MəHƏRRƏm hüseynov poetik frazeologiYA



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə7/68
tarix02.01.2022
ölçüsü0,93 Mb.
#40440
1   2   3   4   5   6   7   8   9   10   ...   68
frazeoloji

N
ə qədər ümidin toxundu daşa, 
N
ə qədər istəyin gözündə qaldı. 
B
ədənin torpaqda daldalansa da, 
Döyün
ən ürəyin sözündə qaldı  (55, II, 91). 
 
M
əsləksiz adam var, yaşar birtəhər 
Yoxdur ki, 
tapıla üz bişərəfdə. 
T
ərəzi gözünə girsə tərəflər 
O, quyruq bulayar 
ağız tərəfdə (105, 20). 
 
R
əngin dalındakı həqiqətə bax! 
H
əqiqət nəzilər, amma üzülməz. 
Yalan çiç
əklənər, boy atar, ancaq 
B
əhər verə bilməz, bar verə bilməz (103, 67).  
 
 
Dün
ən bir tiyə ildırım 
Düşdü Xəzərə. 
Ça
lxandı dəniz, 
Üfüqd
ə qara buludlar bağırdı. 
Qorxudan 
yarıldı qaranlığın bağrı (57, 118). 
 


          
 
 
29 
Diqq
əti  belə  bir  cəhətə  yönəltmək  yerinə  düşər  ki,  poetik 
t
əsvirdə  frazeoloji  birləşmələrin  fundamental  yaradıcılıq 
prosesind
əki  üslubi  vəzifələrindən  biri  də  konkretlik, 

əyyənlik  yaratma  vasitəsidir,  aydın  müəllif  mövqeyinin 
ifad
əçisi  olmasıdır.  Tərkib  hissələrindəki  ünsürlərin  məcazi 
s
əciyyəsi  və  ümumiləşdirmə  keyfiyyəti  onun  müəyyən  mənada 
yarandığı əsasdan, kökündən uzaqlaşdırsa da, o, kontekstdə yeni-
d
ən konkretlik qazanır. Bu ondan irəli gəlir ki, söz sənətkarının 
obrazlı  düşüncələrində  mücərrədlikdən  daha  çox,  reallığın 
spesifik  meyll
əri canlı əlamətlərlə əks olunur. Həmin keyfiyyət 
b
ədiiliyin  əsas  məziyyətlərindən  və  şərtlərindən  biri  kimi  öz 
ifad
əsini frazeologizmlərdə tapır. 
Frazeoloji  birl
əşmələrin  konkretləşməsi  əhatəsindəki  dil 
materiallarının  üslubi  mövqeyindən  və  işlənmə  istiqamətindən 
çox 
asılıdır. Konkret bədii lövhə yaratmaq niyyətini rəhbər tutan 

əllif frazeologizmləri eyni anlayışlarla bağlı başqa söz və söz 
qrup
ları ilə – sinonimlərlə yanaşı işlətməklə məqsədinə nail olur. 
Obrazı  hansı  mövqedən  yaratma  prinsipi  dil  faktlarına  laqeyd 
qalmır,  frazeoloji  faktların  üslubi  istiqamətini  müəyyənləşdirir: 
t
əsviri əyaniləşdirmə keyfiyyəti məhz bu prinsipin tələbinə görə 
frazeoloji birl
əşmələrə məxsus bədii effektin əsasında durur. 
Frazeoloji  birl
əmələrlə  konkretləşdirmə  məharəti  fərdi 
s
əciyyəlidir.  Bunu  1960-1980-ci  illər  ədəbi  nəslinin  ayrı-ayrı 
şairlərin  qələm  məhsullarının  dili  üzərindəki  müşahidələrin 
n
əticəsi  təsdiqləyir.  Müşahidələr  göstərir  ki,  frazeologizmslərlə 
canlandırılan  obrazların  qüvvətli  təzahürü  yaradıcılıq  məharəti, 
s
ənətkar  təxəyyülünün  hüdudları,  istedad  dərəcəsi  ilə  müəy-
y
ənləşir. 
N.Arif, 
Ə.Kərim, 
A.
Laçınlı, 
H.Kürd
oğlu, 
S.Rüst
əmxanlı, N.Kəsəmənli, A.Bədəlzadə, R.Rövşən, Z.Yaqub, 
S.S
ərxanlı,  M.Yaqub,  E.Baxış,  Ə.Muxtar,  A.Kəmərli,  V.Nəsib, 
D.N
əsib kimi orijinal yaradıcılıq üslubu olan şairlərin yazı tərzi 
göst
ərir ki, bu üsul intensiv şəkildə davam etdirilirsə, sistem təş-
kil edirs
ə, fərdi yaradıcılıq dəsti-xəttinin, dildən səmərəli istifadə 
prinsipl
ərinin effektli göstəricisi ləyaqətinə nail olur. 


          
 
 
30 
 
Ömrüm 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin