www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
194
Kiçik qrupa
gəldikdə bu 2-dən 30-40 qədər insan
birliyidir. Kiçik sosial qruplarda insanların bir-birilə təması
daha yaxın və daimi xarakter daĢıyır. Kiçik sosial qrupun
üzvləri ümumi bir iĢlə məĢğul olur və bir-birilə birbaĢa
qarĢılıqlı əlaqədə olurlar. Ġnsan öz həyatının
çox hissəsini bu
qrupun daxilində keçirir. Ona görə də bir-birlərini yaxĢı
tanıyırlar.
Kiçik qrupların üzvlərinin sayı 7 nəfərdən artıq
olmadıqda belə qrupları
ilkin kiçik qrup
adlandırırlar. Məsələn,
yeni yaranmıĢ ailəni ilkin qrup adlandırırlar. Ġnsan adətən bir
ilkin qrupun iĢtirakçısı olur. Hər hansı mikro sosial qrup onun
iĢtirakçıları üçün ilkin qrupa çevrilə bilər. Bütün ilkin qruplar
eyni zamanda
kiçik qrup olub uzun müddət, bəzən insanın
ömrü boyu davam edən qruplar olaraq qalır. Ġlkin qrupun
iĢtirakçıları daimi təmas nəticəsində bir-birini yaxĢı tanıyır, bir-
birinə bələd olurlar.
Ġlkin qrupun iĢtirakçıları arasında məhrəmlik və ümumi
məxvilik mövcud olduğundan, onların dünyaya «özlərinə»
məxsus baxıĢları və xüsusi qiymətləndirmə sistemləri yaranır.
QarĢılıqlı maraqların anlaĢılması və eyni qrupa mənsub olmaq
hissi ilkin qrupun iĢtirakçılarını
daha həmrəy hərəkət etməyə
məcbur edir. Ġlkin qrupda sosial nəzarət olub, iĢtirakçılar öz
hüquq və vəzifələrini könülllü anlayır və yerinə yetirirlər.
Qeyd etmək lazımdır ki, ilkin qruplarda baxıĢlar,
təsəvvür və motivlər birgə yaĢayıĢ və fəaliyyət Ģəraitində
tədricən formalaĢır və təkrar nəticəsində müxtəlif stereotiplər
yaranır. Ġlkin qrupun yaĢayıĢ tərzi,
adət və ənənələri mövcud
olur ki, onlar tədricən formalaĢır və sosial ünsiyyət Ģəklində
yeni iĢtirakçılara keçir.
Ġlkin qruplar özləri eyni zamanda kiçik qrup olmaqla,
kiçik qrupda olan ilkin qruplardan birinə çevrilə bilir. BaĢqa
sözlə, bəzən bir kiçik qrupda bir neçə ilkin qrup mövcud ola
bilir.
Dostları ilə paylaş: