Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


nür, arabir də onun z ə if eşidilən fit səsi gəlirdi. Dəmiryolundan o yana



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə11/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   7   8   9   10   11   12   13   14   ...   382
Sechilmish eserleri II cild

nür, arabir də onun z ə if eşidilən fit səsi gəlirdi. Dəmiryolundan o yana,
bozumtul və ucsuz-bucaqsız düzənlikdə ləkə kimi görünən qamışlıq­
lar arasında balaca gölməçələr ağarışırdı. Cəmil əlilə onları nişan verib
dedi:
- Ypqin oradadır, hə? Axı bu zaman qaz-ördək olmaz ki... Piyada
gedib, atlı?
- Atlı gedib,,, Uzun ip də apardı. Heç bilmirəm onu neyləyirdi? Ha
soruşdum, demədi. Bilmirsən necə tərsdir? - Gülşənəm arvad əlilə evi
göstərdi. - Gəl, oturgunan ağrın alım, niyə burada durmusan? Hara
getsə, axırda gəlib bura çıxacaq.
Cəmil, Tahirin uzun ipi nə üçün apardığı ilə maraqlanıb, yenə dü-
zəngaha baxdı.
- Bəlkə ceyran ovlayır, xala? - dedi.
Bu anda dərədən qalxan bir atlını görüb, sağ əlini açıq havada al­
nına dayadı vo balaca gözlərini büzüşdürüb, bir neçə an hərəkətsiz
dayanaraq, ona sobirsız bir nəzər saldı: — Deyəson qucağında nə isə
gətirir.
14
Cəmil Tahiri tanıdı və onun məharətinə qibtə ilə baxıb, xəfifcə bir
tərzdə gülümsədi:
- Odur, xala. Ceyran vurub, - dedi.
Gülşənəm arvadın sifəti tünd bir qızartı ilə örtüldü.
- Ondan nə desən çıxar. Axırda bizi cərimələdəcək.
- Bilmir ki, ceyran ovu qadağandır? - deyə Cəmil de həyəcan­
landı. - Qoy gəlsin, bəlkə vurduğu ceyran deyil? - Atlı yaxınlaşdıqca,
onun qucağındakı heyvan da aydın görünməyə başladı, - Yox, ceyran­
dır, xala!
- Oğul mənimdir, mən bilirəm, Allahına bəndəlik eləmir.
Kəhər at yoxuşu dırmanıb, kəndin ortasından keçən düz yola çı­
xanda, aşağı məhəllənin itləri hürüşüb Tahirin üstünə tökülüşdülər.
- O, qucağındakı ceyranı tez çiyninə alıb, ayaqlarını yəhərin üstü­
nə qaldırdı və dümdüz dayanıb, atmı yortma yerişlə sürməyə başladı.

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin