Məmməd Süleymanov: Azərbaycanda Sol hərəkatın


  İngiliscədən hərfi tərcümədə “Kilroy burada olub” anlamını verir. 2



Yüklə 9,24 Mb.
Pdf görüntüsü
səhifə6/6
tarix14.01.2017
ölçüsü9,24 Mb.
#5119
1   2   3   4   5   6

1.  İngiliscədən hərfi tərcümədə “Kilroy burada olub” anlamını verir.

2. “Bununla da, nasist Eyxmanın məhkəməsi əsasında “Şərin banallığı” 

     kitabını yazan Hanna Arendtin əsərinə hörmətini izhar edir”. Məmməd 

     Süleymanov.

İstifadə olunan mənbələr:

1.  Urban NEWS: Welcome back, Solo!: https://www.facebook.com/notes/

     urban-art-azerbaijan/urban-news-welcome-back-solo/644909952219866

2.  Aleksandr Tarasov – “68-ci il: İnqilab yoxsa karnaval?”: http://solfront.org/

     archives/5028

3.  http://teleqraf.com/news.php?id=31423#.UrhL61yTlFM

4.  http://www.wired.com/culture/lifestyle/news/2005/12/69741

5.  http://www.banksy.co.uk

6.  http://www.nytimes.com/1994/05/08/weekinreview/may-1-7-singapore-  

     swings-michael-fay-s- torture-s-over-watch-for-the-docudrama.html

7.  http://news.bbc.co.uk/2/shared/spl/hi/picture_gallery/07/asia_pac_graffiti_

     artists_in_beijing/html/1.stm

8.  http://5ptz.com

76

 №1 Fevral 2014

Məmməd Süleymanov

Cek Londonun “Dəmir daban”ı

Cek  Londonun  sosialist  olması  ümum  məlum 

faktdır.  Yazıçı  illər  boyu ABŞ  Sosialist  partiyası-nın 

üzvü olub, onun fəaliyyətində iştirak edib, beynəlxalq 

həmkarlar  təşkilatı  olan  “Dünya  Sənaye  Fəhlələri”ni 

(IWW)  dəstəkləyib,  habelə  Sol  hərəkata  maliyyə 

dəstəyi verib. Sonralar Sosialist Partiyasından bəyanat 

verərək çıxması isə heç də ideologiyadan ayrılması ilə 

yox, partiyanı passivlikdə suçlaması ilə bağlı olub.

Yazıçının qələmindən proletariatın problemlərinə həsr olunmuş bir çox bədii və 

publisistik yazılar çıxıb. Onların arasında “Dəmir daban” romanının əlahiddə yeri var.

***


“Tarixçilər və filosoflar üçün oliqarxiyanın qələbəsi həmişəlik həllsiz tapmaca 

olaraq  qalacaq.  Sosial  təkamülün  gedişatında  ona  yer  yox  idi.  Onun  gəlişi  tarixi 

cəhətdən əsassız idi və qaçılmaz deyildi. O, tarixdə dəhşətli anomaliya, dərkolunmaz 

kuryoz kimi qalacaq”

(Cek London. “Dəmir daban”)

1908-ci  ildə  32  yaşlı  Cek  London  “Dəmir  daban”  romanını  yazır.  İlk 

antiutopiyalardan biri sayılan əsər 25 il ərzində diqqəti xüsusi olaraq cəlb etmir. Yalnız 

1940-cı  illərdən  başlayaraq  ardıcıl  olaraq  kitabdakı  öncəgörmələrin  doğrulmağa 

başlaması əsərin ədəbiyyat tarixində öz layiqli yerini tutması ilə nəticələnir.

Necə ki özünün “Kataloniyanın xatirəsinə” kitabı ilə Corc Oruell siyasi publistikanı 

incəsənətə çevirmişdi, oxşar ifadəni “Dəmir daban” haqqında da işlətmək olar: Cek 



MƏDƏNİYYƏT

77

Londonun sayəsində siyasi ideologiya və sinfi mübarizə incəsənətə dönüşdü.

Əsər inqilabçı Ernest Everqardın həyat yoldaşı Evisin gündəlikləri formasında 

qələmə alınıb. 1917-ci ildə ABŞ-dakı üsyandan bir müddət sonra həlak olan Evisin 

yazdıqları yalnız 27-ci əsrdə – İnsanların Qardaşlığı erasında aşkarlanır və dərc olunur. 

Əsərdəki hadisələr isə 1912-1918-ci illərin təsviri kimi verilib. Bəlli olduğu kimi, Cek 

London 1916-cı ildə böyrək çatışmazlığından vəfat edib, yəni, əsərin süjetində o, hələ 

olmamış və gələcəkdə baş verəcək hadisələri təsvir edib.

Bizim  illərimizdə  isə  “Dəmir  daban”  –  reallaşmış  antiutopiyadır.  Müəllifin 

“terrorçu  kapitalizmin  hakim  sinfi”  adlandırdığı  oliqarxlar  dövrümüzdə  tamamilə 

leqallaşmış və ən populyar kəlmələrdən birinə çevrilib. Cek London “Dəmir daban” 

dövrünü  quldarlıq  üsulları  ilə  müasir  texnologiyanın  birləşdirildiyi  bir  idarəetmə 

forması sayırdı. Ətrafınıza baxın: Dünya düzəni məhz bu ssenarinin gerçəkləşməsindən 

xəbər verir.

Bu cəhətdən Cek London öncəgörəndir...

***


 “ – Əgər bütün dünyaya yiyələnmək üğrunda mübarizədə trestlər qalib gəlsə, 

bəs onda?

–  O  zaman,  –  deyə  Ernest  cavab  verdi,  –  siz  də,  biz  də  və  bütün  fəhlə  sinfi 

bəşəriyyət tarixinin hətta ən qaranlıq dövrlərinin belə tanımadığı cilovsuz və rəhmsiz 

zülmkarlığın dəmir dabanı altında əziləcək. Bəli, onun adı belədir – Dəmir daban”.

(Cek London. “Dəmir daban”)

Cek  Londonun  “Dəmir  daban”ını  dünya  ədəbiyyatı  tarixində  oliqarxlar  və 

oliqarxiya  haqqında  ilk  roman  sayırlar.  Əsər  kapitalizmin  analizinə,  onun  hansı 

istiqamətdə inkişaf edəcəyinə və quruluşa qarşı əsrlərlə davam edəcək dirənişə həsr 

olunub. Bəzən “Dəmir daban”ı pessimist əsər adlandıranda yanılmırlar – müəllif uzun 

çətin yoldan, ancaq bu yolun qaçılmazlığından daışır. 

Yazıçının  kapitalizmi  qamçılayan  və  işçi  sinfinin  mübarizəsindən  bəhs  edən 

digər yazıları da var, ancaq onlar kiçik həcmlidir və publisistikdir (“Mən niyə sosialist 

oldum?”, “İnqilab” və s.), yalnız “Dəmir daban” sosialist yazıçının ideyaları ən dolğun 


78

 №1 Fevral 2014

şəkildə əks olunmuş irihəcmli bədii romanıdır.

Əsəri  ilk  dəfə  orta  məktəb  şagirdi  olaarkən  (1986-cı  il)  oxumuşam.  “Martin 

İden”dən, “Vaxt gözləmir”dən, “Əcdadların çağırışı”ndan və çoxsaylı hekayələrindən 

sonra “Dəmir daban”ın məni riqqətə gətirmədiyini, xüsusi bir təsir bağışlamadığını, 

hətta darıxdırdığını söyləməliyəm. Yeniyetmə yaddaşımda daha çox qan içində boğulan 

Çikaqo üsyanın emosional təsvirləri qalmışdı.

Kitab dilimizə tərcümə idi. 1971-ci ildə Yusif Əzimzadə tərəfindən çevrilmişdi. 

Tirajı da bu gün üçün çox böyük görünür: 50 min. Və mükəmməl bir tərcümə. O cür 

tərcümələrlə indi rastlaşmaq müşkül məsələdir.

İkinci dəfə “Dəmir daban”a 2 il əvvəl qayıtdım. Və sanki əlimdə ilk dəfə tuturdum, 

sanki bu kitabı hələ 15 yaşımda mütaliə etməmişəm. Sirr isə sadə idi: Onu ilk dəfə 

oxuduğumda tamam başqa ölkə, başqa quruluş, başqa reallıqlardı. Kitabda yazılanlar, 

oradakı səfalət, istismar, sinfi mübarizə təsvirləri o vaxtlar yadplanetlilərin xatirələri 

kimi  görünürdü  və  bizlərə  tamamilə  yaddı.  Biz  kapitalizmin  mənzərələrini  yalnız 

televiziyadan,  həftədə  1  dəfə  “Beynəlxalq  panoram”da,  ya  da  hər  gün  15  dəqiqəlik 

“Dünya  bu  gün”  verilişində  görürdük.    “Oliqarxiya”,  “trest  və  monopoliyalar”, 

“fəhlə aristokratiyası”, “orta sahibkarlar”, “zorakı yolla mübarizə”, “ştreykbrexerlik” 

ağlabatmaz terminlərdi. Nə yazıq ki, tezliklə onlar reallığa çevrildilər və 1980-cı illərdə 

qeyri-aktual, utopik görünən “Dəmir daban” təsvirləri hazırda gündəlik reallığımıza 

çevrildi.

***


“Mən  sərbəst  peşə  və  sənət  nümayəndələrinə  nökər  dedim.  Onları  başqa  nə 

adla  çağırmaq  olar?  Onların  hamısı  –  professorlar  da,  vaizlər  də,  jurnalistlər  də 

plutokratiyaya xidmət edir; bu xidmət də ondan ibarətdir ki, onlar ya tamamilə zərərsiz, 

ya da hakim siniflərə xeyirli olan ideyaları yayırlar. Bu adamlar öz hakimləri üçün 

təhlükəli olan ideyalara tərəfdar çıxan kimi işdən qovulurlar. Əgər onlar qara günləri 

üçün  bir  şey  tədarük  etməyiblərsə,  bircə  yolları  var  –  aşağıya,  proletariata  doğru; 

orada isə ya məhv olur, ya da təbliğatçı fəhləyə çevrilirlər”

(Cek London. “Dəmir daban”)

79

Mənə isə təkrar oxuduqca Cek Londonun hələ 100 il əvvəl bir çox şeyləri necə 

aydınlıqla  proqnozlaşdırdığına  (və  uzun  illər  boyu  bu  proqnozları  hamının  xülya 

saydığına)  təəccüblənmək  qaldı.  Düzdür,  oxşar  ideyalara  digər  mütəfəkkirlərdə  rast 

gəlmək olur, məsələn Leninin “İmperializm kapitalizmin ali mərhələsi kimi”, yaxud 

“Dövlət və inqilab”ında, ancaq Cek London xronoloji olaraq Lenini qabaqlayır. Üstəlik, 

“Dəmir daban” fəlsəfi yox, bədii əsərdir. Siyasi fikirlər nə qədər mükəmməl olmalıdır 

ki, onu bədii obrazlara köçürə, iqtisadi qanunauyğunluqları sadə oxucu üçün anlaşıqlı 

dilə çevirə biləsən – Cek Londonun ən böyük üstünlüyü də buradadır.

Əsərdə  oliqarxik  kapitalizmin  təşəkkülünün  dolğun  təsviri  verilir.  Get-gedə 

əvvəl xırda, sonra orta müəssisələr sıradan çıxarılır. Onları oliqarxların əlində cəmləşən 

trestlər  “udur”.  Özlərindən  və  güclərindən ifrat  razı  fermerlər  oliqarxiyanın növbəti 

qurbanı olurlar. Oliqarxlar izafi gəlir ardınca xarici bazarlara çıxırlar (Oxu: qlobalizm), 

digər mərkəzi kapitalizm dövləti olan Almaniya ilə ABŞ-ın bazar rəqabəti müharibəyə 

aparıb  çıxarır  (Oxu:  Dünya  savaşı). Ancaq  bütün  dünya  sosialistlərinin  iş  yerlərini 

buraxıb tətilə çıxması və beynəlmiləl pasifizm bu müharibəyə mane olur. Almaniyada 

sosialistlər kayzeri devirib hakimiyyətə gəlir, ancaq ABŞ-da oliqarxlar hakimiyyətdə 

möhkəmlənirlər. Everqard onların hakimiyyətini “Dəmir daban” adlandırır.

Sonrasına diqqət edin: Orta sahibkarlar (xüsusən də fermerlər) müflis olmaqlarına 

üsyanla cavab verirlər. Üsyan qan içində boğulur. Ordu Dəmir dabanın silahına çevrilir. 

Eyni zamanda oliqarxlar həmkarlar təşkilatlarını satın alırlar (bizdəki kimi).

Beləliklə, ölkədə 3 sinif qalır: oliqarxlar, imtiyazlı fəhlələr (onlara həyati vacib 

əhəmiyyətli istehsal müəssisələrində çalışanlar və bir də metamorfoza uğramış “ofis 

planktonu”  uyğun  gəlir),  bir  də  həyatın  dibinə  düşmüş  kütlə  (klassik  anlamdakı 

proletariat. Yəni, “heç nəyi olmayanlar”)

***


“Müharibə  bir  çox  ölkədə  artıq  malları  işə  verməyə  yol  açmalı  idi,  işsizlər 

ordusunu azaltmalıydı, nəhayət, oliqarxiyaya öz planlarını hazırlayıb həyata keçirməyə 

şərait yaratmalıydı. Müharibənin köməyilə xalq arasında geniş yayılmış “Sosializm 

oliqarxiya  əleyhinə”  şüarını  “Amerika  Almaniya  əleyhinə”  şüarı  ilə  əvəz  etmək 

olardı”

(Cek London. “Dəmir daban”)

80

 №1 Fevral 2014

Əsəri  oxuduqca  indiki  dövrlə  oxşarlıqlar  da  qar  topası  kimi  artır:  Daha  xırda 

və  orta  sahibkarlar  yoxdur,  oliqarxlar  güc  strukturlarını  gücləndirir,  total  nəzarət 

tətbiq edir, həmkarlar təşkilatlarını “əl oyuncağı”na çevirirlər. Fəhlələrin bir qismi – 

yüksək  ixtisaslı  hissəsi  üçün  normal  həyat  şəraiti  yaradılır  (Bunu  indi  Qərbdə  olan 

“fəhlə  aristokratiyası”  ilə  müqayisə  edin).  Onlara  Cek  London  rabitə,  nəqliyyat, 

maşınqayırma və hərbi kompleks sahələrinin fəhlələrini aid edir. Beləliklə, fəhlə sinfi 

bölünür, ştreykbrexerlik adiləşir. “Seçilmiş” fəhlələr komfort evlərdə yaşayır, onların 

tibbi xidməti, övladlarının təhsil hüququ var. Əksər fəhlələrin isə maaşı azaldılır, iş 

saatları artırılır, onlar şəhər mərkəzlərindən uzaqlaşdırılır, getto və baraklara sürülür. 

Onlar  klassik  anlamda  proletariata  (heç  nəyi  olmayanlara),  lümpenlərə  (sinifsiz 

fərdlərə) çevrilir. Onların mövcudluq şəraiti elementar mədəniyyətlərini də məhv edir. 

Bu fəhlələrə maaş əvəzinə sadəcə bir qab yemək verilir, işləmək isə məcburidir.

Beləliklə, var oliqarxlar, var onlara xidmət edən, öz sinfi mənsubiyyətini satan 

“fəhlə aristokrariyası”, bir də var lümpenlər, mədəniyyətini, insanlığını itirməkdə olan, 

deqradent kütlə.

***

“Ştreykbrexerçilik bir peşə kimi məhv olacaq. Daha heç bir tətil baş verməyəcək, 

onu kölələrin qiyamları əvəzləyəcək. Bax o zaman ştreykbrexerlərin quldur dəstələri 

yüksək  pilləyə  qalxacaq.  Onları  kölələrə  nəzarətçi  təyin  edəcəklər.  Əlbəttə,  heç  kəs 

onları  bu  adla  çağırmayacaq.  Onlar  əmək  haqqındakı  qanunun  keşikçiləri  hesab 

ediləcəklər. Nüfuzlu ittifaqların xəyanəti bizi çox geriyə atacaq”

(Cek London. “Dəmir daban”)

Cek London “Dəmir dabanı”nda zülmətə qərq olmuş bir gələcəyi təsvir edirdi. 

1940-cı  illərdə  Corc  Oruell  bu  əsəri  xəsisliklə  tərifləməklə  yanaşı,  proqnozların  bir 

çoxunun doğrulmadığını qeyd etmişdi. Ancaq maksimalist olmayaq: Oruelldən sonra 

onun öz proqnozları kimi, Cek Londonun da bir çox proqnozları doğruldu. Sadəcə, 

Oruell bunu görmədi. Cek London isə əslində 1980-cı illərdən bütün dünyaya etalon 

kimi sırınan neoliberalizmi təsvir edirdi. Haradasa daha kustar formada, bədii şəkildə, 

ancaq ümumən dəqiq və öncəgörmələrlə.



81

Londonun proqnozlarına görə, mübarizə yüzillər boyu davam etməliydi. Uğursuz 

üsyanlar,  irimiqyaslı  repressiyalar  hər  dəfə  inqilabçıların  ən  parlaq  və  barışmaz 

nümayəndələrinin  məhvi  ilə  nəticələnirdi.  Yoxsulluq  və  hüquqsuzluq  fonunda  isə 

oliqarxiya hər dəfə topladığı pulların “yuyulması” məqsədi ilə xalqa heç bir faydası 

dəyməyən yollara əl atacaqdı. Məsələn: “Oliqarxlar pullarını xərcləməyə yer tapacaqlar. 

Yollar salınacaq, nəhəng tikintilər onlardan ötrü 

gəlirlərini işə vermək üçün qaçılmaz vasitəyə 

çevriləcək. Oliqarxlar bu işləri görməyə məcbur 

olacaqlar. İmtiyazlı ticarət təbəqələrinin yerini 

fəhlələr  tutacaq.  Onların  ayaqları  altında,  qa-

ranlıq  quyuda  isə  zəhmətkeş  xalq,  əhalinin 

ən  böyük  hissəsi  donacaq,  aclıq  çəkəcək  və 

diri-diri çürüyəcək. Lakin elə bir gün gələcək 

ki, xalq quyudan çıxacaq. Fəhlə təbəqələri və 

oliqarxiya süqut edəcək...”

Bütün  məğlubiyyətlərə  baxmayaraq, 

qurtuluşun yeganə yolu kimi London İnqilabı 

göstərir.  Məsələn,  dinc  taktikaya,  demokratik 

seçkilərə  ümid  bəsləyən  sosialistlər  deyəndə 

ki, “Milyonlarla narazı, məzlum adam bizə qoşulur. İndi fermerlər də, orta siniflər də, 

kənd təsərrüfatı fəhlələri də bizimlədir. Bir ay sonra bizim 50 nümayəndəmiz Konq-

resə seçiləcək, 2 ildən sonra isə prezidentdən tutmuş süpürgəçiyə qədər bütün mövqelər 

əlimizdə olacaq”, əsərin əsas qəhrəmanı Ernest Everqard başını bulayaraq cavab verir: 

“Yaxşısı budur, deyin görək, tüfənginiz çoxdurmu, patronları hardan alacaqsız?”

Onun proqnozu bu dəfə də doğru çıxır: Konqresə seçilmiş sosialistlər (Everqard 

da daxil olmaqla) və fermerlərin nümayəndələri həbsə atılır, Konqres özü isə mənasız 

və faydasız bir quruma çevrilir. Onun mövcudluğuna Evis Everqard öz gündəliyində bu 

cür qiymət verir: “Senatın və Konqresin işi hoqqabazlığa, boş rəsmiyyətə çevrilmişdi. 

Orada hələ də hansısa məsələlər müzakirə və həll edilirdi, lakin bu iş ona görə görülürdü 

ki, oliqarxiyanın hökmlərinə qanuni görkəm verilsin”.

Dəmir daban kitabının ilk nəşrinin üz qabığı. 

1908.


82

 №1 Fevral 2014

***


“Əhalinin böyük bir hissəsi – dibsiz uçurumun sakinləri getdikcə daha artıq mal-

qara itaətkarlığına və ümidsizliyinə qapılırdılar. Onların arasından güclü şəxsiyyətlər 

çıxdığı zaman isə oliqarxiya bu şəxsiyyətləri öz toruna salır, imtiyazlı fəhlələrin və ya 

muzdluların sırasına daxil edirdi. Beləliklə, əvvəlcədən hər cür etirazın qarşısı alınır 

və proletariat onun rəhbərinə çevrilə biləcək adamlardan məhrum olurdu”

(Cek London. “Dəmir daban”)

Etirazçıları məhv etməklə və fəhlə sinfinin aktiv hissəsini parçalamaqla Dəmir 

daban  əhalinin  əksər  hissəsi  üçün  elə  qaydalar  müəyyənləşdirir  ki,  onlar  quldarlıq 

quruluşunu  xatırladır.  “Oliqarxlar  özlərinə  heyvan  təlimçisi  kimi,  bəşər  sürüsünün 

hökmranı  kimi  baxırdılar...  Oliqarxlar  bir  sinif  kimi  özlərini  mədəniyyətin  yeganə 

daşıyıcısı sayırdılar. İnanırdılar ki, cilovu boşaltsalar, ibtidai heyvanın açılmış ağzı onları 

udacaq” – Cek London Evis Everqardın dili il yazır. Bir sözlə, “Eqoizm erası” bərqərar 

olur. Bu erada əhalinin 80 faizi lazımsız, həyatın yeraltısına itələnmiş, siyasətdən uzaq, 

apatik və yeganə missiyası qul kimi istismar olunmaq olan “vəhşi heyvan”dır. 

Ancaq yenə də geci-tezi İnqilab qalib gəlməlidir – Cek Londonun bədbin əsərinin 

əsas  nəticəsi  də  elə  bundadır.  .Ernest  Everqardın  çıxışından  balaca  bir  sitata  diqqət 

kəsilin:


“İnsan  cəmiyyəti  öz  tarixi  boyu  heç  vaxt  indiki  kimi  qeyri-sabit  vəziyyətdə 

olmayıb.  Haradasa  cəmiyyətin  dərinliklərində  gözlə  görünməyən,  nəhəng  çevriliş 

yetişir. Bu prosesləri daha çox altıncı hiss ilə qavrayırsan. Nə isə yerindən tərpənir – 

nəhəng, aydın olmayan, qəzəbli… Mən hansısa nəhəng v qəzəbli hadisələrin gəlişini 

gözləyirəm,  onların  kölgəsi  artıq  üfüqü  qapadır.  Onun  xarakter  və  təbiətini  hətta 

təsəvvür etmək də çətindir…”

Everqard gələn fəlakəti hiss edir, ancaq onu geniş təsvir edə, ona ad verə bilmir. 

Çünki, baş verənlər tarix üçün tamamilə yenidir.

O yenilik –  Dəmir daban idi. Daha o da yeni deyil. Və yenə də Everqardın ardınca 

təkrarlaya bilərik: Yeni nə isə yenə yetişir və gəlir. “Və Onun xarakter və təbiətini hətta 

təsəvvür etmək də çətindir…”


83

Məmməd Süleymanov

“Manifest”ə Ön söz

“Avropada  bir  kabus  dolaşır,  kommunizm 

kabusu” ilə başlayıb, “Bütün ölkələrin proletarları, 

birləşin!” çağırışı ilə tamamlanan 166 yaşlı kitabın 

kustar  tənqidi  də  elə  bu  2  cümlənin  “təftiş”i 

üzərində qurulur. Yəni, “Ölülərlə nə işiniz var?” və 

“Hanı  sənin  o  proletariatın?”  ritorikası  ilə. Ancaq 

yanılırlar.

Onda yanılırlar ki, “İndiyədək mövcud olmuş bütün cəmiyyətlərin tarixi siniflərin 

mübarizə  tarixidir”  yazan  Marks  və  Engels  inqilabi  inkişafın  yolunun  antaqonist 

siniflərin ölüm-dirim savaşından keçdiyini vurğulayanda, nə vaxtsa feodallar üçün də 

burjuaziyanın kabus olduğunu göstərirlər – Sanki yoxdu, gəldi və qalib gəldi. Artıq 

tarixdə mütərəqqi imkanlarını tükətmiş burjuaziya da öz kabusunu gözləyir – o kabusu 

ki, özü yaradıb. 

O ki qaldı ikinciyə (“Hanı sənin proletariatın?”), öz təlimi özünün başına uçmuş 

neoliberal (və artıq tövbədə bulunan) Fukuyama kimi, bu sinfin tükəndiyini, “əridiyi”ni, 

yox olduğunu söyləyənlər də yenidən yanılırlar.  Elmi kommunizmin ilk proqram sənədi 

olan “Manifest”də müəlliflər heç də məxsusi olaraq “zavod və fabrik fəhlələri”, yaxud, 

ümumiyyətlə “fəhlə sinfi” üzərində dayanmırlar. Onlar üçün, proletariatın tərifi qısa və 

konkretdir: 1 muzdludurlar və 2. istismar olunurlar (Bunun tərsinə olaraq, burjuaziya 

– 1. istehsal vasitələrinə sahibdir və 2. ya birbaşa, ya dolayısı yolla muzdlu işçiləri 

istismar edirlər). Bir sözlə, proletariat – izafi dəyər yaradan, istehsal vasitələri üzərində 

mülkiyyət  hüququ  olmayan,  işçi  qüvvəsini  satmaq  hesabına  yaşayan  sosial  sinifdir. 

KİTAB


84

 №1 Fevral 2014

İndi də dönün 4 yanınıza və baxın – proletariat hər yerdədir. O, zavod və fabriklərdədir, 

bank və şirkətlərdədir, dükan və sexlərdədir, orta və ali məktəblərdədir, işləyənlər və 

işsizlər arasındadır, jurnalistlər və uşaq dayələri sırasındadır.

Bir sözlə, kabus da qalır, proletariat da var. “Manifest”in ilk və son cümlələri 

nəinki doğrudur, həm də aktualdır. Məhz bu 2 cümlənin tez-tez müzakirə mövzusuna 

çevrilməsinin  isə  çox  şəffaf  səbəbi  var:  “Manifest”i  az  adam  oxuyur,  ancaq  hamı 

yuxarıdakı cümlələri eşidib. Bu isə artıq Marksın publisistik qələminin gücüdür (Məsələ 

ondadır ki, “Manifest” Marks tərəfindən əslində təkbaşına yazılıb, Engels yalnız bəzi 

şifahi təkliflərini verib).

“Manifest” barədə V.Lenin yazmışdı: “Bu balaca kitab 2 bütöv cildə dəyər: onun 

ruhu ilə hələ də sivil dünyanın bütün təşkilatlanmış və mübarizə aparan proletariatı 

yaşayır və hərəkət edir”. Bu sözlərin deyildiyi vaxtdan 120 il keçib – biz isə təkrarlaya 

bilərik: “Bəli. Hələ də”.

***

“Manifest”i yazmağı Marks və Engelsə 1847-ci ildə “Ədalətlilər ittifaqı” sifariş 



verir. Yeri gəlmişkən, onların bu ittifaqa üzv olmasından sonra qurum adı dəyişərək 

“Kommunistlər ittifaqı” olur.

Marks və Engelsin hazırlayacağı proqram sənəd “Kommunist inamının simvolu 

layihəsi” adlanmalıydı, ancaq müəlliflərin ateist baxışları son variantın “Kommunist 

partiyasının Manifesti” adını daşıması ilə nəticələnir.

Biz marksizmin yenidən aktuallaşdığı bir dövrdə yaşayırıq. Son 100 ildə artıq 

4-cü dəfədir bəşəriyyət nəzərlərini Marksa çevirir. İlk dəfə bu, 1-ci Dünya savaşının 

vakxanaliyasında baş verdi və marksizm nəinki baş verənləri analiz edən, həm də çıxış 

yolunu göstərən yeganə təlim (Qramşinin sözləri ilə desək, “praktika fəlsəfəsi”) oldu. 

Nəticədə proseslər 1917-ci ildə ilk sosialist dövlətinin yaranması və inqilabın Avropaya 

yayılması ilə nəticələndi.

Marksizmin ikinci dönüşü 2-ci Dünya savaşı illərinə və ondan sonraya təsadüf 

edir. 3-cü dəfə isə 1968-ci il hadisələri marksizmi yenidən ictimai-siyasi fikrin önünə 

çəkdi  (“Saqqallı  filosof  universitetə  dönür”  –  Marksın  rəsminin  altından  Sorbonna 

tələbələri yazmışdı). Ancaq sosialist düşərgəsinin dağıdılması və SSRİ-nin süqutu Sol 


85

nəzəriyyəni uzun illər geriyə saldı. Və budur, yenidən Marksın qayıdışının şahidiyik.

Marksizmin öyrənilməsi isə məhz “Manifest”dən başlayır. Bu kiçik həcmli, asan 

oxunan, emosional əsərin bir çox müddəaları həm də Sol nəzəriyyəyə məxsusluğunu 

iddia edən bir çoxlarının (çeşidli “sosialistlər”, sosial-demokratlar) əslində hakim sinfin 

tərəfdarlarından fərqlənmədiyini sübut etmək üçün yardımçıdır. Necə deyərlər, “daxili 

tətbiq” üçün.

Marks və Engels “Manifest“də aydın şəkildə yazırlar: “Kommunistlər öz baxış 

və niyyətlərini gizlətməyi mənfurluq sayırlar. Onlar açıqca bəyan edirlər ki, məqsədləri 

yalnız mövcud ictimai quruluşun zor yolu ilə devrilməsi sayəsində əldə oluna bilər. 

Qoy  hakim  siniflər  Kommunist  İnqilabı  qarşısında  lərzəyə  gəlsinlər.  Proletariatın 

zəncirindən başqa itirəsi heç nəyi yoxdur. Əvəzində isə bütün dünyanı qazanacaq”.

Artıq buradan görünür: kim ki, Sistemlə müqaviləyə gedir, ona uyğunlaşmağa 

çalışır və islahatlardan dəm vurur – kommunist deyil. Yaxud, müəlliflər 5 fəsillik kitabın 

3-cü  fəslini  elmə  qədərki  (  yaxud,  qeyri-elmi)  sosializmin  təsnifatına  sərf  ediblər. 

Görürük ki, çoxlu “sosializm” və çoxlu “sosialistlər” var. Marks və Engels onların 5-ni 

sadalayır və bu 5 “sosializm”dən də 3-cü mürtəcedir.

Diqqət edək: 

1. Feodal sosializmi – cəmiyyəti geriyə – feodalizmə sürükləyir və əsilzadələrin 

itirdiklərini qaytarmaq üçün burjuaziyanı devirmək istəyində proletariatı vasitə etmək 

niyyətindən qaynaqlanır. 

2. Xırda burjua sosializmi – guya ki, monopoliyaları xırdalamağa çalışır, sonunda 

isə yenə istismarın bərpasına və yeni iri monopoliyaların yaranmasına aparıb çıxarır. 

Bu,  burjuaziya  ilə  proletariatın  arasında  sıxışıb  qalan  xırda  burjuaziyanın  təlimidir. 

“Onun son sözü – istehsalın sex forması və patriarxal kənd təsərrüfatıdır”. 

3. “Əsl” sosializm, yaxud Alman sosializmi – hələ feodal mütləqiyyətində batıb 

qalmış Almaniyaya kaptalizmin inkişaf etdiyi Fransadan gələn sosialist və kommunist 

ədəbiyyatı burada burjua dəyər və münasibətlərinin inkişafına sipər çəkmək təlimi kimi 

qəbul olunur. “O,  alman millətini nümunəvi millət, alman meşşanını isə nümunəvi 

insan elan edir” – Marks yazır. Və üstündən onillər keçəcək, bu “alman sosializmi” 

nasizmi doğacaqdı. Marksın uzaqgörənliyinə təəccüblənməmək olmur.


86

 №1 Fevral 2014

Qeyri-mürtəce  olan  digər  2  sosializm  isə  1.Burjua  sosializmi  və  2.  Utopik 

sosializmdir. 

Burjua sosializmi hətta bütöv bir sistem şəklində də işlənib. Misal: Prudonun 

“Yoxsulluğun fəlsəfəsi”. Burjua sosializmi haqda Marks və Engels “Manifest”də yazırlar: 

“Onlar  hazırkı  cəmiyyəti  qoruyub  saxlamağa  çalışırlar,  ancaq  onu  inqilabiləşdirən 

və  parçalayan  elementlərsiz.  Onlar  proletariatdan  məhrum  burjuaziya  istəyərdilər. 

Burjuaziyanın hakim olduğu dünya onlar üçün ən yaxşı dünyadır”. Və burjua məhz 

proletariatın  mənafeyi  naminə  burjua  olub.  Burjua  sosializmi  hazırkı  dövrdə  “İsveç 

modeli”, yaxud Qərb sosial-demokratlarının idarəçiliyi şəklində özünü göstərir. Digər 

qeyri-mürtəce sosializm – tənqidi-utopik sosializm haqqında isə klassiklər yazır: “Onun 

əhəmiyyəti tarixi inkişafla tərs mütənasib münasibətdədir”.

Beləliklə, “Sosialist və kommunist ədəbiyyatı” fəslində yazdıqları ilə müəlliflər 

sübuta yetirir: Kommunistin yuxarıdakı 3 mürtəce və 2 qeyri-mürtəce sosializmlə əlaqəsi 

olmamalıdır. Məgər bu, nəzəriyyəni anlamaqda bizim üçün də arxi-vacib deyilmi?

“Burjuaziya nəinki ölüm yayan silah, həm də o silahı özünə qarşı istiqamətləndirəcək 

adamları doğurub – müasir fəhlələri, proletarları” – “Manifest”də deyilir. Antaqonist 

siniflərin savaşı ölüm-dirim savaşıdır və təbliğatda proletariatı “ölmüş” elan etmək də 

buna hesablanıb.

***


“Manifest” elmi kommunizmin əlifbası olduğundan, onu səthi oxumaq olmaz. 

SSRİ-də  bu  kitab  1973-cü  ilə  qədər  artıq  447  dəfə,  74  dildə    və  ümumi  tirajı  24 

milyon 340 min olmaqla çap olunmuşdu. Bəs hanı onu oxuyanlar? – ritorik sualdır. 

Demək ki, pis oxumuşdular, ya da ümumiyyətlə oxumamışdılar. Bu da Sovet illərinin 

xüsusiyyətlərindən biri idi – Marksın təlimi yox, məqsədli şəkildə əzbərlənib şablona 

çevrilmiş ayrı-ayrı sitatlar ön plana çıxmışdı, təlimi şüarçılığa dəyişmişdilər. Odur ki, 

analiz etmək və öyrənmək istəyiniz yoxdursa, bu kitabı ümumiyyətlə açmayın... 

QEYD – Yaxın vaxtlarda “Manifestin” uzun illərdən sonra azərbaycan dilində 

növbəti nəşri olacaq. Kitabı əldə edib oxumağı unutmayın. (red.)



Yüklə 9,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin