M Ü n d ə r I c a t bir neçə söz



Yüklə 3,15 Mb.
səhifə9/35
tarix31.01.2017
ölçüsü3,15 Mb.
#7248
1   ...   5   6   7   8   9   10   11   12   ...   35

Sintaksis

Dediyimiz kimi, şumer dilində erqativ quruluşun olduğu qeyd edilir. Sintaktik səviyyədə xarakter xüsusiyyətlər aşağıdakı kimi müəyyənləşdirilir: 1) iki subyekt qrammatik kateqoriyasının mövcudluğu: bir tərəfdən, hərəkət bildirən fe’lin təsrif formasına aid olan subyekt, digər tərəfdən, hal-vəziyyət ifadə edən finit fe’l formasının hal-vəziyyət subyekti mövcud olur; 2) vasitəsiz obyekt qrammatik kateqoriyasının olmaması; 3) hal-vəziyyət subyektinin nominativ dillərdə vasitəsiz obyekt funksiyasını yerinə yetirən hal-vəziyyətin meydana çıxma subyekti kimi işlənməsi. Bu əsasda şumer dilində cümlənin iki tipi müəyyən edilir: 1) tərkibində hal-vəziyyət subyekti və predikat olan hal-vəziyyət bildirən cümlələr; 2) hərəkət subyekti, hal-vəziyyət subyekti və predikatdan ibarət olub hərəkət bildirən cümlələr.
İ.M.Dyakonov və ardıcıllarının fikrincə, erqativ xüsusiyyət morfologiyada da özünü göstərir: Hərəkətin subyekti (erqativ hal) -e şəkilçisi ilə ifadə olunur; hal-vəziyyət subyekti (absolyut hal) sıfır şəkilçilidir. Fe’ldə də göstəricilər fərqlənir: hərəkətin subyektinin göstəricisi fe’ldən əvvəl işlənir və bitmiş tərz bildirir; hal-vəziyyət subyektinin göstəricisi fe’ldən sonra işlənir, hal-vəziyyət bildirir.
Bütün bunlar şumer dilini türk dillərindən uzaqlaşdırmaq üçündür. Əslində isə, bunları sistemli fərq kimi şişirtməyin əsası yoxdur. Ona görə ki tədqiqatçıların özləri qeyd edirlər ki, «Şumer dilində erqativ konstruksiyadan ardıcıl istifadə olunmamışdır». (8; 28) Əvvələn, şəxs əvəzliklərində erqativ və absolyut hallar fərqlənmir: ma-e, za-e sözləri həm hərəkətin subyekti, həm də hal-vəziyyətin meydana çıxma subyekti kimi çıxış edir. Əvəzliklərdən danışarkən İ.T.Kaneva yazır: «Şəxs əvəzlikləri sistemində cümlənin erqativ quruluşunun pozulması müşahidə olunur; aydın olur ki, burada erqativ və absolyut hallar diferensiasiyaya uğramamışdır. Əvəzliyin bu və ya digər formasından həm hərəkətin subyekti, həm də hal-vəziyyət subyekti kimi istifadə edilir: ma-e ga-gin (LE,272) ‘pozvolğ ə poydu’; za-e ma-an-na Ered-şe dab-ma-ab (İE,11 i 53) ‘tı zaberi v Gredu nebesnuö lodku’». (8; 54)
Bu misallardan birincisi tə’sirsiz fe’li xəbərli cümlədir. İkinci cümlədə za-e ‘sən’ - subyekt, dab-ma-ab ‘göylər qayığı’ - obyekt bildirən birləşmədir: ‘Sən Ereduda göylər qayığı əldə et.’ Bizim bugünkü qrammatika dili ilə danışsaq, müəllif demək istəyir ki, birinci cümlənin yalnız hal-vəziyyət subyekti (mən sözü), ikinci cümlənin isə həm hal-vəziyyət subyekti (sən sözü), həm də hərəkət subyekti (göylər qayığı birləşməsi) vardır. Bu quruluş müasir türk dillərinin əsas quruluş xüsusiyyətlərindəndir; biz Ovçu gəldi də deyirik, Ovçu tülkü gördu də deyirik, amma bu cümlələrdən ikincisini heç kəs erqativ quruluşlu cümlə hesab etməyib.
Fe’ldə də 1-ci və 2-ci şəxslərin absolyut hal və hal-vəziyyət subyektlərinin göstəriciləri fərqlənmir. Fərq yalnız 3-cü şəxsdə zəif şəkildə görünür. Budur, İ.T.Kanevanın cədvəli:
Hərəkətin subyektinin göstəriciləri:

1 ş.t. -en c. -enden


11ş.t -en c.-enzen
111 ş. t.-e c.-ene

Hal-vəziyyət subyektinin göstəriciləri:



1 ş.t.-en c.-enden
11 h.t.-en c.-enzen
111 ş.t. - c.-eş
Fərq yalnız III şəxsin -e,-ene, -eş şəkilçilərindədir. Elə buna görə də İ.T.Kaneva qeyd edir ki, xarici dilçilikdə erqativ quruluş əvəzinə başqa terminlərdən istifadə edilir: cümlə tə’sirli və tə’sirsiz hərəkəti ifadə edən cümlələr kimi qarşılaşdırılır. (8; 28) Bu, türk dillərinin əsas xüsusiyyətidir və bu cür təhlildən aydın olur ki, həmin alimlər dilin quruluşunu mənfur konsepsiyaya qurban vermədən obyektiv şəkildə izah etmişlər.
İ.T.Kanevanın verdiyi cümlələrə diqqət yetirək: ama-ir-ke ir nu-bi-dug ‘plakalğşitüa plaç ne skazala’. ama - ‘ana’, ‘qadın’ (qədim türk), ir - ‘ağlama’, ‘ağı’, -ke (-ak) - yiyəlik halın şəkilçisi, nu - inkar ədatı (nə sözü), bi - ‘buna’, ‘bura’, dug - ‘demək’: ağıçı (qadın) ağı demədi. Bü cümlədə ikinci ir sözü (ağı) absolyut halda hesab olunur, çünki hal şəkilçisi yoxdur. Bu gün bizim ədəbi dilimizdə Ağıçı ağı deyir - tipli cümlə quruluşu çox işləkdir və biz hal şəkilçisi olmasa da, ikinci sözü tə’sirlik halda obyekt bildirən söz kimi izah edirik. Yuxarıdakı cümlə də eyni quruluşdadır. Formal əlamət olmasa da, ir sözü tə’sirlik haldadır, obyekt bildirir, ona görə də şumer dilini tə’sirlik haldan məhrum bir dil hesab etmək, zorla erqativ quruluşlu dillərə daxil edib türk dillərindən uzaqlaşdırmağa çalışmaq cəhdi elmi obyektivliyi bir tərəfə qoyub, yaramaz ideologiyaya xidmət etməyin tipik nümunəsi sayıla bilər.
Deməli, cümlə quruluşu iki subyekt kateqoriyasına malik deyil və bunlardan biri - müəlliflərin ‘hərəkət subyekti’ hesab etdikləri, əslində, obyekt bildirən sözdür. Əgər şumer dilinin hal şəkilçiləri daha diqqətlə araşdırılarsa, çoxmə’nalı hal şəkilçilərindən birinin bəlkə də tə’sirlik hal məqamında işləndiyini müəyyənləşdirmək olar. Bu cəhətdən yiyəlik halın -ak şəkilçisi daha düşündürücüdür.
Şumer dilində tabesizlik bağlayıcılarının zəif inkişaf etdiyi qeyd edilir. Bizim dil tarixi üçün maraqlı olan bir köməkçi nitq hissəsi - bi da haqqında İ.T.Kaneva «tabesizlik bağlayıcısı» adı altında yazmışdır: «Tabesizlik bağlayıcısı funksiyasında (amma, yalnız isimlər üçün) enklitik işarə əvəzliyi bi və birgəlik halının formantı da hissəciyindən ibarət olan bi da konstruksiyası işlənir». Lugal-e İdigna Buranun-bi da im-ma-da-an-tab ‘üar İdiqna (Tiqra) i Buranun (Evfrata) soedinil’. (8; 162) İdiqna və Buranun Dəclə və Fərat çaylarının Şumer dövrü adlarıdır; lugal - hakim, çar, ağa, im-ma-da-an-tab - bir-birilə birləşdi; bi da - ilə: ‘İdiqna ilə Buranun çarları birləşdi’. Bu tərcümə tam doğru deyil. Çünki cümlədən görünür ki, bi da bağlayıcı deyil, qoşmadır. Dəqiq tərcümə: «İdiqna çarı Buranun ilə görüşdü» şəklində olmalıdır.
Bi da sözləri Azərbaycan dilində tədricən d-l keçidi ilə bilə şəklinə düşmüşdür. Bilə sözü bizim dilimizin tarixində həm bağlayıcı, həm də qoşma kimi işlənmiş, lakin daha çox qoşma kimi öyrənilmişdir. Qoşma sonralar həm də bağlayıcılaşmışdır. Daha sonralar bilə sözünün birlə variantı da yaranmış, dilimizin tarixində hər ikisi geniş işləkliyə malik olmuşdur: «Birlə, bilə qoşmaları tarixən dilimizdə geniş miqyasda işlənmişdir. İlə qoşmasına nisbətən geniş yayılmışdır... Birlə, bilə qoşması iki tərkib hissədən əmələ gəlmişdir, yə’ni say bildirən bir sözünün fe’l düzəldən lə şəkilçisi və qədim fe’li bağlama şəkilçisi n ünsürü ilə birləşməsindən düzəlmişdir.» (32; 208) Etimoloji təhlil düz olmasa da, qoşmanın dilimizin tarixində mövqeyi düzgün göstərilmişdir. Qoşmanın (və eyni zamanda bilə bağlayıcısının) mənşəyi şumerdən gəlir: bi - əvəzlikdir, 3-cü şəxsin təkini bildirib, əksərən uzağa işarə məqsədilə işlədilmişdir. Mə’lumdur ki, birgəlik halın şəkilçisi sonralar d>l keçidi ilə -lə şəklinə düşmüş və bizim dilimizin tarixində bilə qoşma və bağlayıcısının təşəkkülünə səbəb olmuşdur.
Biz elə bilirik ki, ərəb mənşəli ü bağlayıcısı eramızın VII əsrindən sonrakı hadisədir, ərəb istilası ilə bağlıdır. Şumer dili materialları göstərir ki, bu tabesizlik bağlayıcısını biz çox qədimdən - akkadların Şumeri istila etdiyi dövrdən işlədirik: «Şumer mətnlərində «u« akkad tabesizlik bağlayıcısına rast gəlmək olur (U işarəsi ilə yazılır). O artıq eradan 2500 il əvvələ aid Əbu-Sələbih mətnlərindən əldə edilmişdir». (8; 162) Klassik ədəbiyyatımızda olduğu kimi, həmcinslər arasında təkrar oluna da bilmişdir: alan-e u kug nu za-gin nu-ga-am u urudu nu u an-na nu zabar nu ‘gta statuə i ne iz serebra, a takje ne iz lazurita, i ne iz medi, i ne iz svinüa, i ne iz bronzı’. (8; 163)
Şumer dilində akkad mənşəli ma bağlayıcısı da işlənmişdir. Bu bağlayıcının əvvəlki cümlənin xəbərindən sonra işləndiyi göstərilir. Müəllifin verdiyi misallarda qarşılaşdırma mə’nası vardır (8;163-164) Şübhəsiz, bu bağlayıcı amma bağlayıcısıdır. Şumer yazısında eyni saitin samitdən əvvəl və ya sonra işlənməsi o qədər də fərq eləmir: am-ma = amma; im-mi tipli sözlər də belə yaranmışdır.
Tabelilik bağlayıcıları da hazırda işlətdiyimiz bağlayıcılara yaxındır. Əslində, şumer dilində bağlayıcılar yox, bağlayıcı sözlər müəyyən edilmişdir: ud-da ‘esli’, ‘koqda’, en-na ‘prejde çem, poka (ne)’. Birinci bağlayıcı söz ‘gün’ sözündən və yerlik hal şəkilçisindən ibarətdir: ud-daBu ziddiyyətli cümlələrdə bağlayıcı vasitələrin, əsasında nisbi əvəzliklər duran bağlayıcı sözlərdən ibarət olduğunu müəllif düzgün müəyyən etmişdir. Lakin bunun üçün mütləq nisbi əvəzliklər axtarmaq vacib deyildi, bağlayıcı sözlərin əsasında yalnız nisbi əvəzliklərin durduğu haqda fikir yanlışdır (33; 309) Bağlayıcı sözlərin əsasında bir sıra isimlər, saylar, sifətlər də dura bilər və gün (ud) belə sözlərdəndir. Ona görə də xəbərdə işlənən -a şəkilçisinin nisbi əvəzliklər əvəzində işləndiyi barədə müəllifin fikri düz deyil. Başqa bir məsələ də hal şəkilçisinin fe’li xəbərdə həmin bu -a şəkilçisindən sonra işlənməsidir. Aydın görünür ki, -a şəkilçisi nominativlik yaradan bir şəkilçidir. Fe’lə artırılan bu şəkilçinin fe’li sifət şəkilçisi ola biləcəyinə söz yoxdur (və belə bir fe’li sifət şəkilçisi olduğu mə’lumdur). Fe’li sifətdən sonra yerlik və ya çıxışlıq hal şəkilçisi fe’li bağlama əmələ gətirir: a(n)da, a(n)-dan. Bu, türk dillərinin quruluş xüsusiyyətidir. Deməli, budaq cümlə fe’li bağlama ilə (-a+da, -a+ta) qurtarır; budaq cümlənin əvvəlində ud (gün) sözü də var və baş cümlədə qarşılıq bildirən ud-ba ‘onda’ sözü də var: O gün sən bizə gələndə (onda) mən şəhərdə idim. Müəllif fe’li bağlama tərkibini rus dilinə budaq cümlə kimi çevirmişdir. Fe’li bağlama və budaq cümlə məsələsi türkologiyanın ən mühüm problemlərindəndir. Misal:
ud İnanna-ra İb-gal mu-na-du-a... ud-ba En-an-na-tum-me ganun-mah URU x KAR-ba mu-du ‘koqda İnanne İbqalğ on postroil... toqda Enannatum qromadnıy ambar... postroil’ - (O) gün o, İnannaya İbqal tikəndə... o gün Enannatum nəhəng anbar... tikdi.
Bu cür cümlələrdə ud əvəzinə, bar, eger, lum, mu, num tipli sözlərin işləndiyi və ya budaq cümlənin xəbərinin yalnız -a və hal şəkilçisindən (yə’ni yalnız fe’li bağlamadan) ibarət olduğu da göstərilir. (8; 164-172) Bu sonuncu hal (fe’li bağlamanın nisbi söz olmadan işlənməsi) qrammatik zaman, yer, səbəb və s. mə’naların fe’li bağlamada toplanmaqda olduğunu göstərir və hazırkı dilimizin də əsas xüsusiyyətlərindəndir.
-a-ak-a şəkilçi birliyində birinci -a qeyd etdiyimiz fe’li sifət şəkilçisidir; -ak şəkilçisini yiyəlik, sonrakı -a şəkilçisini yerlik hal şəkilçisi hesab edirlər. (8; 170) İki hal şəkilçisi nə məqsədlə işlədilir? «Naklonenie» saydıqları he ilə -a-ka (-ak-a) şəkilçi birliyinin budaq cümlədə güzəşt mə’nası yaratdığı göstərilir. (8; 171) Bunlar bir daha təsdiq edir ki, -ka yiyəlik hal şəkilçisi deyil. He - da, də ədatı ilə arzu şəkilçisinin (-a,-ə) müasir dildə güzəşt budaq cümləsi yaratdığı mə’lumdur: Dədən də gələ, xeyiri yoxdur. -ak isə mənsubiyyət bildirir: Dədə-n sözündəki -n kimi. Görünür, fe’lə mənsubiyyət şəkilçisi -ak-dan əvvəl artırılan -a şəkilçisi arzu, şərt, güzəşt çalarlarına malik bir şəkilçi olmuşdur və fe’li sifət şəkilçisi kimi də işlənmişdir. Məs.: i-gin-gin -a-ak-eşe i-kaş-kaş-a-ak-eşe ba-an-du ba-an-du mu-mu-şe ba-an-dug ‘iz-za toqo, çto on mnoqo xodit, iz-za toqo, çto on mnoqo beqaet,»on uşel, on uşel» v kaçestve eqo imeni on nazvan’. (8; 171) gin-gin -a-ak-eşe sözləri hərfən: ‘çox get-di(y)-i-(n)ə’, kaş-kaş-a-ak-eşe sözləri: ‘çox qaç-dığ-ı-(n)a’ şəklində tərcümə oluna bilər. Gin -’getmək’, kaş - ‘qaçmaq’ sözüdür, gin-gin, kaş-kaş isə sözlərin çoxluq (işin təkrarən icrasını) bildirən formasıdır.
Qeyd edilən faktlar şumer dilinin türk dilləri ilə mədəni qohumluğunu deyil, genetik qohumluğunu göstərən faktlardır.

O uzaq keçmişdə bu gün də işlənməkdə olan təəccüb doğuran xüsusi adlara rast gəlmək olur: a-ta: ba-gar e id-de lal-a-e im-ti-a-ta ninda giş bi-tag a-şe i-de ‘posle toqo, kak k Baqaru, xramu, raspolojennomu u reki, on priblizilsə, xleb on pojertvoval, xolodnuö vodu izlil’ -a-şe: [Ku-li dumu U]r-e-an-na-k[e] [Ba-ba]-mu nar in-ug-a-aş [ig-sukka]l-mah-şe ba-gi-in ‘o tom, çto Kuli, sın Urganna, Babamu, pevüa, ubil, pered velikim vizirem bılo prinəto (reşenie)’. Mə’bəd adı Bahar, müğənni adı Babam, şəxs adı Qulu neçə min illik tarixi yaşadır. Leksikaya nəzər salaq.



 

 

Leksika



Əslən avstriyalı olan A.Leo Oppenheym Çikaqo universitetində 1947-1974-cü illər arasında 21 cilddə nəzərdə tutulan akkad dili lüğətinin 12 cildini başa çatdırıb vəfat etmişdir. Bu işin davamından xəbərimiz olmadığı kimi, əlimizdə şumer dilinə aid belə bir lüğət də yoxdur. Biz, əslində, müxtəlif əsərlərdə nümunə kimi verilmiş şumer sözləri ilə məşğul ola bilirik. M.A.Dandamayev A.Leo Oppenheymə yüksək qiymət verərək yazır: «Çətin ki kim isə Oppenheymin oxuduğu qədər mixi yazılar oxumuş ola». (34; 392) Özünü mədəni antropologiya sahəsində mütəxəssis sayan Oppenheym birinci dərəcəli filoloq idi. O, şumer mətnlərini araşdıraraq bu qənaətə gəlmişdi ki: «Şumer lüğətinin Mesopotamiyanın maddi mədəniyyətinə aid olan mühüm bir hissəsi terminlərdən və adlardan ibarət olub, fikrimizcə, nə şumer dilinə, nə də erkən sami (protoakkad) dillərindən birinə aiddir. Bu sözlər, ola bilər ki, bir və ya bir neçə daha qədim dil substratının izləridir və bizim Fərat çayı vadisinin mədəniyyəti adlandırmağı təklif etdiyimizdən daha qədim dövrə aiddir». (11; 35) Müəllif həmin sözlərin hansı sahələrə aid olduğunu da qismən qeyd etmiş, onların daha çox : İkiçayarasına məxsus coğrafi adlardan, Şumer panteonuna aid saysız allah adları və s.-dən ibarət olduğunu göstərmişdir. Müəllif bunu da qeyd edir ki, qədim Mesopotamiyanın şimal, şərq və qərb ilə əlaqəsini öyrənmək üçün bunlar mühüm vasitələrdir. (11; 35)
Bu əsasda tədqiqatçılar şumer dilində bir sıra alınma sözlərin olduğunu qeyd etmişlər. Dediyimiz kimi, bu sözlər onların müasiri olan sami dillərindən deyil, daha əvvəlki bir və ya bir neçə dildən alınma hesab olunur. Oppenheym fikrini bir qədər də dəqiqləşdirərək yazmışdır: »Şumer dili e.ə.III minilliyin son yüzilliyindən o tərəfə gedə bilməyən akkad dilindən fərqli olaraq, daha qədim dövr haqqında mə’lumat verir. Lakin həm akkad dilində, həm də şumer dilində əvvəlki mədəni laya məxsus olan bir və ya bir neçə dildən alınma sözlər vardır». (11; 36) Bu cəhəti Y.B.Yusifov da təsdiq edir: «Şumerlərə qədər Cənubi İkiçayarasında «yerli» dillərə məxsus məskən-şəhər adları mövcud idi. Cənubi İkiçayarası ən qədim şəhərlərinin adları qeyri-şumer mənşəlidir. Şumerlər qədim əhalinin dilindən bir çox sözləri mənimsəmişdilər. Məsələn, apin (toxa), ansin (şum), egar (əkinçi), urulu (mis), nagar (xarrat), paxar (dulusçu), aşgab (gönçü), ugul (çoban), sipal (çoban), aşnan (pərinc - buğda növü) və s. «yerli» əhalinin dilində şumerlərə qədər işlədilmişdi». (7; 47) Bu sözlərin bir qismi bu gün də müəyyən dəyişikliklə dilimizdə işlənməkdədir; sipal sözünün ‘çoban’ sözü olduğu çoxdan sübut edilmişdir; egar - ‘əkər’ (əkinçi), aşgab - ‘aşılanmış’ (‘gönçü’) sözləri göz önündədir; ugul sözü ‘oğul’ sözü ola bilər, çünki ilk maldarlar öz övladlarını çoban edə bilərdilər. Şumerlərin işlətdiyi bir sıra şəhər və allah adlarının da qədim «yerli» dillərə aid olduğu göstərilir: »Bir çox sözlər, allah adları - İnanna (məhsuldarlıq ilahəsi), Nergal, Erişkigal (ölüm allahları), Uraş (torpaq allahı), Aşnan (taxıl allahı) və yer allahları - Buranun (Fərat), İligna (Dəclə), Kiş, Ur, Nippur, Kullab, Eridu, Larsa, Lagaş və s.yerli adlar şumer dilində işlənmişdir».(7; 49) Bunlar şumerlərdən əvvəlki, hələ yaxşı öyrənilməmiş sivilizasiyanın əlamətləridir.
Qeyd edilən coğrafi adları, allah adları və maddi-mədəniyyətlə bağlı bir sıra terminoloji sözləri bir tərəfə qoysaq, şumer dilindən dövrümüzə zəngin lüğət materialı çatmışdır. Bu material əlimizdə olmadığından biz oxucunu qane etmək üçün müxtəlif alimlərin şumer - türk leksik müqayisə və müvaziliklərinə dair araşdırmaları əsasında mə’lumat verməklə kifayətlənəcəyik. Bu mə’lumatın özü də həqiqətin dərk olunması üçün kafi sayıla bilər.
Oljas Süleymenov İ.M.Dyakonovun bir məqaləsindəki yüzdən bir qədər artıq şumer sözünü türk dillərinin leksikası ilə müqayisə etmiş, 60 sözün ortaqlı olduğunu müəyyən etmişdir. Aydın Məmmədov K.Labatın «Manuebd’epiqeaphiq akkadienna.-Paris,1952 - əsərində, eyni zamanda İ.M.Dyakonov və başqalarının əsərlərində işlənmiş bir sıra şumer sözlərini türk sözləri ilə müqayisə etmiş, 110-dan artıq sözün şumer və türk dillərində ortaqlı olduğunu müəyyənləşdirmişdir. T.İ.Hacıyev bə’zi fonetik və morfoloji xüsusiyyətlərlə yanaşı, türk dillərindən, Azərbaycan dilinin dialekt və şivələrindən gətirdiyi faktlar əsasında şumer dilindəki bir sıra sözlərin türk dillərində mövcud olduğunu aşkar etmişdir: Biz özümüz də İ.M.Dyakonov, İ.T. Kaneva və başqalarının əsərlərində işlənmiş bir sıra sözlərin şumer-türk eyniköklü leksik layına aid olduğunu müşahidə etmişik. Həmin sözlər, başlıca olaraq, aşağıdakılardan ibarətdir (bütün şərhləri köçürməmək üçün daha münasib qarşılığı qeyd edirik; əvvəlcə şumer sözü mə’nası ilə, sonra türk qarşılığı verilmişdir; söz ümumtürk xarakteri daşıdıqda qeyd etməyi lazım bilmədik):

ada (ata) - ata; ama (ana) - ama/aba/apa/ana; amar (bala, buzov) - türk. mara/mala/bala/pala (əmər); ab (qapı) - av/ev/eb; an (göy, ulduz) - ən (ədat); (23; 195-204) a (əl) - el/əl/il ‘əl’, ‘güc’, ‘qüvvət’; ar (parıldamaq, işıq saçmaq) - arı ‘təmiz’, ‘pak’, ara (parçalamaq, bölmək) - ara ‘orta’; aştar (qıfıl) - açar; ağa (tac, ləyaqət, şöhrət) - ağa ‘başçı’, ‘şöhrətli’, ‘hörmətli’; (35; 5-24) ab (pəncərə) - əv/ev sözü; tikilinin ev olması üçün pəncərənin mühüm olması; (28;25-34) abba (ata) - türk dilində abi ‘böyük qardaş’ (36; 20); a-şag-ga (na pole) - aşağıya; ane/ene (o) - an
bilga (əcdad) - bilga ‘müdrik’; (23; 195-204) ba-dug(ga) (yaxşı, xeyirxah, xoşbəxt) - bedük ‘lap’, ‘ən çox’; bar (səhəng, qab, torba) - bar-daq; bu (nəfəs, üfürmək) - bu-ğ, bo-ğulmaq; bi-l (yandırmaq, alışdırmaq) - bi-ş ‘bişmək’; bal (aşırmaq, pozmaq, qarışdırmaq, yerini dəyişmək) - bul-a-ma/bul-ğa-ma ‘qarışdırmaq’; bad (bir az çoxalmaq) - bad/bay ‘varlı’; bal (qazmaq, balta) - bel, bal-ta; ba (bağır, qara ciyər) - ba-ğır; be (cənab, hakim, hökmdar) - bəy; ba-da-ra (sancaq, bayraq, dəyənək) - ba-y-raq; bur/bul (azad etmək, vermək, ödəmək) - bur-axmaq; ba (vermək, çatdırmaq) - be-r/ve-r; (35; 5-24) be (bu) - bu işarə əvəzliyi; bar (qabırğa) - böür; pu (bulaq) - bi-nar (bulaq -DQ)
dumu (bala, nəsil) - tuma ‘bala’, ‘nəsil’, ‘törəmə’; dili (xətt, ‘bir’ vahidi) - tilik/tili/dilik ‘xətt’, ‘dilik’; deş (nöqtə) - teş/deş (deş, nöqtə qoy); dingir (tanrı, göy) - tengir/tegri/digir ‘tanrı’, ‘göy’; dub (gil lövhə) - tup (bişmiş kərpic), tayp, tumar, taba, tamqa, tabel, tablo. (23; 195-204) de (demək, danışmaq) -te/de ‘demək’, ‘danışmaq’; di (fikir, hökm, kəlam) - dil/tıl/til ‘dil’; du-ru (təmiz, qatışıqsız) - duru; dal-la (şəfəq, şüa) - dalğa (işıq dalğası); dagal (enli, geniş) - dağar, tağar (qab) (şumer dilində g = yumşaq q); dur/durun (rahatlanmaq, yerləşmək) - tur/dur ‘dur-dincəl’; (35; 5-24) dur (bala törədici eşşək, döl) - bala almaq üçün seçilən erkək heyvan - döl; Dür at birləşməsində dür sözü; du (da,də, takje) -da, də ədatı; du (düzəltmək, tikmək) - dü-zəltmək sözü; dili-dili (bir-bir) - dilimizdə işlədilən dil-dil ötmək (‘çox danışmaq, bir-bir sadalamaq, başqasına danışmağa aman verməmək’ mə’nasında) ifadəsi; du/dib/dab (tutmaq, derjatğ) - du-t-maq ‘tutmaq’ fe’li;
eren (sıravi əsgər, işçi) - eren/ərən ‘sıravi əsgər’, ‘məsləkdaş’, ‘kişi’; er/ere/eren (qul) - er ‘döyüşçü’, ‘kişi’, ‘qəhrəman’, türk dillərində geniş yayılmış ər sözü; eş (ev) - eş-ik/es-ik ‘qapı’; ed (getmək, çıxmaq) - üt/öt/id/et ‘get’, ‘keç’, ‘öt’; egis - ağac; eger (aşağı) - eger ‘alçalmaq’, ‘məhv olmaq’ (qazax); eren (sidr ağacı) - eren ‘sidr ağacı’ (uyğur); (23; 195-204) e -ev; eme (dil) - əm-mək (əmmək və əmcək sözləri ilə müqayisə et); e (danışmaq) -ay/ey ‘danışmaq’, ‘demək’; eger (kürək) - yəhər, kürək; (28;25-23) even/amun - yüksək, ali kahin; yüksək sözə cavab olaraq deyilən amin sözü; en (yüksək, hakim, kahin) - ən ədatı, XII-XIV əsrlərə dair uyğur hüquq sənədlərində xüsusi ad və ləqəb. (10; 73, əlavə bax: 23; 202) Bu söz ensi - ‘hakim’ (pravitelğ), ‘ağa’ sözünün də əsasında durur. Ensi-a’ke sözü isə ensi əkə sözüdür (əkə - türk dillərində ‘böyük qardaş’);
gen (gen) - gen; (23; 195-204) giri (ayaq) - yeri sözü; gu (səs) - qu, küy sözləri; (28; 25-34) gir/giri/gub/gin (ayaq), ge (qayıtmaq), gi/gin (getmək), gu-b (dayanmaq), gu-b-a (dayanan), gi-n-a (gedən), gi-neda (getmək üçün), mune-gi-n (ora gəldi), maş-ga-na (dayanacaq), ra-ga-ba (sürücü), gin-gin (dəfələrlə getmək) sözlərinin kökü gi/gu/ge/ga ‘ayaq’ və ‘getmək’ mə’nasındadır; gi/gim/gimi (kimi - podobnıy) - kimi qoşması: gaba (köks - qrudğ) - g>k əvəzlənməsi ilə - köks; gabara (məcməyi, qab) - qab sözü; giş - ağac, gi-dri/gi-dru - ağac (odun), gi-lam/gi-lim (meyvə, bar) sözlərinin kökü gi - ‘ağac’; ı, ıgaç - qədim türk dillərində bitki, hər cür ağac (10; 216); gal - qalmaq, mövcud olmaq’ və ‘böyük’ mə’nalarında; qədim türk dilində kal - ‘qalmaq’; kal - ‘qoca’;
hul (sevinc, şadlıq) - gül (gülmək); (35; 5-24) huş (hirsli, qəzəbli) - ş - s keçidi və sonor səs artımı ilə hirs sözü;
xul/hul (dağıtmaq) - qul-dur; xaş (yançaq, budlar) - qasıq; (35; 5-24)
işi (toz, tozcuq) - işi/iş (ən kiçik atom); (23; 195-204) izi (od, atəş) - isti; ir (getmək) - ir ‘çatmaq’, ‘yetmək’; i (hörmət saxlamaq, həvəsləndirmək, şöhrətləndirmək) - inan/yınan/ınan sözlərinin kökü i; i/ia (yağ, yağlı maddə) - yağ; ig/eg (qapı-pəncərə üçün cəftə) - iy (içlik, cəftə); irik (qətran, aromat) - eri/iri ‘ərimək’, ‘qaynamaq’, ‘məhlul halına düşmək’; i/a (yad etmək, matəm saxlamaq) - ağı/yiği/ıy/|ig (ağlamaq, hönkürmək, matəm); (35; 5-24) (28; 25-34) in-im (söz) - ün (ümumtürk); ni-is-kum -erkək, törədici eşşək birləşməsində is hissəsi s>ş əvəzlənməsi ilə eşşək sözünün kökü; igi - i saitinin düşümü və i>ö əvəzlənməsi ilə gö-z sözü; (əlavə bax: 35; 22);
kar (oğurlamaq) - qar-malamaq: kar - qədim türklərdə əlin bir hissəsi, qarış sözü; kunkal (quyruqlu qoç) - konkal ‘maral balası’ (tofalar) (kon - quyruq, kali - qalın) - ‘qalın quyruq’; kur (dağ) - kur/qur ‘qurmaq’; kir (torpaq) - kir; (23; 195-204) kad (bağlamaq, bərkitmək) - qat-ı-l-maq; kal (böyük) - kal ‘qoca’ (qədim türk); kaş (qaçmaq) - kaç/qaç; kur (parlamaq, alov saçmaq) - gur-uldamaq; kun (quyruq) - kuyruk/kudruk/quyruq; kuş (bədənin dərisi) - kas ‘dəri’ (qədim türk); (35; 5-24) kı (torpaq) - türkcə: kır ‘torpaq’; Azərb. toz-torpaq, çirk mə’nasında kir sözü (28; 25-34) kiri (bağ - sad) - xır ‘əkin yeri’, ‘bağ’, ‘bostan’; (ümumtürk - 37; 731-732); ki-na/gi-na (doğru, düzgün) - kenə (məsləhətləşmək, düzgün qərara gəlmək) (10; 298); kap-tipa/gab-diba (hasar, sürahi) - ka/ga hissəsində qapı sözü; kuru/gu-ru (böyük qab) - u>a keçidi ilə qa-b; kuza/kusa - kürsü sözü; ka-ra/ga-ra-an (tənək, meynə, söyüd kolu, çubuq) - qa-nad sözü; kalag-a (güclü) - k>g dəyişməsi ilə güc sözü; kalam (ölkə, şəhər) - qala sözü; ka-e (qapı yanında, qapıya tərəf), ga-ba-ra (qab), ig (qapı), kid/gid (açmaq), kisal (mə’bəd qapısı) sözlərinin kökü ka/ga/ig/ki keçidləri ilə qapı (örtən, ayıran, qapayan) mə’nasındadır; qab, qapı sözləri bir kökdəndir; ki(r) - yer, şəhər; ka - kim; sözün k əsasında kto və kim sözləri vardır;
gin (getmək) - gel/gil/qel ‘gəl’; gu (səs) - kü (səs-küy); gulşe (sevinclə, şən) - kuliş/gülüş; guştuka (dinləyən) - eştuqan/estuqan/estiqen ‘dinləyən’, ‘eşidən’; geştuk (qulaq) - eştuk ‘dinləyən’; gud (öküz) - ud ‘öküz’ (qədim türk); gaş (quş) - quş/kus/kuş ‘quş’; giş (ağac) - eqiş ‘ağac’; gug (qara, tünd, ölüm) - uygug/küyük ‘his’, ‘tünd’, ‘qüssə’, ‘kədər’; (23; 195-204) gan (doğmaq, dünyaya gətirmək) - kan ‘ata’, kandaş ‘ataları bir’; gal (yerləşmək, mövcud olmaq) - qalmaq; gar (qarışdırmaq) - qarışmaq; gum (qum, çınqıl) - qum; gur (fırlamaq, çevirmək) - qurşaq; gaz (öldürmək, məhv etmək, korlamaq) - ol kızık kızadı ‘o, qızı korladı’; (35; 5-24)
lu (adam) - u-lu ‘əcdad’, ‘qədim adam’ (ümumtürk); lib/rib (üstün, artıq) - lap ədatı; lu-gal (hərfən: adam böyük - böyük adam) - qal ‘qəl-bi’ sözü; lu(m)/hu(m) (bol) - kök «l» samitidir - obilğnıy, bol sözləri.
mah (hündür, dikdir) - baku ‘təpəciklər topası’ (qədim türk); mi (qadın bədən üzvü) - məmə; (35; 5-24) ma-da (ölkə, məhsuldar düz, səhra) - Azərbaycanda e.ə. I minillikdə Mada dövləti, ölkəsi; me (mən) - mə-n sözü; me-de - bi-z; me-ze - si-z; anene, enene -onlar; sözlərinin əsasında əvəzliklərin b>m, z>s keçidi ilə (me, ze, ane-ene) təki durur. me (olmaq - bıtğ) - m >b keçid ilə bol(maq) - ol(maq);
ni(g) (şey) -nə sözü;(28; 25-34) nig-şu (mülk, əmlak (imuşestvo), hərfən - əl şeyləri - əmlak;
pu (bulaq) - bu-laq; pag (bağ, bağlamaq) - ba ‘bağlamaq’ (qədim türk); pag (demək, oxumaq, danışmaq) - bağırmaq (qədim türk); (35; 5-24) ru/ra/rah (vurmaq, çalmaq) - ur(maq)/vur(maq) sözü;
ru (qurmaq) - uru ‘qurmaq’, ‘tikmək’; (23; 195-204)
sa (sap, damar) - sap, sap-laq; su (saqqal) - sukal/sakkal; sa (bildirmək, ağzından qaçırmaq) - sa ‘söz’, ‘xəbər’ (qədim türk); saq (baş, yuxarı, təpə) - saka ‘dağətəyi’ (qədim türk); sal-la (geniş, enli) - sallaq; sal (nəhəng, enli) - sal daş; (35; 5-24) sub/şub (uzanmaq) - suba - cağatay dilində: ‘uzadılmış’ (38; 787); sata (çılpaq dağ) - səth sözü; sar/şar (dairə) - şar sözü; sikil (təmiz) - silik ‘təmiz’ (qədim türk);

şi/zi (həyat, can, ruh) - şi/yi/ci/zi (insan bildirən şəkilçi); şuba/sipa (çoban) - şupan/çaban/çoban; şu (əl) - uş/us/uuş/uus/ovuc ‘ovuc’; şab (orta) - şab/ar/saba/çabar ‘orta’ (uyğur); şaq (orta, əvvəlki) - şak/sak ‘çap’, ‘iki böl’, ‘şaqqala’; (23; 195-204) şal (ciddi cəzalandırmaq) - şallaq; şaq (ürək, iç) - şaqqa; (35; 5-24) şu - əl; əl göstərmək üçün həmişə əldən istifadə edildiyinə görə sonralar söz bu/şu əvəzliyinə çevrilmişdir;(28; 25-34) şah/sah (sevinc) - şaq-qıldamaq; (38; 934) şembe (ətir, ətirli maddə) - şəbui ‘ətirli bitki’,’qərənfil’, ‘mixək’ (osm.dili) (38; 1018); şa(g) (ürək, orta) - ş > y keçidi ilə yürək sözü; şum (sarımsaq) - şu >sa keçidi ilə sa-rıssaq;


taq (taxmaq) - taq/tax/tak ‘tax’, ‘birləşdir’; tu (doğmaq) - tuu/tuğu/tubu/turu ‘ doğmaq’; tum (tumlamaq) - tuma ‘doğulmaq’, ‘nəsil vermək’; tir/til/ti (həyat) - tirik, tiri, diri; tir/til/ti (ox) - tirik ‘silah’ (saqayca); tibira (misgər) - tebir/teber/dəbir/tobor/dəmir ‘dəmir’; (əsl mə’nası «döyülə bilən əşya» olduğu üçün şumer dilindəki zabar (tunc) sözü də eyni kökdəndir); tuş/şuş (düşmək) - tuş/düş/tüs ‘düşmək’; (23; 195-204) te/tek (dəymək, toxunmaq) - dəy-mək; ten (sakitləşmək, rahatlaşmaq) - dinc; tir (ağac) - tir; teş-ti (cinsi orqan) - dişi, dəlik, deşik; tar (sındırmaq) - dar-madağın; tuş (olmaq, yerləşmək) - tüşün (dayanacaq yeri); tur (balaca, oğul) - torun ‘nəvə’; dim (şalban, tağ) - tin ‘düz’; tuğ (tutmaq, malik olmaq) - tuğ ‘yolun kəsilməsi’, ‘uçqun’; tur (xəstə) - turuğ ‘zəif’; til-la (yaşamaq) - tir ‘yaşamaq’ (qədim türk). (35; 5-24) tigir (çay adı; çuvaşcada tenqir) - dəniz; tuş (oturmaq) - düş sözü; ti (həyat) - dirilik sözünün kökü;(28; 25-34) tag (dəymək, toxunmaq) - dəy(mək) fe’li);
u (on) - un/on; ugu/ug (nəsil) - üğüş/üğ ‘nəsil’, ‘ailə’, ‘ana’; ug-ken (yığıncaq) - gen-es/gen-eş- ‘şura’, ‘gənəşmək’, ‘yığıncaq’; urug (qala, şəhər) - uruq ‘şəhər’, ‘şəhər əhalisi’, ‘tayfa’; udu (qoç, günəş tanrısı, müqəddəs) - uduk/ıduk ‘müqəddəs’ (qədim türk); uzug/uzu/uz (suda üzən quş) - yüzük ‘suda üzən’ (qədim türk); uzuk (uzun, uca) - uzun, uzaq; ud (günəş, gün) - üt/ud ‘günorta’, ‘vaxt’; ud (od) - ut/ud/od ‘od’; udun (ocaq) - utun/udun/odun ‘odun’; (23; 195-204) uzu, azu (gələcəyi söyləyən, gələcəkdən xəbər verən) - KDQ-da ozan ‘nəğməkar’, ‘müdrik’, ‘gələcəyi görən şəxs’; ud -(vaxt, gün) - ud ‘zaman’, ‘vaxt’ (qədim türk); ub (sahə, məntəqə, yaşayış yeri) - oba ‘yaşayış yeri’, ‘kənd’; uş (ağıl, idrak) - uk/ok ‘anlamaq’, ‘başa düşmək’, ‘eşitmək’, ‘mahiyyətə varmaq’; uş (rüşeym, uşaq, əcdad) - uşaq; urgu (qəzəb, acıq) - uri ‘mübahisə’, ‘hay-küy’; uzu (ət, bədən) - öz ‘can’, ‘bədən’ mə’nasında; unu (yanaq) - ön ‘irəli’, ‘üz tərəf’ (qədim türk); ur (ağ ciyər) - ür ‘üfürmək’, ‘nəfəs vermək’; ur (artmaq, kürüləmək, qohumluq) - uruq/uruğ ‘nəsil’, ‘tayfa’, ‘qəbilə’, ‘övlad’; ur (bədənin dizə qədər olan hissəsi) - orta/urta ‘orta’; uş (izləmək, arxasınca gedib çatmaq, qovmaq) - oz/uz ‘qabaqlamaq’, ‘ötüb-keçmək’ (qədim türk); ul (vurmaq, döymək, yaralamaq) - öl, ölüş ‘sui-qəsd’, ‘ölmək’; ugu/ugun (övlad, uşaq, doğmaq) - oq ‘oğul’, ‘nəsil’, ‘övlad’; uru (böyümək) - ürümək ‘artmaq’; ug (ölmək, məhv olmaq, arası kəsilmək) - uğ ‘saralmaq’, ‘solmaq’, ‘ölmək’, ‘yoxa çıxmaq’; ug/ung/uku (xalq, camaat, tayfa) - uk ‘tayfa’, ‘cins’, ‘nəsil’; utu (günəş allahı) - ut/od ‘od’; uma (arzu, istək) - um ‘ümid’; uru (şəhər) - ordu (kaganın yaşadığı şəhər); uru (dairə, çevrə) - ora/oro/oru ‘sarımaq’; ur (dam, taxtapuş, çardaq) - or/ur ‘üst’, ‘yuxarı hissə’; (36; 5-24) uru (icma) - türk dillərində ‘nəsil’ mə’nasında işlənən uruq sözü; uru (şəhər) - qur sözü; uğ/ük (tayfa) - ‘doğma’ mə’nasında eg/üg sözünün kökü ögey; uqken (camaat, tayfa yığını) - ug ‘tayfa’ + ken ‘kənd’, ‘dairə’; ud (gün; görünür, azərbaycanca «gün» sözünün «günəş» sözü ilə əlaqəsi kimidir; yə’ni günəşə utu, günə də ud/ut deyiblər); ud (od, odlu göy cismi, Günəş) - qədim türk. öd ‘vaxt’, qədim uyğur üt ‘zaman’ və s.;(əlavə bax: 35; 6) ugu (təpə, zirvə) -hündür yer mə’nasında qə-lbi sözü; udu (qoyun) - ud qədim türk. ‘inək’ (10; 605); M.Kaşğaridə: ud yılı ‘inək ili’ (39; 346). Ola bilər bu söz şumercədə ‘ev heyvanı’ mə’nasında da işlənib, lakin «qoyun» kimi tərcümə edilib. Çünki şumer dilində kungal - ‘iri quyruqlu qoyun’ sözü də var. uzu/uzu(g) (qaz) - uzuq - qus - qaz (metateza ilə); u(hu) - on (10); uşu (uş-u) - üç on (30);
üş (üç) - üş/üç/üs - üç; (23; 195-204)
zag (tərəf, böyür) - jak/zak ‘tərəf’, ‘yan’, ‘böyür’; zag-gin (yaxınlaşmaq) - jakın/yakın/za kin/yaxın ‘yaxın’; (23; 195-204) zik (hücum etmək, mühasirə etmək) - sıx-maq; (35; 5-24) zi (sağ tərəf); z>s keçidi ilə: sa-ğ; ze/zu - sən (z >s keçidi ilə sə-n sözü);
Türk alimi Osman Nədim Tuna şumer və türk dillərinin tarixi əlaqəsinə həsr etdiyi əsərində 170-ə qədər şumer sözünün türk leksikası ilə müqayisəsini vermiş və linqvistik prinsiplər əsasında şumer-türk leksik uyğunluqlarını üzə çıxarmışdır. O.Tuna səs əvəzlənməsi prinsipi əsasında belə bir qənaətə gəlmişdir ki, qərbi və şərqi türk dillərinin ünsürləri şumer dilində əks olunmuşdur. Məsələn, şumer dilində «g» fonemi türk dillərində «y» foneminə uyğun gəlir və ya düşmüş olur: şum. garim (çay, çay vadisi) - türk. arik ‘çay’, ‘arx’; şum. qaz (əzmək) - türk. əz ‘əzmək’; şum. gid (uzaqlaşdırmaq, sıxışdırmaq) - türk. id ‘göndərmək’, it ‘itmək’; şum. gig (xəstə olmaq) -türk. iq ‘xəstəlik’; şum. qiş (ağac, meşə) - türk. yiş ‘ağac’, ‘meşə’, ‘dağ’; şum. gişig (qapı) - türk.eşik ‘qapı’; şum. gud (öküz) - türk. ud ‘öküz’, ‘buğa’; şum. gur (kəsmək, ayırmaq) - türk. üz ‘üzmək’, ‘qoparmaq’ və s. Tuna müqayisə prosesində d-y, m-k, n-y, s-y, l-ş, r-z kimi uyğunluqlar müəyyənləşdirmişdir. Müəllif bu nəticəyə gəlmişdir ki, e.ə.IV minillikdə türklər artıq şərq və qərb qollarına ayrılmışdı və həmin dövrdə onlar Ön Asiyada idilər. (2; 84-85)
Biz Tunanın bu nəticələrini əsasən doğru hesab edirik. Lakin qeyd etdiyi səs fərqlənmələri qərbi və şərqi türk dillərinin fərqi deyil, keçən minilliklər ərzində qədim şumer dili ilə müasir türk dilləri arasında yaranmış fərqlərdir. Müəllifin qeyd etdiyi səsdüşümü və ya səs əvəzlənməsi (g - y əvəzlənməsi və ya «g» səsinin düşümü) müasir Azərbaycan dilində də özünü göstərir, lakin Azərbaycan dili şumerlə münasibətdə nə qərbi, nə də şərqi türk dillərindəndir, əksinə, bilavasitə şumerin varisi və yurddaşıdır. Digər səs keçidlərini də, yəqin ki, bu cür izah etmək olar.
Heç şübhəsiz, şumer mətnləri düzgün oxunmuş olsa idi, türkcə anlaşılmayan çox nadir sözə rast gəlmək olardı. Onlar da ya substrat əlaməti, ya da alınma olardı. Şumer mətnlərinin necə izah olunduğunu göstərmək üçün təkcə bir sözün - ki-sikil sözünün izahına diqqət yetirək.
Sikil sözü şumercə ‘təmiz’ deməkdir; qədim türkcədəki silik - ‘təmiz’ sözü ilə müqayisə olunmuşdur. Lakin, məsələn, ama-sikil ‘qoca qadın’ (ama - ana, sikil - təmiz) (23; 195) - birləşməsində izah dəyişdi. Əgər söz düzgün izah olunmuşsa, ama-sikil - ‘təmiz qadın’ olmalı idi.
Şumer dilində Kİ-SİKİL sözü çoxişlənən mürəkkəb sözlərdəndir. İ.M.Dyakonov bu sözü vurğusu birinci hecaya düşən mürəkkəb sözlər sırasında vermiş və mə’nasını «çistoe mesto», «devuşka» şəklində izah etmişdir. (9; 53) Təkcə bu sözü diqqətlə araşdırdıqda aydın olur ki, mixi yazıları oxuyanlar - görkəmli şumerşünaslar çox zaman sözün mə’nasını cümlənin ümumi məzmunu əsasında müəyyənləşdirmişlər. Çox maraqlıdır: «təmiz yer» birləşməsinin ifadə etdiyi mə’na ilə «qız» sözünün nə əlaqəsi ola bilər? Əlbəttə, insanın ibtidai, ilkin dünyagörüşünü, bəsit təfəkkürünü düşündükdə əlaqə mümkündür: «təmiz yer» - toxunulmamış, bakirə mə’nasında düşünülə bilər. Bu mə’nanı «ki-sikil» sözündə necə müəyyən etmişlər? Adi məntiqlə: ki - ‘yer’ deməkdir; indi dilimizdə işlətdiyimiz kir (çirk, pas, torpaq) sözü də buradandır və k - y keçidi ilə yer sözü də buradandır; sikil sözü isə şumercə ‘təmiz’ deməkdir. Mətn imkan verib ki, ‘təmiz yer’ sözləri ‘bakirə’mə’nasını ifadə etsin. ‘Qız’ sözü də bu əsasda düşünülüb, ‘bakirə’ - qız olar.
Bizim fikrimizcə, sözün bu cür izahı uydurmadır. Söz düzgün mə’nalandırılmışdır, həqiqətən mə’nası ‘bakirə’ deməkdir, lakin ki və sikil sözləri əsasında izah düz deyil. Samitlər düzgün müəyyənləşdirilib, hətta oğuz tələffüzünə görə vurğunun birinci hecaya düşməsi də düz müəyyən edilib, lakin söz mürəkkəb söz kimi doğru bölünməyib və başlıcası, sait səslər düzgün təsəvvür edilməyib. Sözün tələffüz şəklini dəqiqləşdirmək üçün XIII əsrin abidəsi olan «Dastani-Əhməd Hərami» poeması bizə fakt verir. Dastanda iki dəfə QIZOĞLANLAR sözü işlənmişdir (Bu sözə kızoğul şəklində türk dillərinin qədim yazılı abidələrində də rast gəlmək olur). (42; 65):

Dəxi aldı qızoğlanlar xəlayiq,


Huri sanar görən bunları bayıq. (40; 28)
Yedi dəxi qızoğlanlar ay üzlü,
Dişi inci kibi, gül şəhd sözlü. (40; 31)

Mə’lumdur ki, bu sözlərdəki -an cəm şəkilçisidir. Sözün əsası ‘qızoğul’dur. Şumerdə ki-sikil sözü ‘bakirə’, ‘qız’ mə’nasında işləndiyi kimi, məsnəvidə də qızoğul ‘bakirə’, ‘qız’ mə’nasındadır. Əsərin ilk naşiri T.Onay sözü ‘kızoğlan’ şəklində vermiş və ‘bakirə’, ‘düşize’ (Hersoq qızı, varlı qızı) mə’nasında izah etmişdir. (40; 108) Abidələrin dilində də ‘kızoğul’ eyni mə’nadadır.

Sözlərin samitlər sisteminə diqqət yetirək:

K i - S i K i L K ı Z o Ğ u L

Ümumən, dünya dillərində «S» və «Z» samitləri dilönü samitlər kimi daim bir-birini əvəz etməkdədir. «K(a)», «Q», «Ğ» samitləri də yaxın məxrəcli olmaqla partlayan samitdən sürtünən-novlu samitə doğru inkişaf yolu keçmişdir və bunlardan sonrakıların əvvəlkiləri əvəz etməsində qeyri-real heç bir şey yoxdur. Belə olduqda, ‘qızoğul’ (daha qədim abidədəki ‘kızoğul’) sözünün saitlərini ki-sikil sözünə köçürək:

K ı S o K u L



Bu elə bizim həmin ‘qızoğul’ sözüdür. Aydın olur ki, sözün tələffüz forması təhrif edilmişdir, eyni zamanda, mə’nası düzgün izah edilsə də, söz, yanlış olaraq, tamamilə başqa söz köklərində axtarılmış, mürəkkəb söz onu əmələ gətirən komponentlərə düzgün ayrılmamışdır. (42; XII-XIV) Söz ki-sikil şəklində deyil, kız-ogul şəklində formalaşmışdır.
Şumer sözlərinin fonetik xüsusiyyətlərini nəzərdən keçirdikdə aydın olur ki, mətnlərin oxunma vəziyyətinə əsasən sözlər anlautda daha çox a, b, d, e, g, i, k, q, ş, u səsləri ilə başlanır. Bunların içərisində t və u səsləri daha fəaldır. Bu ötəri araşdırmalarda r samiti ilə başlayan cəmi bir sözə rast gəldik ki, o da əslində səsdüşümü ilə anlautda qalmışdır: ru (qurmaq) - uru ‘qurmaq’, ‘tikmək’; j, ğ, ı, ö, f səsləri ilə başlayan söz yoxdur, x, h səsləri isə çox az işlənmişdir.
Qapalı saitlərin sonralar açıq saitlərə keçməsi hadisəsi daha çox müşahidə olunur; u>a keçidi: du (takje) - da, də (ədat, bağlayıcı); kuru/gu-ru (böyük qab) - qa-b sözü; i > a keçidi: lib/rib (üstün, artıq) - lap ədatı; e>ə əvəzlənməsi: en (yüksək, hakim, kahin) - ən ədatı, u>o əvəzlənməsi: ud (gün, vaxt) - ud ‘od’, ‘odlu göy cismi’, ‘gün’ (Günəş) İkihecalı sözlərdə ilk saitin düşümü və qapalı saitin açıq saitə çevrilməsi: igi - i saitinin düşümü və i>ə əvəzlənməsi ilə gö-z sözü; ugu - təpə, zirvə; hündür yer mə’nasında qəlbi sözü. Hətta yarımqapalı saitlərin də açıq saitlərə keçmə halları geniş müşahidə olunur: me - mə-n; ze/zu - sə-n.
Qapalı kök (ilkin) saitdən qapalı dodaqlanan saitə keçid - i>ü əvəzlənməsi: in-im - ün (səs); u>ü əvəzlənməsi: du - dü-zəltmək.
Şumerdən başlayaraq artıq «türk dili» adlanan dillərə gəldikcə aşağıdakı samit keçidləri də müşahidə olunur: z>s əvəzlənməsi: zi - sağ (tərəf); g > k keçidi: gi/gim/gimi - kimi (podobnıy) qoşması; ga-ba - kö-ks (qrudğ); r>l keçidi: dur (bala törədici eşşək) - döl; ş>s əvəzlənməsi: şu (əl) - uş, us, uus, ovuc (ümumtürk); (23; 196) k>q əvəzlənməsi: kalam (ölkə, şəhər) - qala sözü; ka - qa-pı; ş>y keçidi: şa(g) (ürək) - orta, yürək (müqayisə üçün: türk dillərində sən, ingilis dilində you, rus dilində tı - s-y-t keçdi).
Səsdüşüm
ü: ni(g) - şey (veşğ); şey mə’nasında işlənən ‘nə’ sözü; du(g) - ‘de-mək’; hələ şumer dilində düşdüyü, sabit şəkildə işlənmədiyi üçün g səsi mütəxəssislər tərəfindən mö’tərizədə verilmişdir.
Metateza: uzu/uzu(g) - qaz; ‘uzuq’ - ‘qus’ - ‘qaz’;
Dil faktları belə bir təəssürat yaradır ki, ulu dildən protodillərə keçid dövründə sözlər daha geniş mə’naya malik olmuşdur, indi insana aid olan bir sıra sözlər qədimdə başqa canlı və cansız varlıqlara da aid olmuş, sonralar tədricən protodillərin yaratdığı dil ailələrində müxtəlif istiqamətlərdə konkretləşmə yolu ilə inkişaf etmişdir. Məsələn, aba sözü şumercə ‘atalar’ deməkdir. Kalmıkcada aba - ‘ata’, Azərbaycan şivələrində aba - ‘ana’ deməkdir. Həmin sözün şumercədə cəmdə olması, türk dillərində isə həm «ata», həm də «ana» mə’nası verməsi göstərir ki, bu söz, ümumiyyətlə, ‘valideyn’ mə’nasında işlənmişdir. Şumer dilində ‘inək’ mə’nasında ab sözü də vardır. Heç şübhəsiz, bu söz insanın ana insanla ana heyvanı eyni cür adlandırdığı daha ibtidai dövrlərin yadigarıdır. Yaxud, məsələn, kap-tipa/gab-diba - hasar, sürahi deməkdir; lakin indi artıq hasara ‘gab’ deyilmir. Sözün mə’nası daralmışdır.
İ.M.Dyakonovun və başqa alimlərin işlətdiyi sözlərin yalnız kiçik bir qrupunu türk dilləri ilə müqayisə etmək hələlik çətindir. Lakin bu sözlərdə də türk dil quruluşu aydın görünməkdədir: dugud - ağır; sig - kərpic; eşer/eser - asfalt; idim/idin - ağır; alam/alan - heykəl; lilim/limlim - quldur; numun - ailə; iti(d) - ay (mesəü); libiş - qəszəb, ürək; mar - bel (lopata, motıqa); tum - gətirmək (prinositğ); da - paz (klin); lil - hava (vozdux); gazı/kası - qorçişnik bitkisi; sag - baş; na-kad - baş çoban; dam - ər (supruqa); ma - qayıq; izid - un; nam-mah - böyüklük; nam - tale; babbar - ağ; siki - qoyun yunu; na(d) - uzanmaq; zid - xoş, doğru; nun - böyük; ri - üstünlük və s. Bu sözlərin də bir qismini etimoloji cəhətdən araşdırmaq mümkündür. ‘Un’ mə’nasında izid sözü ü - i və z - y əvəzlənməsi ilə üy-üd - ‘üyüdülmüş şey’ mə’nasındadır; nam-mah (böyüklük) sözü m - b keçidi ilə ma-‘bö-yük’ sözünün köküdür; ma-r sözü b - m və r - l keçidi ilə ‘bel’ sözüdür; sa-g sözündə sa-ç - ‘baş tükü’ sözünün kökü vardır; da (paz) sözündə ‘de-şən’ və ya d-y keçidi ilə ‘ya-ran’ sözü vardır. Türk dillərindəki hava sözü ərəbcədən alınmadır; görünür, lil sözünü ərəb dili sıxışdırmışdır. Türkcəsi çətin müəyyənləşən sözlərin bir qismi, ola bilər ki, yerli dillərin qalıqlarıdır. Dil faktları türkdilli şumerlər içərisində başqa tayfaların da olduğunu hiss etdirir. dam - ‘ər’ (supruqa), na(d) - ‘uzanmaq’ sözlərini slavyan dil elementləri kimi ayırmaq olar.

Tarixçilər yazırlar ki, qədim mənbələrdə e.ə.III minilliyə aid bir neçə yüz allah adı qeyd olunmuşdur. Allahların yaranması barədə şumerlərin təsəvvürü aşağıdakı kimi idi.


İlk əvvəl bütün dünya suya qərq olmuşdu. Okean sularının dərinliyində bütün varlığın «böyük anası» sayılan ilahə Nammu yaşayırdı. Nammunun bətnindən yarımkürə şəklində dağ qalxmışdı. Dağın başında «böyük ata» allah An, dənizdə - yastıvarı lövhə üzərində ilahə Ki yaşayırmış. Onlar bir-birinə bitişik imiş. Onların nikahından allah Enlil (Ellil) doğulur. Onların yenə çoxlu uşaqları olur. Uşaqlardan yeddisi allahların şurasını təşkil etməklə bütün dünyanı idarə edirmişlər. Enlil başçı və ağsaqqal imiş. Onun yaxın köməkçilərindən Nusku odu və istini, Enki su və müdrikliyi təmsil edirmiş. Səma allahı An, Enlil və Enki allahların ali üçlüyünü təşkil edirmiş. Qalan allahlar Annunak və İgigi adlanırmışlar (birincilər yer üzünün, ikincilər göylərin ruhları imişlər).
Enlil daha qüdrətli allah sayılırdı. O, allahların atası, göyün və yerin, bütün dünyanın hökmdarı adlanırdı. Uşaqlar çoxalırdı və məkan darlıq edirdi. Bir gün Enlil mis bıçaqla göy qübbəsinin qırağını kəsir, An zarıya-zarıya göyə qalxır və Kidən aralanır, dünyanın əzəmətli qalaydan yarımkürə örtüyü havadan asılı qalır.
Digər başlıca Şumer allah adları bunlardır:
Nanna (Nannar) - ay allahı;
İnanna - məhsuldarlıq və məhəbbəti ilahəsi;
Ninhursaq (Ninmah, Nintu) - yer səthi, məhəbbət və məhsuldarlıq ilahəsi;(meşəli dağ xanımı - mə’nasında, Nanna, İnanna adlarında olduğu kimi, Ninmah (Ninhursaq, Nintu) adında da nənə sözü vardır: nin - nənə, mah - böyük - ‘böyük xanım’.
Dumuzi (Tövratda Tammuz) - Nannanın əri - çoban allah;
Nergal - yeraltı dünyanın allahı;
Ereşkigal - yeraltı dünyanın ilahə hökmdarı (Nerqalın arvadı);
Ninurta - cənub küləyi və müharibə allahı;
Martu - köçərilər allahı və s .
Akkadlar və digər sami tayfaları Şumer dini ilə bağlı bir çox şeyləri mənimsəməli olmuşlar.
Enlil Yeri və Göyü yaratdıqdan sonra Nippur şəhərini inşa etmiş və allahları ora toplamışdır. Yoxsul yaşayan allahlar gildən ilahi Laharı və Aşnanı yaradırlar. Lahar qoyun-quzu ilə, Aşnan əkin-biçinlə məşğul imiş. Enki gildən kişi və qadın da yaradır. Lakin onlara əbədi həyat vermir. Onlar qurbanlar kəsməli və allahların qulluğunda durmalı idilər.
Akkad-Babil rəvayətlərində həm adlarda, həm də rəvayətlərin özlərində fərqli cəhətlər var. Babil rəvayətinə görə, Enlil gördüyü işləri Marduk görür. O, Tiamatı ikiyə bölməklə Yeri və Göyü yaradır.
Beləliklə, Şumerlərdə An, Ea, Enlil, Ki, Nusku, Enki, Utu, Ninni, İnanna, Nerqal, Dumuzi, Ereşkiqal, Huma, Zuən, Şar və b. allah adları mə’lumdur. Sonralar bunların çoxu şəxs adları kimi işlənmişdir. Lullubi, kuti, kassit şəxs adları bir çox hallarda şumer şəxs adları ilə bağlanır. Şumer dilində ‘allah’ mə’nasında şar, akkad dilində eyni mə’nada şarru sözü və akkad dilində ‘çar’ mə’nasında sar sözü bir kökdəndir. Bu sözlərin akkad dilinə şumerdən və ya əksinə daxil olduğunu iddia etmək çətindir. Zuən və sin sözləri də eyni sözlərdir və yalnız tələffüzünə görə fərqlənir. Bunlar o dövr üçün o qədər də uzaq olmayan təcrid olunmanın əlamətləridir. Tədricən I minilliyə doğru allah adları da fərdiləşir, dillərin də fərqi çoxalır.
Q.Qeybullayev yazır: «Manna və Midiya teofor şəxs adlarının müəyyən hissəsinin Şumer dili əsasında izah olunması göstərir ki, Cənubi Azərbaycan ərazisində yaşayan qədim tayfalara şumerlərin böyük mədəni tə’siri olmuşdur». (41;49) Qədim Azərbaycan tayfalarına şumerlərin mədəni tə’siri ola bilər. Lakin teofor adların bir çoxunun şumer dili əsasında izahı mədəni tə’sirlə yox, varisliklə - onların (sular, lullular, turukkilər, kutilər və şumerlərin) bir kökdən yaranması, qohum tayfalar olması ilə izah oluna bilər. Q.Qeybullayevin qeyd etdiyi: «Cənubi Azərbaycan ərazisində kutilərin, lullubilərin, kassitlərin (kasların), daha sonra mannaların və madayların şəxs adlarının mə’nalarını üzə çıxarmaq çox çətindir. Bunun bir neçə səbəbi vardır. Əvvələn, bu etnoslarda şəxs adlarının bir qrupunun kökləri qədim şumerlərlə bağlıdır. Şumerlərin şəxs adları isə semit mənşəli akkad adları ilə qarışmışdır. İkincisi, şumer və akkad mənşəli şəxs adları əsasən teofor adlar idi; yə’ni qəbilə allahlarının adları şəxs adlarının bir komponentini təşkil edirdi» (41; 50) sözlərində həqiqətlə yanaşı, mübahisəli cəhətlər də vardır. Kuti, lullubi, kassit şəxs adlarının şumerə gedib çıxması obyektiv və doğrudur, lakin şumerlə əlaqələndiyi üçün izahının çətinliyi düz deyil. Bu, mixi yazıların necə tələffüz olunduğunu düzgün müəyyənləşdirməyin çətinliyi ilə bağlı izah oluna bilər.
Şumer dili e.ə. II minilliyin ortalarından müasir türk dil quruluşunu almaq istiqamətində daha sür’ətlə dəyişməyə başlayır. İ.T.Kaneva göstərir ki, şumer mətnləri iki dialektdə yazılmışlır: eme-gir adlanan birinci əsas dialektdə (müəllif bunu qısa şəkildə EG adlandırır) daha çox rəsmi sənədlər və ədəbi mətnlər qalmışdır: ikinci dialekt eme-sal adlanır və sonrakı mətnlərdə qalmışdır (müəllif bunu qısa şəkildə ES adlandırmış, «təhrif edilmiş dil», «zərif, yaxud quşsəsli insan dili» kimi izah etmişdir). ES bütöv ərazi dialektinin normal xüsusiyyətlərini əhatə etsə də, müəyyən fonetik, leksik və qrammatik xüsusiyyətləri ilə EG-dən fərqlənir. «Qeyd edim ki, ES dialektində yazılmış mətnlər II minillikdən və başlıca olaraq e.ə. I minillikdən mə’lumdur; görünür, əvvəlllər ES-in fonetik xüsusiyyətləri şumer yazılarında verilməmişdir... Lakin spesifik «emesal» tələffüzünü yazıya almağa başlayanda (rebus və ya hecayi işarələrlə) bu işi ardıcıl etməmişlər, bir neçə sətrin hecayi şəkildə ES-də yazılması oxucu üçün bütün mətni «emesalda» davam etdirmək üçün siqnal olmuşdur. (8; 15) Təəssüf ki, bütün bunlar hələ də öz tədqiqatçılarını gözləyir.
Hiss olunur ki, ikinci dialekt şumer dilində yaranan yenilikləri əhatə etmişdir. Gümanımıza görə, bu dialekt şumer-türk kök birliyini daha əsaslı şəkildə üzə çıxara bilər. Yeni dialekt keyfiyyətlərinin əmələ gəlməsi ətraflı öyrənilərsə, daha əsaslı şəkildə sübut oluna bilər ki, bir sıra tədqiqatçılar şumerlərin dili barədə yanlış düşünmüşlər. Bunlar onu da göstərir ki, şumerlərin böyük bir qismi öz dillərini saxlamaqla axıra qədər akkadlarla birlikdə yaşamışlar.Və indiki Kərkük, Ərbil vilayətlərində yaşayan türklər onların varisləridir. Canlı dil, dilin canlı daşıyıcıları olmadan şivə xüsusiyyətləri yarana bilməzdi.
Biz protodillərin Ön Asiyada parçalandığını, ilkin miqrasiyaların buradan başladığını, şumerlərin qədim Azərbaycan ərazilərindən İkiçayarasına endiyini və akkadlarla toqquşmadan sonra bir qisminin geri qayıtdıqlarını, Şumer - Aratta əlaqələrini, şumer dilinin fonetik, leksik, morfoloji və sintaktik quruluşunu qısa şəkildə nəzərdən keçirdik və bütün bunlarda şumer-protoazərbaycan-türk birliyini gördük. Qalan mühakimə və mülahizələri oxucuların öz öhdəsinə buraxırıq.

 

 



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin