Litosferin və geoloji MÜHİTİn monitoriNGİ



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix09.05.2022
ölçüsü1,78 Mb.
#56939
  1   2   3   4   5   6   7
LİTOSFERİN VƏ GEOLOJİ MÜHİTİN MONİTORİNGİ (копия) (копия) (копия) (копия).pptx



LİTOSFERİN VƏ GEOLOJİ MÜHİTİN 

MONİTORİNGİ.


Litosfer Yerin ən səthi qabığıdır. Planetin hamısını

əhatə edən və bitkilərin və bir çox heyvan növünün

olduğu qatı bir təbəqədir.

Adı Yunan dilindən gəlir. Litos daş və ya daş mənasını verən; sphaíra və ya 



sahə demekdir.-Yerin üst bərk qatı.Litosfer, hidrosfer, atmosfer və biosfer ilə

birlikdə dörd yer altı alt sistemdən biri olan geosferin bir hissəsidir.




Litosferə Yer qabığı və ondan Moxoroviçiç sərhədi ilə ayrılan üst

mantiyanın üstdəki bərk hissəsi daxil edilir. Litosferin qalınlığı

qeyri-müəyyəndir,  ehtimal ki, 50-200 km arasında dəyişir.

Yer qabığı — Yerin bərk cisminin



səth təbəqələri kompleksidir. 

"Qabıq" ifadəsi XIX əsrdən

qalmışdır. O zaman Pyer Simon 

Laplasın kosmoqonik və Eduard 

Züssün geoloji fərziyyələrinə

əsasən belə hesab olunurdu ki, Yer

qızmar maddədən əmələ gəlmişdir. 

O, soyuyan zaman səthində bərk

qabıq yaranmışdır.

Materiklərin və okeanların altında



yerləşən Yer qabığı həm

quruluşuna, həm də qalınlığına

görə fərqlənirlər: Ona görə də

materik və okean tipli Yer qabığını

fərqləndirmək qəbul olunmuşdur.



Bəşəriyyət yer qabığı ilə min il qabaq

əlaqəyə girmişdir. Arxeoloq və

tarixçilərə məlumdur ki, hələ neolit

dövründə əcdadlarımız faydalı

mineralları, dağ süxurlarını, külçələri

yer səthindən yığmaqla

kifayətlənməmiş,

onları yerin alt qatlarından da 

çıxarmışlar. Neolitdə, tunc və daş

dövrlərində yerin alt qatlarında silisium, 

mis,dəmir filizi və duz çıxarılmışdır. 

Onların yerində lağım, süni quyular və

yeraltı yollar aşkar edilmişdir. İnsan

200 nəsillərinin bütün bu fəaliyyətləri 

yer qabığına real təsir göstərə

bilməmişdir. Min illər keçdikdən sonra 

insanın yer qabığına təsiri qlobal miqyas 

almışdır.




Hazırda bəşəriyyət yerin dərinliklərindən səthinə 10 milyon kubmetrlərlə dağ 

süxurları çıxarır. İnsan Yer qabığının həyatına aktiv qarışır, onun fəaliyyəti 

qlobal geoloji faktora çevrilir. Yerin səthinə və təkinə ən çox dağ

–mədən sənayesi, xüsusən faydalı qazıntıların açıq üsulla çıxarılması təsir 

göstərir.

Bu zaman yerin səthinin yatması müşahidə olunur, çoxlu təsərrüfat sahələri 

sıradan çıxır, ətraf mühit müxtəlif toksikantlarla çirklənir. Texnogen relyef 

formaları – çalalar, çuxurlar, oyuqlar, təpələr, karxanalar, töküntülər, 

terrigenlər və s. əmələ gəlir. 



İlk dəfə faydalı qazıntılar çıxarılması

ilə əlaqədar səthin çökməsi köhnə

İngiltərədə müşahidə edilmişdir. Orta

Çeşirdə yerin altından duzun

çıxarılmasına eramızdan əvvəl

başlanmışdır, XVII əsrin sonundan isə

70-110 m dərinlikdən yeraltı üsulla

duzun iri istehsalına başlandı. Duz

istehsal olunan ərazidə səthin ilk dəfə

çökməsi (batması) 1880, sonralar isə

1893 və 1912-ci ildə baş verdi. Bunun

nəticəsində diametri 3 km-ə yaxın

ərazidə yerdeformasiyaya uğradı, 

oranı su basaraq istifadə üçün yararsız

hala düşdü. Burada torpağın üstündəki

su boruları parçalandı, kanallar və

dəmiryolu kommunikasiyası dağıldı, 

evlər zədələndi. 

Uzun illər Parisdə evlər və

kilsələrin tikilməsi üçün şəhərin

altından əhəng çıxarılmışdır. Əgər

XVII əsrin sonunda şəhər

küçələrinin altından daş istehsalı

dayandırılmasaydı şübhəsiz Paris 

şəhəri «batıb» dağılmışdı. 




İnsanın aktiv fəaliyyəti (karxanalar, şaxtalar, yeraltı anbarlar, mülki və

hidrotexniki obyektlər, zibilxanalarvə s.) litosferdə əsasən üst bir neçə 10 

metrlikdə aparılır, lakin tək-tək xüsusi dərin karxanalar, şaxtalar və quyular

da mövcuddur.

Dünyada mis istehsal olunan ən dərin karxana ABŞ-da 

Yuta ştatında Binqem Kenyondadır. Karxananın dərinliyi

774m, sahəsi 7,2 km2karxanadan çıxarılan qruntun

kütləsi 3,4 mlrd. ton təşkil edir. Rusiyada Uralda Korkin

kəsiyində karxananın dərinliyi 520 metrdir. 

Daş kömür, dəmir və digər metalların külçələri, tikinti

materialları və digər faydalı qazıntıların karxanaları

bütün kontinentlərdə yayılmışdır. Bütün dünyada

litosferin üst qatından il ərzində 1 000 milyard tondan

çox mineral xammal çıxarılır və emal olunur. Ağır

sənayenin 90% -ə qədərini təmin edən 400 növə yaxın

faydalı qazıntılar çıxarılır. 




Yer qabığının yatması bir çox iri

şəhərlərin altında da baş verir. 

Binaların və qurğuların altında

qrunt bərkiyir

və səthi çökür. Müasir şəhərlərdə

tikinti yükü o qədər böyükdür ki, 

ayrı-ayrı binalar altında baş verən

çökmələr


bir-birilə birləşir. Məsələn, 

Moskvada 15 il ərzində qruntun

çökməsi 8 mm təşkil edir. 

Yaponiyanın Tokio və

Osaka şəhərləri son illərdə yeraltı

suların nasosla çəkilməsi və

yumşaq süxurların sıxılması

nəticəsində 4 mm

çökmüşdü.




Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin