Məhəmməd Əmin Rəsulzadə Əsərləri IV cild


Yeni hökumətin tazə bəyannaməsi



Yüklə 8,64 Mb.
Pdf görüntüsü
səhifə30/37
tarix31.01.2017
ölçüsü8,64 Mb.
#7137
1   ...   26   27   28   29   30   31   32   33   ...   37

362
Yeni hökumətin tazə bəyannaməsi
Müvəqqəti  hökumət  tazədən  bir  bəyannamə  nəşr  eləmişdir.  Oxu- 
cular bugünki nömrəmizdə  dərc olunan bu bəyannamədən hökumətin 
nə  kibi  tədbirlər görmək niyyətində  olduğunu  biləcəklərdir.  Hökumət 
məmləkətin bütün dərdlərindən bəhs eləmış, hamısına bir çarə təsəvvür 
etmişdir.
Çarəsi  görüləcək  dərdlərin  hamısmdan  böyügü,  dərdlər  dərdi  heç 
şübhəsiz ki, müharibədir. Hökumət xarici siyasətinin bir an əvvəl ümu- 
mi  barışığa  sərf  olunacağım  söylüyor.  Fəqət  eyni  zamanda  bu  sülh 
təşəbbüsünün müttəfiqləri i b  bərabərlikdə olacağmı da qeyd ediyor.
Rusiyanm  ayrılıqda,  tək  özbaşına  sülh  etməsi  əlbəttə  ki,  Rusiya- 
dan  ötrü  təsəvvür  və  təhəmmülü  qabil  olmayan  bir bari-giran  olardı. 
Əlbəttə ki, bunu ən səmimi sülh tərəfdarları belə hiss etməz degildirlər.
Fəqət bununla bərabər Rusiyanın bundan sonra artıq heç bir vəchlə 
hərbi davam etdirmək məsləhəti olmadığı məlumdur. Daha müharibənin 
əvvəlində  söylənilmiş  sözbrdəndir ki, ya hərb  inqilabı, ya  da ki,  inqi- 
lab hərbi yiyəcəkdir,  Bu qədor fəlakət, müşkilat və xarabalıqlara səbəb 
olan hərb bir az daha davam edəcək olursa, o zaman hərbin inqilabdan 
daha ağrılı və daha iştəhah çıxacağı mühəqqəqdir.  Bunun üçün əlbəttə 
ki,  Rusiyaya  “ayrı  sülh  başlasın”  -   deyə  təklifdə  bulunmaq  mümkün 
degildir.  Fəqət  məsələ  təsəvvür  olunduğu  kibi  imkansız  da  degildir. 
Müttəfıqlər əgər doğrudan da dost isəbr, gərək Rusiyanxn halxnx nəzərə 
ahb  artıq inad göstərməsinlər.
Bu günbrdə Parisdə müttəfiqlərin konfransı dəvət olunuyor. Bu konf- 
ransda  hökumət  bəyannaməsində  oxunduğuna  görə  Rusiya  hökumət 
nümayəndələri  ilə  bərabər  Rusiya  demokratik  məhfilləri  naminə  dəxi 
külli-ixtiyar bir nümayəndə bulunacaqdır. Bu konfransda müttəfiqbrin 
tərzi-hərəkəti təyin olunacaq və işin içindən nə tövr çıxmaq lazxm oldu- 
ğu həqqində də -  təsəvvür etməlidir ki, -  danışxqlar olacaqdır.
Rusiya  sadiq  bir  müttəfiq  olmaq  üzrə  heç  şübhəsiz  ki,  gərək  öz 
müttəfiqləri ilə hesablaşsm. Fəqət bu hesablaşmaq Rusiyadan fədakarlxq 
istəyə  bilər.  Fəqət həlakət  istəyə bilməz.  Müttəfiqlər  Rusiya demokra-
363

tiyası  ib   bərabər  öz  demokratiyalarınm  tələblərinə  də  qulaq  versələr, 
o  zaman şübhəsiz  səadəti-bəşərin artıq “son qələbəyə qədər hərb istə- 
məkdə” olmayıb  “bir an əvvəl barışmaqda” olduğunu dərk edərlər.  Və 
bu idrakla hərəkət edib hər növ fədakarlıqda bulunmuş olan Rusiyadan 
istədiklərini təhdid edərlər.  Çünki bir məmləkətdən fədakarlıq istəmək 
oluyormu?  Fəqət bu  fədakarlıq naminə həlak  olmaq təklifındə  bulun- 
maq qətiyyrm mümkün olamaz.
Müttəfiqlərdən  Rusiyaya  nisbət  böylə  bir  hərəkət  düsturu  tələb 
olunduğu kibi bu düstur Rusiyayı idarə edən başçılardan bilxassə tələb 
olunar.
Əvət, bir millət, bir dövlət fədakarhq edə bilər. amma intihar edəməz!
M.Ə.
“Açıq söz”,  1 oktyabr 1917, JV»578
364
Məsuliyyətli bir ctinası/lıq
Kiyevdəki  millətlər  qurultayına  iştirak  eləmiş  müsəlman  vəkilləri 
öz  aralarında  ictima  edərək  “Rusiya  müsəlman  şurası  başqarma  he- 
yəti”nin  millətlər  qurultayma  nisbət  göstərmiş  olduğu  etinasızlığını 
müzakirə eləmiş, bu xüsusda bütün milli komitələrin nəzər-diqqətlərini 
cəlbə qərar vermişlərdir.
Millətlər  qurultayının  müsəlman  fraksiyasmdan  milli  komitəyə 
gələn  ixbarnamədən  anlaşıldığma görə Rusiya Müsəlman  Şurayi-Mil- 
lisi naminə qurultaya nümayəndə degil, quru bir təbrik teleqrafı olsa da 
göndərilməmişdir. Halonki Rusiyadamövcudbütün milli cəmiyyətlərlə 
ittifaqlardan məzkur qurultayı təbrik etməyən bir təşkilat yox kibidir.
Millətlər  qurultaymm  müsəlman  fraksiyası  bütün  qurultaylarında 
Rusiya idarəsinin qoşma xəlq cümhuriyyəti (federasiya) əsasında olma- 
sını tələb edən müsəlmanlar naminə mövcud Müsəlman Şurayi-Millisi- 
nin millətlər qurultayına olan bu etinasızhğım protesto ediyorlar.
Qəribədir,  Hindistan  müsəlmanlarınm  qeydinə  qalan,  Afrika  ilə 
Asiyadakı miləli-islamiyyənin mənfəətlərini  müdafiə  edən,  Albaniya- 
nm İtaliya tərəfindən ilhaqına qarşı protestolar çıxaran Şurayi-Milli na- 
sıl olur da Rusiya daxilində Rusiya müsəlmanlarınm  siyasi məqsədlə- 
rini, Rusiya idarəsi həqqindəki ən qüvvətli, ən hakim bir arzularmı mü- 
dafiə edən millətlər qurultayım görəməyib də etinasızlıqla keçiniyor?
Nədir böylə  fahiş  bir  təzadm  səbəbi?  Əcəba,  hanki  səbəblədir  ki, 
Qərbdə,  Şərqdəki uzaq vilayət müsəlmanlarının arzu və  mənfəətlərilə 
əlaqədar  görünən  “Ümumrusiya  Müsəlmanları  Şurayi-Millisinin  baş- 
qarma  heyəti”  Rusiya  müsəlmanları  mənfəəti  ilə  bilavasitə  əlaqədar 
olan Kiyevdəki federalistlər qurultayına etina etmiyor?
Səbəb  məlumdur.  Bu  səbəb,  Moskva  qurultayında  işlənən  xətanın 
nəticəsidir.  Moskva  qurultaymda məlum  olduğu üzrə  iki  müxalif fik- 
ri-siyasi  mübarizə  etmişdi.  Bu  fikirlərdən  biri  Rusiyanm  qoşma  xəlq 
cümhuriyyəti  üzrə  idarəsini  tələb  edib,  o  birisi  qoşmahğa  zidd  olaraq 
mərkəzi bir cümhuriyyət idarə tələbində bulunmuşdu.
365

Qurultayda  birinci  fikir  hakim  olmuş,  Moskva  qurultayı  mərkə- 
ziyyətçilərin hər növ soy və cəhdlərinə rəğmən qoşma xəlq cümhuriyyəti 
tərəfində olduğunu elan eləmişdi.
Qoşma  xəlq  cümhuriyyətiniö  atəşin  müarizi  və  mərkəziyyətçilə- 
rin  yol  başçısı  Əhməd  bəy  Salikov  cənabları  idi.  Qurultay  Milli  Şura 
seçkisinə  gəlincə  Əhməd  bəy  Salikov  cənabları  ilə  sair  mərkəziyyət- 
çiləri  də  seçdi.  Şura heyəti  isə  öz arasmdan  Əhməd bəy  Salikovu  Şu- 
rayi-Milli  başqarma komitəsi  rəyasətinə  intixab  elədi.  Bu  intixab  par- 
laman  üsuli-idarəsiöə  aşina  olanlarca  haman  bir  təzaddan  ibarət  idi. 
Çünki Rusiya müsəlmanlarmm amal və arzularmı ifaya məmur olan bir 
idarənin başma fikrən o amal və arzulara müariz bir şəxs qoyulur idi.
Burada  iki  şeydən  birisi  olmalıydı.  Ya  bütün  Rusiya  müsəl- 
manları  öz  qərarlarından  təkəffül  etməlidir,  yainki  Əhməd  bəy  Sa- 
likov  öz  məsləkindən  əl  çəkib  hərəkətlərində  ümummüsəlmanlarm 
qərarma  əməl  etməliydi.  Birincisinə  ehtimal  yox  idi.  Çünki  qoşma 
xəlq cümhuriyyəti getdikcə müsəlmanlar arasında kök atıyor, müxtəlif 
yerlərdə olan qurultaylar haman bu qərarı təyid edib duruyorlardı.
Demək  ki,  əgər müsəlmanlar Əhməd bəyin Milli  Şura rəyasətində 
olduğunu protesto etmiyorlardısa,  inanıyorlardı ki, namuslu bir siyasət 
adamı  olduğundan  Salikov  öz  rəyinə  zidd  olsa  da,  madam  ki,  Mil- 
li  Şura rəyasətini  qəbul  etmişdir,  əksəriyyətin  fikrinə  zidd  getməmək 
əzmində bulunmuşdur.
İşin bu cəhətini nəzərə alaraq federalistlər güc-bəla ilə qurulmaqda 
olan milli təşkilata rəxnə salmaq istəmədilər.  Salikov rəyasətini protes- 
to  etməyib  sükutla qaldılar.  Fəqət kəmali-təəssüflə  qeyd etmək lazım- 
dır  ki,  bu  sükut  məzkur  təzaddan  gələn  təsirin  qabağını  ala  bilmədi. 
Federasyona  bittəbii  tərəfdar  olan  müsəlman  vilayətlər  mərkəzi  şu- 
ranın  federasyon  ziddində  bir  simaya  malik  oldüğunu  görüncə  təbii 
surətlə  soyudular.  Bu  soyuqlüq  nəticəsi  olaraq  Kazandakı  ikinci  qu- 
rultay  ümummüsəlman  qurultayı  sayılsa  da  felən  Volqaboyu  qurul- 
taymdan ibarət olub qalmışdı. Həm Milli Şura heyətinin təklifi ilə ikin- 
ci qurultay qoşma xəlq cümhuriyyəti həqqində alman Moskva qərarım 
gövşətməgə belə meyl etmişdi.
Bu  kərə  millətlər  quruhayma  nisbət  göstərdigi  etinasızlıqla  Milli 
Şura artıq ümumrusiya müsəlman qərar və arzularilə nə qədər əlaqəsiz 
olduğunu göstərmişdir.
366
Görünüyor ki, məmlokət ətrafında bulunan “Ukrayna”nın mənafeyi 
yalnız  rus  mərkəziyyətçiləri  degil,  müsəlman  mərkəziyyətçiləri 
tərəfindən  dəxi  eyni  ruh  və  zehniyyətə  anlaşıhyor,  eyni  etinasızhqla 
idarə olunuyor.  Başqa dürlü bəlkə də olamaz.  Çünki bu qüsur,  bu nöq- 
san mərkəziyyətçilərdən ziyadə mərkəziyyətdədir.
Fəqət Petroqradda oturan xadimlər anlamalıdırlar ki, Rusiya müsəl- 
manlığı Petroqraddan, Moskvadan, hətta Volqaboyundan da ibarət de- 
gildir. Bilməlidirlər ki, müsəlman Şurayi-Millisi deyincə onlar Türküs- 
tan,  Qırğızıstan,  Başqırdıstan,  Azərbaycan,  Dağıstan,  Krım  kibi  türk 
və  müsəlman  qitələrinin  nümayəndəligini  dəröhdə  etmiş  oluyorlar. 
Bunu  sözdə  degil,  işdə  də  idrak  etməlidirlər.  Bu  idrak  onları  hər  növ 
xətadan, etinasızlıqdan saxlamalıdır.
Yuxarıda  saydığımız  türk  və  müsəlman  qitələrinin  hamısı  Rusiya- 
nm  qoşma  xəlq  cümhuriyyəti  tərəfində  olduğunu  istiyorlar.  Volqabo- 
yundakı türklər arasında dəxi bu fikrin tərəfdarları çoxdur.
Volqaboylu  qardaşlarımız  arasında  bu  fikrə  zidd  olanlar  varsa  da, 
Volqaboyunun  qoşma  xəlq  cümhuriyyəti  əleyhində  səlahiyyətdar  bir 
qərarından xəbərimiz yoxdur.
Böylə olunca Rusiya müsəlmanhğı naminə hərəkət edən bir şura bü- 
tün ruhu və hərəkəti ilə federalist olmalıdır.
Qərib  bir  cilvəyi-şüun  ilə  məzkur  idarə  başmda  olan  mərkəziyyət- 
çilər namuslu siyasət adamları isə, şübhəsiz ki, bu fikrə xidmət eləməli, 
bu məqsədi tərvic etməlidirlər. Yoxsa ya şuralarınm adını dəgişdirsinlər 
və  yaxud  məlum  nəticəyi  qəbul  etsinlər  ki,  Rusiya  müsəlmanları 
naminə  hərəkət  edib  də  Rusiya  müsəlmanlığmın  məqsədlərinə  etina- 
sızlıq göstərmək hüquqi-milləti qeyb etməkdir.
M.Ə.Rasulzada 
“Açıq söz”, 30 oktyabr 1917, JVs580
Müariz -  etiraz edən, qarşı çıxan 
Təkəffül -  zamin olma, öhdəyə alma 
Cilvə -  gözəl görünmə 
Şüun -  şan-şöhrət
3 67

Nömrəli seçkilər
Bir həftədən sonra vətəndaş seçkiçilər seçki ayağına gəlib öz qlasnı- 
larını seçməlidirlər.
Vətəndaşlar kimi seçə biləcəklər? Ancaq  12  siyahıdan birisini. Bəli, 
nömrəli seçkinin qaidəsi budur.  Bu seçkidə vətəndaş şəxs degil,  siyahı- 
m, partiyanı, firqəni, məsləki intixab ediyor. Bu üsulun yaxşı tərəfi var. 
Odur ki, burada hamı firqələrin öz qüvvətləri nisbətində nümayəndələri 
keçə bilər. Əqəliyyətin hüququ təmin olunuyor. Heç bir məslək və firqə 
adamı  deyə  bilməz  ki,  başqa  bir  firqə  öz  çoxluğundan  istifadə  edib 
bənim  həqqimi  puç  elədi,  bənə  yer  vermədi.  Ancaq  bu  üsulun  böyük 
bir  nöqsam  da  vardır.  Bu  nöqsan  bilxassə  bizim  kibi  firqə  və  məslək 
həyatına ögrənməmiş cəmaətlərdən ötrü müəssirdir.
Təsəvvür ediniz bir müsəlman dumaya qlasnı seçmək istiyor. İstədigi 
adam  nə  9-cu,  nə  də  12-ci  nömrədə  yoxdur.  Nə  etsin?  Heç  bir  şey 
edəməz.  İstədigi  adamı  seçəməz.  Və  yainki  deyəlim,  9-cu  nömrədəki 
adamlardan  bir-ikisini  istəmiyor.  İstəmədigi  o  adamları  poza  bilməz. 
Çünki nömrəyə bir yerdə səs veriyor. İstədiginə də, istəmədiginə də səs 
vermiş oluyor. Həmçinin istərsə ki,  12-ci nömrədəki adamlara birini də 
əlavə  eləsin,  bacarmaz.  Çünki  12-ci  nömrə  deyincə  elan  olunmuş  40 
adamdan başqası oraya daxil olmaz.
Müsəlman siyahısına səs vermək istəyən bir müsəlman nömrəli seç- 
ki üsulunda  iki  şeydən  birini  qəbul  etməlidir.  Ya 9-cuya və yaxud  12- 
ciyə rəy verməlidir.
Müsəlman siyahısma səs vermək istiyorsa, üçüncü bir yol yoxdur.
Bu  məcburiyyəti  qəbul  etdikdən  sonra  müsəlman  seçkiçi  bittəbii 
iki  siyahlyı  tutuşdurmalı,  hankisinin  daha  müvafiq  olduğunu  qət 
eləməlidir.
9-cu  nömrə  diyor  ki,  bən  Quranı,  dini,  müsəlmanlığı  müdafiə 
edəcəgəm,  bizim  firqə  İslamın  pənahgahıdır.  Sonra  başqa  vədələr  də 
veriyor. Ərzaqı ucuzlaşdıracağam diyor.
Əlbəttə,  seçkiçi diqqət etməlidir.  Öz-özünə  deməlidir:  dumada din, 
məzhəb, Quran müdafiəsinə lüzum varmıdır? Və yainki dinə, məzhəbə,
368
Qurana hücum  edənmi var? Bir fərz var.  Əcəba, bu  iş üçün göstərilən 
namizədlərə, yəni 9-cu nömrə siyahının adamları bu işə yararlarmı, bu 
əsaslarla əlaqədarmıdırlar.  Quran, din və məzhəb müdafiəsinə səlahiy- 
yətdarmıdırlar?
12-ci nömrə dəxidiyor ki, millətin siyasi işlərində fəaliyyətləri görül- 
müş qüvvətlərini birləşdirməli, dumada şəhər işləri müdafiə olunurkən 
müsəlmanlarm milli mənfəətləri də müdafiə olunmalıdır.
Seçkiçi  yenə  diqqət  etməlidir.  Milli  mənfəətlərlə  şəhər  işlərinin 
əlaqəsi  varmı?  Məsələn,  şəhər  abadlığında  ola  bilərmi  ki,  müsəlman 
məhəlləsinin özünəməxsus tələbi olsun. Ola bilərmi ki, həkim, dərman 
və xəstəxana işlərində müsəlmanlarm xüsusi ehtiyacları olsun? Əlbəttə 
ki, olur və vardır. O halda bu xüsusların müdafiəsini kimlərə tapşırma- 
lıdır.  Daha  nə  cür  işləyəcəkləri,  nə  məsləkdə  olduqları  bəlli  olmayan 
adamlaramı,  yoxsa təcrübələrilə, məsləklərinin aşkarlığı ilə məşhur və 
m əruf olan xadimlərəmi?
İştə,  bu  cəhətləri  seçkiçi  müsəlman  düşünməli,  əqlinə,  vicdanına 
müraciət  eləməli,  müsəlmanların  hamısı  əhli-Qurandır.  Quran  hamı- 
mız  üçün müqəddəs  və  möhtərəmdir.  Burasım  bilməli  9-cu nömrə  ilə 
12-ci nömrəni milli mənfəət, şəhər işləri və cəmaət ehtiyaclan nöqteyi- 
nəzərindən yanaşdırmalı, baxmahdırlar görək kimə daha çox inanmaq, 
kimə tapşırmaq olar.
Siyasi qərəzlə din qovğası çıxarıb da Quran iddiası edənlərmi, yoxsa 
millətin dərdi üçün milli qüvvələri bir yerə yığmaq istəyənlərmi?
M.Ə.
“Açıq söz”, 23  oktyabr  1917, JV®595
Müəssir -  təsir edən, təsir bağışlayan
369

Birinci firqə qurultayı
Bu gün  Rusiya türklorinin,  daha şümullu,  Rusiya müsəlmanlarınm 
həyatmda mühüm bir hadisə vaqe oluyor.  Birinci firqə qurultayı quru- 
luyor.
Bu gün Türk Ədəmi-Mərkəziyyət firqəsi “Müsavat”in illik qurulta- 
yı açılacaq!
Firqə demək, təfriqə demək degildir.  Siyasi firqələr millətlərin qüv- 
vətidir.  Siyasi fikir, ancaq siyasi firqələr vasitəsilə cəmaət arasmda ya- 
yıla bilir, özünə fədakar tərəfdarlar bulur.
Bir  adahı  nə  qədər  idraklı  olsa,  nə  qədər  fədakar  olsa,  nə  qədər 
qüvvətli  olsa  bir  adamdır.  Halbuki  cəmaət  idarəsi  ilə  idarə  olunacaq 
məmləkətlərdə bu kibi  adamlar bir  firqə  təşkil  etməlidirlər ki,  ümuri- 
məmləkət yerisin, millət qüvvət kəsb etsin!
Siyasi  fikirlər müxtəlifdir.  Bu  fikirlərdən  yalnız  o  qismi rəvac  bu- 
lur,  millətə,  cəmaətə  faidə  gətirər  ki,  həm  fənnə,  həm  də  o  millət  və 
cəmaətin keçirməkdə olduğu dövri-tarixə münasib olsun.
Şərqi-islamın  bulunduğu  şəraiti-həyatiyyə  ilə  keçirdigi  dövri-tarix 
milli  intibah  dövri  olduğundan heç  şübhə yoxdur bu nöqteyi-nəzərdən 
türkçülükdəki türkləşmək, islamlaşmaq və müasirləşmək fikri zamanı- 
mızın  ən  hakim  və  ən  mətin  fikirlərindəndir.  Bunun  dəlili  isə  bu  gün 
toplanacaq qurultaydır. Bugünki qurultay Qafqasiyanm, Azərbaycanın 
ən  əməlpərvər  adamlarını,  qəlbləri  türk  qüvvəti-imanı  ilə  dolu  olan 
tərəqqipərvər  və  müasir  müsəlmanlarmı  came  olacaq.  “Müsavat” 
firqəsi  hürriyyətdən  daha  5  il  əvvəl  təsis  edib,  hürriyyətdən  sonra 
qüvvətlənmiş,  bu  günə  qədər  Qafqasiya  və  Rusiya  həyati-siyasiyyəyi- 
milliyyəsində görkəmli vəzifələr görmüş, bu gün təşkilatını, proqramı- 
nı daha mətin əsaslar üzərinə qurmaq üçün qurultay çağırmışdır.
Federalizm  fikrini  Rusiya  müsəlmanları  arasmda  yayan  firqə 
Ədəmi-Mərkəziyyət  firqəsi  olmuşdur.  “Müsavat”  tərəfindən  qaldırı- 
lan  bu  bayraq  bu  gün  bütün  Rusiya  müsəlmanlığmın  şanlı  bayrağmı 
təşkil  etmişdir.  Fəqət  bu  bayrağa  ideya-şan  qazandırmaq,  onu heç  za- 
man ayaqlar altxna salmamaq üçün Türk Ədəmi-Mərkoziyyət firqəsinin
370
qüvvətli olması lazımdır. Bu gün iclasa başlayacaq firqə qurultayı işinə 
firqə öylə bir qüvvət və mətanət bəxş etməli, onu hər surətlə iqtidarlı bir 
müəssisə halına qoymalıdır.
Əski  türklər  qurultaylarmda  xan  göstərər  (seçər)  və  bu  vasitə  ilə 
göstərdikləri  xanlar dünyaları  titrədəcək qüvvətə  malik  olurlardı.  İm- 
diki  müasir türklər kəndi  qurultaylarında  əsrin  xanı  olan  siyasi  əqidə 
intixab  edər  və  bu  əqidə  ilə  dünyaları  titrətmək  degil,  dünyada yaşa- 
maq,  milli  ideal,  milli  mədəniyyət və  şərəflə  yaşamaq  istərlər.  Böylə 
böyük  bir  məqsədlə  iştə,  bu  gün  Türk  Ədəmi-Mərkəziyyət  qurultayı 
quruluyor.
Ay yoldaşlar, yollarmız aydın olsun!
M.Ə.Rəsulzadə 
“Açıq söz”, 25 oktyabr 1917, JV®597
Şümul -  əhatə edən
371

“Nagəhan” bir qələbə
Fəhlo  vəkilləri  şurasınm  seçkiləri  bir-iki  rayon  müstəsna  olaraq 
qurtarmış  və  hər  tərəfdə  Türk  Ədəmi-Mərkəziyyət  firqəsi  “Müsavat” 
qələbə qazanmışdır. “Müsavat” firqəsinin müsolman füqorayi-kasibəsi, 
türk  demokratiyası  tərəfindən  bu  surətlə  ıqbal  olunması,  bu  firqəyə 
göstərilən  etimad,  bəzi  yerli  qəzetələrin  dediginə  görə  fəhlə  və  əskər 
şuralarmdan ötrü gözlənilməz “nagəhan” bir hadisə təşkil etmişdir.
Bu  hadisə  məzkur  dairələrdən  ötrü  doğrudan  da  “nagəhan”  bir 
hadisə  olmalıdır.  Çünki  daha  dünə  qədər  bu  dairələrdə  “Müsavat” 
firqəsi özünün cəmaət və demokratiyaya bilxassə əmələ qisminə istinad 
etmiş bir firqə olduğunu “isbat” edəmmiyordu. “Əksinqilabla mübarizə 
bürosu” təşkil  olunduğu zaman  “Müsavat” müraciət eləmiş,  özünə yer 
istəmişdi.  “Müsəlman  cəmaətinin  geniş  demokratiya  sinfinə  istinad 
etmədiyinizdən,  sizə yer verilməz” eşitmişdi.  Ümumi tətil edildigi za- 
man firqə yenə ümumi işin xatiri üçün tətil komitəsində nümayəndəlik 
istəmişdi.  Xahişinə  heç  cavab  verilməmişdi.  Demokratik müəssisə  və 
şuraların  türk  və  müsəlman  demokratiyasmca  məqbul  və  mətlub  olan 
“Müsavat”  firqəsinə  olan  bu  əlaqələrini  firqə  idarəsi  protesto  eləmiş, 
böylə “iğmaz” politikasından keçən məsuliyyətin tamamilə fəhlə şura- 
sını idarə edənlərə gələcəgini cəvabən bildirmişdi.
Məsuliyyət  və  hesab  günü  çox  çəkmədi,  gəldi.  Keçən  yekşənbə 
günü, oktyabrm 22-də “Müsavat” firqəsi seçkilərə çıxdı. Qarşısmda bir 
çox  əngəllərə,  maneələrə  baxmayaraq  siyahılarım  çıxardı.  Ay  müsəl- 
man demokratiyası, göstər dedi: görsünlər ki, hanki firqəyə etimad edi- 
yor, hanki fikirlərə inanıyorsan!
Müsəlman  demokratiyası,  türk  əmələsi  göstərdi,  seçkilərin  qəti 
nəticəsi hələ məlum degilsə də,  qismən məlum olan nəticələrindən aş- 
kardır  ki,  əksəriyyət  Türk  Ədəmi-Mərkəziyyət  firqəsi  Müsavatdadır. 
Sovetin yarıdan çoxu haman Müsavatçı müsəlman əmələsindən ibarət 
olacaq!  Yekşənbə  günü,  hürriyyətdən  7  ay  keçdikdən  sonra  siya- 
si  firqələr  fəhlə  hüzuruna  çıxıb  imtahan  tuturlardı.  Bu  günü  başqa 
“tələbə”lər arasında  tələbəligə  yeni  “ərizə”  vermiş  bir firqə  dəxi  var-
372
dı -  “Müsavat”. Müsavat imtahandan “əliyyüləla” nömrə ilə çıxdı. De- 
mokratıya  hökmünü  verdi.  Dedi  ki,  yamhrsımz.  Müsavat  geniş  de- 
mokratiya sinfinə istinad ediyor.  Biz mənafeimizi,  ixtiyarımızı ancaq 
ona inamyoruz.
Qərar qəti və nafiz idi.
Fəqət  bu  qərar  yalnız  “Müsavat”  həqqində  verilməmişdir.  “Mü- 
savat”dan  sonra  ikinci  dərəcədə  əksəriyyət  qazanan  firqə  ermə- 
ni  “Daşnaksaqan”  firqəsidir.  Bu  hal  göstəriyor  ki,  bəzi  firqələrin  dü- 
şündügi  kibi  milliyyət  fikri  füqərayi-kasibəyə,  əmələlərə  yabançı  bir 
fikir  degildir.  Bu  fikrə  etina  etməyənlər,  milliyyətçi  -   deyə  milli  de- 
mokrat  təşkilatlanm  etinayə  almayanlar  cəzalanıyorlar.  Qəflətlərinin, 
xətalarının  cəzasını  çəkiyorlar.  Təbiət  öz  işini  görüyor.  Demokratiya 
milliləşiyor. Fəqət bu milliləşmək təəssüb demək degildir. Əgər beynəl- 
miləlçilər,  etiqad ilə digəri  əsaslarda təəssüb göstərməsəydilər, bu mil- 
liyyətçilikdir -  deyə müoyyən millətlərə mənsub  olan  əmələlərin təbii 
hissiyyatlarına, təbii amal və arzularına etina etməsəydilər, o zaman bu 
gün qeyri-təbii sandıqları “nagəhan” hadisə qarşısmda bulunmazlardı.
“Müsavat”  firqəsinin  demokratiya,  füqərayi-kasibə  arasmdakı 
məqbuliyyəti,  məzkur  firqənin  şura  seçkilərindəki  qalibiyyəti  bi- 
zim  həyatımıza,  xüsusiyyət  və  təbiətimizə  az  etina  edən  dairələrdən 
ötrü “nagəhan bir hadisə” isə, bizdən ötrü təbii bir nəticə, bir nəticeyi- 
məntiqədir.  Başqa dürlü olsaydı, o zaman qeyri-təbii olacaqdı.
Fəqət şura seçkilərinin böylə “nagəhan bir hadisə” ilə nəticələnməsi 
fəhlə  mətbuatında  və  məğlub  firqələrə  mənsub  fəhlə  və  əmələ 
dairələrində qərib bir haləti-ruhiyyə hasil etmişdir ki, əsl nagəhan olan 
burasıdır. Seçkilərin nəticəsi başqa dürlü olsaydı, əmələ mətbuatı zurna- 
təbil  dögəcək,  aləmə  küy  salacaqlardı.  Halbuki  imdi  seçki rayonların- 
dakı  nəticələri  quru  xəbər  qismində  olsa  da  elan  etmiyor,  xəbər  ver- 
miyorlar.  Biləks dünki “İzvestiya Soveta Raboçix Deputatov”da əmələ 
sabraniyalarınm  qərarları  dərc  olunuyor ki,  guya  seçkilərdə  həqsizlik 
olmuş,  müsavatçılar  başqa  seçicilərə  əngəl  olmuş,  onlarm  iradələrini 
zorlamışlardı.
Türkcədə  bir  məsəl  var:  “Çərx  cırıldamaqdasa  can  cızıldıyor”. 
Həqsizlikdən  şikayətə  qahrsa  müsəlman  əmələsinə  olunan  həqsizligi 
saymaqla  qurtaramaz.  “Müsavat”çılar  seçkilərin  icrası  əsnasında  seç-
373

ki güzarışından narazı olduqlarmı söyləyib duruyorlardı. tmdi başqala- 
rı  şikayət ediyorlar.  Əvət,  məğlubiyyət acıdır.  Fəqət bu təşəbbüslər bi- 
cadır.  Seçkiləri tazədən təyin etmək üçün meydanda heç bir səbəb yox- 
dursa, seçkinin tərtibi, qaidəsi, idarəsi tamamilə başqalarmın əlində ol- 
muş, “Müsavat” bu seçkilərdən nömrə qazanmışdır. Burada Müsavatm 
həqsizligindən bəhs eləmək bəhsin yerini bilməməkdir. Qalibiyyət baş- 
qa tərəfdə olsa idi, o zaman sabraniya qətnamələrinin başqa misallarda 
çıxacağını görəcəkdik.
Fəqət bu kibi şəklə  aid məsələlərlə  olmaz.  Məsələyə  dərindən bax- 
malı,  “Müsavat”  qələbəsinin  səbəbləri  daha  dərinlərdədir.  Bir  dəfə 
degil,  min  dəfə  seçki  edilərsə,  qalibiyyəti  yenə  “Müsavat”  qazanar. 
Çünki  bu  təbiidir.  Çünki  müsəlman  əmələsi  əksəriyyətdədir.  Çün- 
ki  bu  əksəriyyəti  təşkil  edən  müsəlman  və  türk  əmələsi  “Müsavat”a 
etibar ediyor.  Ancaq ona  inanıyor.  Bunu  dərk  etməli.  Ona  görə  rəftar 
etməlidir.  Müsəlman  əmələsi  ilə  münaqişəyə  degil,  müsalihəyə 
gəlməlidir.  “Müsavat”  əmələ  qısminın  ideallarma,  iqtisadi  və  siyasi 
amallarma  xadim  bir  firqədir.  Həqiqi  əmələ  firqələrilə  üz-üzə  degil, 
yan-yana getməgə hazırdır.  Qoy füqərayi-kasibə tərəfdarı olan firqələr 
böyügü müttəfiqlərilə əl-ələ versinlər -  demokratiyanm qələbəsi,  inqi- 
labın faidəsi bunu iqtiza ediyor.
Yaşasın türk-müsəlman demokratiyası!  Yaşasm bütün demokratiya- 
nın ittihadı, var olsun Müsavat!
Yüklə 8,64 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin