Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


- Bİr bax, bir bax, gor neyləyir? - deyə Gülşənəm arvad qorxudan



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə12/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   8   9   10   11   12   13   14   15   ...   382
Sechilmish eserleri II cild

- Bİr bax, bir bax, gor neyləyir? - deyə Gülşənəm arvad qorxudan
qızdırmalı kimi uçundu. -- Ayağı sürüşüb yıxılsa, itlər gövdəsində sağ
yer qoymaz..
Kəhər at dörd nala çaparaq, itləri geridə qoyub gözdən itdi.
- Tahirdən əsil süvari çıxar, xala... - deyə Cəmil dostunun bu hə­
rəkətini iftixarla təriflədi. - Görünür vurduğu bala ceyrandır, yoxsa
atın üstündə elə dayana bilməzdi.
- Eh, sən bilmirsən o nə oyunlardan çıxır. Vallah, onu da özünnon
aparsan, bir yolluq bilərəm ki, canı-başı salamatdır.
Kəhər at səkərək, qonşu evin həyətində göründü və bir göz qırpı­
mında uçub Cəmilin qarşısında dayandı. — Yallah. Cəmil, yallah.
Yenİkəndin igid oğlu Tahirdon Bakının neft qəhrəmanı Cəmilə salam­
lar! - deyə Tahir diri ceyran balası ilo bərabər atdan yerə sıçradı və cey­
ranın boynuna bağlanmış uzun ipin bir ucunu kəmərinə bənd eləyib
Cəmillə qucaqlaşdı. - Xoş gəlmisən, buyur, ceyran kababına qonaq ol!..
3
Cəmil ceyranın kəsilməyinə razı olmadı. Tahir onu gətirib balkonun
küncünə bağladı. Ceyran adamların hər bir hərəkətindən v ə qulağına
dəyən ən xəfif bir şıqqıltıdan belə səksənir, qumral v e iri gözlərini daha
da geniş açıb tez-tez dartmırdı.
- Kəsəcəyəm ! - deyə Tahir zorba bıçağım cibindon çıxaranda
anası da narazılığını bildirdi:
15 < 2 V


- Lap körpədir ki, ay oğul, — dedi, — etinin heç dadı-duzu olmaz.
Cemilin, Gülsenem xalanın sözləri Tahirə zərrə qədər də təsir
etmədi. O, haradansa bülöv daşı tapıb gətirdi və bıçağın tiyəsini itilə-
m əyə başladı.
- Ana, - dedi, - Cəmil kimi dostum mənə qonaq gəlib, nə olur-
olsun kəsəcəyəm .
Cəmil;
- Aşna, - dedi, - yaman tərssən ha! Əgər qonaq mənəmsə istəmi­

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin