www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
177
ġəxsiyyət haqqında
sosiodinamik
istiqamətə gəldikdə,
həmin
nəzəriyyə tərəfdarları Ģəxsiyyətin davranıĢını xarici mühitin təsiri ilə
bağlayır, Ģəxsiyyətin daxili xassələrinə əhəmiyyət vermirlər. BaĢqa sözlə
B = F (E) formulu əsas götürülür.
İnteraksionistik
istiqamətin tərəfdarları isə B=F (P,E) formulunu
əsas götürürlər. Bununla da onlar Ģəxsiyyətin davranıĢını, fəallığını
daxili və xarici amillərin qarĢılıqlı təsiri ilə bağlayırlar.
Bu ideyadan
çıxıĢ edən psixoloqlar Ģəxsiyyətin fəallığının mənbəyinin onun
tələbatlarından ibarət olduğunu irəli sürürlər.
ġəxsiyyətin
istiqamətinin
xarakteristikası
.
Yuxarıda
Ģəxsiyyətin strukturundan danıĢarkən onun ən mühüm bloklarından biri
kimi istiqamətini qeyd etdik və buraya onun tələbatlarının, davranıĢ
motivlərinin,
maraq və meyllərinin, dünyagörüĢünün, əqidə və
ideallarının və s. daxil olduğunu qeyd etdik.
Tələbat orqanizmin və ya şəxsiyyətin nəyə isə obyektiv
ehtiyacını əks etdirən psixi hadisədir
.
Tələbatlar həm insan, həm də
heyvana
mənsub olmaqla bioloji, yalnız insana mənsub olmaqla sosial
və ya mənəvi xarakter daĢıya bilər. Bununla belə insanların və
heyvanların bioloji tələbatlarını eyniləĢdirmək mümkün deyildir. Dərk
olunma və ödənmə xüsusiyyətlərinə görə insan tələbatları bir-
birlərindən əsaslı Ģəkildə fərqlənir. Ġnsan tələbatları onun dərk olunmuĢ
ehtiyacları ilə bağlı olur. Hər hansı bir dərk olunmuĢ ehtiyac adamı o
ehtiyacın ödənilməsi ilə əlaqədar Ģəraitdən asılı edir. Bu asılılığın psixi
təəssüratdan keçirilməsi nəticəsində adam fəallaĢır.
Tələbatların
ödənilməsi, görülən iĢ, istifadə edilən alətlər yeni
tələbatlar doğurur. Ġnsanın tələbatları olduqca müxtəlifdir.
Adətən
mənĢəyinə görə tələbatları iki yerə bölürlər:
təbii və mədəni
tələbatlar.
Dostları ilə paylaş: