircə söyləsək, tələbdən 

artıq istehsal nəticəsində mənzillərin dəyərdən düşməsinin qarşısını almaq məqsədilə 


20

 №1 Fevral 2014

(zatən  münasibət  dialektikdir)  özəl  ipoteka-mənzil  kreditlərinin  həndəsi  silsilə  ilə 

artmağa başlayır. Tezliklə bu kredit paketləri üzərində qurulmuş qiymətli kağızların 

və istiqrazıların, həmçinin onların müxtəlif kateqoriyalar üzrə sığortalanmasının cari 

qiymətlərlə gələcəkdə qiymətli kağızlar bazarında ticarəti nəticəsində ABŞ-ın Leehman 

Brother, GP Morgan, Sitiqrup və digər 10-a qədər sərmaye bankları həddən artıq gəlir 

əldə etməyə başlamışdılar. Müxtəlif orta gəlirli amerikan ailələrinə ipoteka kreditləri 

verən kommersiya bankları toplanmış kredit paketlərini qiymətli kağızlar formasında 

daha geniş maliyyə imkanları olan sərmaye banklarına satırdılar. Digər sözlə, sərmaye 

bankları mərkəzi bankdan (və bir-birlərindən) aşağı faizlə kredit götürüb çoxlu miqdarda 

ipoteka kreditlərini kommersiya bankları vasitəsilə daha yüksək faizlərlə orta gəlirli 

amerikan ailələrinə satırdılar. Sərmaye bankları öz növbəsində bu qiymətli kağızları 

risk dərəcələrinə görə müxtəlif kateqoriyalara bölür, hər kateqoriyanı müxtəlif kredit 

qiymətləndirici agentliklər tərəfindən təhlükəsizlik dərəcəsinə görə sertifikatlaşdırır və 

istiqraz şəklində cari qiymətlərlə gələcəkdə və indi yerli və beynəlxalq, fərdi və hüquqi 

şəxslərə satır və külli miqdarda mənfəət əldə edirdilər. Eyni zamanda, risk faktorları 

aşağı olan, yəni təhlükəsizlik dərəcəsinə görə yüksək qiymətləndirilən ipoteka kredit 

ABŞ maliyyə sənayesinin ABŞ ÜDM-də payı (illər üzrə faiz dərəcələri)


21

kateqoriyaları sığorta şirkətləri tərəfindən sığortalanır və bu sığortalar cari qiymətlərlə 

gələcəkdə və indi yerli və dünya bazarında ticarətə çıxarılırdı. Qiymətli kağızlar və onun 

törəmələri üzərindən ticarət (məsələn, qiymətli kağızların indiki qiymətlərlə gələcəkdə 

dəyişdirilməsi  və  bu  ticarətlə  bağlı  risk  faktorlarından  sığortalanma,  eyni  zamanda 

müqaviləyə tərəf yaxud üçüncü tərəfin bu ticarətdə risklərin reallaşıb-reallaşmaması 

üzərindən mərcə gəlməsi və s.) təkmilləşmiş riyazi modellər və kompüter proqramları 

vasitəsilə aparılırdı. İlk illərdə bütün bu ticari əməliyyatlardan – hansı ki bank əməliyyatları 

və bankların depozit saxlama nisbətlərinin artırılması nəticəsində ipoteka kreditlərinin 

ümumi dəyərindən 100-lərlə dəfə böyük idi – sərmaye bankları külli miqdarda mənfəət 

əldə etsələr də, artıq gəlir şərtlərinə görə mənzil kreditinə məqbul amerikan ailələrinin 

sayları  azalmağa  başlamışdı.  Beləliklə,  mənzillərə  effektiv  tələbi  yüksək  saxlamaq 

üçün bir birləri ilə rəqabətdə olan sərmaye bankları və onlara əməkdaşlıq edənlər (bank 

səhmlərini alan fərdi şəxslərdən tutmuş böyük maliyyə institutları və xarici dövlətlərin 

mərkəzi banklarına qədər) ipoteka kreditləri tələbatlarını aşağı salmağa başlayır. Başqa 

sözlə, effektiv tələbin yaratdığı növbəti maneəni dəf etmək üçün ipoteka kreditlərini 

ödəməmək  riski  çox  olan  ailələlərə  kreditlər  verilməsinə  başlayır.  Gəlirləri  az  olan 

ailələr ipoteka kreditləri ödənişlərini kütləvi şəkildə gecikdirməyə və onlardan imtina 

etməyə başlayırlar. Əvvəllər ara-sıra gecikmələr nəticəsində banklar evləri müsadirə 

edib bazarda zatən yüksək olan qiymətə satıb ipoteka müqaviləsinin xərclərini ödəyə 

bilirdilərsə, artıq minlərlə ev sahibi eyni zamanda kreditləri ödəməkdən imtina edir və 

evləri geri qaytarırlar. Daşınmaz əmlak bazarında təklif durmadan artır və ev qiymətləri 

sürətlə enməyə başlayır. Evlərini bir neçə il əvvəl xeyli baha alan nisbətən imkanlı 

ailələr  də  evlərinin  dəyərdən  düşdüyünü  görərək  kreditlərini  qaytarırlar.  Beləliklə, 

müxtəlif kateqoriyalı ipoteka kreditinə əsaslanan qiymətli kağızlar tezliklə dəyərdən 

düşür və qısa zamanda ən az riskli aktivlərin belə dəyəri “heçə” enir. Fiziki və hüquqi 

sərmayeçilər, sərmaye bankları, sığorta şirkətləri və kommersiya bankları, eyni zamanda 

tikinti şirkətləri və onlarla əlaqəli bütün digər iqtisadi fəaliyyətlə məşğul olan qurumlar 

cari hesab defisitinə girirlər. Bütün cəmiyyətdə inam sarsılır və bir gündə milyonlarla 

insan və ABŞ banklarına sərmaye qoymuş dünya bankları sərmayelərini geri istəyir – 

qlobal maliyyə böhranı başlayır.


22

 №1 Fevral 2014

1970-lərdən  başlayan  və  neoliberal  siyasət  nəticəsində  uğurla  nəticələnən  de-

industrializasiya ABŞ-da real sektorun, yəni sənaye istehsalı və əlavə dəyər yaradıl-

masına  əsaslanan  iqtisadi  fəaliyyətlərin  kəskin  azalmasına  səbəb  olmuşdu.  2009-cu 

ildə ABŞ sənaye sektoru ÜDM-in 22%-dan azını, maliyyə sektoru isə 77%-dan çoxunu 

təmin edirdi. Daha ucuz əmək bazarı axtarışında olan ABŞ şirkətləri ölkəni tərk etmiş, 

1945-1970-ci illərdə 5% altında olan işsizlik 70-lərdən sonra 10, bəzi hallarda isə 15%-ə 

qədər yüksəlmişdi. 1960-2005-ci illərdə maaşların ümumi dəyəri ÜDM-in 53%-dən 

46%-a enmiş (İqtisadi Tədqiqatlar Bürosu, ABŞ – Enigma of Capital), 1998-2008-ci 

illər arası maaşların infliyasiyaya nəzərən dəyəri rüblük 1.5% artımdan 0.5% azalma 

qədər davam etmişdir (Milli Statistika Ofisi, ABŞ – Enigma of Capital). 2007-ci ilin 

sonlarına yaxın 2 milyon amerikalı evini itirmiş, 4 milyon isə itirmək ərəfəsində idi. 

(Harvey, Enigma of Capital). Bu zaman səhnəyə tikinti sektoru və effektiv tələbi artıran 

kredit daxil olur...



İstifadə olunan mənbələr:

1.  Karl Marks, Kapital III cild

2.  David Harvey, The Limits to Capital

ABŞ ÜDM artım tempi (illər üzrə faiz dərəcələri)

23

3.  David Harvey, The Enigma of Capital

4.  Richard Wolf, Marx Today

5.  Raya Dunayevskaya, Luxemburg’s theory of accummulation – how it differed   

     with Marx and Lenin

6.  Rudolph Hilferding, Finance Capital: A study of the latest phase of 

     Capitalist Development 

7.  Dünya Bankı Qlobal Data Bazası 

8.  Murray Smithç Causes and Consequences of Global Economic Crisis

24

 №1 Fevral 2014

Loğman Qasımov     

İstehlak cəmiyyəti

İstehlak cəmiyyəti termin kimi ilk dəfə alman sosioloqu Erix Fromm tərəfindən 

işlədilib və fərdi istehlak prinsipi əsasında formalaşmış ictimai münasibətlərin məcmusu 

kimi başa düşülür. Həmçinin konsyumerizm kimi tanınan bu anlayışın əsas xarakterik 

xüsusiyyəti  maddi  və  qeyri-maddi  məhsulların  kütləvi  istehlakı  ilə  yanaşı  müəyyən 

dəyərlər  sisteminin  də  kütləvi  mənimsənilməsidir.  İstehlak  cəmiyyəti  Yer  üzərində 

mövcud olmuş ən totalitar sosial konstruksiyadır və onun totalitarizmi digərlərindən 

fərqli  olaraq  maskalanmış  haldadır.    İstehlakçılıq  dəyərlərinin  insan  varlığının  əsas 

məqsədi  kimi  qəbul  olunması  müasir  inkişaf  etmiş  cəmiyyətlərin  əsas  şərtlərindən 

biridir. Onun gücü hərbidə, maliyyə axınında, təbii ehtiyatlarında yox, kütləvi şüura 

hakim kəsilmiş total istehlakçı kultundadır. 

Hər şey necə başladı?

İstehlak qədim dövrlərdən mövcuddur. Amma istehlak cəmiyyəti bir az fərqli 

anlayışdır və dəqiq yaranma tarixi məlum olmasa da, bu təxminən 1929-cu ilin böyük 

böhranı (Böyük depressiya) vaxtlarına təsadüf edir. 

Rəqabətli mübarizə şəraitində hər bir sahibkar daha çox və daha ucuz istehsal 

SOSİOLOGİYA

“Biz  konserv  əsrində  yaşayırıq.  (...)  Daha 

fikirləşmək lazım deyil. Artıq hər şey bizim əvəzimizə 

düşünülüb,  başa  düşülüb  və  hətta  yaşanılıb  da. 

Konservlər!  Sadəcə  bankanı  açmaq  qalıb.  Gündə 

üç  dəfə  evə  çatdırılma.  Heç  nə  əkmək,  becərmək, 

qaynatmaq  lazım  deyil  dalğınlıq,  şübhə  və  kədər 

ocağında”

            (Erix Mariya Remark. “Zəfər tağı”)


25

etməyə  çalışır.  Ona  görə  də  kapitalizmdə  istehsal  patoloji  artımla  müşahidə  olunur. 

Məhsullar satılmadıqda isə iqtisadiyyatda tələbdən artıq istehsal adlandırılan hal baş 

verir ki, o da öz növbəsində bütün iqtisadi sistemi çökdürə biləcək böhrana səbəb olur. 

Kapitalist çıxış yolunu lazımsız hesab etdiyi personalı ixtisar etməkdə görür və bununla 

da bazardakı alıcılıq qabiliyyətini bir az da aşağı salaraq vəziyyəti daha da çətinləşdirir. 

Zəncirvari mexanizm işə düşür.

İstehlak  cəmiyyəti  ad-

landırdığımız dövrə qədər bu 

problemi  yeni  ələ  keçirilmiş 

koloniyaların  hesabına  ba-

zarları  genişləndirərək  və 

bununla da yeni istehlakçılar 

qazanaraq həll edirdilər. Mə-

lumdur  ki,  Birinci  Dünya 

Müharibəsinin  başlanma  sə-

bəblərindən  əsası  sahibsiz 

koloniyaların  qalmaması  idi. 

Böyük Depressiya vaxtı iqti-

sadçıların  qarşısında  duran 

əsas sual bu cür idi: “istehlakı necə artırmaq olar?” Bütün koloniyalar bölünmüşdü, 

hərbi  münaqişələrlə  bazarın  genişləndirilməsi  o  dövr  üçün  siyasi  cəhətdən  uğurlu 

variant deyildi. Çıxış yolu istehlakı stimullaşdırmaqda idi. Beləcə vəziyyət o dərəcədə 

gülünc həddə çatdı ki, insanlara faydasız işlər qarşılığında real pullar verilirdi, sadəcə 

ona görə ki, onların nəsə almağa pulları olsun. Misal üçün, quyu qazıb dərhal da onu 

doldurmaq kimi işlər. Hər halda bu, işə yaradı və dirçəlmiş istehlak istehsalı da oyatdı. 

Bunun ardınca isə iqtisadiyyat dərsliklərinə yenidən əl gəzdirildi və yeni formul ön 

plana çıxdı: “tələb təklifi müəyyənləşdirir”

1

 . Digər sözlərlə desək, istehlak cəmiyyəti 



bu  sadəcə  sənə  sırınan  malları  aldığın  cəmiyyət  deyil,  bu  elə  cəmiyyətdir  ki,  orada 

lazımsız malların sırınması iqtisadi zərurətdir, çünki əks halda istehsal artımı olmayacaq 

və növbəti iqtisadi böhran baş verəcək. 


26

 №1 Fevral 2014

Marksdan bir neçə söz

İstehlak  kultunun  anlaşılmasına  Karl  Marksdan  başlamaq  lazımdır.  Marks 

göstərir ki, kapitalizmdə istehlak psixologiyasının obyektiv əsası yadlaşmış əmək və 

əmtəə fetişizmidir. İnsanların gözləri önündə onların öz ictimai hərəkətləri əşyaların 

hərəkətləri formasını alır. İnsanın idarə etməli olduğu şeylər onun özünü idarə edir. Əmtəə 

dünyasının  bu  fetişist  xarakteri  əmtəəni  əmələ  gətirən  əməyin  özünəməxsus  ictimai 

xarakteri  ilə  əlaqədardır.  Əşyalaşmış  əməyin  canlı  əmək  üzərindəki  hakimiyyətinin 

nəticəsi kimi əmtəə fetişizmi əməyin yadlaşması ilə bilavasitə əlaqəlidir. Kapitalizmdə 

əşyalar insan üzərində hakimdirlər, onu istismar obyektinə çevirirlər və vampir kimi 

ondan izafi dəyəri soraraq öz əmək prosesindən və əməyinin nəticəsindən yadlaşdırırlar. 

Baxmayaraq ki, biz insanlar başqa planetlərə peyklər göndərməyi, öz məqsədlərimiz 

üçün  böyük  enerjilərdən  istifadə  etməyi,  bir  sözlə  təbiəti  ram  etməyi  öyrənmişik, 

bizim  öz  ictimai  varlığımıza  münasibətimiz  hələ  də  hardasa  “kollektiv  şüursuzluq” 

səviyyəsində qalıb. Müasir kapitalizmdəki təbiət üzərində hakim olan insan əslində öz 

əşyalarının quludur. 

***

Marks  yazır  ki,  “İlk  baxışdan  əmtəə  çox  sadə  və  bayağı  əşya  kimi  görünür. 



Amma onun analizi göstərir ki, o necə metafizik incəliklər və teoloji hiyləgərliklərlə 

zəngindir.” Aydın məsələdir ki, stul üzərində oturmaq, avtomobil bir nöqtədən digərinə 

hərəkət etmək üçündür. Amma insanın ehtiyaclarından yaranan təbii xüsusiyyətlərindən 

başqa,  əmtəənin  “mistik  xüsusiyyətləri”  də  var.  Müdirin  stulu  ilə  işçinin  stulu  bir 

deyil, mahiyyətcə eyni olsalar belə. Rols Roys bəzi xarakteristikalarına görə BMW-

dən  üstün  ola  bilər,  amma  insanları  az  hallarda  texniki  xüsusiyyətlər  maraqlandırır. 

Burada məsələ prestijdədir. İnsanlar bir-birilərini malik olduqları əşyaların dəyərinə 

görə qiymətləndirir, elə iş axtarırlar ki, onlara daha çox istehlak etmək imkanı versin. 

Hazırdırlar xoşlarına gəlməyən işlə məşğul olsunlar, asudə vaxtlarını və sağlamlıqlarını 

itirsinlər, təki istədikləri əşyalara sahib olsunlar. İnsan əməyinin məhsulları elə onların 

öz nəzərlərində fövqəladə güc qazanır. Hakimiyyət vermək, zülm etmək, xoşbəxtlik və 

sevgi bəxş etmək, istismar etmək və gəlir əldə etmək kimi.



27

İstehlak kultu və yadlaşma 

“İnsan  əmtəəyə  çevrilib  və  öz  həyatına  uğurlu  yatırıma  ehtiyacı  olan  kapital 

kimi baxır. Əgər bu, onda uğurlu alınsa deməli onun həyatının mənası var, alınmasa o 

uğursuzdur. Onun dəyərini insani keyfiyyətləri yox tələb müəyyənləşdirir”

(Erix Fromm. “Sağlam cəmiyyət”)

Marksdan  bu  yana  çox  şey  dəyişdi.  İfrat  istehlak  problemi  İkinci  Dünya 

Müharibəsindən sonra ciddi müzakirə mövzusuna çevrildi. Erix Fromm “Sahib olmaq, 

yoxsa Mövcud olmaq” kitabında yazır ki: “Bəşəriyyət Adəmdən bu yana hələ bu cür 

istehlak kultu ilə rastlaşmamışdı. Həvvanın cənnət bağında yediyi alma indi mövcud 

olan  daima  artan  və  mənasız  istehlakçılıqla  müqayisədə  məsumluqdur.”  İstehlak 

obyektləri təkcə qida və əşyalar deyil, mədəniyyəti, incəsənəti də istehlak etmək olar. 

Beləcə guya kütlələrin ehtiyaclarını ödəyən əslində isə sadəcə kütləyə sırınan müxtəlif 

istehsal  istiqamətləri  yarandı.  İstehlak  kultu  reklam  və  manipulyasiyaların  köməyi 

ilə, müasir modelyerlər, tanınmış “şəxsiyyətlər”in dəstəyi ilə möhkəmləndi. Həlledici 

məsələ bu idi ki, istehlak etmək üçün insanların öncə istehlak etmək istəyi olmalıdır. 

Kapitalist üçün istehlak etmək istəyini dəyərə hətta həyat məqsədinə çevirmək elə də 

çətin bir şey deyildi. Beləcə istehlak kultu yarandı.

Fromm  “Sağlam  cəmiyyət”  əsərində  yazır  ki,  biz  əşyaları  sahib  olmaq  üçün 

əldə edirik. Sındırmaq qorxusu ilə heç vaxt istifadə etmədiyimiz bahalı yemək servisi, 

büllur  vaza  yaxud  çoxotaqlı  boş  malikanə,  lazımsız  maşınlar  və  s.  bu  tip  istifadə 

olunmayan sahib olduğumuz əşyalar. Ancaq sahib olma həzzi üçün istehlak daha çox 

XIX əsrə aid idi, bizim dövrümüzdə insanlar saxlamaq üçün yox, daha çox istifadə 

üçün nəzərdə tutulmuş əşyalar alırlar, baxmayaraq ki, bu hal yenə vəziyyəti dəyişmir. 

Maşın, soyuducu, televizor təkcə həqiqi ehtiyac üçün lazım deyil, həm də görünüş və 

prestij üçün lazımdır. Onlar öz sahiblərinə müəyyən status verirlər. Biz dadsız ve qidalı 

olmayan çörəyi ağ və təzə olduğu üçün yeyirik, çünki o, bizim təsəvvürümüzdə bolluq və 

üstünlüklə əlaqələnir. Biz real məhsulla əlaqəni itirib faktiki olaraq öz təxəyyülümüzün 

məhsulunu yeyirik. Bizim zövqümüz, hiss üzvlərimiz istehlak aktında iştirak etmirlər. 



28

 №1 Fevral 2014

Biz yarlık içirik. Coca-Cola şüşəsi ilə birgə içki içən yaraşıqlı oğlan və qızın reklam 

şəklini içirik. “Həyatın ləzzəti” devizini və məşhur amerikan vərdişini içirik. 

***


Bizim istehlak üsulumuz mütləq olaraq ona gətirir ki, biz heç vaxt razı qalmırıq 

və  doymuruq,  çünki  istehlakçı  bizim  əsl  özümüz  deyil,  real  şəxsiyyətimiz  deyil. 

Burada  çatdırılmaq  istənilən  o  deyil  ki,  insanın  mədəni  inkişafı  ilə  əlaqədar  onun 

istehlak tələbatları arta bilməz, daha yaxşı qidalanmaq, ona estetik zövq verən əşyalara, 

kitablara və s. ehtiyacı ola bilməz. Əlbəttə bunların baş verməsi təbiidir. Ancaq bizim 

qarşısıalınmaz  istehlak  etmək  həvəsimiz  insanın  təbii  ehtiyacları  ilə  əlaqəni  itirib. 

Başlanğıcda kütləvi istehlak insanların bütün tələbatlarını ödəyəcək daha xoşbəxt həyat 

vəd edirdisə, istehlak məqsədə yəni xoşbəxtliyə çatmaq üçün vasitə idisə, indi istehlak 

özü məqsədə çevrilib. Bu bir növ bizi 

öz təsiri altına salan asılılıq kimidir. Hər 

bir  insan  çalışır  ki,  digərində  hansısa 

ehtiyac hissini oyatsın və onu yeni tip 

asılılığa salsın. 

Hazırki  insan  hədsiz  miqdarda 

əşya  almaq  tilsiminin  altındadır,  

xüsusən  də  yeni  əşya.  O  istehlakçı 

aclığını  hiss  edir.  Alıcılıq  və  istehlak 

aktı sağlam məntiqə zidd olan məcburi 

məqsədə  çevrilib,  ən  ali  məqsədə. 

Hər  kəs  bazarda  ən  son  peyda  olan 

hansısa  texniki  yeniliyi  almağı  xəyal 

edir və bu xəyalla müqayisədə istifadə 

olunacaq  əşyadan  alınacaq  əsl  həzz 

ikinci  plana  keçir.  Fromm  yazir  ki, 

“Əgər müasir insanın cənnət haqqında 

əsl təsəvvürlərini deməyə cəsarəti çatsaydı, təsvir olunacaq mənzərə yəqin ki, içərisi 

hər cür texniki yeniliklərlə dolu olan dünyanın ən böyük univermağı olardı. Həmin 

  Kisə üzərində reklam yazısı: “İndi al, sonra ödə”


29

adamsa içərisində bütün bunları almağa yetəcək qədər pul olan kisə ilə birgə.” Hazırki 

istehlak cəmiyyətinin keçən əsrdəkindən əsas fərqi odur ki, bugünkü insan keçən əsrin 

insanı  kimi  malik  olmaqdan  daha  əvvəlki  kimi  həzz  almır.  O  yeniliyi  xoşlayır,  hər 

şeyin yenisini. Və aldığı əşyanı da 

daha yenisi çıxan kimi dəyişməyə 

hazırdır.

Yadlaşmış  münasibət  təkcə 

əşyaların  istehlakına  və  istifadə-

sinə aid deyil, o daha genişdir və 

bizim  boş  vaxtımızın  istifadəsinə 

belə  təsir  edir.  Yadlaşmış  isteh-

lakçı  insan  idman  oyunlarını, 

filmləri,  qəzetləri,  jurnalları,  ki-

tabları,  təbiət  mənzərələrini  belə 

əşyalarla  olduğu  kimi  abstrakt 

və  yadlaşmış  formada  istehlak 

edir. O, heç nədə aktiv iştirak et-

mir,  nəyə  sahib  olmaq  və  ondan 

həzz  almaq  mümkündürsə,  onu 

mənimsəmək  istəyir.  Faktiki  ola-

raq  o,  öz  boş  vaxtının  belə  əsl 

sahibi deyil. Sistem özü onun boş 

vaxtını bölüşdürür, əşyaların istehlakında olduğu kimi. İnsanın zövqü manipulyasiya 

obyektidir . Onun eşitmək istədiyi, görmək istədiyi hər şeyi istehlak sənayesi müəyyən 

edir. Həzzin dəyəri bazardakı uğurundan asılıdır. Heç bir başqa insani ölçülər bunu 

müəyyən  etmir.  Sənin  üçün  nəyin  daha  zövqlü  ola  biləcəyini  bazar  müəyyən  edir. 

Normada insan kitab oxuyanda, peyzajla maraqlananda, dostları ilə ünsiyyətdə olanda 

və  s.  yaradıcı  proseslərdə  dəyişir. Yadlaşmış  formada  zövq  alan  insan  isə  dəyişmir, 

onun yalnız nə etdiyi barədə xatirələri qalır.

Fromm  yazır  ki,  “Fotoaparatlı  turist  dünyaya  yadlaşmış  münasibətin  parlaq 

Bar code art. Consumerism sucks.

Müəllif: Ben Heine


30

 №1 Fevral 2014

nümunəsidir.”  Daimi  şəkil  çəkmək  prosesində  o  özü  faktiki  heç  nə  görmür,  görən 

fotoaparatdır. Kamera onun əvəzinə görür, turistə qalan həzz isə xatirələri və çəkdiyi 

şəkillərdir. Hansılar ki, onun ala biləcəyi, ancaq almadığı həzləri əvəz edir. “Kodak”ın 

reklam devizində deyildiyi kimi, “Siz düyməni sıxırsız, qalanını biz edirik.”

KİV, pop-art, seks

Kütləvi  mədəniyyətin  ənənəvi  mədəniyyətə  münasibəti  dəbin  əşyalara 

münasibəti kimidir. Yəni necə ki, dəbin əsasında əşyaların köhnəlməsi durur, kütləvi 

mədəniyyətin də əsasında ənənəvi dəyərlərin köhnəlməsi durur. Kütləvi mədəniyyət 

başlanğıcda müvəqqəti istifadə üçün yaradılır. O işarələrin dəyişdiyi mühitdir. Onun 

imperativi  istehlakçı-insan  üçün  aktuallıq,  müasirlik,  funksional  yararlılıq  tələbidir. 

Kommunikasiya vasitələrinin inkişafı insan ünsiyyətindəki simvolik əsasın itirilməsinə 

səbəb  olur.  Əsl  canlı  mədəniyətin  yerinə  məzmunu  olmayan  mənasız  işarələrin 

rituallaşması gəlir. Hər bir “mədəni” insan üçün mütləq olan bu tip işarələr minimumu 

formalaşır. Bu minimumu Jan Bodriyar  “ən kiçik ümumi mədəniyyət” hesab edir. Və 

bu minimum kütləvi şüurda “mədəni vətəndaşın şəhadətnaməsi” rolunu oynayır. 

***


Pop-art ikili məna daşıyır – o, həm istehlak cəmiyyətinin məhsuludur, həm də 

onun mexanizminin ifadəsi. O, görünən reallığı təsvir edərkən sistemin işarələrindən 

kənara  çıxa  bilmir.  Pop-art  səmimi  ola  bilər,  həqiqi  ehtirasın,  coşqunun,  ilhamın 

nəticəsi ola bilər, ancaq bununla yanaşı o öz yaradıcısının belə dərk etmədiyi obyektiv 

statusundan xilas ola bilməz. O, başlanğıcdan kommersiya məqsədi daşıdığı üçün heç 

vaxt insana tam çatmır. Həmçinin insan özü də ona münasibətdə istehlakçı kimi çıxış 

etməyə məhkumdur. 

Kütləvi  informasiya  vasitələri    (KİV)  –  istehlak  cəmiyyətinin  totalitar 

xarakterini  əks  etdirir  və  onu  möhkəmləndirir.  Bu  totalitarizmin  məğzi  hadisələri 

homogenləşdirməsində,  bununla  da  istehlakçının  nəzərində  onu  eynihüquqlu 

etməsindədir.  KİV  dünyanın  canlı  məzmununu  ondan  təkcə  hadisələri  götürərək 

məhv edir. Bodriyara görə, reallığa bu cür münasibətilə KİV doğruluq yaxud yanlışlıq 

kateqoriyası  olmayan  “neoreallığı”  formalaşdırır.  Reklamların  da  yaranmasında 


31

iştirak  etdiyi  “neoreallıq”  “psevdohadisələrdən”  ibarətdir.  Reklam  öz  məzmununun 

doğruluğunu analizə çağırmır, reklam ona inam tələb edir. 

İstehlak cəmiyyəti bədən kultunu yaradır və bununla da təkcə dünyanın yox həm 

də insanın fetişləşdirilməsini təmin edir. O insanı öz bədənini manipulyasiya etməyə, 

ondan  sosial  fərqləri  aradan  qaldırmaq  yaxud  daha  da  qabartma  aləti  kimi  istifadə 

etməyə məcbur edir. Ənənəvi gözəllik, erotiklik anlayışları funksiyalarla əvəz olunur 

və istehlak qabiliyyətinin bir maddəsi hesab olunur. Bədən ruhun sadələşmiş analoquna 

çevrilir, onu “tapmaq”, “kəşf etmək”, “dərk etmək” və “xilas etmək” lazımdır. O müasir 

mifologiyanın obyektinə çevrilir və məzmunca artıq material deyil. Bədən – istehlak 

obyektidir. Sahibindən başqa onu dəb jurnalları və tibb istehlak edir. Onunla əlaqəli 

olan seksuallıq anlayışı da verilmiş standartların çərçivəsinə salınır və kommersiyalaşır, 

istehsal sisteminin elementinə çevrilir.

İstehlakçı və istehlakçılıq dərəcəsi

Hər kəs eşitmiş olar ki, müasir cəmiyyət istehlakçı yetişdirir. Amma eyni zamanda 

kimlərinsə xüsusi olaraq bu işlə məşğul olduğunu görmürük: valideynlər öz övladlarına 

qarşısına çıxan hər şeyi almağı öyrətmirlər, dövlət istehlaka həvəsləndirmə proqramları 

həyata keçirmir, sahibkar üçün alış-verişdən uzaq vaxtında nə işlə məşğul olduğunun 

ümumiyyətlə əhəmiyyəti yoxdur, onların işi satışı artırmaq üçün öz mallarının reklamıdır. 

İstənilən sahibkar üçün alıcı lazımdır, dövlət üçün sahibkarlığa mane olmaq sərf etmir, 

valideynlərin isə ümumiyyətlə çox da vecinə deyil. Nəticədə valideynlər övladlarını 

öz nümunələrində böyüdürlər, dövlət istehlak prosesinə müdaxilə etmir, istehlakçının 

yetişdirilməsi isə təbii, qarşısıalınmaz sosial-iqtisadi prosesə çevrilir.

İstehlak cəmiyyəti insandan bir şey istəyir – O, sadəcə “ye”sin. Dayanmadan, 

sözün  bütün  mənalarında.  İşləsin  və  qazandığı  pullarla  “ye”sin.  Komputer  oyunları 

oynasın, yeni paltarlar, telefonlar, maşınlar və s. alsın. Sadəcə işləsin və alsın. Nəticədə 

o  baş  verir  ki,  insan  ətrafdakı  hər  şeyə  istehlakçı  gözüylə  baxır.  Hətta  insana  belə. 

İstehlakçı insan ətrafdakı insanlardan ancaq istifadə edə biləcəklərini görür, digərlərini 

isə  ümumiyyətlə  görmür.  Qadın  seksual  tələbatları  ödəmə  vasitəsidir,  valideynlər  

maddi  kömək  üçün  müraciət  yeri.  O  özünə  qarşı  da  belə  münasibəti  normal  hesab 


32

 №1 Fevral 2014

edir. İstehlak cəmiyyətində insanın bütün həyatı daha çox istehlak etmək üçün özünü, 



əməyini,  qısa  həyatının  müəyyən  dövrünü  satmaqdan  ibarət  olur.  Nəticədə  mədəni-

insani keyfiyyətlər ümumiyyətlə formalaşmır və pulun mövcudluğundan asılı olan canlı 

yaranır. O tamamilə tək və köməksiz qalır. Çarəsiz halda hansısa dini, siyasi sektalara 

qoşulur,  hansıların  ki,  yalnız  adında  mənəviyyat  yaxud  siyasət  olur.  Bu  yadlaşmış 

insanın həyatına məna qatmaq cəhdidir. 

Müasir kütləvi istehlak cəmiyyətini istehlak dərəcəsinə və miqyasına görə nisbi 

də olsa bir neçə istehlakçı siniflərə ayırmaq olar: Elita, Orta sinif, Marjinallar.

Elit istehlak o deməkdir ki, eksklüziv və bahalı mallar alınır. Çox vaxt bunlar 

kütləvi istehsal olunmayan, nadir materiallardan hazırlanmış və əl işi sayılan mallardır. 

Bu elitar istehlakçılar iri kapitalistlər və bu tip digər varlılardır.

“Orta sinif” elə dırnaqcıq arasında olan həmin “orta sinif”dir. Bu istehlak növündə 

bahalı mallar və xidmətlər mütəmadi olaraq kreditlərin köməyilə istehlak olunur. Qərb 

ölkələrində bu sinif kütləvi istehlak cəmiyyətinin əsasını təşkil edir və elitanın əsas 

gəlir mənbəyidir.



33

Marjinallar  istehlak  cəmiyyətinin  ən  aşağı  sinfidir.  Bura  pensionerlər,  bəzi 

prestijli sayılmayan peşə sahibləri və s. aiddir. Əslində marjinallar bütün kulturalarda 

cəmiyyətə  nəzərən  özünü  müəyyənləşdirməkdə  çətinlik  çəkən  kəsim  sayılır.  Onlar 

istənilən sinfə aid ola bilərlər və sadəcə az istehlak etmələrilə fərqlənirlər. 

***


Amma  bunlardan  əlavə  də  istehlakçı  qruplar  var,  çünki  bu  yuxarıdakı  bölgü 

nisbidir. Misal üçün özlərini elita hesab edən, bahalı klublara gedən, kütləvi istehsal 

üçün  nəzərdə  tutulmuş  dəbli  paltarlar  geyinib  atalarının  maşınlarını  sürənlər.  Bu 

istehlakçı tiplərini qeyd etməkdə məqsədim özünün nə dərəcədə istehlakçı olduğunu 

bilmək istəyənlərə kömək etməkdir. Çünki biz bu sistemin içindəyik və bu totalitar 

təsirə qarşı müqavimət göstərmək elə də asan iş deyil. Amma buna hər şeydə olduğu 

kimi öz yerini müəyyənləşdirməklə başlamaq olar.

İstehlak və sağlamlıq

İstehlak cəmiyyətinin tənqidi bəlkə də kiməsə hansısa mənasız fəlsəfi söhbətlər 

kimi gələ bilər. Çünki içində olduğumuz problemi tam başa düşmək və ən əsası bunu 

qəbul etmək hər adam üçün asan deyil. Amma yuxarıda qeyd etdiyimiz məsələlərdən 

başqa istehlak cəmiyyəti birbaşa sizin sağlamlığınız üçün təhlükədir. Oniomaniya – 

qarşısıalınmaz  nəsə  almaq  istəyidir. Alınan  malın  lazımlılığına  və  sonrakı  nəticəyə 

əhəmiyyət  vermədən.  Sadə  dildə  bu  asılılıq  şopinqolizm  yaxud  şopoqolizm  adlanır. 

Psixiatriyada  bu  xəstəlik  sarışan  fikirlər  hesab  olunur  və  obsessiv-kompulsiv 

pozğunluqlara aid olunur. Termin kimi tibbə ilk dəfə XIX əsrin sonları məhşur alman 

psixiatrı Emil Krepelin tərəfindən daxil olunub. Alimlərin fikrincə oniomaniya heç də 

alkoqolizm, narkomaniya və s. kimi problemlərdən geridə qalan xəstəlik deyil. İnkişaf 

etmiş ölkələrdə əhalinin 20 faizindən çoxu bu xəstəlikdən əziyyət çəkir və bu rəqəm 

getdikcə  artmaqdadır. Almaniyada  2008-ci  ildə  aparılan  elmi  araşdırma  nəticəsində 

məlum olmuşdur ki, 800 min alman “şopinq” asılılığından əziyyət çəkir. Xəstəliyin 

əsas  simptomları:  impulsiv  daimi  nəsə  almaq  istəyi,  istədiyi  əşyanı  ala  bilmədikdə 

əhvalının korlanması, sistematik olaraq stresdən xilas olmaq üçün yeni nəsə əldə etmək 

və bununla da müvəqqəti surroqat xoşbəxtlik hissi ilə rahatlıq tapmaq, daim yeni aldığı 


34

 №1 Fevral 2014

əşyanı müzakirə etmək və mütəmadi olaraq ticarət mərkəzlərinə baş çəkmədikdə apatiya 

hissinin olmasıdır. Nəticədə isə bütün bu istəklərin yerinə yetməməsi psixi pozuntulara 

xüsusən  də  aqressiya,  autoaqressiya,  depressiya,  davamlı  yuxu  pozğunluqları  və 

nevrozlara  səbəb  olur.  Psixi  pozuntular  isə  damar  distoniyası,  arterial  hipertenziya,  

immunmüqavimətin zəifləməsi və mütəmadi baş ağrıları kimi somatik problemlərə yol 

açır. Bundan başqa maqnit rezonans tomoqrafiya (MRT) ilə aparılan təcrübələr zamanı 

müəyyən  olunmuşdur  ki,  oniomaniya  zamanı  beynin  məntiqi  təfəkkürə  cavabdeh 

hissələrinin  fəaliyyətində  əhəmiyyətli  dərəcədə  zəifləmə  müşahidə  olunur.  Odur  ki, 

özünüzü qoruyun.



Qeydlər:

Yüklə 9,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin