MəHƏRRƏm hüseynov poetik frazeologiYA



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə11/68
tarix02.01.2022
ölçüsü0,93 Mb.
#40440
1   ...   7   8   9   10   11   12   13   14   ...   68
frazeoloji

Bax bel
əcə dağa sığın, 
 
 
 
      
dağa sığın (54, 195). 
 
Poetik m
ətn sisteminə düşən frazeoloji birləşmələr, yuxarıda 
deyildiyi  kimi, 
şeirin  əsas  ideya  yükünü  daşıyır,  ona  yeni 
motivl
ər gətirir, gözlənilməz ifadə modelləri yaradır. Mündəricə 
v
ə forma – kompozisiya xüsusiyyətlərinin təzələnməsindəki rolu 
frazeoloji birl
əşmələrin başqa estetik keyfiyyətlərini – onun poe-
tik 
şəraitseçmə, üslubi mühityaratma qabiliyyətini aşkarlayır; dil 
materiallarının  sistemləşdirilməsinə  müdaxilə  edir  və 
ekspressivlik amill
əri ilə bağlı bədii gücünü təsdiqləyir. 
Frazeoloji birl
əşmələrin bilavasitə köməyi ilə yaranan poetik 
əhval-ruhiyyə,  mühakimə  dərinliyi,  fikrin  şairanəliyi 
diqq
ətçəkici  olur:  müfəssəl  poetik  qayə  dərinləşdikcə 
frazeologizml
ərin  üslubi-semantik  potensialı  da  artır  ki,  bu  da 
şübhə  yoxdur  ki,  şeir  üslubu  üçün  xüsusi  məziyyət  kimi 
d
əyərləndirilməyə layiqdir. 
El
ə  frazeoloji  birləşmələr  vardır  ki,  onların  məna  kəsəri, 
üslubi 
çalarları  olduqca  dərin  qatlardadır.  Onun  sətiraltı 
m
ənasında gizli qalan cövhərini üzə çıxarmaq üçün söz sənətkarı 
inc
ə  üslubi  əməliyyatlar  aparır,  frazeologizmlərin  lüğət 
tutumunu 
genişləndirməyə  səy  göstərir.  Xalq  dili  zəminində 
c
əlbedici  obrazlar  yaradıb  onun  məzmun  gərginliyini  nəzərə 
çarp
dırır.  Frazeoloji  ifadələrin  yaratdığı  hisslərin  təzəliyi, 
əlvanlığı  və  canlılığı  B.Vahabzadə,  F.Sadıq,  F.Qoca,  M.Araz, 


          
 
 
37 
R.Z
əka,  İ.Kəbirli,  A.Abdulla,  A.Salahzadə,  A.Bədəlzadə, 
R.
Rövşən,  M.Yaqub,  Z.Yaqub,  X.Rza,  A.Zeynallı  və  başqa 
q
ələm ustalarının şeirlərinin də bəyənimli cəhətləridir. 
 
Gerç
əyin üzünü kirşanlaşanda, 
Xoruzun 
quyruğu görünür yenə (102, 65). 
Düşmən ayağa baxır, dost başa, 
Odur ki, fikir ver üst-
başa (97, 211). 
 
Xoş arzularla yüklənən 
Ağzı yoxuşa diklənən, 
Sarı sim üstə köklənən 
Bu aylar, ill
ər sevinər (82, 119). 
 
K
əsilən duz-çörəyim, düz çörək olmuş ancaq, 
Süfr
əsi dizləri üstündə olan tək qalacaq. 
Üzün
ə yüz kərə getsən, qapılar çırpılacaq, 
Kims
əsiz qalmış iki başdaşıdır dostsuz ocaq 
 
 
 
 
 
 
 
(108, 71). 
 
Dağlara qar düşdü, deyirəm yəqin: 
Adamlar bu saat kövr
əkdir, mumdur. 
Hamı cızığından çıxıb fitnənin 
Hamı bir-biriylə hal-əhval tutur (54, 222). 
 
Şeiri  tutumlu  ifadə  vasitələri  ilə  zənginləşdirmək,  el 
ədəbiyyatının incəliklərinə vaqif olub böyük maraq və ehtirasla 
öyr
ənmək,  poetik  nümunələri  ana  dili  abidəsi  səviyyəsinə 
qaldırmaq  –  şair  üçün  bundan  ali  məqsəd  ola  bilməz.  Şair  öz 
poetik 
düşüncələrini, hiss-həyəcanlarını sözün müqəddəs itşığına 
tutduqca  Az
ərbaycan  dilinin  möcüzə  yaratma  qabiliyyətini  nü-
mayiş etdirir. Bu işdə şeirin məzmun kamilliyində və formasında 
m
ərkəzi yer tutan frazeoloji dil faktları olduqca əhəmiyyətlidir. 
Yığcamlıq və obrazlılıq onun əsas məziyyətidir və bu məziyyət 


          
 
 
38 
1960-1980-ci ill
ər şeirimizdə olduqca yeni çalarlarla təzahür edir, 
şeirin lirik keyfiyyətləri müsbət təsirini göstərib mükəmməl bə-
dii 
tamlıq naminə janrın zəruri ehtiyacını ödəyir. 
Qeyd 
olunduğu  kimi,  obrazlılığın  müəyyən  cizgiləri 
frazeoloji  birl
əşmələrin  daxili  məzmununda  artıq  mövcuddur, 
söz  s
ənətkarı  onu  yeni  mətn  mühitində  daha  da  inkişaf  etdirir, 
t
əcəssüm  etdirdiyi  fikrə  əlavə  müdriklik  çalarları  qatır.  Bunun 
bilavasit
ə  poetik  yekunu  kimi  lirik  təsvir  çox  asanlıqla  yüksək 
obrazlıqla tutumlu hala keçir: təhkiyə dərin poetik mühakimənin, 
emosional  v
ə  psixoloji  təhlilin  nəticəsi  kimi  təəssürat  oyadır. 
Lirik  d
ərinləşdirmə  frazeoloji  birləşmələrin  fəal  iştirakı  ilə  baş 
verir: misrada, b
ənddə, hətta bütöv şeirdə ifadə olunan psixoloji 
v
əziyyətə yeni ovqat bəxş edilir. 
 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin