Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


ağır bir söz eşidəcəyindən v ə ona daha tutarlı bir cavab verə bilməyə­



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə18/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   14   15   16   17   18   19   20   21   ...   382
Sechilmish eserleri II cild

ağır bir söz eşidəcəyindən v ə ona daha tutarlı bir cavab verə bilməyə­
cəyindən qorxduğu üçün, saymazyana bir halda, fışqırıqda “uca bandan
aşaram” havasını çala-çala eşiyə çıxardı. Amma nədənsə bu mübahisə­
lər Cəmilində, Səməndərin de dostluğuna mane olmazdı. Söyüşsələr də,
döyüşsələr də nəhayət gecə yatmağa hazırlaşanda bir səmimi baxış və
ya bir şirin sözlə bəzən Cəmil onun könlünü alar, bezən de gödək və
tumbul əlini Cəmilin çiyninə vurub gülməldə, Səməndər onu sülhə ça­
ğırardı. Beləliklə də, o biri mübahisəyə qədər dostcasına dərsə, teatr ta­
maşasına, mədəniyyət evindəki yerli həvəskarların müsamirə 1 əri nə,
fəhtə qəsəbəsində yenicə salınmış parka və ya da dəniz kənarına gedib
qayıdardılar. Ancaq təkdənbir mübahisə qəliz olanda, Cəmilin qüruru və
xudpəsəndliyi üzündən çox gec barışardılar. Belə hallarda onların qaş­
qabağı çətin açılardı. Hər ikisi paltanni soyunub yerinə girsə de, bir neçə
saat burcuxa-burcuxa qalıb yata bilmirdilər. Ən axırda, gecənin bir alə­
mində Səməndər buna dözməyib deyərdi:
Bura bax, ayə, sən nə kinli adamsan? Tutaq ki, mən höcətəm,
bəs sənə nə olub?
Bəzən bir-birilərini acı sözlərlə təhqir etsələr də, heç biri ürəkdən
küsülü qalmağı bacarmırdı. Mədəndə işə girdikləri ilk həftədən bu ba­
laca otaqda deruni bir dostluq ittifaqı yaranmışdı. Həm Cəmil, həm də
Səməgdər öz-özlüyündə bunu etiraf etm əsə de, bu səmimi dostluq
hissləri gündən-günə artır, qüvvətlənir, ürəklərinin ən gizli guşəsində
özünə daimi bir yuva tikir, ətə, qana hopurdu.
Səməndər Cəmilə nisbətən daha sado v ə daha mehriban idi. O, yol­
daşlarının heç birindən sirrini gizlətməzdi. Lakin Cəmilin, onlara məlum
olmayan bir sirri vardı: keçən ilin payızından, dəniz buruqlannda tabel-

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin