www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
179
dərk edilməyən olmaqla iki yerə bölürlər.
Psixoloji ədəbiyyatda
dərk
edilən motivlərə
tələbatlarla yanaĢı
maraqları,
dünyagörüşünü, əqidə
və idealları
; dərk edilməyən motivlərə isə
ustanovkanı, həvəsi
və s. aid
edirlər.
Maraqlar.
Maraqlar insanın idrak tələbatlarının emosional
təzahürləridir. BaĢqa sözlə, maraq Ģəxsiyyətin, gerçək həyatın müəyyən
bir sahəsinə, müəyyən bir fəaliyyətə, bu və ya digər biliyi əldə etməyə
az və ya çox yönəlməsində ifadə olunan fərdi psixi xüsusiyyətdir.
ġəxsiyyətin istiqaməti onun maraqlarında ifadə olunur.
Maraqların insanın həyat və fəaliyyətində rolu olduqca böyükdür.
ġagird nə iləsə dərindən maraqlandıqda, yerinə yetirdiyi iĢ, dinlədiyi
dərs onun üçün maraqlı olduqda həmin sahələrdə yüksək müvəffəqiyyət
qazanır. Əksinə onlara qarĢı maraq olmadıqda həmin iĢlər cansıxıcı olur,
Ģagirdi cəlb etmir.
Maraq bizdə müəyyən hisslər doğuran
cisim və hadisəyə daha
artıq və gərgin diqqət yetirilməsini təmin edir. Maraq hər hansı bir
obyekti daha dərindən və dəqiq dərketmə meylindən doğur. Maraqların
fizioloji əsasını bələdləĢmə- tədqiqat refleksləri təĢkil edir. Gerçək
aləmdə baĢ verən hər bir yeni, gözlənilməz dəyiĢiklik zamanı
bələdləĢmə refleksi baĢ verir və qıcıqlandırıcının daha tam və aydın
inikasını təmin edir. Ətraf mühitdə ən kiçik bir dəyiĢiklik, yenilik baĢ
verdiyi zaman insanda müvafiq reseptor aparatı bu dəyiĢikliyi
törədən
qıcığa doğru yönəlir.
BələdləĢmə refleksini bəzən «tədqiqat refleksi», bəzən də «bu
nədir?» refleksi adlandırırlar.
Maraqlar idrakın daimi təhrikedici mexanizmi kimi meydana
çıxır.
Maraqları
Dostları ilə paylaş: