MəHƏRRƏm hüseynov poetik frazeologiYA



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə30/68
tarix02.01.2022
ölçüsü0,93 Mb.
#40440
1   ...   26   27   28   29   30   31   32   33   ...   68
frazeoloji

Yalan 
satmağından əl çəkmir yalan, 
Diz
ə dirsək vurur, düz baxa-baxa. 
Su olur 
yandıran, su tapmır yanan, 
Göz d
ə oğurlanır söz baxa-baxa (54, 202). 
 
 
Axı saqqızımı kim oğurlamış? 
Ayrılıq nə lazım bəxti adaşa? 
Sevgin sev
əninə loğman olarmış 
H
əsrətin yazıldı yorğun yaddaşa (84, 52). 
 
Birc
ə dəfə məğrur başım endi yerə 
Qılıncıyla bir əlləri qurumuşun (58, 21). 
 


          
 
 
78 
Şeir sənətinin ideya-estetik şərtini ödəyən bir mühüm cəhət 
– t
əsvir-təhkiyə predmetinin təhlil-düşüncə obyektinə çevrilməsi 
s
əviyyəsi  mündəricəsini  və  sənətkarlıq  boyalarını  üzə  çıxardır. 
M
əhz  bununla  reallığın  təhlil-təsdiq  pafosu  böyük  idrak 
əhəmiyyət kəsb edir və lirik-emosional təhkiyə, təhkiyə tərzinin 
cazib
əsi,  daha  konkret  desək,  şeir  sənətinin  1960-1980-ci  illər 
m
ərhələsindəki  poetik  dili  öz  koloriti  ilə  yadda  qaldı.  Şeirin 
poetik 
qayğı  və  düşüncələri  həyəcanlı  nidaların  tündləşməsi, 
poetik  m
ətnin  ideya-estetik  qüvvəsinin  əlamətlərindən  publisist 
intonasiya 
çalarları  əxs  etməsi  də  1960-1980-ci  illərə  məxsus 
şeir nümunələrinin fərqləndirici cəhətləridir. 
Ana  dilinin  daxili 
ehtiyatları  sənətkar  təfəkkürünün 
f
əaliyyəti nəticəsində bədii ifadə formalarını dəyişir, şeir dilinə 
baxış  tədricən  yeniləşir.  Lirik  «mən»in  xarakteri,  səciyyəsi  də 
m
əhz  təzə  nəfəslə  təravətlənən  dil  materialının  estetik 
z
ənginləşdirilmə  vasitəsi  kimi  mövcud  frazeoloji  ehtiyat  aşıq 
şeirindən,  folklor  poetikasından  bəhrələnir.  Müasir  anlayışların 
ifad
ə  tərzi  kimi  indiyəcən  mövcud  olmayan  yeni  çalarlar  kəsb 
edir. 
B
ədii  situasiyadan  asılı  olaraq  frazeoloji  material  uğurlu 
poetik 
əməliyyat üçün şairin köməyinə gəlir. Milli səciyyəsi və 
kolorit yaratma 
imkanlarına görə frazeoloji söz birləşmələri lirik 
q
əhrəmanın  daxili-psixoloji  aləminin  şərhinə  yönəlməsi  böyük 
üslubi 
əməliyyatın  reallaşdırılmasına  xidmət  göstərir,  şeirin 
inikas 
imkanlarını gücləndirir. 
 
Ç
ənələrdə keçir bəzən vaxt, vədə, 
Marıqda dayanıb ağzıgöyçəklər. 
M
ənim bu müqəddəs kədərimə də 
Kim bilir, n
ə qədər rəng çəkəcəklər (56, 117). 
 
Bu pak 
insanların, saf insanların 
Başına tələsik yüz oyun açma. 
Əvvəl əlləinə bel verib sonra 


          
 
 
79 
Yel verib, 
onların dalından qaçma (73, 115). 
 
Xalq 
danışıq  frazeologiyası  şeir  poetikasının  arxalandığı, 
söyk
əndiyi  ən  güclü  və  zəngin  qaynaqlardan  biridir.  Onun  şeir 
m
ətninə  nüfuzu  özü  ilə  bərabər  emosionallıq  və  ekspressivlik 
g
ətirir.  Xalqın  poetik  düşüncə  tərzinə  və  bədii  yaradıcılığına 
yaxınlıq misralara poetik aforizmlər ağırlığı, dərin xalq hikməti 
aşılayır.  Xalq  müdrikliyinin  ifadəsi  kimi  dərin  təsir  bağışlayan 
frazeologizml
ər söz ustadının poetik axtarışlarını daha səmərəli 
m
əcraya  salır,  düşündürücülük  və  bədii  təsir  keyifyyətlərini, 
emosional qüvv
əsini artırır, bədii mətləbin estetik cəhətdən incə 
qavra
nılmasına kömək olur. «Nitq fəaliyyətində frazeologiya xü-
susi  semantik  kateqoriya  kimi 
çıxış  edir.  Canlı  nitq  mühitində 
onu 
əhatə edən dil vahidləri ilə vəhdətdə frazeologizmlər təşkil 
edirl
ər» (40, 24). Bədii  təsvir  və  ifadə  vasitələri  ilə 
frazeologizml
ərin  bu  ayrılmaz  birliyi  onun  poetik  imkanlarına 
xüsusit intensivlik 
əlavə edir. 
1960-1980-ci ill
ərin gözəl şeir nümunələri göstərdi ki, canlı 
poetik  fikir  ifad
ə etmək çevikliyi adi, gündəlik məişət-ünsiyyət 
frazeologyasının şeir dilinə axınını təmin etdi. Şeir dili tarixində 
bu  dövr  q
ələm sahiblərinin ən böyük xidmətlərindən biri budur 
ki, onlar 
şəxsi təcrübələrində məişət frazeologiyasının lirik nitqə 
d
ə  yaradığını  əsaslı  şəkildə  bədii  sınaqdan  keçirdilər.  Xalq  dili 
frazeologiyasının  şeir  dilinə  intensiv  axınının  kəmiyyət 
göst
əricilərində  keyfiyyət,  üslubi  sanbal  da  təzahür  etdirməyə 
nail oldular. Konkret 
şeir nümunələri əsasında müəyyənləşdi ki, 
real 
danışığa  məxsus  əlamətlərin  çoxluğu  –  poeziyada  canlı 
ünsiyy
ət  frazeologiyasının  sıxlığı  şairlərin  girişdiyi  yaradıcılıq 
işinin  xeyrinə  olmuşdur.  Frazeoloji  ifadələrn  poetik  təəssürat 
yaratma 
imkanları məhz bu məziyyətlərdən bəhrələnir: 
 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin