MəHƏRRƏm hüseynov poetik frazeologiYA


I FƏSİL  FRAZEOLOJİ BİRLƏŞMƏLƏRİN BƏDİİ TƏSVİR VƏ



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə6/68
tarix02.01.2022
ölçüsü0,93 Mb.
#40440
1   2   3   4   5   6   7   8   9   ...   68
frazeoloji

I FƏSİL 
FRAZEOLOJİ BİRLƏŞMƏLƏRİN BƏDİİ TƏSVİR VƏ 
TƏSİR İMKANLARI 
 
Şeir  poetikasının  tələblərinə  yeni  baxış  və  yaradıcı 
münasib
ət  dil  problemini  poeziyanın  başqa  komponentləri  ilə 
v
əhdətdə  götürməyi  tələb  edir.  Bu  da  poeziya  dilinin  hərtərəfli 
inkişafı  və  yeniləşməsi  prosesini  şərtləndirir. 1960-1980-ci 
ill
ərdə  ədəbi  prosesdə  bədii  dil  məsələsi,  bədii  nitq 
m
ədəniyyətinin  spesifik  cəhətləri,  keyfiyyət  dəyişmələri  və 
t
əkamül yeni istiqamət aldı. Poeziyanın dilində həyatilik qüvvət-
l
ənməyə  başladı,  coşqun  yaradıcılıq  çeşməsi  xalq  dilinin  təbii 
ifad
ə üsulları ilə şəffaflaşdı. 
Fikrin  ifad
əsində  elastiklik,  anlaşıqlıq,  emosionallıq  və 
ekspressivlik kimi m
əziyyətlərin yüksəlişi öz başlanğıcını poetik 
dilin  ah
əngində  görünməyə  və  tərəqqi  etməyə  başlayan 
t
əzələnmələrdən  alır.  Canlı  ünsiyyət  dilinin  poeziyaya  güclü 
nüfuzu, t
əbii haldır ki, bədii düşüncənin də aydınlaşma prosesinə, 
yeni  poetik 
əhvali-ruhiyyənin  formalaşmasına  müsbət  təsirini 
göst
ərir. 
 1960-1980-ci  ill
ər  poeziyası  mühüm  bir  inkişaf  mərhələsi 
kimi,  dem
ək  olar  ki,  ədəbi  tənqid  və  ədəbiyyatşünaslıq, 
linqvistik  poetika  t
ərəfindən  qəbul  və  təqdir  edilmişdir. 
Az
ərbaycan  şeirinin  ümumi  mədəni  səviyyəsinin  yüksəlməsi 
t
əbii olaraq forma xüsusiyyətlərinin, o cümlədən də bədii sözdən 
istifad
ə səriştələrinin yeni bir mərhələyə yüksəlməsi ilə müşayiət 
olun
muşdur.  Poetik  təfəkkürün  sürətli  inkişafı  dilin  ahənginə, 
onun  sad
ələşməsi  və  aydınlaşması  prosesinə  müsbət  təsir 
göst
ərmişdir.  Bu  yeniləşmə  hər  şeydən  əvvəl,  bədii  dildəki 
konkretlik  v
ə dəqiqliyin dərinləşməsi, ümumxalq danışıq dilinə 
daha 
artıq yaxınlaşmaqla ondan səmərəli faydalanması istiqamə-
tind
ə gedirdi. Dil və üslub cəhətdən yüksək bədii-estetik ləyaqət 
qazanması  göstərilən  illər  ərzində  şeirimizin  sənətkarlıq 


          
 
 
25 
c
əhətdən  təkamülü  prosesi  ilə  daxili  vəhdətin  bilavasitə 
n
əticəsidir. 
1960-1980-ci  ill
ər poeziyasında baş verən düşüncə tərzinin 
yenil
əşməsi, bir tərəfdən, şeir sənətinin canlı həyatda daha yaxın 
t
əması ilə əlaqədardırsa, digər tərəfdən, xalq danışıq dilinə, onun 
t
əbiiliyinə  və  daxili  qüvvəsinə  meylin  güclənməsi  ilə  bağlıdır. 
Dilin  b
ədii  məntiqinin  dərinləşməsi  və  kamilləşməsi,  söz 
duyumunun 
genişlənməsi  ilə  əlamətdar  olan  bir  dövrdə 
poeziyanın dili canlı xalq dilindən gələn linqvistik materiallarla 
xüsusi  t
əravət  kəsb  etmişdir.  Poeziyanın  ən  başlıca  və 
diqq
ətəlayiq  keyfiyyətlərindən  birinə  –  dilimizin  ilkinliyinə 
qaydış mövqeyinin yeni vüsət almasıdır. Ulularımızın yaratdığı 
misilsiz  m
ənəvi  sərvətimizin  dərin  köklərinə  prinsipial  şəkildə 
v
ə yeni baxışlarla yanaşmaq tələbi bütün səviyyələrdə, xüsusilə 
frazeoloji 
söz 
birl
əşmələrinin 
şairlərin 
ya
radıcılıq 
laboratoriyasında  yeni  keyfiyyətlər  kəsb  etməsi  ilə 
n
əticələnmişdir. 
1960-1980-ci  ill
ər Azərbaycan poetik dilinin elə bir inkişaf 
m
ərhələsi,  elə  bir  təkamül  həddidir  ki,  bu  mərhələdə  canlı 
danışıq  dili  səviyyəsində  xəlqilik  yaradan  vasitələr  şeirin  nitq 
sistemind
ə aparıcı mövqedə dayanır, frazeoloji leksikanın poetik 
dil
ə güclü müdaxiləsi hiss olunur, orijinal ekspressiya mənbələri 
aşkarlanır.  Frazeoloji  materialların  obrazlılıq  cizgiləri  poeziya 
al
əminin  poetikasına  getdikcə  daha  geniş  miqyasda  daxil  olur. 
Müxt
əlif  üslubi  təmasda,  söz  əhatəsində,  qaynayıb-qarışdığı 
ayrı-ayrı  linqvistik  vahidlər  mühitində  rəngarəng  poetik 
q
ənaətlərin uğurlu ifadə vasitəsinə çevrilir. 
Poetik  sözl
ər kimi, frazeologizmlərin emosional mühakimə 
t
ərzinə  fəallıq  verməsi  onların  ən  əhəmiyyətli  və  uğurlu 
c
əhətlərindəndir.  Küll  halında  nəzərdən  keçirildikdə  sabit  söz 
birl
əşmələri  üçün  o  da  xarakterikdir  ki,  onlar  şeiri  fikir  və 
m
əzmunca,  forma  və  üslubi  cəhətdən  zənginləşdirdiyi  kimi, 
poetik  t
əəssüratı  qabardır,  bədii  mətləbi  xüsusi  ekspressivliyə 
yüks
əldir, emosional çalarları xeyli tündləşdirir. Şeirin canlı dil 


          
 
 
26 
üz
ərində  qurulmasında  da  frazeologizmlər  fəal  başlanğıc  təşkil 
edir,  m
əişət-ünsiyyət  estetikasının  mətndə  sıxlaşmasının 
t
əminatçısı  olmaqla  yanaşı,  onları  xəlqi  ifadə  tərzinin 
yaranmasına  istiqamətləndirir.  Beləliklə,  frazeoloji  tərkiblər 
ca
nlı nitq ünsürlərinin sadə və aydın şeir dili üçün əsas mənbə 
rolunu gücl
əndirir. 
Frazeoloji  birl
əşmələrin  obrazyaratma  tipologiyası  məcazi 
leksikaya  çox 
yaxındır  və  poetik  söz  ustalığının  yaratdığı 
m
əzmun zənginliyi frazeologizmlər üçün də xasdır. Bədii-estetik 
v
ə  linqvistik  tipoloji  yaxınlıq  bədii  dil  daxilində  gedən  üslubi 
yaradıcılıq bəhrəsidir, sözün müsbət mənasında sözün məcazlaş-
ma  prosesinin  n
əticəsidir.  Bu  proses  şeir  nitqində  özünü  daha 
k
əskin  formalarda  göstərir  ki,  bunun  da  təbii  elmi-təcrübi 
əsasları vardır. Məlum olduğu kimi, yaradıcılıq fəaliyyətində hər 
bir  söz  s
ənətkarının qarşısında biri-biri ilə bağlı üç sual – nə?», 
«nec
ə?», «niyə?»  sualları  dayanır  və  bunlardan  «necə?»  daha 
k
əskin xarakter daşıyır. Bədii formaya, sənətkarlıq problemlərinə 
ciddi  münasib
ət  istər-istəməz  bu  sualın  aktuallığını  bütün 
dövrl
ərdə  qoruyub  saxlayır. 1960-1980-ci  illər  Azərbaycan 
poeziyasında  kamil  forma  yaradıcılığı  uğrunda  mübarizə 
şəraitində  dil  sisteminin  bütün  ünsürləri  kimi,  frazeoloji  birləş-
m
ələr və məcazlaşmağa məruz qalmış leksik vahidlər şeir dilinin 
ən  fəal  üslubi  faktlarına  çevrildilər.  Frazeoloji  birləşmələrin 
semantik  m
ənasına  uyğun  məcazi  sözlərin  işlənmə  tezliyi, 
k
əmyyət  üstünlüyü  bir  daha  göstərdi  ki,  idiomatik  birləşmə  və 
onunla 
bağlı poetizmlərin müvaziliyi şeir dilinin spesifik cəhət-
l
ərindən  biridir,  şeirə  məxsus  dil  mühitinin  vacib  tərəflərinin 
üslubi t
əzahürüdür. 
«Dilin frazeoloji fondu xalq m
ədəniyyətini, onun tarixini və 
m
əişətini,  keçmiş  zamanların  xarakterik  cəhətlərini,  insani 
münasib
ətləri,  təbiəti,  canlılar  aləmini  və  s.  əks  etdirən  xüsusi 
x
əzinədir.  Bizim  müasirlərimizə  mənası  qaranlıq  qalan 
frazeologizml
ərin 
eti
mologiyasını, 
müxt
əlif 
sferalarda 
mahiyy
ətini açıqlamaq mümkündür. Frazeologiya qaynaqlarının 


          
 
 
27 
araşdırılması  imkan  verir  ki,  onun  əsasında  dayanan  bir  sıra 
maraqlı psixoloji-linqvistik hadisələrə aydınlıq gətirilsin, hər bir 
milli  dilin  frazeoloji  vahidl
ərinə  xas  olan  əlamətlər  üzə 
çıxarılsın» (26, 54). 
Poeziya 
dili 
milli 
folklor 
qaynaqlarından,  zəngin 
frazeologiyasından,  ibarələr  sistemindən  ayrı  düşsə,  ondan 
yaradıcı  şəkildə  faydalanmağın  bədii-estetik  prinsiplərini 
d
ərindən  öyrənməsə,  lazımi  sənət  dili  səviyyəsindən  məhrum 
olmağa  məhkumdur.  Frazeoloji  birləşmələrin  yaratdığı  üslubi 
sanbal, poetik ovqat, 
ondakı obrazlılıq elementlərinin qabarıqlığı 
hissolunacaq  d
ərəcədə  əhatəlidir.  Məsələnin  bu  tərəfi  də  ma-
raqlıdır  ki,  frazeologizmlərə  xas  olan  parlaq  obrazlılıq  olduqca 
yığcam formadadır. Böyük bədii mətləb semantik cəhətdən dərin, 
ifad
ə  vasitələrinin  iştirakı  baxımından  «sıxılmış»  qəliblərdədir. 
Onların  dil,  obraz  və  leksik-semantik  səciyyəsi,  məcazilik  ma-
nerasının  çoxyönümlü  xüsusiyyəti  şeir  mətninin  təşəkkülündə 
s
əmərəli mövqe qazanır. 
Frazeoloji  birl
əşmələrin  mayası  obrazlılıqdan  tutulmuşdur. 
Odur ki, onun b
ətnində çox güclü enerji ehtiyatının, gözlənilməz 
üslubi 
potensialının  hələ  aşkarlanmamış  ehtiyatı  mövcuddur. 
Rüşeymlərində  mövcud  olan  obrazlı  əlamətlər  əsl  istedadlı 
q
ələmin  köməyilə  pöhrələnib  üzə  çıxır,  şaxələnib  sənətin  əsra-
r
əngiz  poetik  keyfiyyətlərini  açır,  şeirin  ideya  və  bədii-estetik 
strukturunun 
əsasında dayanır. 
Frazeoloji  birl
əşmələrin  vasitəsilə  poetik  deyim  tərzi  sənət 
ölçül
ərinə  uyarlıdır  və  buna  görə  də  nəzərə  alınmalıdır  ki,  şeir 
dilind
ə fəallığı onların üslubi tələbkarlığının bədii ləyaqət kimi 
nümayişidir.  Poetik  aforizmlər,  dərin  xalq  hikməti  frazeoloji 
materialların  yaratdığı  bədii  ovqat  üzərində  dayanır,  dilimizin 
milli ruhu onun üslubi z
ənginliklərində əks olunur. 
Xalqın bədii təfəkkürünün məhsullarına aludəçilik S.Rüstəm, 
R.Rza, 
O.
Sarıvəlli,  M.Dilbazi,  N.Rəfibəyli,  B.Azəroğlu, 
B.Vahabzad
ə,  N.Xəzri,  Ə.Kürçaylı,  H.Arif,  C.Novruz, 
A.
Zeynallı,  S.Tahir...  kimi  şairlərin  yaradıcılığında  qabarıq 


          
 
 
28 
n
əzərə çarpır. Bu ənənə nisbətən cavan nəslin və onlardan sonra 
g
ələnlərin – F.Sadıq, F.Qoca, Ə.Salahzadə, M.Aslan, M.İsmayıl, 
İ.İsmayılzadə, 
R.
Rövşən, 
S.Rüst
əmxanlı, 
A.B
ədəlzadə, 
Ç.
Əlioğlu,  N.Kəsəmənli  kimi  şairlərin  dilində  də  davam 
etdirilirdi.  Bu  s
ənətkarların  dilində  folklor  motivləri  və  deyim 
t
ərzi  frazeoloji  birləşmələrin  bilavasitə  iştirakı  ilə  uğurla 
m
ənimsənilərək  onların  bədii  yaradıcılıq  üslubuna  hopmuşdur. 
Söz  s
ənətkarları  frazeoloji  dil  faktlarında  təzahür  edən  fikir  və 
m
əqsəd  aydınlığından  ifadəlilik  ləyaqəti  və  üslubi  dəyərlər  əxz 
etmşlər. 
 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin