Mehman Ağayev, Sultan Əliyev ÄÈÀËÈÇ Bakı – 2010


Vazokonstruksiya ilə  əlaqədar hipotenziya



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə13/34
tarix29.12.2016
ölçüsü9,15 Mb.
#3870
1   ...   9   10   11   12   13   14   15   16   ...   34

Vazokonstruksiya ilə  əlaqədar hipotenziya. 

DQH azalması 

ürəyin vurğu həcminin aşağı düşməsi, onun boşluqlarının diastola 

zamanı dolması ilə  məhdudlaşır. Periferik damar müqavimətinin 

kiçik azalması, yaxud ürəyin dolmasının azalması hipotenziyaya 

səbəb olur. Bu zaman heç bir kompensator proses, hətta ürək 

vurğularının sayının artması belə, qanın dəqiqəlik həcmini artırmır. 

Qanın 80%-dən artıq miqdarı venalarda paylanır, odur ki, onların 

qanla dolması ürəyin vurğu həcminin azalmasına və hipotoniyaya 

səbəb olur.  Arteriolaların tonusunun azalması venaların daha çox 

dolmasına səbəb olur.

Bunun qarşısını almaq üçün dializ məhlulunun temperaturunun 

azaldılması (34–36°C) sindializ hipotenziyalarını azaldır. Amma 

bəzən bu, diskomfort və üşüməyə səbəb ola bilir.

Hipotoniyaya meylli olan xəstələrdə dializ zamanı qida qəbulun-

dan sonra qanın daxili orqanlarda depolanması nəticəsində AT aşağı 

düşə bilər. Odur ki, bu xəstələrə dializdən qabaq və prosedura zama-

nı qida qəbulu tövsiyə olunmur.

İşemiyanın təsiri – hər hansı hipotenziv təsirdən toxumaların 

işemiyası baş verir və bu da adenozinin azad olunmasına səbəb olur 

və qüsurlu dövran baş verir. Bu belə olur: hipotoniya → işemiya → 


162

Dializ

adenozinin azad olması → norepinefrinin sekresiyasının blokadası 

→ vazodilyatasiya → hipotoniya. Qeyd olunan mexanizm Het 

20–25%-dən aşağı düşdüyü zaman hipotoniyanın baş verməsinin 

səbəblərindən biridir. Bəzən kəskin anemiyalı  xəstələrdə sindializ 

hipotenziyanın qarşısını almaq üçün hemotransfi ziya və Het-i 30%-

ə qədər qaldırmaq lazım gəlir.

Ağır hallarda midodrin tətbiq edilir. Bəzi xəstələrdə hipotoniyaya 

qarşı norepinefrin cavabı zəif olduğu üçün onlara midodrin (peroral 

alfa-adrenergik aqonist) 10 mq, dializdən 30 dəq qabaq təyin 

olunur və bu, sindializ hipotenziyasının qarşısını alır. Midodrin 

8 ay müddətində  tətbiq edilə bilər, amma onun təsiri soyuq dializ 

məhlulunun təsirindən effektiv deyildir.

Kardial faktorlarla əlaqədar hipotenziyalar.

 Diastolik dis-

funksiya və sol mədəciyin çıxışında obstruksiya. Rigid, hipertrofi ya 

olmuş ürək onun dolması təzyiqinin azaldığı zaman vurğu həcmini 

lazımi səviyyədə saxlamır. Dializ xəstələrində diastolik disfunksiya 

və sol mədəciyin hipertrofi yası müntəzəm təsadüf olunur.



Ürək vurğularının tezliyi (ÜVT) və yığılma. 

Qanın dəqiqəlik 

həcmi ürəyin dolmasından asılı olmayaraq azaldıqda, ÜVT və 

miokardın yığılmasının gücünün artması sayəsində ümumi periferik 

müqavimətin (ÜPM) azalmasını kompensasiya edir. Beləliklə, ÜPM-

nin azalması  nəticəsində baş vermiş hipotenziya ÜVT-nin artması 

hesabına kompensasiya olunur. Ürəyin kompensator mexanizmləri 

pozulduqda ÜPM-nin yüngül azalması hipotenziyaya səbəb olur.

Dializatda kalsiumun səviyyəsini 1,75 mekv/l-ə  qədər 

qaldırdıqda dializ zamanı AT saxlanmasına səbəb olur. Bunun 

mexanizmi kalsiumun təsirindən miokardın yığılma qabiliyyətinin 

yaxşılaşmasındadır.

Sindializ hipotenziyanın başqa səbəblərindən sellülozadan ha-

zırlanmış membranın təsirindən komplimentin və  bəzi sitokin 

sistemlərin aktivləşməsi səbəbindən baş verdiyi göstərilir. Amma 

aparılmış son tədqiqatlar bunu təsdiq etmirlər.



163

Fəsil 6. Proqram hemodializi (PH)

Hipotenziyanın klinikası.

 Xəstələrdə ürəkbulanma, qusma, baş 

gicəllənməsi, zəifl ik, əzələlərdə qıcolmalar, gözünün önündə pərdənin 

əmələ gəlməsi, reaksiyaların zəifl əməsi, dərinin avazıması əlamətləri 

müşahidə edilir. Bəzən isə AT-in tam kritik həddə düşməsinə qədər 

xəstələr heç bir şikayət etmirlər. Odur ki, belə xəstələrdə hemodializ 

zamanı hər 15 dəqiqədən bir AT-in ölçülməsi vacibdir. 

Müalicə

Hipotoniya və qıcolmalar

– UF səviyyəsini azaltmaq;

– xəstəni Trendelenburq vəziyyətində uzatmaq, 100-500 ml NaCl 

fi  zioloji məhlulunu yeritmək və ya NaCl hipertonik məhlulu (23,4%) 

– 10–20 ml 3–5 dəq. və ya qlükozanın hipertonik məhlulu (40–50%) 

– 50 ml və ya natriumun dializatda qatılığını artırmaq lazım gəlir.

Müalicə  tədbirləri təxirəsalınmaz olmalıdır. Xəstəyə Tren-

delenburq vəziyyəti verilir (əgər respirator vəziyyət imkan verirsə). 

Venoz magistrala bolyus üsulu ilə 100 ml NaCl fi zioloji  məhlulu 

yeridilir, UF minimuma endirilir, sonra xəstə müşahidə edilir. 

Fizioloji məhlula alternativ olaraq NaCl hipertonik məhlulu, qlükoza, 

mannitol ya albumin götürülə bilər (cədvəl 6.6). Qıcolmalarda 

hipertonik məhlula üstünlük verilir. Nazal oksigenasiyanın tətbiqi 

işemiya və adenozin hasilinin qarşısını alaraq müsbət təsir göstərir. 

Qanın hərəkət sürətinin dializatorda azaldılması  əvvəlki illərdə 

tətbiq edilirdisə də, indi bu, istifadə edilmir.

                                                                              

Cədvəl 6.6

Dializ zamanı hipotenziyanın qarşısının alınması

1. UF nəzarət edən cihazlardan istifadə etmək;

2. xəstə az xörək duzu istifadə etməlidir, bu da az su içməsinə və 

dializarası dövrdə gündə 1 kq-dan çox çəki artırmayacağına səbəb 

olacaqdır;

3. “quru çəkidən” çox bədəndən maye çıxarmamaq;

4. Dializatda natriumun qatılığını plazmada səviyyədə, ya bir az 

aşağı saxlamaq;



164

Dializ

5. hipotenziv preparatların gündüz dozasını dializdən sonra 

vermək (əvvəl yox);

6. bikarbonat dializatdan istifadə etmək;

7. bəzi xəstələrdə dializatın temperaturunu 34–36°C azaltmaq;

8. Het dializ əvvəl 33%-dən az olmamalı;

9. dializdən əvvəl və dializ vaxtı xəstəyə yemək verməmək;

10. qanın həcmini ölçən monitordan istifadə etmək;

11. bəzən dializdən əvvəl alfa-adrenomimetik (midodrin) istifadə 

etmək.


Arterial hipertenziya. 

Əsasən bədəndə artıq miqdarda suyun 

və natriumun  ləngiməsi nəticəsində baş verir. Bəzən isə hətta aşağı 

səviyyəli natrium olan dializatla HD zamanı ultrafi ltrasiyadan sonra 

arterial hipertenziya müşahidə edilir. Bu paradoksal fenomenin 

səbəbini hipovolemiya-hiponatriyemiya nəticəsində renin-angio-

tenzin-aldosteron sisteminin aktivləşməsi ilə izah edirlər. Hazırda 

hemodializ müalicəsi zamanı praktiki olaraq bütün xəstələrdə arterial 

təzyiqi nəzarətə alıb 140/80 mm c.cüt. səviyyəsində saxlamaq olur. 

Bunun üçün dializatda natriumun səviyyəsini tədricən aşağı salmaq 

lazım gəlir. 

Orta təzyiqə (OT) görə nəzarətin aparılması daha etıbarlı nəticə 

verir (OT =100 mm c. süt.-dan aşağı olmalıdır): ATor=AT diast+1/3 

AT nəbz = ATdiast + 1/3(ATcict – ATdiast).



Döş qəfəsində ağrılar:

– burundan oksigenləşdirmə 3 l/dəq;

– qanın hərəkət sürətini azaltmaq;

– UF səviyyəsini 0-a endirmək;

– hipotoniyanı müalicə etmək,  əgər hipotoniya yoxsa, ÜİX-ə 

şübhə varsa nitroqliserin dilin altına qoyulur.



Qaşınma:

– difenilhidramin hidroxlorid 25 mq daxilə və ya v/d;

– siproheptadin hidroxlorid 4 mq daxilə.

Ürəkbulanma və qusma:

– UF-i azaltmaq;



165

Fəsil 6. Proqram hemodializi (PH)

– qanın cərəyan sürətini azaltmaq (asetat dializatı istifadə edil-

dikdə);

– proxlorperazin 10 mq daxilə  və ya 2,5 mq v/d (hipotoniya 



riskini artırır).

“Quru ağız” (kserostomiya).

  HD xəstələri arasında  25 % hal-

larda tüpürcək vəzilərinin zədələnməsi qeyd olunur. Bundan başqa, 

aşağıdakı  səbəblər də  ağız selikli qişasının quruluğuna səbəb ola 

bilər:

– Dərman preparatları: simpatikolitiklər, analgetiklər,  anti his ta-



minlər, qıcolma əleyhinə preparatlar, benzodiazepinlər;

– Şeqren sindromu.

Xəstələr ağızdakı quruluğu aradan qaldırmaq üçün çoxlu su 

içməyə  məcbur olurlar. Limon dilimlərinin çeynənməsi bəzən 

xəstələrə rahatlıq gətirir.

İzafi  dehidratasiya sindromu.

  Səhvən dializ zamanı  xəstənin 

bədənindən quru çəkisindən artıq miqdarda suyun çıxarılması 

nəticəsində meydana çıxır.

Əlamətləri: hipotenziya, ortostatik kollaps, eşitmə qabiliyyətinin 

enməsi, səsin kobudlaşması, iştahanın itməsi, yuxunun pozulması, 

üz cizgilərinin itiləşməsi.



Əzələ  qıcolmaları.

 Dializ zamanı ayrı-ayrı  əzələlərin yaxud 

əzələ qrupunun (adətən, baldırda) qıcolmasının səbəbi aydın deyil. 

Üç əsas sövq edən faktor mövcuddur:

a) arterial hipotenziya;

b) çəkinin “quru çəkidən” aşağı enməsi;

c) natriumun səviyyəsi aşağı olan dializatdan istifadə.

Bəzən baldır əzələlərində xroniki qıcolmalar (dializsiz) müşahidə 

oluna bilər.

Müalicə. NaCl 0,9%-li 100 ml məhlulu vena daxilinə yeridilir. 

Hipertonik məhlullar (natrium, dekstroza) daha effektiv sayılır.

Refrakter intradializ qıcolmalarda natriumun dializatda pro fi l-

ləşdirilməsi yaxşı  nəticə verir. Dializ 150–155 mekv/l natrium ilə 



166

Dializ

başlanılır, proseduranın axırına endirilərək 135–140 mekv/l salınır. 

Natrium ilə yanaşı, UF-in profi lləşdirilməsi də yaxşı nəticə verir.

Vitamin E və xinin. Vitamin E 400V və ya xinin 325 mq, gecə 

baldır əzələlərində xroniki qıcolmaları aradan qaldırır.



Karnitinin qida əlavəsi kimi istifadə olunması qıcolmaları aradan 

qaldırır. Başqa preparatlardan oksazepam 5–10 mq dializdən 2 s 

əvvəl. Təsir mexanizmi məlum deyil.

Əzələ  zəifl iyi.

 Hemodializ xəstələrində  əzələ  zəifl iyi  çoxlu 

səbəblərdən meydana çıxa bilər:

•  Vitamin D qıtlıgı;

•  Hiperparatireoidizm;

•  Karnitin qıtlığı;

•  Alüminium ilə zəhərlənmə;

•  Dəmirlə artıq yüklənmə;

•  Periferik neyropatiya;

•  Agır hiperfosfatemiya;

•  Hiperkaliyemiya, yaxud hipokaliyemiya;

•  Hipodinamiya;

•  Damarların kalsifi kasiyası nəticəsində əzələlərin işemiyası;

•  Dərmanların toksikliyi (qlükokortikoidlər, klofi brat);

•  Birləşdirici toxumanın yanaşı xəstəlikləri.

Narahat ayaqlar sindromu.

 Öyümə  və qusma PH-da 10% 

hallarda müşahidə olunur. Stabil HX, hipotenziya, osmotik 

dezekvilibrasiya, dializatora qarşı reaksiya və dializlə  əlaqədar 

olmayan səbəblərdən müşahidə olunur. Məsələn: hiperkalsiyemiya 

ilə əlaqədar öyümə və qusma dializarası dövrdə baş verir.



Müalicə. Səbəbi aradan qaldırmaq.

Döş  qəfəsində  və beldə  ağrılar.

 Dializin 1–4%-də müşahidə 

edilir.

Qaşınma.

 HX-də müntəzəm təsadüf olunur. Allergiya nəti-

cəsində, yəni dializator və magistrallara qarşı hiperhəssaslıq nəti-


167

Fəsil 6. Proqram hemodializi (PH)

cəsində baş verir (allergik reaksiya). Başqa xəstələrdə dializ zamanı 

uzun müddət hərəkətsiz uzandıqları üçün baş verir. Standart olaraq 

əksər halda antihistamin  preparatlardan istifadə olunur. Yerli olaraq 

kapsaysin kreminin istifadə olunması  bəzən müsbət nəticə verir. 

Həmçinin odansetron və naltrekson preparatlarının effektivliyi 

də qeyri-müəyyən qalır. Dəriyə yumşaldıcı kremlərin sürtülməsi 

tövsiyə edilir. Bəzən yüngül ultrabənövşəyi şüa (UBŞ) müalicəsinin 

xeyri olur. Əgər xəstələrdə dəri qaşınmasının səbəbi Ca x P hasilinin 

yüksəkliyidirsə, onda paratiroid vəzisinin funksiyası yoxlanılır. 

Ümumiyyətlə, qeyd olunmalıdır ki, böyrəyin qalıq funksiyası olan 

xəstələrdə dəri qaşınması az halda müşahidə edilir. 

Qaşınmanı aradan qaldırmaq üçün yüksək keçiricilikli mem-

brandan istifadə, hemosorbsiya və ya dializ saatlarının artırılması, 

ən axırda EPO istifadəsi kimi tədbirlərə də əl atılır.

Xüsusi forma dəri qaşınması nodulyar qaşınma – baş, boyun, qol-

lar, ayarlar, gövdə dərisində müşahidə olunan qəhvəyi rəngli qaşınan 

düyünlərin müşahidə edilməsidir. Bu kalsium-fosfor mabadiləsinin 

pozğunluqları ilə müşayiət olunan qeyri-adekvat dializin əlaməti 

hesab olunur. 



Müvazinətin pozulması (disequilibrium) sindromu 

– kompleks 

sistem və nevroloji (o cümlədən EEQ dəyişikliyi ilə) pozğunluqlar 

ilə xarakterizə olunur. Dializ zamanı  və ya ondan sonra müşahidə 

edilir. Sindromun beyin toxumasının kəskin ödemi nəticəsində baş 

verdiyi hesab olunur, yəni dializ zamanı qandan onda həll olmuş 

maddələrin çıxarılması  nəticəsində o, beyin toxumasına nisbətən 

hipotonik olduğu üçün maye qandan beyin toxumasına tərəf yerini 

dəyişir. Başqa məlumata görə onurğa beyni mayesində PH-in kəskin 

dəyişməsidir. nəticədə xəstələrdə ürəkbulanma, qusma, baş ağrıları 

müşahidə edilir, bəzən hətta ümumi qıcolma, koma müşahidə oluna 

bilər. Hazırda bu sindrom ancaq kəskin sürətli HD zamanı və sonra 

müşahidə oluna bilər. Disekvilibrium sindromu baş verdikdə qanın 


168

Dializ

hərəkət sürəti azaldılır, dializ tez başa çatdırılır və natriumun, 

qlükozanın hipertonik məhlullarından istifadə edilir.

Koma zamanı xəstənin həyati funksiyaları qorunur – ağciyərin süni 

ventilyasiyası aparılır, vena daxilinə mannitol yeridilir. Xəstənin huşu 

bir gündən sonra qayıdır. Disekvilibrium sindromun profi laktikası 

üçün dializlər çox intensiv olmamalıdır, sidik cövhərinin səviyyəsi 

30%-dən çox aşağı salınmamalıdır, çox aşağı natrium tərkibli 

dializatdan istifadə olunmamalı, sonra isə 5%-li dekstroza məhlulu 

ilə 0,45%-li NaCl məhlulu qarışığını vena daxilinə yeritməklə Na 

aşağı salınır.

Xroniki hemodializdə dializatda Na 1–10 mekv/l-ə salmaqla 

və dekstroza istifadə etməklə disekvilibrinin sindromun tezliyini 

minimuma endirmək olar. Natriumun profi lləşdirilməsi, sonra təd-

ricən onun konsentrasiyasının endirilməsi problemin tam həllini 

verə bilər.



Dializatora qarşı reaksiyalar.

 Bu, anafi laksiya  və başqa tip 

reaksiyalar formasında özünü göstərir. Bu reaksiyalar iki qrupa 

bölünür:


– anafi laktik tip (A tipi);

– qeyri-spesifi k tip (B tipi).



A tipi (anafi laktik  tip) – reaksiya kəskin olub anafi laksiyanı 

xatırladır. Təngənəfəslik, havanın çatışmazlığı,  fi stulada  və ya 

bütün bədəndə yanğı hissi meydana çıxır. Bəzən hətta ürək dayanır, 

ölüm baş verir. Yüngül hallarda qaşınma, səpgilər, öskürək, zökəm, 

gözlərin yaşarması, bağırsaqlarda spazm, diareya müşahidə edilir. 

Əlamətlər, adətən, dializin ilk dəqiqələrində, bəzən isə 30 dəq. ər-

zində müşahidə edilir.

Etilenoksid.

 Xəstələrin 2/3 hissəsində etilenoksidə – trop zülallara 

qarşı olan immunoqlobulin E anticisimlərin yüksək titri tapılır. Son 

illər dializatorun sterilizasiyasında etilenoksid istifadə olunmadığı 

üçün bu reaksiya da müşahidə olunmur.


169

Fəsil 6. Proqram hemodializi (PH)

AN 69 membranına qarşı reaksiya eyni zamanda AÇFİ alan 

xəstələrdə baş verir. Hiperhəssaslıq reaksiyasının bradikinin sistemi 

tərəfi ndən buraxıldığı hesab olunur. Bəzən A tip reaksiya bikarbonatı 

məhluluna da ola bilər. Heparinə qarşı allergik reaksiyası da bəzən 

qeyd olunur. 



Qeyri-spesifi k reaksiyalar (B tip). Əsas əlamətlər döş qəfəsində 

ağrılar, bəzən beldə ağrılarla bir yerdə müşahidə edilir. Əksər halda 

dializin başlanğıcında olur, amma bir neçə saatdan sonra da ola bilər. 

Bu reaksiyalar A tipinə nisbətən yüngül keçirilir.

Etiologiya – məlum deyil. Komplimentin aktivləşməsi hesab 

olunsa da, tam sübut olunmamışdır.



Müalicə. Nazal oksigenasiya və başqa simptomatik tədbirlər 

görülür. Əlamətlər bir saata keçir, dializ davam etdirilir.



Pirogen reaksiya.

  Bütün hallarda aseptika və antiseptika qay-

dalarına əməl olunmaması nəticəsində baş verir.

Əsasən aşağıdakı hallarda müşahidə edilir:

•  İstifadə müddəti ötmüş fi zioloji məhlul;

•  Hemodializi hazırladıqda sterilliyin pozulması;

•  Hemodializatorun təkrar istifadəsi;

•  Soyuq dializ məhlulu;

•  Soyuq məhlullar infuziya olunduqda.



Hemoliz

 – adətən, kəskin hemoliz qeyri-adi tibbi vəziyyətlə 

əlaqədar baş verir, bəzən hətta meydana çıxmış hiperkaliyemiya da 

səbəb ola bilər.



Kəskin hemolizin səbəbləri 

Kəskin hemoliz 2 əsas səbəbdən olur:

•  magistralın, iynənin, kateterin daralması, tutulması, nasos-

dan qabaqkı seqmentdə təzyiqin www.keezmovies.com 200 mm  c. 

cüt.-dan az olması;

•  dializ məhlulu ilə problemlər.

Dializ məhlulu ilə əlaqədar olan hemoliz:

1. dializ məhlulun çox isidilməsi;

2. hipotonik dializ məhlulu;


170

Dializ

3. dializ məhlulunun korlanması:

a) formaldehidlə;

b) ağardıcı ilə;

c) xloramin (şəhər suyu ilə);

d) mis (mis borular);

e) nitratlar (suda olur).

HD zamanı uyğun olmayan qanın köçürülməsi də hemolizə səbəb 

ola bilər.

Əlamətləri  – venoz qan xətlərinin qırmızı  şərab rəngi alması, 

plazmanın çəhrayı rəng alması, Het-in aşağı enməsi. Beldə ağrıların 

başlanması, döş qəfəsində sıxıntı, tənəffüsün çətinləşməsi müşahidə 

edilir. Hemolizdən sonra hiperkaliyemiya əzələ  zəifl iyinə, EKQ 

dəyişikliklərinə, hətta ürəyin dayanmasına, xəstənin ölümünə  də 

səbəb ola bilər.

Müalicəsi. Nasosu dayandırır, hemodializ açılır, 

qan

 

xəstəyə 

qaytarılmır.

Profi laktika. Əgər hemolizin səbəbi rolik qan nasosunun sıradan 

çıxması (eritrositləri zədələyir) deyilsə, onda mütləq səbəbi dializ 

məhlulunda axtarmaq lazımdır.

Hava emboliyası.

 Hava emboliyası  təcili aşkar edilib müalicə 

edilmirsə, o, xəstənin ölümünə səbəb ola bilər.

Simptomları.  Xəstənin oturaq vəziyyətində hava beyinin venoz 

sisteminə gedəcəkdir və beyindən qanın qayıtmasına mane olaraq 

huşun itməsinə səbəb olacaqdır.

Uzanmış  xəstələrdə hava sağ qulaqcıqda köpük əmələ  gətirir, 

oradan ağciyərə daxil olaraq öskürək, təngənəfəslik, döşdə  sıxıntı 

kimi əlamətlərlə özünü bildirəcəkdir. Sonra ağciyərlərdən hava sol 

qulaqcıq, mədəciyə daxil olaraq beyin və ürək damarlarına daxil 

olur, beyin və ürək əlamətləri verir. Əgər köpük  ürəyə daxil olursa, 

auskultasiyada  şırıltı  eşidilir. Adətən, hava  arterial iynədən və ya 

arterial portdan keçir (nasos sorur).



Müalicə. Cihazda qan dövranını saxlamaq. Xəstəni sol böyrü 

üstə qoymaq, baş aşağı salınır. Oksigenoterapiya, endotraxeal boru, 



171

Fəsil 6. Proqram hemodializi (PH)

punksiya yolu ilə havanın mədəcik boşluğundan sorulması.



Dializ ilə əlaqədar neytropeniya və komplimentin aktivləşməsi

Dəyişilməmiş sellülozadan olan dializ membranlarının üzə ri-

lə rində çoxlu hidroksil qrupları olur və bunlar qan kompliment 

kaskadını aktivləşdirə bilirlər. Komplimentin azad fraqmentləri 

qanda cərəyan edən neytrofi lləri ağciyərə göndərirlər. Onlar da 

orada damar dövranında yığışaraq neytropeniya yaradırlar. 30–60 

dəq. dializdən keçəndən sonra neytrofi llərin səviyyəsi yenə normaya 

qayıdır. Hidrooksid qrupu dəyişilmiş sellüloza membranları (asetat, 

hemofan) və eyni zamanda sintetik membranlar (polisulfon, poli-

karbonat, polimetilmetakrilat) neytropeniya yaratmır.

Kliniki  əhəmiyyəti. Neytropeniya xüsusi kliniki əlamətlər ver-

məsə  də böyrək funksiyasını  zədələdiyi məlumdur. Eyni zamanda 

xəstənin immun sisteminə mənfi  təsirin olması qeyd olunmuşdur.

Dializ ilə  əlaqədar hipoksemiya.

  Dializ zamanı  P

O2

 kon-



sentrasiyası 5–30 mm c.süt. azalması  məlumdur. ÜDS və  ağciyər 

xəstəlikləri olan şəxslərdə  P

O2 

enməsinin mənfi   təsiri müşahidə 



olunur. 

P

O2  



aşağı enməsinin səbəbləri: 

a) hipoventilyasiya baş verməsinin 2 mexanizmi mövcuddur:

– asetat dializ məhlulu istifadə edildikdə hipokapniya yarandığı 

üçün;


– bikarbonat dializ məhlulu istifadə etdikdə qanda bikarbonatın 

konsentrasiyasının yüksəlməsi metabolik alkaloza səbəb olur. Qeyd 

olunan hər iki səbəbdən hipoventilyasiya və hipoksemiya yaranır.

b) ağciyər daxili diffuziyanın bloku. Neytrofi llərin ağciyərlərdə 

sekvestrasiyası kapilyarların neytrofi l emboluna səbəb olur.

Müalicə. Nazal oksigenasiya və ya maska ventilyasiyası (Venturi 

maskası).



Dializatorun tromblaşması.

 Bütün hallarda antikoaqulyasiyanın 

kifayətsizliyi nəticəsində baş verir. Bu zaman dializator və qan 

magistralları laxtalanmış qanla atılır.


172

Dializ

Dializatorların təkrar istifadə olunması (Reuse)

 – İstifadə 

olunduqdan sonra dializator yuyularaq qandan təmizlənir, dezin-

fektant məhlulları ilə sterilizasiya olunduqdan sonra yuyulur və 

təkrar istifadə olunur. Dializatorların təkrar istifadə olunması virus 

xəstəliklərinin yayilması  və  təkrar istifadə zamanı dializatorun 

effektivliyinin aşağı düşdüyü  üçün (80%) bəzi klinisistlər  tərəfi ndən 

qəbul edilmir. 

 

6.7. Antikoaqulyasiya

Qanın ekstrakorporal konturda laxtalanması.

 HD prosesində 

xəstənin qanı iynə və ya kateterlə, qan magistralları ilə, hava tutucusu 

ilə, dializator membranı ilə təmasda olur. Bu səthlər trombogen olub 

qanı laxtalandıra bilərlər. Trombun əmələ  gəlməsi ekstrakorporal 

konturun fəaliyyətini pozur. Ekstrakorporal konturda laxtanın əmələ 

gəlməsi hər hansı səthə qan plazmasının çökməsi ilə başlayır, sonra 

isə trombositlərin adheziya və aqreqasiyası baş verir, tromboksan 

A

2

 əmələ gəlməsi, laxtalanma kaskadı aktivləşir, trombun və fi brin 



depozitlərinin əmələ gəlməsi baş verir (cədvəl 6.7).

Cədvəl 6.7


Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin