www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
185
emosional təəssüratdan baĢlayır. Bu zaman Ģəxsiyyət
üçün əhəmiyyətli
obyektə baxdıqda (proyeksiya olunduqda) həmin obyekt insanın sərvət
meylləri ilə emosional təəssüratları arasında əlaqənin yaranmasına səbəb
olur ki, bu da öz növbəsində konkret iĢin baĢa çatdırılmasına iradi cəhdi
aktuallaĢdırır.
Emosional
təəssüratın özünün yaranması stereotiplərin,
ustanovkanın dəyiĢməsi və ya pozulması, baĢqa sözlə gerçəkliyin əks
olunma forması müvafiq hisslərin keçirilməsinə gətirib çıxarır. Məsələn,
milli futbol komandamızın oyunu qələbə
ilə nəticələndikdə yaranan
emosional təəssürat bizdə iftixar hissi, uduzduqda isə narazılıq ilə bağlı
hissi yaradır. Yaxud, iĢgüzar partnyorumuzla bağlı yeni əlaqənin
yaranması ilə bağlı emosional təəssürat razılıq hissi keçirməyimizə,
tamas alınmadıqda isə narazılıq hissinin yaranmasına səbəb olur.
Beləliklə, hər cür emosional təəssürat öz modallığı və yönəliĢliyinə görə
bir-birindən fərqlənən hisslər doğurur. Ġnsanın
keçirdiyi bu cür fərqli
hisslər onun iĢ və fəaliyyətinin «mexanizmi» ilə bilavasitə əlaqəyə malik
olur.
Adətən, neytral hisslər olmur və ya belə demək mümkündürsə,
emosional neytrallıq uzun ömürlü olmur. Ġnsan gah bir,
gah da digər
tərəfə meyilli olur və nəticədə ya müsbət, ya da mənfi hisslər keçirir.
Modallığından asılı olmayaraq onların təzahürü həmiĢə müəyyən
obyektə yönəlmiĢ olur. Bu zaman həmin obyektin harada olması əsas
deyildir. Biz heç bir səbəb olmadan sevinmirik. Bizim hissi aləmimizin
neqativizmi və ya pozitivizmi subyektiv
və ya obyektiv səbəblərlə
Ģərtlənir. Bu cür hissi yönəliĢlik və yaxud hissi proyeksiya olduqca
vacibdir. Məhz bunun sayəsində proyeksiya olunmuĢ hissləri Ģəxsi
sərvət meyilləri ilə əlaqələndirmək olar.
Bunu müvafiq misallar əsasında aydınlaĢdıraq. Yerinə
yetirdiyimiz iĢin keyfiyyəti ilə bağlı tənqidi
fikirlər çox vaxt bizdə
narazılıq, inciklik və ya pərtlik hissi yaradır. Öz ünvanımıza yönələn
tənqidi dinləməklə biz həmin hissləri keçirməyə baĢlayırıq və onlar
bizdə qalmır, Ģəxsi əhəmiyyət daĢıyan obyektlərin üzərinə keçir. Bu cür
obyekt tənqidin irəli sürüldüyü Ģərait, ola bilsin ki, tənqid edilən adam
və yaxud tənqid edən adam ola bilər. Bütün hallarda narazılıq
və inciklik
hissi tənqidin məzmunundan deyil, yaranma mənbəindən irəli gələ bilər.
Bu zaman biz ya özümüzü pis iĢlədiyimizə görə danlayır, ya
rəisin günahkar olduğunu düĢünür, ya yerinə yetirdiyimiz iĢi pisləyirik,
lakin tənqidin məzmunu haqqında fikirləĢmirik. Ġnsan hissinin bu
fenomeni məiĢət psixologiyası səviyəsində hamıya yaxĢı məlumdur.