MəHƏRRƏm hüseynov poetik frazeologiYA



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə14/68
tarix02.01.2022
ölçüsü0,93 Mb.
#40440
1   ...   10   11   12   13   14   15   16   17   ...   68
frazeoloji

ən qocalmıram deyən şairin 
Qocalır, a dağlar, qocalır bu gün (55, I, 209)
 
Əkərsən, biçərsən... bu da təsəlli, 
Hansı əməllərim qarşıma gəlib. 
S
əhərin bədliyi axşama bəlli, 
Ağlıma gələnlər başıma gəlib (73, 68). 
 
 
Onda m
əhəbbətim yuxulu imiş, 
Sonradan 
oyanıb, onda bilib ki, 
Suyun lal 
axanı qorxulu imiş, 
S
ən gərək özünü tanıtmayaydın (78, 147). 
 
«
Şair  öz  əsərlərinin  poetik  dilinin  bütün  zənginliyini 
tük
ənməz bir mənbədən alır ki, bu da xalqın hərtərəfli, şirin və 
obrazlı  dilidir,  şifahi  ədəbiyyatın  dilidir» (24, 370). Folklor 
üslubuna xas olan çalarla
rın şeirə nüfuzu təbii rənglər bolluğuna 
v
ə milli koloritin zənginliyinə gətirib çıxarır. Ritm, ahəngdarlıq, 
v
əzn  yaratmaq  işində,  poetik  aforizmlər  və  dərin  xalq  hikməti 
s
əviyyəsi  qət  etmək  də  mahiyyət  etibarilə  poetik  kökə 
bağlılıqdan  irəli  gəlir.  Dilimizin  ruhu  onun  akustik 
göz
əlliklərində  əks  olunduğu  kimi,  doğma  sözlərimizin 
şeriyyətində  təcəssüm  tapdığı  kimi,  xəyalla,  romantik  ovqatla 


          
 
 
43 
lirik-f
əlsəfi  mühakimələrin  sintezi  frazeoloji  birləşmələrdə  əks 
olunur. Çünki frazeoloji birl
əşmələr həm lüzumsuz bər-bəzəkdən 
uzaq
dır, həm də onlarda artıq söz və ifadə də yoxdur. Böyük bir 
fikrin  frazeoloji  birl
əşmələrin  iştirak  etdiyi  misralara  sığışması 
da 
ondakı semantik siqlətdən, quruluş mükəmməlliyindən gəlir. 
Frazeoloji  vahidl
ərdən  təsirlənən  şeirin  ritm  və  konstruksiyası 
h
əm şeirin lüğət tərkibinə, həm də sintaktik tərkibinə, qrammatik 
quruluşuna  nəzərəçarpan  effekt  verir.  Bənzərsiz  şair  Ağasən 
B
ədəlzadənin «Həyat eşqi» adlı şeirindən götürülmüş aşağıdakı 
b
ənddə oxucu qəlbini ovsunlayanda məhz frazeoloji ifadənin üs-
lubi-semantik 
imkanlarının nüfuzetmə qabiliyyətidir. 
 
Ömrün 
ən dolaşıq, çətin anında 
Gözl
ər bu dünyadan bir pay umurlar. 
Diriyk
ən hər şeyə göz yumanın da 
Öl
ərkən gözünü güclə yumurlar (61, 25). 
 
Poeziya  s
ənətinin,  onun  dilinin  mayası  el  ədəbiyyatından, 
canlı  danışığın  gözəlliklərindən  mayalanır.  Bədii  yaradıcılığın 
bütün  sah
ələrində  olduğu  kimi,  poeziyada  da  şifahi  xalq 
yaradıcılığından  və  məişət-ünsiyyət  üslubundan  faydalanma 
daimi  s
əciyyə  daşıyır.  Bu  keyfiyyətli  cəhəti  1960-1980-ci  illər 
poeziya
sının timsalında da görmək mümkündür. 
Folklorlardan  v
ə  canlı  nitqdən  qaynaqlanan  xəlqi  ruh  şeir 
yaradıcılığının  bütün  komponentlərində,  xüsusən  də  frazeoloji 
birl
əşmələrdə  biruzə  verir.  Ən  fəal  üslubi  laylara  məxsus  olan 
frazeologiyanın 
işlənmə 
m
əqamlarına 
h
əssaslığında 
bünövr
əsində  ümumxalq  dili  xəzinəsinə  dərindən  bələdolma 
m
əharəti ilə yanaşı, ondan yetərincə yararlanma bacarığı frazeo-
logizmi üslubi 
çalarlarına uyğun seçmə vərdişi və istifadəsindəki 
s
ənətkarlıq səriştəsi dayanır. 
Xalqın  əsrlər  boyu  yaratdığı  tükənməz  bədii  söz 
yaradıcılığından faydalanma sırf sənətkarlıq məsələsinə daxildir. 
Folklor  bütün  dövrl
ərdə  poeziyanın  coşub-daşan  bədii  söz 


          
 
 
44 
bulağıdır.  İncə  axıcılığı,  qəribə  kövrəkliyi  və  təbiiliyi  ilə 
oxucunu  valeh  ed
ən  frazeoloji  materiallar  da  onun  mənalı 
q
əlpələridir. Onların şeir dilinə yararlığının üslubi əsasları vardır. 
Bu,  çox  güman  ki,  ondan  ir
əli gəlir ki, frazeologizmlərdəki de-
yim t
ərzi qondarmaçılıqdan uzaqdır. Məhz buna görə poeziya və 
onun  dili  frazeoloji  materiallarla  daim  t
əmasdadır, həmişə milli 
qaynaqlara, kökümüz
ə, ulularımızın müdrikliyinə söykənir və bu 
davamlı  səciyyə  daşıyır.  O,  həmçinin  poeziya  üçün  səmimi  və 
ilıq  nəfəsin,  ilhamlı  söz  sərvətinin  mənbəyidir.  Köklərin 
d
ərinliklərdən gələn şeir sənətinin dadı-tamı yaradıcılıq idealına, 
ənənələrə  sədaqətindədir.  Bu  mənada  şeirimizin  dili  R.Rza, 
B.Vahabzad
ə,  Ə.Kürçaylı,  Q.Qasımzadə,  F.Sadıq,  A.Laçınlı, 
M.Araz,  M.
İsmayıl,  R.Rövşən,  S.Rüstəmxanlı,  S.Sərxanlı  və 
başqa şairlərin yaradıcılığının timsalında xəlqi ifadə vasitələri ilə 
farazeoloji  ifad
ələrdə  zənginləşmə  prosesi  keçirmişdir.  Onlar 
poeziya  dilinin  milli  qaynaqla
rından  müxtəlif  üslubi  çalarlar 
m
ənimsəmiş, şeirin məzmununu daha da dolğunlaşdırmağa cəhd 
göst
ərmişlər. 
 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin