Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


Bakı haqqında onun hekayətlərini dinləyib, nəhayət getməyə hazırlaş­



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə15/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   11   12   13   14   15   16   17   18   ...   382
Sechilmish eserleri II cild

Bakı haqqında onun hekayətlərini dinləyib, nəhayət getməyə hazırlaş­
dı.
Gülşənəm arvad oğlunu nə qədər fikrindən daşındırmaq istət isə
də, heç bir nəticə çıxmadı. Tahir Cəmillə bərabər Bakıya yola düşdü.
17 < 3 V _


Gənc fehləlorin ümumi yaşayış eviııdoki balaca otaqda səhər
tezdən yuxudan qalxan cavanlar, Cəm illə Tahiri bir çarpayıda baş-
ayaq yatmış gördülər, Onlar gecə ikən stansiyadan gəlib, axşamdan
yerlərinə uzanmış uşaqları yuxudan oyatmadan, küçədəki dirəkdə
yanan iri lampanın İçəri düşən işığında paltarlarını soyunmuş və səs­
sizcə uzanıb yuxuya getmişdilər.
Cəmilin yanında Tahiri görənlər Öz aralarında pıçıltı ilə danışır, bu
təzə oğlanın kim və haralı olduğu ilə maraqlanırdılar. Qara, sərt saçla­
rı geriyə daranmış, sifəti mis kimi qızaran, azca dolğun yanaqları pa­
rıldayan, dodaqları nazik, alm geniş, bığ yeri yenicə tərləmiş Tahir,
uzun barmaqlı əllərini nazik yorğandan kənara çıxarmış, döşünün
üstündə bir-bi rinə çaıpazlayıb gözləri yarımaçıq halda rahat nəfəs ala-
ala yatırdı.
Cavanlar həm Tahirə, həm də pəncərədəki heybəyə baxırdılar.
Görünür heybədə, içindəkilərdo onları sahibindən az maraqlandırmır­
dı. Hər iki gözü möhkəm bağlanmış bu heybədə ya fesəii, ya da qoz
halvası olmalı idi: çoxdan bəri bu otaqda mehriban yaşayan cavan fəh­
lələr Cəmilin anasının tez-tez yolladığı yağlı fəsəlini, dadlı qoz halva­
sını yeməmişdilər.
Cəmildən aşağıdakı çarpayıda yatan qarayanız, gödək v ə şişman
oğlan Tahirdən çox heybəyə baxırdı. Cavan fəhlələrin birinci mərtə­
bədəki balaca bufetino hamıdan əvvəl girib, hamıdan sonra çıxan bu
oğlanın yaman qarınqulu olduğunu bütün yoldaşları bilirdi. O, bəzən

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin