MəHƏRRƏm hüseynov poetik frazeologiYA



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə22/68
tarix02.01.2022
ölçüsü0,93 Mb.
#40440
1   ...   18   19   20   21   22   23   24   25   ...   68
frazeoloji

V
ətənimdə kasıb komam olaydı, 
Qan 
qusduğum qızıl teştdi saray. 
Göz 
yaşımı şirin şöhrət yerinə 
Bad
ə-badə süzüb içdi saray (78, 257). 
Xatırladım babamı, 
Çünki, 
yaxşı öyrənsəydi 
Müasir silaha 
əlimiz: 
Daha az qurban ver
ərdik, 
Daha 
artıq düşmən anası ağladardıq (96, II, 84). 
 
Frazeoloji birl
əşmələrə xüsusi məna və əhəmiyyət verilməsi 
lirik 
obrazın  təsvirində  genişlik  və  möhtəşəmlik  əlamətlərini 
gücl
əndirmək  qayəsi  izlənilir.  Obrazlılığın  formalaşma 
intensivliyi 
baxımından da frazeologizmlər poetik incəlikləri ilə 
seçilir. Söz s
ənətkarlarının dönə-dönə müraciət etdiyi bu idioma-
tik  ifad
ələrdə  hər  dəfə  bir  üslubi  cəhət  axtarılıb  tapılır.  Şeirin 
lazımi  bədii  səviyyə  həddinə  yetməsində,  poetik  incəliklərin 
əmələ gəlməsində özünü daha qabarıq hiss etdirir. İzah etməyə 
ehtiyac  yoxdur  ki, 
işlənmə  tezliyindən  asılı  olmayaraq  hər 
frazeoloji  söz  birl
əşməsi poetik mətnin tərkib hissəsində xüsusi 
emosional
lıq və ekspressivliklə çıxış edir. 


          
 
 
60 
Obrazlılıq  yaratma  komponentləri  içərisində  frazeologiya 
ona  gör
ə  özünü  daha  qabarıq  və  üslubi  keyfiyyətlərlə  göstərə 
bilir  ki, 
onların hər biri öz üslubi təbiəti etibarilə, az və ya çox 
d
ərəcədə konkret bir fikrin, bədii ovqatın, lirik əhval-ruhiyyənin 
daşıyıcısıdır. Üslubi cəhətdən natamamlıq, oxucunu narazı salası 
yeks
ənəq  ifadə  tərzi  frazeologiyanın  yaratdığı  mündəricə 
əhatəsinə  yaddır.  Lirik  «mən»in  hisslər  aləminə  təravət  bəxş 
ed
ən, fikrini qidalandıran ən koloritli dil faktlarıdır. Xalqın bədii 
t
əfəkküründən süzülüb gələn bu ifadələr bədii zərurət, üslubi eh-
tiyac  m
əqamlarında  istənilən  şeirin  qələmə  alındığı  dövrün  də 
t
əfəkkür  tərzinə,  o  cümlədən  müasir  deyim  tərzinə  də 
uyğunlaşdırılır, bütün qabarıqlığı ilə konkret və məzmunlu hissi 
mühit yara
dır, şairin ritorikaya uymaq təhlükəsini aradan qaldırır. 
Frazeoloji  dil  vahidinin 
ən  önəmli  poetik  məziyyətləri 

ərisində  hissi-emosional  təsir  yaratma  qabiliyyəti  başlıca  yer 
tutur. Bu m
əziyyətin zəngin linqvistik əsası mövcudur; frazeoloj 
birl
əşmələrinin,  demək  olar  ki,  bütün  komponertləri  qarşılıqlı 
sur
ətdə üslubi səfərbərliyə hazır vəziyyətindədir və onlar seman-
tik c
əhətdən, daxilən bütöv və tamdır. 
Əhəd  Muxtarın  «Xalaxətrin  qalmasın»  şeirində  sərlövhə 
frazeoloji  vahid  kimi 
haqqında  deyilən  bu  xüsusiyyətləri  əks 
etdirir. 
 
Xalax
ətrin qalmasın çağrılırıq toya biz, 
Xalax
ətrin qalmasın yollanırıq vaya biz, 
Xalax
ətrin qalmasın oxunur jurnal, kitab, 
Xalax
ətrin qalmasın başlanır sual-cavab. 
Əl-ələ görüşürük xalaxətrin qalmasın, 
Lap el
ə öpüşürük xalaxətrin qalmasın. 
Salam! T
əbrik! Hər nida xalaxətrin qalmasın, 
Var ol! 
Yaşa! Əlvida! – Xalaxətrin qalmasın! 
 
 
 
 
 
 
 
(88, 18) 
 


          
 
 
61 
H
ər bir şairin öz dili olduğu kimi, ayrılıqda hər bir şeirin də 
öz  dili  var  v
ə  bu  dil  o  zaman  gözəl  və  cazibədardır  ki,  şair 
sözünün  estetik  m
ənası  sənətkarın  yaradıcılıq  siması,  üslubi 
özün
əməxsusluğu həmin sözün, həmin dil vahidinin işığında öz 
üslubi  mü
əyyənliyini təsdiq etsin. Konkret poetik ovqatın məh-
sulu  olan  h
ər  bir  şeir  nümunəsi  özündə  şairin  dəsti-xəttinin 
spesifik 
əlamətlərini  əks  etdirir.  Bədii  təsvir  vasitələrinin 
genişliyi özlüyündə məziyyətə çevrilmədiyi kimi, bu geniş əhatə 
dair
əsində hər bir linqvistik vahidin iştirak fəallığı da öz poetik 
siql
ətinə uyğun qiymətləndirilir. Bədii inikasın dar çərçivəsində 
h
ər  bir  bədii  ifadə  vasitəsi  öz  üslubi  xidmətinə  uyğun  şəkildə 
anlaşılır  və  burada  başlıca  cəhət  estetik  idrakın  poetikləşdirmə 
imkanlarının  ölçülərindən  asılıdır.  Bu  mənada  şeir  dilində 
x
əlqilik  ruhunun  qüvvətlənməsi  və  sənət  qayğıları  ilə  birbaşa 
bağlılığı nöqteyi-nəzərindən frazeoloji tərkiblər müstəsnalıq təş-
kil edir. 
Öz-özlüyünd
ə  aydındır  ki,  şairanə  ilhamın  məhsulu  olan 
şeirlər  adətən,  mənalı  mühakimələrlə,  lirik  ricətlərlə  bol  olur. 
İntim-lirik  çalarların  gücləndirilməsində  sırf  leksik-qrammatik 
vasit
ələrlə,  hətta  ilk  baxışda  şeir  dili  üçün  poetik  məziyyətdən 
m
əhrum olan dil vahidləri ilə yanaşı, frazeoloji birləşmələr daha 
güclü  b
ədiilik  yaratma  vasitəsi  ola  bilir.  Onu  da  ayrıca  sübut 
etm
əyə  ehtiyac  yoxdur  ki,  frazeoloji  birləşmələr  milli  bədii 
düşüncəni  əks  etdirir,  şeirdə  bədii-estetik  aspektin  vüsətinin, 
miqyas ölçül
ərinin genişlənməsinə rəvac verir. 
 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin