Məhəmməd Əmin Rəsulzadə Əsərləri IV cild


Xan Saraymm təslimi



Yüklə 8,64 Mb.
Pdf görüntüsü
səhifə34/37
tarix31.01.2017
ölçüsü8,64 Mb.
#7137
1   ...   29   30   31   32   33   34   35   36   37

413

Xan Saraymm təslimi
Xan  sarayınm Asari-Ətiqə  cəmiyyəti  tərəfindən təhvil  alıüması  və 
bu  münasibətlə  şəhərdə  böyük  bir  təntənəli  nümayiş  qurulduğu  dün- 
ki  nömrəmizdə  təsvir  edilərək nitqlərin  təfsilatmı  bu  günə  buraxmış- 
dıq.  Şimdi  “Asari-Ətiqə”  cəmiyyətinin  bir  təşəbbüsü  hahndan  çıxa- 
raq  cəmaətin  hərəkət  və  əhvali-ruhiyyəsinin  təsirilə  böyük  bir  milli 
bayram  surəti  almış  bu  nümayişdə  irad  edilmiş  olan  nitqlərdən  bəzi 
mühümlərini müxtəsər dərc ediyoruz:
Məhəmməd Əmin Rəsulzadə əfəndinin nitqləri:
1- 
Xan sarayı həyətində: Millətdaşlar, inqilab sayəsində biz azad ol- 
duğumuz kibi  bizim sabiqki  hürriyyətimizə bir nişangah  olan bu bina 
da  azad  oldu.  Mütəxəssislər  yüz  illik  əsarətindən  sonra  xilas  olan  bu 
binada  sənətkaranə  incəliklər  buluyorlar.  Fəqət  bu  gördügümüz  şey 
mədəniyyəti-islamiyyə  dəryasından  alınmış  kiçicik  bir  qətrədir.  Bu 
bir güldür. İslam mədəniyyəti bustani-nəqqasəsindən dərilmə soluq bir 
yapraqdır.
Cəmaət,  islam  mədəniyyəti  nədir?  O,  islamla  müşərrəf  olan 
millətlərin  yetişdirmiş  olduğu  dahilər,  tərbiyə  elədigi  ərbabi-sənət  və 
fənnin  toplamış  olduqları  bir  güldəstədir.  Qərnətə,  Qərtəbə,  Bağdad, 
Buxara,  Səmərqənd  kibi  baxçalardan  dərilən  güllərdən  ibarət  olan 
bü  güldəstəyə  ərəblər -   İbn  Rüşd,  İbn  Xəldun  kibi,  farslar  Əbülfərəc 
Zəməxşəri  kibi,  türklər  də  Fərabi,  İbn  Sina,  Uluğ bəylər kibi  çiçəklər 
bağlşlamışlardır. İslam mədəniyyətinin süqutu ilə islam hökumətlərinin 
süqutu arasmda bir münasibət vardır.
Mədəniyyəti-islamiyyə  ümumi  degil  idi.  Elm,  fənn,  sənət  və 
ədəbiyyat  salonlara,  böyük  məhfillərə,  xəlifə,  soltan  və  əmirlərə  ya- 
xın dairələrə məxsus  idi.  Yalnız mədəniyyət degil,  bununla mütənasib 
olaraq hakimiyyət də millətdə  degil,  sinfi-mümtazda,  məhdud  əllərdə 
idi.  Bu  bilxassə  ərəb  olmayan  millətlərə  təsir  ediyordu.  Türklər  is- 
lam  ülum  və  fünununa  aləmcə  məşhur böyük  dahilər  bəxş  etmişkən, 
öz  millətlərinə  heç  bir  şey  verə  bilməmişlərdi.  Çünki  ərəbcə  yazmış, 
farsca  nəzm  söyləmiş,  ərəbləşmiş,  farslaşmış  və  son  zamanlarda  isə 
ruslaşmışlardı.  Millət  ilə  üləması  arasında  irtibat  yox  idi.  Elm,  fənn 
və  ədəbiyyat  milli  degil  idi.  Bunun  üçün  hökumət  də  milli  və  ümu-
414
mi degil idi.  İştə, görüyorsunuz müəlləq istiqlahmızdan bizə ancaq bir 
Xan sarayı qalmış.  Bu saray bizə  göstəriyor ki, biz keçmişə malik bir 
millətiz. Fəqət hala ərəbcə və rusca söyləmək məcburiyyətində olan ha- 
lımız bizə  göstərməlidir ki,  istiqbalı  hənuz xətərlər içində bulunan bir 
millətiz.  Əgər istiyorsan  ki,  muxtariyyətimiz  əlimizə  gəlsin,  əgər isti- 
yorsan ki,  asari-ətiqəmiz daima Özümüzdə  qalsın,  o  zaman çalışmalı- 
yız ki, hakimiyyət xanlara məxsus olmayıb ümummillətə keçsin,  elm, 
fənn,  bilik  dəxi  kahinlərin,  mollaların  mülki-məxsusi  olmayıb  ümu- 
miləşsin.  Bu isə yalnız türkləşmək və milliləşməklə olur. Yaşasın milli 
muxtariyyət, yaşasın türklük!  (Alqışlar).
İştə,  cəmaət,  bən  sizi  və  bugünki  təntənənin  sahibi  olan  “Asari- 
Ətiqə” cəmiyyətini təbrik edərək diyoram: bayramımz mübarək olsun, 
çünki bu gün böyük ibtidaların ibtidasıdır!  (Gurultulu alqışlar).
2- 
Tazə  Pir  həyətində  birinci  dəfə:  Millətdaşlar!  Siz  bu  gün 
şəhərimizdə  böyük  bir  şənligə  səbəb  olan  binam  gördünüz.  Ondan 
daha böyük,  daha  ehtişamlı  binalar  şəhərimizdə  çoxdur.  “İsmailiyyə” 
binasının yanında o nədir ki!..  Əcəba,  bizi  oraya götürən nə  idi?  Şüb- 
həsiz ki, o daşlar degil,  o daşlardakı məna idi.  Burada sizə bir həqiqət 
ərz  etmək  istiyorum.  Vəqtilə  şəhər  idarəsi  canişinə  müraciət  edib 
istəmişdi ki, Xan saraymı onun təhvilinə versinlər, tainki orada muzey 
düzəltsinlər,  buna  icazə  verilmədi.  Bu  məsələ  sərdar  divanxanasmda 
müzakirə  edildigi  zaman  istibdadm  ərkanlarından  (məşhurdur)  biri 
demişdi  ki:  “Xan  sarayınm  qapısı  açıla bilməz,  çünki  o  açılarsa Bakı 
müsəlman şəhəridir, cəmaət gedər görər, keçmişi yadına düşər, oyanar, 
həyəcani-milliyyəsi  təhrik  olunar”.  Görüyorsunuz  ki,  istibdad  həyati- 
milliyyədən nə qədər qorxuyordu. Bunu siz özünüz də çox kərə idi bö- 
yük bir təntənə ilə təslim olunan binanın yanından keçərkən görmüşsü- 
nüz ki,  oradakı  qaravullar adamı  süngü ilə  qorxudurdular.  Fəqət inqi- 
labçı  demokratiya hökuməti hissiyyati-milliyyədən qorxmuyor.  0  yal- 
nız  asari-ətiqəni  degil,  millətin  qəsb  olunmuş  hüququnu belə  qaytarı- 
yor.  Demokratiya hökuməti açıq bir alın  ilə  elan ediyor ki,  “hər hanki 
millət nə cür istiyorsa o cür öz işlərini aparsın, istiyorsa muxtar, istiyor- 
sa müstəqil olsun, hətta istiyorsa aynlsın!”.
415

İştə,  aradakı  fərq.  (Alqışlar).  Bunu  biz  bilxnəli,  təqdir  etməliyiz. 
Bilməliyiz  ki,  hürriyyət  və  inqilabçı  demokratiyaya  endirilən  zərbə 
millətlərə  endirilmiş  bir  zərbədir.  Əgər  istiyorsaq  ki,  Xan  sarayının 
əsirlikdən xilası bu millətin əbədilikcə əsirlikdən xilasma həqiqi bir ib- 
tida təşkil eləsin, o zaman inqilabm, hürriyyətin müdafiəsinə hazır ola- 
lım,  dostumuzla düşmənlərimizi tanıyalım.  Yaşasın  inqilab.  Var olsun 
demokratiya!  (Alqışlar).
3- 
Tazə Piıdə ikinci dəfə: Cəmaət, təkrar sizin hüzurunuza çıxmaq- 
dan məqsədim buradan getmədən əvvəl xatirimə gələn bir nöqtəni sizə 
ərz eləməkdir. İmdi siz Xan saraymdan gəliyorsunuz. Gördünüz orada- 
kı o bizim tazə  əsarətdən xilas olmuş binamızı.  Gördünüz ki,  saxsı qı- 
rıqlarına,  süpürgə töküntülərinə, bilməm nə anbarlarma təxsis  edilmiş 
yıxıq-tökük bir saraya varis olmuşuz.  Siz  əgər o möhnətdidə divarlara 
diqqətlə baxsaydımz şadlığmızdan bir az fariğ olub da Xan saraymda- 
kı xizzəti görsəydiniz, heç şübhəsiz ki, “sənə nə oldu bu günə düşdün!”
-  deyə sorardımz. Və əmin olunuz ki, o daşlar dilə gələr, sizə deyərdilər 
ki:  bənim  əsirligimdə  əsir  edənlərdən  ziyadə  təqsir  bəni  əsir  verən- 
lərdədir.  Kənardan gələn hücumlara qarşı  içəridə hökm sürməkdə olan 
xanlar birləşməgi bilmədilər.  Bakı  öz başma,  digərləri də  öz başlarma 
hərəkət etdilər.  Onlar ancaq öz nəfslərini gördülər,  xəlqi düşünmədilər.
Əvət, biz o daşları, o bizə əsarətimizi təmsil edərək daş halına gələn 
o binanı dindirsəydik bundan başqa cavab alamazdıq.
Bu cavabdan alacağımız ibrət nədir? Bəlli: birləşməli, ittifaq etməli. 
Xilasımızı,  müdafiəmizi  başqalarmdan,  ağalardan,  varlılardan  göz- 
ləməməli,  bütün  millət  özünü  qazanmaya,  özünü  saxlamaya  hazır  ol- 
malıdır. Bilməlidir ki, yalnız ağaların, yalnız böyüklərin və yalnız var- 
lılar himməti ilə xilas olan millət həqiqi surətdə xilas olamaz. Öz xilas- 
karlarma əsir olar,  böylə bir hal isə təkrar daşları  ağladar,  dilə  gətirər. 
Bu millət muxtar olmalı,  fəqət bilməlidir ki, millətin işini ancaq millət 
özü görməlidir.
Bundan sonra tikdigi evləri xanlara degil, millətin özünə məxsus ola- 
raq  tikmolidir.  Bunun  üçün də  lazımdır ki,  m illət ümumiyyət etibarilə 
fədäkarhğa hazırlaşsm.  Var olsun fədakar m ilht!  (Gurultulu alqışlar).
“Açıq söz”, 25 dekabr 1917, JV«637
416
1917-ci il
Təqvim  ili  bitdi.  Hər  il  qurtardıqda  bir  dönüb  geri  baxmaq,  bir 
müddətdə nələr olduğunu nəzərdən keçirmək mənfəətdən xali degildir. 
Bilxassə ki, bütün aclığı, başsızlığı və hərci-mərcliklə bərabər bukeçən 
il behəqq “böyük və işıqlı” bir il idi.
Qarelərin yadmda olsa gərək ki,  1917-ci il cahan jandarmı olan Rusi- 
ya hökumətinin zülm və istibdadının son dərəcəyə yetişməsi ilə başlana- 
raq məmləkət və  170 milyonluq əhali ölgün, düşkün, pozğun və pərişan 
bir hala  gəlmişdi.  Öylə  bir hala  ki,  artıq  böylə  davam  edəmiyəcəginə 
hər kəsdə bir qənaət hasil olmuşdu.
Nəhayət, dolmuş olan səbr kasasına xəlq nümayəndəligi, cəmaət səsi 
olan  Q.Dumanm  qapadılması  xəlqin  boğulması  təşəbbüsü  son  dam- 
la  olaraq  atıldı,  kasa  daşdı.  Millət və  məmləkət boğazmı  bir  an vəhşi 
pəncəsindən  qurtararaq  fevrahn  axırında  səsini  ucaltdı.  Bəsdir  daha, 
dedi.  Nikolay  hökuməti  məmləkətə  toplar  və  pulemyotlar  ilə  cavab 
vermək istədi.  Fəqət böylə şeylərlə insan dühası əzilməzdi.
3  günlük  bir  mübarizə  nəticəsində  Avropa jandarmlığı,  hürriyyət 
hərpkəti  müqabilinə  “müqəddəs  ittifaq”  adı  ilə  istibdad  qüvvəsi  təşkil 
' etmiş  olan  Romanov  Xanədamnm  son  nümayəndəsi  olan  Nikolay 
öz  hökuməti  və  rejimilə  mədumiyyətə  çəkildi.  Nikolay  bir  dekret  ilə 
özünün  və  oğlunun  tac  və  təxtindən  əl  çəkdiklərini,  səltənəti  Mixa- 
il  Aleksandroviçə  verdigini  elan  etdi.  Eyni  zamanda  Dövlət  Duma- 
sının  nümayəndələrindən  bir  müvəqqəti  hökumət  təşkil  olundu.  Ha- 
man  günlər  Mixail  Aleksandroviç  dəxi  səltənətdən  əl  çəkib  Məclisi- 
Müəssisan dəvətinədək məmləkəti müvəqqəti hökumətin öhdəsinə bu- 
raxdığını bildirirdi.
Fəqət o  zaman  təşkil edilmiş  olan müvəqqəti  hökumət Protopopov 
hökumətindən  az  fərqli  olan  kadetlərin,  imperialistlərin  əlinə  düşmüş 
olduğundan  böylə  hökumətin  dəxi  uzun  müddət  ömür  edəmiyəcəgi 
durbinlərə  aşkar idi.  Zira əvvəl  gündən məlum  oldu ki, yalnız burjua- 
ziya nümayəndəligindən təşəkkül edən bir hökumət məmləkətin bütün 
qüvvələrinə  istinad edəmiyor:  xəlq  ona tamamilə  etimad göstərmiyor.
417

Ona  görə  idi  ki,  böyük  Rusiyanın  hər tərəfindən  göndərilən təbrik və 
təhdidlərdə “hökuməti-inqilab və hürriyyətin əsaslarına xidmət etdikcə 
var qüvvəmizlə onu müdafiə edəcək,  saxlayacağız” deniliyordu.
Az  keçmədi  knyaz  Lvov  hökuməti  xəlqin  etimadsızlığınm  həqli 
olduğunu  öz  fəaliyyət  və  hərəkətilə  isbat  etdi;  bir  tərəfdən  millətlərə 
hürriyyət  vəd  etdi,  digər  tərəfdən  Nikolaym  müttəfiqlərilə  “son 
qələbəyədək” əl-ələ gedəcəgini bildirdi. Daxili siyasətlə özünün behəqq 
əski  hökumət  varisi  olduğunu  göstərdi.  Məmləkət,  hökumətin  bütün 
əhaliyə  istinad  etməsinə  lüzum  gördü.  Nəticədə  ictimaiyyun-inqila- 
biyyun nümayəndəsi  olan Kerenski  başda olmaq üzrə yeni bir motəlif 
hökumət əmələ gəldi.
Lakin atalar sözüdür: bir əldə iki qarpız tutmaq olmaz!
Kerenski hökuməti bir tərəfdən inqilab fütuhatımn genişlənməsi; in- 
qilab  şüarlarmın  hürriyyət  əsaslarmm  icrasmı  vədlə  inqilabçı  demok- 
ratiyayı  qənaətləndirmək,  digər tərəfdən də  sülhə  ancaq  qələbə yoluy- 
la  gedəcəgiz;  bəşəriyyətin  hürriyyət  və  səadəti  müttəfiqlərin  qələbəsi 
və Almaniya ilə yoldaşlarmm izmehlahndadır bəhanəsilə əski siyasəti, 
xüsusən  müharibə  əməliyyatmı  davam  etdirməklə  sərmayədar  və 
imperialistlərin ruhunu oxşamaya çalışdı və hürriyyət tarixində böyük 
qara ləkə təşkil edən  18  iyun hücumuna əmr verdi.
Kerenski  siyasətinin əsas  və bünövrəsinin  çürüklügü haman hücu- 
mun  müvəffəqiyyətsizligilə  isbat  edilmiş  oldu.  Kerenski  hökumətinin 
havada  asılı  qaldığı  anlaşıldı;  fəqət  Kerenski  sabiq  hökumətlər  kibi 
tezcə təslim olmaq istəmədi. 3-5 iyul xürucu kömək etmədi. Bolşeviklər 
o vəqt zəif, koalisiyayı yeganə rahi-nicat görən çox idi. Kerenski Mosk- 
vada böyük bir şura çağırdı; Dövlət Şurası açıldı.  Fəqət oraya gedənlər 
haman  koalisiya  tərəfdarları  idi.  Bunlar  Kerenski  proqramım  təsviblə 
motəlif hökumət tərəfdarları idi. Bunlar firqə nümayəndələrindən ibarət 
parlaman  qabağı  adlı  bir  kontrol  müəssisəsi  təşkilinə  qərar  verdilərsə 
də, həqiqətdə Kerenski hökumətinə etimad və müzahirat bəyan etmək- 
dən başqa bir iş görməmiş oldular.
418
* * *
Moskvada  vüqu  bulmuş  olan  dövlət  müşavirəsi  nə  qədər  Rusiya- 
nın nicatını ümum qüvvələrə istinad edən motəlif hökumətində görmək 
istəsə də,  cəmaət ikiüzlü siyasətin yaxşı nəticə verəcəginə  etimad edə 
bilmiyor və hər tərəfdən tənqidlər,  etirazlar yağıyordu. Nəhayət, parla- 
man qabağı adıyla bir şura təşkil olunduqda rəylər ayrıldı.
Moskva  Şurasında  ordunun  tənzimi  və  məmləkət  idarəsinin  isla- 
hı  bəhanəsilə  bir  layihə  təqdim  etdi  və  diktatura  tələb  elədi.  İnqilab- 
çı demokratiya qəti surətdə özünü kənara çəkdi və Kerenski hökuməti 
layihəyə  razı  olduğundan  bunlar  etirazla parlaman  qabağında  da  işti- 
rakdan  qətiyyən  üz  döndərdilər  və  məmləkətin,  idarənin  islahını  de- 
mokratik  bir  şuraya  tapşırmağı  və  Ümumrusiya  Əmələ  və  Soldat  və 
Kəndlilər  Şuralarımn  qurultayı  dəvət  olunmasmı  tələblə  hazırlanma- 
ğa başladılar.
Nəhayət,  general  Kornilov  diktatura  həqqindəki  tələbi  güc  ilə 
keçirmək  qəsdilə  xüruc  etdi.  Cəbhədən qüvvələr gətirilərək Petroqrad 
üzərinə  sövq  edildi.  Fəhlə  və  Əskər Vəkilləri  Şurası  müqabilinə  daha 
doğrusu, inqilabçı demokratiya müqabilinə silah qaldıraraq vətəndaşlar 
müharibəsinin ibtidasmı qoydu.  Petroqradda bunların müqabilinə güc- 
lü  qırmızı  qvardiya  müsəlləh  fəhlə  dəstələri  ilə  demokratiya  tərəfdarı 
olan  əskəri  qitəmat  çıxarılaraq  Qatçina  yanında  müxtəsər bir  toqquş- 
ma  vaqe  oldu.  Fəqət  aldanmış  olduğunu  qandıqda  general  Kornilov 
qoşunları  əzcümlə  Ümumrusiya  müsəlman  şurasmın  təşəbbüsilə  Di- 
kaya  Diviziya  hürriyyətə  qarşı  silah  qaldırmayacaqlarını  bəyanla  de- 
mokratiya tərəfinə keçdilər.  Bu surətlə Kornilov macərası  da Kerenski 
hökumətinin qalibiyyətilə bitdi.
Bir  daha  bir  neçə  ay  geri  qayıdalım:  İnqilabm  ibtidasmda  Petroq- 
rad  fəhlələri  təşkilat  vücuda  gətirərək  hökumətin  fəaliyyətini  kont- 
rol altma almaya qərar verdi və hökumətlə bərabər çalışaraq mürur ilə 
Ümumrusiyada Fəhlə  və  Əskər Vəkilləri  Şuraları  əmələ  gətirərək bö- 
yük  bir  qüvvə  təşkil  etdi  və  füqərayi-kasibə  sinfinin  mənafeyini  tam 
ciddiyyətlə  təqibə  girişərək  məşhur  bir nömrəli  əmrnamə  ilə  “soldat- 
iarın hüququ”nun təmininə müvəffəq oldu.  Hər yerdə hər əskəri qitədə 
Fəhlə  və  Əskər  Vəkillər  Şuraları  və  əskər  komitələri təşkil  etdi.  Eyni 
zamanda fəhlələri silahlandıraraq qırmızı qvardiya əmələ gətirdi.
419

Nəhayət, Kerenski hökuməti böhran keçirən zaman iyul ibtidasında 
Petroqradda müvəffəqiyyətsiz  bir xüruc  etdi.  Bundan  məyus  olmaya- 
raq fəaliyyətini davam etdirdi. Axirüləmr demokratiya ilə imperializm 
arasmı  açan ,vəqt gələrək Kornilov xüruc  etdikdə inqilabçı  əskərlər ilə 
qırmızı qvardiya qüvvəsindən istifadə edərək onun müqabilinə çıxdı və 
bu dəfə tam mənasilə müvəffəq oldu.
Bundan sonra Rusiya inqilabı yeni bir səfhəyə girərək siyasi inqilab- 
dan çıxıb sosializm inqilabıdövrünə girdi. Kercnski hökumətinin təqibi 
nəticəsində guşeyi-inzivayə çəkilmiş olan bolşevik pişrovları üzə çıxa- 
raq tərəf müqabilini  əksinqilabçı elan etdi və onunla ciddi mübarizəyə 
başladı.  Oktyabr  axırlarında  iş  böyük  ciddiyyət  kəsb  edərək nəhayət, 
26  oktyabrda Ümumrusiya  Fəhlə,  Kəndli  və  Soldatlar  Şuraları  qurul- 
taymın  qərarilə  Lenin  hökuməti  təşkil  edildi  və  Kerenski  hökumətilə 
əldə  silah olaraq mübarizəyə başlandı.
Qırmızı qvardiya fəhlə dəstələri müqabilinə yunker, tələbə və sair si- 
n if və silklərdən ağ qvardiya təşkil edildi.  Müsəlləh vuruşma başlandı. 
Bu dəfə demokratiya son və qəti zərbəsini çalaraq böyük müvəffəqiyyət 
qazandı.  Nəticədə  Kerenski  voyenni  feldşer  libasmda  qaçdı.  Lenin 
hökuməti paydar oldu.
Bu hökumət nələr etdi?
Birinci  növbədə  millətlərə  “samoopredeleniye”  -   kəndi  işlərini 
kəndisi  idarə  etmək həqqi  verəcəgini bir dekretlə bildirdi və  felən icra 
etdi. Zira Kerenski hökumətinin cəbrən qapatmış olduğu Finlanda sey- 
minin açılmasma müzahirat  etdi.  Ukrayna hökumötini  iqrar və  təsdiq 
etdi. Hər 
k ə S  
öz milləti üçün nə istiyor alsm, dedi. Onun müsaidətilə Ru- 
siyada bir 
ç o X  
hökumətlər elan edildi, Finlanda müstəqil oldu, Ukrayna 
Milli Məclisi Ukraynayı muxtar elan etdi və ümum ədəmi-mərkəziyyət 
tərəfdarı  olan  millət  və  mahallarm  nümayəndələrini  millətlər  qurul- 
tayxna  çağıraraq  professor  Qruşefski  dililə  Ukraynayı  daxili  işlərdə 
müstəqil  olmaq  üzrə  Rusiya  Cümhuriyyətinin  bir  müştərək  üzvi  -  
deyə  tanıtdırdı;  sair  millətlərə  də  bu  yolda  çalışmayı  tövsiyə  etdi. 
Millətlər  isə  gərək  Romanov,  gərək Knyaz  Lvov  və  gərəksə  Kerenski 
hökumətlərinin mərkəziyyətçi  siyasətindən narazı  olduqlanm bəyanla 
Ümumrusiya Qoşma Xəlq  Cümhuriyyəti  əsasını  iləri  sürüyərək bütün 
Rusiyanm və  onun cüzi təşkil  edən ayrı-ayrı  ölkəbrin səadətini ancaq
420
ədəmi-mərkəziyyət  əsasmda  görərək  sözdən  işə  keçdilər.  Latviya,  Si- 
birya,  Cənubi İdil və Ural,  Türküstan,  Moldova,  Dağıstan,  Don,  Terek 
muxtariyyət elan etdilər.
Don, Terek və Kuban kazakları Cənub-Şərqi İtti,faqı əmələ gətirərək 
Şimali  Qafqasiyanm  sərbəst  pıillətlərilə  Dağıstam  da  ittifaqa  cəlb 
etdilər.  Zaqafqasiyada  dəxi  türklər,  gürcülər  və  ermənilər  ayrı-ayrı 
muxtariyyətlər  elanma  hazırlaşmaqla  bərabər  xüsusi  şəraitdən  dolayı 
hələlik milli arzularına yetişəmiyərək həm də məzkur üç millətin buna 
çalışmasını müvafiq görərək Zaqafqasiyada müştərək bir hökumət elan 
etdilər.
Bir daha geri dönəlim:
Nikolay  və  Ümumromanov  Xanədanmm  dövründə  Rusiya  höku- 
mətinin  Rusiya  türk-müsəlmanlarilə  necə  rəftar  etdikləri  məlumdur. 
1917-ci  il  başlarmda  Rusiya  müsəlmanlarmın  heç  bir  bəşər  hüqu- 
quna  malik  olmadığı  da  məlumdur.  Fevral  inqilabı  Rusiyada  bütün 
millətlərdən  ziyadə  türk-müsəlmanları  sevindirdi.  Nəhayət,  zənciri- 
əsarətdən  qurtaracaqlarına,  hüquqi-bəşərə  malik  “inorodist”  degil, 
“qrajdanin”  olacaqlarına  qənaət  hasil  oldu.  Odur  ki,  ir^qilabı  da  ha- 
mıdan  artıq  müsəlmanlar  şadlıqla  qarşıladılar.  Fəqət  inqilabın  iş  ba- 
şına keçirdigi müvəqqoti hökumət ilk qədəmdən məyusluğa bais  oldu. 
Zira  Knyaz  Lvov  hökuməti  müsəlmanlarla  haman  Nikolay  kibi  rəftar 
edərək hətta hökumətin ən sol qanadma mənsub bir zat bir həqiqəti aş- 
kar  etmək  istəməməklə böyük bir iclasda sədarətdən  imtina etdi.  Zira 
iclasa gedəcək,  sədarət edəcək olsa, mütləq müsəlmanlar nəfinə danış- 
maq məcburiyyətində idi.
Daha  sonra Kerenski hökuməti  gəldi.  Hökumət başmdakı  adamlar 
dəgişdi,  fəqət müsəlmanlara  qarşı  siyasət dəgişmədi.  Yenə haman  eti- 
madsvzlıq, yenə haman qeydsizlik davam etdi.
Kerenski  iş  başmda  olan  zaman  müsəlmanlar  kəraətlə  müxtəlif 
məsələlərin  həlli  üçün  ona  müraciət  etdilər,  ya  cavab  çıxmadı,  ya  da 
cavabi-rədd  almdı.  Bir  məsələ  həll  edilmədi.  Hətta  ümummillətlərə 
milli qoşun təşkili ixtiyarı verildi, yalnız bizə verilmədi.
Nəhayət,  oktyabrdan  etibarən  hökumət  başına  bolşeviklər keçdi. 
Bunlar  müsəlmanlarla  sərbəst  vətəndaş  dililə  damşmaya  başlamış- 
lardır.
421

Bolşevik  hökumətinin  fəaliyyətindən  ən  artıq  gözə  çarpam  birin- 
ci  qədəmdə  sülh  uğrunda  ciddi  tədabirə  girişmələri  və  mütarikə  ela- 
nıı!a  müvəffəq  olmalarıdır.  Bundan  əlavə  bolşeviklər  sosializm  proq- 
ramına əməl  etməgə iqdamla fəhlə və topraq məsələsinin öz proqram- 
larıyla  müvafıq  surətdə  həlli,  bankların  milliləşməsi  və  sair  həqqində 
dekretlər verdi.
“Açıq söz”,  1, 2 yanvar 1918, JV®643, 644
Axirüləmr -  nəticədə 
Mütarikə -  müvəqqəti barışıq 
Mədum -  mövcud olmayan 
İnziva -  dünyadan əl üzmə 
İzmehlal -  məhv olma 
Təsvib -  təsdiq etmə 
Xüruc -  üsyan etmə 
Samoopredeleniye -  təyini-müqəddərat 
Müsaidə -  köməklik, izn
Müzahir -  aşkar edən, aydınlaşdıran hami, nümayişçi
422
Məclisi-Müəssisan
Rusiya cəmaətinin aylardan degil, illərdən bəri dördgözlə gözlədigi 
Məclisi-Müəssisan  bir  çox  intizardan  sonra  nəhayət  yanvarın  5-nə 
toplandı.
Məclisin açılmasına dair gələn xəbərlər olduqca naqis idi.  Teleqraf- 
lar  alabəzək bir halda  alınmışdı.  Teleqraflardan  anlaşılan bir  şey var- 
dısa,  o da bu idi ki, bolşeviklərin sol eserlərlə Məclisi-Müəssisana ulti- 
matum qoymuşlar ki, hər şeydən əvvəl kəndçi, əskər və əmələ şuraları- 
nm mərkəzi komitəsi tərəfindən təklif olunan sülh proqramı ilə şuranın 
hökumətini qəbul eləsin, yoxsa dağıdılacaqdır.
Məclisi-Müəssisan  əksəriyyət  etibarilə  bu  təklifin  müzakirəsini 
kənar eləmiş, bunu isə sollar rəddi-tələqqi edərək məclisi tərk qılmışlar- 
dır.  Sonradan  alınan  xobərlordə  deniliyor  ki,  Məclisi-Müəssisan  “qır- 
mızı qvardiya” tərəfindən qovulmuşdur.
İki  gündür  ki,  yeni  xəbərlər  alınmıyor,  nə  oluyor  bəlli  degildir. 
Məclisi-Müəssisan varmı, yoxmu bilinmiyor. Hər halda məlum olan bir 
şey vardır ki, Məclisi-Müəssisan ilə şuralar mərkəzi arasında toqquşma 
var, yoxsa da olacaq.  Şübhə yoxdur ki, demokratizm üsulunu fəhlə sin- 
finin hakimiyyəti  ilə,  saldat  əlindəki  süngülərlə paydar  etmək  istəyən 
xəlq komissarları kəndi proqramlarmı qəbul edə bilməyən məclislə an- 
laşa bilməyəcək, məsələyi qüvvətlə həll etmək istəyəcəklərdir. Böylə bir 
xətti-hərəkətin Rusiyayı ictimai bir mühəyya görməyənlərcə nə kibi bir 
qiymətə malik olduğu məlumdur.  Fəqət bu halın təfsilən mühakiməsini 
başqa  bir  nömrəyə  buraxaraq  burada  bir  keyfiyyəti  qeyd  etmək  isti- 
yoruz.
Məclisi-Müəssisanın  bu  surətlə  qovulması,  qovulmasa  da  şuralar- 
la böylə  ciddi  bir  surətdə  qarşı-qarşıya  gəlməsi  Rusiya  demokratiyası 
arasındakı ixtilafı olduqca dərinləşdirəcək. Artıq heç bir növlə iki tərəf 
arasında  etilaf hasil  olamıyacaq,  bu  xüsusdakı  ümidləri  kökündən  qı- 
racaqdır.  Demokratiya  arasında barışıq  qeyri-mümkündür.  Buna  görə 
də Rusiya yaxın bir zamanda bütün məmləkətcə tanınmış səlahiyyətdar 
mərkəzi bir hökumətə malik bulunamıyacaqdır. Bundan ahnacaq nəticə
423

isə məlumdur. Rusiya millətləri kəndi təqdirlərinin təminini Petroqrad, 
Moskva  və  ya  sair bir  mərkəzdən  degil,  kəndilərindən  gözləməli,  hər 
vilayət  və  millət  qəti  surətdə  kəndi  Məclisi-Müəssisanmı  dəvətə  baş- 
lamalıdır.  Ayrı-ayrı  millətlər kəndi  müqəddəratlarmı  kəndiləri  həll  və 
təyin  elədikdən  sonra  müştərək  bir  mərkəz  flkrində  bulunmalıdırlar. 
Yoxsa mərkəzdəki hökumət qovğalarını gözləyib duracaq olursaq, kim 
bilir ki, daha nələrə təsadüf edəcək, nələr görəcəgiz.
“Açıq söz”,  11  yanvar 1918, JVs652
424
1918-ci il yanvarın  12-də Milli Şuranın 
iclasında M.Ə.Rəsulzadənin çıxışı
Məhəmmod Əmin Rəsulzadə söz alaraq diyor ki, o vəqt biz əcələ ilə 
Milli  Komitəyi  mövcud təşkilatlardan nümayəndəlik çağırmaq üsulilo 
təsis  etdik.  Çünki  o vəqt siyasi  firqə və təşkilatımız yox idi.  O zaman 
bütün Rusiya kibi biz dəxi çarəsizlikdon bu üsula təvəssül etdik.  Fəqət 
bu üsul demokratik degil, çox da naqisdir.
Bədə o qaidə  ilə  seçilən  komitənin nöqsanlarını zikrlə  natiq əfəndi 
göstəriyor ki,  imdi  siyasi  fırqələrimiz var,  cəmaətdə siyasi tərbiyə var, 
baxınız  ki,  Milli  Şura  üzvlərinin  yarısı  gəlməmiş  olduğu  halda  beş 
yüzdən  ziyadə cəmaət komitə nə  halda  olduğunu bilmək üçün toplaş- 
mışdır.  Cəmaət  dərdini  biliyor,  anlıyor,  vəqt  yetişmişdir  ki,  cəmaət 
işləri, millət işlərini cəmaət özü görsün. Lazımdır ki, millət hüzurunda 
məsul bir komitə seçilsin.
Bunun  üçün  də  komitəyi  ümumi,  müsavi,  gizli,  müstəqim  və 
mütənasib  seçki üsulilə seçməlidir.  Şəhər və mədən dairəsində təhriri- 
nüfus icraedilmiş, siyahıhazırdır. Qoy siyasi firqolərnümayəndələrindən 
ibarət bir komissiya təşkil edilsin və bu komissiya seçki hazırlasın.
Nəticədə  Şura  qərar veriyor ki, Milli  Komitə ümumi,  müsavi,  giz- 
li, müstəqim və mütənasib seçki üsulilə intixab edilsin və bunu hazırla- 
maq üçün siyasi firqələr nümayəndələrindən ibarət bir komissiya təşkil 
olunsun.
Məhəmməd Əmin Rəsulzado cənabları “Müsavat” firqəsi tərəfindən 
iclasın əvvəlində seçki icra edilməməsi təhti-qorara alınmış olduğu hal- 
da imdi seçkidən daha böyük bir şeyə iqdamla səlahiyyəti olmadığı hal- 
da Komitə  istefasmı  qəbul  və  vəzifəsinin  başqalarına  həvalə  edilməsi 
müqabilinə protesto və protokola qeyd olunmasını tələb ediyor.
Yüklə 8,64 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin