L naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə1/6
tarix14.04.2020
ölçüsü0,84 Mb.
#30848
  1   2   3   4   5   6
Abdullayev-P-nhan-Rafik-o-lu


 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 



AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 

BEYNƏLXALQ MAGİSTRATURA VƏ DOKTORANTURA MƏRKƏZİ 

 

Əlyazması hüququnda 

 

 



 Abdullayev Pünhan Rafik oğlu   

 

 

 

(MAGİSTRANTIN A.S.A) 



 

 

“İdarəetmə prosesinin informasiya təminatı” mövzusunda 



 

MAGİSTR DİSSERTASİYASI 

 

 

 

İxtisasın şifri və adı   -  060407    Menecment 

 

 

İxtisaslaşma         -        Menecment                         

 

 

 

 

Elmi rəhbər: 

 

 

 

 

 

Magistr proqramının rəhbəri: 

 

 

 

 

 

 

_i.e.n., dos. M.H. Məmmədov  

 

          i.e.d., prof. Həsənov H.S  

 

 

 

 

Kafedra müdiri     

 

 

prof. K. A. Şahbazov  



 

 

BAKI - 2018

 

 



 

MÜNDƏRİCAT 



 

GİRİŞ………………………………………………………………………………3 

FƏSİL I. İDARƏETMƏ PROSESİNİN İNFORMASİYA TƏMİNATININ 

NƏZƏRİ-METODOLOJİ ƏSASLARI 

1.1.  İdarəetmənin informasiya təminatının mahiyyəti və 

məzmunu………………………………………………………………6 

1.2.  İdarəetmə prosesinin informasiya təminatının formalaşmasının 

metodoloji əsasları…………………………………………..………..16 

 

FƏSİL II. İDARƏETMƏ PROSESİNİN İNFORMASİYA TƏMİNATININ 



MÜASİR VƏZİYYƏTİNİN TƏHLİLİ 

2.1. İdarəetmə prosesində informasiya sistemlərinin müasir vəziyyətinin 

təhlili…………………………………………………………….….….24 

2.2. İdarəetmə prosesində informasiyanın təşkili və istifadəsi 

xüsusiyyətləri……………………………………………………….….32 

2.3. İdarəetmə prosesinin informasiya köməkçi sistemlərin yaradılması və 

istifadəsinin müasir vəziyyətinin qiymətləndirilməsi………………….43 

 

III FƏSİL. İdarəetmə prosesinin informasiya təminatının təkmilləşdirilməsinin 



başlıca istiqamətləri 

3.1. İdarəetmə prosesinin informasiya təminatı planın və texnologiyasının 

işlənməsi……………………………………………………………….52 

3.2. İdarəetmə prosesində yeni informasiya texnologiyalarından istifadə 

istiqamətləri……………………………………………………………59 

 

 


 



 



GİRİŞ 

 

Mövzunun  aktuallığı.  Sivil  ölkələrin  inkişaf  tarixi  göstərir  ki,  iqtisadiyyatın 



sürətli  vüsət  alması  ilə  istehsalın  keyfiyyətcə  dəyişməsi  bir  sıra  yeni  elmi  və 

praktiki vəzifələr formalaşdırır. Bu proseslərin həyata keçirilməsi üçün texniki və 

texnoloji  sistemlərin  yaradılması,  kompüter  texnikalarının,  kibernetik  və  riyazi 

modelləşdirmə  metodlarının  tətbiqi  ön  plana  çəkilir.  Ölkəmizin  müasir  inkişaf 

mərhələsi  idarəetmənin  bütün  sahələrində  nəticəsi  səmərəli  olan  qərarların  qəbul 

edilməsi  üçün  informasiyaların  operativliyi,  tamlığı  və  düzgünlüyü  tələblərinin 

kəskin qoyuluşu ilə səciyyələnir.  

Azərbaycan  beynəlxalq  informasiya  sisteminə  qovuşduqca  bir  çox  vahid 

şəkilə  salınma  məsələləri  bir  qədər  də  aktual  olur.  Onun  informasiya  bazarına 

nüfuz etməsi intellektual mülkiyyət olunmaqla onun icra effektivliyini çoxaltmaq 

bəşəriyyətin  qabaqcıl  təşkilatlarının  ölkəmizdə  işləmələri  və  digər  innovativ 

texnologiyalarının  üstünlüklərindən  istifadə  cəhətindən  hədəf  mərkəzində 

durmalıdır. 

Lakin hazırda informasiya texnologiyalarının inkişaf səviyyəsi özünün bir sıra 

çatışmazlıqları ilə xarakterizə olunur. 

Dünyanın  inkişaf  etmiş  ölkələrinin  iş  təcrübəsi  sübut  etmişdir  ki,  yaradılan 

səmərəli  informasiya  texnologiyaları  və  onların  tətbiqi  mürəkkəb  sosial-iqtisadi 

proseslərin  idarə  edilməsinin  açarıdır  və  daha  önəmli,  məzmunlu  idarəetmə 

qərarlarının qəbul edilməsi və həyata keçirilməsinə təminat yaradır. 

Bütün  bunlar  tədqiqat  mövzusunun  seçilməsini  şərtləndirmiş  və  aktuallığını 

ön plana çəkmişdir. 

Tədqiqatın  məqsədi  və  vəzifələri.  Tədqiqatın  məqsədi  Azərbaycanın  sənaye 

müəssisələrinin 

idarə 


edilməsi 

sistemində 

informasiya-kommunikasiya 

texnologiyalarının və sistemlərinin tətbiqinin mövcud vəziyyətini tədqiq edib orada 



 

informasiya  təminatının  səmərəli  təşkili  üzrə  tövsiyələrin  işlənib  hazırlanmasını 



nəzərdə tutulmalıdır. 

Qarşıya  qoyulan  məqsədə  çatmaq  üçün  bir  sıra  kompleks  məsələlərin  həlli 

məqsədəuyğun sayılmışdır: 

-  ölkəmizin  və  məşhur  dünya  alimlərinin  bu  problemə  aid  tədqiqatlarının 

mənimsənilib  ümumiləşdirilməsi  yolu  ilə  sənaye  müəssisələrinin  idarə  edilməsi 

sistemində informasiya təminatının təşkilinin nəzəri-metodoloji məsələlərini tədqiq 

etmək; 

-  informasiya  texnologiyası  bazasının  formalaşması  xüsusiyyətlərini  açıq-



lamaq; 

-  Azərbaycanın  neft-qazçıxarma  sənaye  müəssisələrinin  informasiya  tə-

minatının yaranmış situasiyanın təhlil olunub qiymətləndirilməsi; 

-  tədqiq  edilən  sənayedə  mütərəqqi  informasiya  sistemlərinin  yaradılması  və 

texnologiyalarının  tətbiqinin  başlıca  istiqamətlərini  müəyyən  edərək  kompleks 

tədbirlər hazırlamaq. 

Tədqiqat  obyektini  ölkəmizdə  fəaliyyət  göstərən  idarə  və  təşkilatları  təşkil 

edir. 


Tədqiqatın  nəzəri  və  metodoloji  əsaslarını  Azərbaycan  Respublikasının 

Qanunları, Mərkəzi İcra Hakimiyyətinin müvafiq sənədləri, Dövlət Neft Şirkətinin 

və İqtisadiyyat, Nəqliyyat, rabitə və yüksək texnologiyalar Nazirlikliklərinin Əmr 

və  Sərəncamları,  mövzu  ilə  əlaqədar  olan  müxtəlif  xarakterli  çoxlu  elmi  əsərləri 

təşkil edir. 

Tədqiqat işində təhlil, riyazi-iqtisadi modelləşdirmə, məntiqi ümumiləşdirmə, 

qrafik və analitik metodlardan istifadə edilmişdir. 

Tədqiqatın informasiya bazası. Dissertasiya işi yerinə yetirilərkən Azərbaycan 

Respublikası Dövlət Statistika Komitəsinin, Azərbaycan Respublikası Dövlət Neft 

Şirkətinin,  neftqazçıxarma,  qazıma  və  geoloji-kəşfiyyat  idarələrinin  dövri  və 

vaxtaşırı hesabat məlumatlarından, "Azərineftinformatika" Hesablama Mərkəzinin 

işləmələrindən, məlumat bazasından istifadə edilmişdir. 



 

Tədqiqatın elmi yeniliyi aşağıdakılardan ibarətdir: 



respublika  sənayesinin  idarə  edilməsi  sistemində  informasiya 

təminatının  təşkilinin  idarə  edilməsinin  texniki,  təşkilati-iqtisadi  aspektləri 

kompleks şəkildə ilk dəfədir ki tədqiq edilir; 

sənayedə  lokal  və  korporativ  şəkildə  avtomatlaşdırılmış  informasiya 



təminatı sistemləri işlənib hazırlanmış və təcrübədə geniş tətbiq edilmişdir

informasiya  böhranının  formalaşması  mexanizminin  sxemi,  sosial- 



iqtisadi köməkçi sistemlərdə təhlükəsizliyin strukturu, yeni iqtisadi şəraitdə dövlət 

informasiya sisteminin idarə edilməsinin informasiya məhsullarının qlobal və lokal 

sistemində  qarşılıqlı  hərəkətin  prinsipial  sxemləri,  sənaye  müəssisələrinin 

informasiya sistemlərinin mərhələlər üzrə inkişafının yolları təklif edilmişdir; 

informasiya  texnologiyası  bazasının  formalaşması  xüsusiyyətləri 



açıqlanmışdır.  

Sənaye  müəssisələrində  informasiya  texnologiyalarının  yaradılması  və 



istifadəsinin  təşkilati-iqtisadi  mexanizmi  və  informasiya  təminatı  üzrə  plan-

proqramın işlənib hazırlanmasının metodiki əsasları təklif edilmişdir. 

İsin  həcmi  və  strukturu.  Dissertasiya  işi  giriş,  üç  fəsil,  nəticə  və  ədəbiyyat 

siyahısından ibarətdir.  



 

 



FƏSİL I. İDARƏETMƏ PROSESİNİN İNFORMASİYA 

TƏMİNATININ NƏZƏRİ-METODOLOJİ ƏSASLARI 

 

1.1. İdarəetməniıı informasiya təminatının mahiyyəti və 

məzmunu 

 

Müasir  təşkilatlarda  menecer  təşkilatın  idarə  edilməsinin  dayağı,  rəhbərliyin 



simasında, innovasiya, yenilik, onun canıdır. Müasir təşkilatlarda ilkin məlumatlar 

və  innovasiyalar  hakimiyyətin  vacib  mənbələrindən  ən  mühümüdür. 

İnformasiyalarla  təşkilatın  təchizatı  çağdaş  innovativ  texniki  sistemləri  ilə  təmin 

edilmə səviyyəsi təşkilatlarda idarəetmənin səmərəliliyinə əsaslı təsir göstərir. 

İnformasiya  uyğun  predmet,  hadisə,  proses,  münasibətlər  və  s.  haqqında 

toplanmış  və  istifadə  olunmaq  üçün  yararlı  formada  sistemləşdirilmiş  müəyyən 

məlumatların,  verilənlərin,  faktların,  xüsusiyyətlərin  toplusundan  ibarət  olub, 

idarəetmənin  əsasını  təşkil  edir.  Elmi  kateqoriya  kimi  idarəetmə  proseslərində 

informasiyanı  bir  sıra  əlamətlərlə  (xüsusiyyətlərlə)  xarakterizə  etmək  olar:  nisbi 

sərbəstlik (müstəqillik); təkrar istifadə imkanının olması; informasiyanı ötürən və 

ya qəbul edən subyektdə qorunub saxlanılması; işlənilməyə, inteqrasiya olunmağa, 

təkrarlanan,  paralel  informasiyaların  çıxarılması  hesabına  həcminin  sıxılmasına 

yararlılığı; kompüterdə işlənilə bilməsi; sistemliliyi və s.  

İdarəetmə  sisteminin  informasiya  ilə  təchizinin  məqsədi  əldə  edilmiş  son 

rəqəm məlumatları əsasında istifadə edilmiş elə informasiyaya malik olmalıdır ki, 

onlar  idarəçilik  qərarlarının  hazırlanması  üçün  baza  ola  bilsin.  Belə  məqsədlərə 

çatmaq  üçün  aşağıdakı  bəzi  problemlərin  aradan  qaldırılmasını  tələb  edir:  ilkin 

məlumatın  yığılması,  qorunması,  müvafiq  hakimiyyət  orqanlarının  bölmələri  və 

orada  çalışan  əməkdaşlar  arasında  paylanması,  istifadə  etmək  məqsədi  ilə 

hazırlanması, onun işlənilməsi,  müvafiq idarəetmə strukturuna ötürülməsi, təhlili, 

informasiyanın  dövretmə  vaxtı  bilavasitə  və  əks  təsirlərinin  təmin  edilməsi  və 

digər məlumat potokunun hazırkı situasiyasında bu məsələlərin səmərəli həlli çox 



 

 



çətin  bir  iş  olub  vaxt,  güc,  vəsait  və  xüsusi  strukturların  (sistemlərin) 

yaradılmasını, ən yeni texnika və texnologiyaların tətbiq olunmasını tələb edir. 

Bu  gün  hamılıqla  etiraf  olunur  ki,  informasiya  ictimai  və  şəxsi  həyat 

fəaliyyətinin  təşkili  və  tənzimlənməsinin  ən  mühüm  vasitələrindən  biri,  əldə 

olunmuş  biliklərin  möhkəmləndirilməsi  və  yayılması  formalarından  biri, 

idarəetmənin  təsirli  aləti  və  onun  əsasıdır.  «İnformasiya  cəmiyyətinə»  doğru 

hərəkət istənilən problemlərin həllində informasiyanın rolunu daha da gücləndirir.  

Lakin «informasiya cəmiyyəti» həm də tamamilə yeni idarəetmə metodları və 

modellərinin tətbiq olunmasını tələb edir ki, bu ,da idarəetmə  fəaliyyətinin yalnız 

məzmununda  və  xarakterində  deyil,  həm  də  strukturunda  ciddi  dəyişikliklərə 

gətirib çıxarır. İnformasiya cəmiyyətin əsas resursuna, uyğun olaraq, informasiya 

təminatı  təşkilatın  və  cəmiyyətini  fəaliyyətinin  səmərəliliyinin  zəruri  şərti  kimi 

idarəetmə  fəaliyyətinin  tərkib  hissəsinə  çevrilir.  İnformasiya  resursları  (sənədlər, 

kitabxanalar, arxivlər, fondlar, verilənlər bankı və digər informasiya sistemlərində 

saxlanılan  sənədlər)  informasiya  sistemlərinin  əsasını  təşkil  edir.  İnformasiya 

resurslarının  hakimiyyət  orqanlarının  tələbatlarına  uyğunluğu  müasir  informasiya 

sistemlərinin səmərəliliyini əhəmiyyətli dərəcədə artırır.  

Əgər  informasiya  sistemlərinin  təyinatı  hakimiyyət  orqanlarına  və  vəzifəli 

şəxslərə  əsaslandırılmış  səmərəli  qərarlar  qəbul  etmək  üçün  informasiya 

verməkdən  ibarətdirsə,  onda  informasiya  resursları  idarəetmə  qərarlarının 

hazırlanması  və  qəbulu  üçün  lazım  olan  verilənləri  təqdim  edir  ki,  bunlarıda 

texnoloji  proseslərin  köməyi  ilə  lazımi  informasiyaya  çevrilir.  İnformasiya 

resursları  hər  bir  təşkilatın  qiymətli  sərvətidir  və  onların  miqdarı,  keyfiyyəti 

istifadə  səviyuyəsi  müasir  dövrdə  təşkilatın  inkişaf  səviyyəsini  və  onun  rəqabət 

mübarizəsindəki  statusunu  müəyyənləşdirən  əsas  amilə  çevrilir,  təşkilatın 

siyasətinə və mövqeyinə təsir göstərir. 

Hal-hazırda informasiya bu və ya digər təşkilatın, həmçinin yuxarı idarəetmə 

strukturlarının sosial, iqtisadi, təşkilati və texnoloji tərəqqisinin ən vacib mənbəyi 

kimi  özünü  göstərir.  İnformasiya  təchizatı  bu  və  ya  digər  təşkilat,  həmçinin 

idarəetmə  pillələrinin  fəaliyyəti  üçün  o  dərəcədə  mühüm  amilə  çevrilir  ki,  indi 



 

 



onların  məlumat  mənbəyi  olması  haqqında  mülahizə  yürütmək  lazım  gəlir. 

Mötəbər  informasiya  təchizatı  sisteminə  malik  olmamaq  təşkilatın  məqsədləri  və 

müəyyən  etdiyi  vəzifələri  ilə  uyğun  gəlməyən  təsadüfi,  əsası  olmayan  yanlış 

qərarların  qəbuluna  rəvac  verir.  Burada  heç  də  hər  şey  informasiyanın  natamam, 

etibarsız  və  ya  operativ  olmaması  ilə  bağlı  deyildir.  İnformasiyanın  pis  istifadə 

olunmasının  əsas  səbəblərindən  biri  ümumdövlət  səviyyəsində  real  informasiya 

təminatı  sisteminin  yaxşı  təşkil  olunmaması  ilə  bağlıdır.  Tədqiqatçıların  qeyd 

etdiyi kimi, informasiya ilə iş müasir rəhbərlərin vaxtının 50-90 faizini tutur. Lakin 

bu iş müasir təşkilatlarda bəzən sistemsiz və hətta idarəolunmaz xarakter daşıyır. 

Belə  ki,  dövlət  idarəetmə  orqanları  gün  ərzində  çox  böyük  həcmdə  müxtəlif 

informasiyaları alır, işləyir və göndərirlər. Çoxsaylı tədqiqatların nəticələri göstərir 

ki,  infomlasiya  ilə  dəqiq  iş  sisteminin  olmaması,  təşkilatın  fəaliyyətinin 

informasiya  təminatı  mexanizminin  olmaması  səbəbindən  təşkilata  daxil  olan 

informasiyanın 60%-ə qədəri istifadəsiz qalır. 

Beləliklə  informasiyanın  kəmiyyəti  ilə  keyfiyyəti  arasında  ziddiyyətlərin 

mövcudluğu  problemi  meydana  çıxır.  Bir  tərəfdən  daim  informasiya  bolluğu 

mövcud olur ki, bu informasiyaya nə baxmaq, nə mənimsəmək, nə də təhlil etmək 

mümkün deyildir. Digər tərəfdən isə yaxşı proqnozlar və ya idarəetmə qərarlarının 

variantlarını  hazırlamaq  üçün  zəruri  və  kifayət  edəcək  qədər  informasiya  həmişə 

çatışmır. Bu ziddiyyətin aradan qaldırılması təşkilatın fəaliyyətinin səmərəliliyinin 

yüksəldilməsi ilə bağlıdır. Təşkilatın bir sistem kimi səmərəli fəaliyyət göstərməsi 

üçün  informasiya  təminatı  idarəetmə  fəaliyyətinin  bütün  növlərinin  tərkib  hissəsi 

olmalı, idarəetmə qərarlarının qəbulunun əsasına çevrilməlidir.  

Bu  gün  informasiya  təminatının  idarəetmə  fəaliyyətinin  tərkibinə  daxil 

edilməsi  məsələsi  həmişəkindən  daha  çox  aktualdır.  İnformasiyalaşdırma 

şəraitində  idarəetmə  strukturlarının  hərəkətlərinin  effektivliyi  strateji  cəhətdən 

tədricən daha əhəmiyyətli idarəetmə sisteminin informasiya təchizatı ilə, həmçinin 

onun  idarəçilik  işlərinə  nə  dərəcədə  uyuşması  ilə  formalaşdırılır.  Təşkilatın 

məlumat  təchizatının  məqsədi  ancaq  informasiyanın  yığılması,  qorunması, 

işlənilməsi  və  müasirləşdirilməsindən  deyil,  həmçinin  informasiya  məkanlarının 



 

 



yaradılmasından, vacib və qaneedici informasiyanın götürülməsindən, onların axın 

xəttlərinin formalaşdırılmasından, qərarlar qəbulu üçün informasiyanın  zamanında 

çatdırılmasından,  informasiyanın  qorunmasından  ötrü  əlverişli  mühitin 

formalaşdırılması  olmalıdır  ki,  belə  olduqda  idarəetmənin  effektivliyinin 

artırılmasına yardımçı ola bilər. 

Mahiyyətinə  görə  əksər  idarəetmə  sistemləri  işçilərinin  həyat  dövranının 

müxtəlif  cəhətlərinin  başa  düşülməsi  və  dəyişdirilməsilə  əlaqədar  olan  sosial 

məlumatların  tapılması,  qeydiyyatı,  araşdırtılması,  dəyərləndirilməsi  və  müxtəlif 

ünvanlara  çatdırılmasıdır.  Ancaq  ən  mühümü  budur  ki,  idarəçilikdə  bütün 

informasiyadan  deyil,  yalnız  rəhbəredici  təsirlərin  göstərilməsi,  və  həyata 

keçirilməsi  üçün  lazımi  məlumatlardan  yararlanırlar.  İdarəetmə  sistemində 

hərəkətdə  olan  informasiya  son  dərəcədə  fərqli  olaraq  özünəməxsus  xarakterə  və 

fərqli xüsusiyyətlərə malik olur.  

Hətta  ali  idarəetmə  səviyyəsi  üçün  nəzərdə  tutulan  yeni  termin  də 

firmalaşfdırılmışdı. Bu  beynəlxalq  iqtisadi,  ictimai-siyasi,  ətraf  mühiti,  ölkədə  və 

cəmiyyətdə  həyata  keçirilən  müxtəlif  situasiyaların  izahını  göstərir.  İnformasiya 

müstəqil  dəyərə  malik  olub  normativ  sənədlərin,  idarəetmə  qərarları  və 

hərəkətlərinin  əsası  kimi  çıxış  edir.  Bu  informasiya  özünəməxsus  fəaliyyət  və 

inkişaf  qanunauyğunluqlarına,  təşkilatın  siyasətinə  qabaqlayıcı  təsir  imkanlarına 

malik  olub  inzibati-siyasi  qərarların,  müxtəlif  sosial  qrupların  və  ayrı-ayrı 

vətəndaşların  davranışının  bu  və  ya  digər  variantının  seçilməsinin  səbəbləri  kimi 

çıxış edir. Bu informasiyaya idarəetmə informasiyası da deyilir. 

İdarəçilikdə istifadə olunan məlumatlar sosial informasiyanın müəyyən tərkib 

elementi  olub  idarəetmə  sistemlərində  qarşılıqlı  əks-əlaqənin  yaradılması  və 

reallaşdırılmasmda  icra  edilmək  üçün  faydalılığı  nöqteyi-nəzərdən  bütün 

informasiya  məkanından  əldə  edilmiş  informasiyadır.  Belə  faktlar  idarəetmə 

strukturlarının  informasiyaya  olan  ehtiyaclarını,  işçilərin  məqsəd  və  arzularını, 

davranış  və  hərəkətlərinin  təşkili  və  idarə  edilməsinin  konkret  qaydalarını  və 

vasitələrinin  məcmusunu  özündə  ehtiva  edir.  İdarəetmənin  rasionallığı  və 

effektivliyi  birbaşa  idarəetmə  prosesində  istifadə  edilən  informasiyasının  nə 



 

 

10 



dərəcədə  dəqiq  və  obyektiv  olmasından  asılı  olur.  Bu  baxımdan  idarəçilik 

informasiyası minimum aşağıdakıları özündə birləşdirməlidir: 

1.  İşçilərin sosial və şəxsi firavanlığında təşkilatın oynadığı rol və mövqeyə 

müvafiq olaraq hər bir idarəetmə orqanının funksiya və səlahiyyətlərinə görə təşkil 

olunmalıdır.  Yeri  gəlmişkən  qeyd  edək  ki,  idarəetmə  orqanları  sistemində  baş 

verən  funksional  və  struktur  dəyişiklikləri  onları  informasiya  təminatındakı 

dəyişikliklərin meylini müəyyənləşdirir, belə ki, struktur dəyişiklikləri informasiya 

axınlarının  istiqamətinin  dəyişməsinə,  funksional  dəyişikliklər  isə  daxil  olan 

informasiyada keyfiyyət dəyişikliklərinin baş verməsinə səbəb olur; 

2. 


İdarəetmə  sistemlərində  icbari  qaydada  yerinə  yetirilməli  olan 

qanunların,  digər  sənədlərin  xüsusiyyətlərinə  və  ierarxiyasına  görə  (İdarəçilik 

başlıca  olaraq  qanunların  yerinə  yetirilməsini  hədəfdə  saxladığına  görə,  burada 

hüquqi prosedurların vəziyyəti barədə məlumat tələb olunur) yaradılmalıdır; 

3. 

Müxtəlif 



idarəetmə 

strukturlarının 

idarəçilik 

hərəkətlərini 

konkretləşdirən,  spesifik  hüquq  davranışların  tiplərini  formalaşdıran  idarəçilik 

subbyektlərinin xarakterlərini, formalarını, məntiqi olmasını əhatə etməlidir.  

İdarəçilikdə istifadə olunan idarəetmə informasiyasının aşağıdakı mənbələrini 

göstərmək olar: 

a)  Dövlət  strukturlarına  və  rəhbər  işçilərə  müvafiq  idarəçilik  qərarlarını 

vermək,  yaxud  da  müəyyən  vaxtda  və  sahədə  idarəçilik  təsirlərini  icra  etmək 

(qanunların  və  başqa  sənədlərin  icrası  üçün  göstəriş  və  sərəncamlar)  hüquqüları 

verən tənzimləyici və başqa sənədlər;  

b)  İnsanların  öz  hüquqlarını  və  şəxsi  maraqlarını  təmin  etmək  və  həyata 

keçirmək  (insanların  hüquq  və  sərbəstliklərinin  müdafiəsi)  üçün  müvafiq  dövlət 

strukturlarına xahişləri;  

c)  İdarəetmənin obyektivliyinə təminat verən  və aşağı idarəetmə səviyyələri 

tərəfindən  yerinə  yetirilməsi  gözlənilən  yuxarı  idarəetmə  səviyyəsi  rəhbərlərinin 

direktivləri, yəni direktiv məlumatlar; 



 

 

11 



d)  Nəzarəti  həyata  keçirərkən  məlum  olan  və  idarəetmə  obyektlərinin 

durumunu,  idarəçilik  elementlərinin  təsir  səviyyəsini  xarakterizə  edən  dəlillər, 

davranışlar; 

e)  İdarəçilik  strukturlarının  və  səlahiyyətli  şəxslərin  fəal  və  çevik  işə 

qarışmasını  tələb  edən  mürəkkəb,  ziddiyətli,  ekstremal  və  başqa  anlaşılmaz 

situasiyalar (sosial situasiyaların kritik vəziyyətləri barədə operativ məlumatlar). 

Sonuncu  mənbələr  uyğun  idarəetmə  təsirlərinin  alqoritminin  qabaqcadan 

müəyyənləşdirilməsini  nəzərdə  tutduğu  üçün  onlar  haqqında  bir  qədər  ətraflı 

məlumat  vermək  lazımdır.  Belə  vəziyyətlərin  təkrarlanmayan  olmasına 

baxmayaraq  onların  hər  biri  üçün  konkret  dövlət  orqanları  və  vəzifəli  şəxslər 

tərəfindən  sürətli  və  təsirli  davranış  modelləri  düşünülməli  və  hazırlıqlar 

görülməlidir. 

Problemli vəziyyət o zaman yaranır ki, idarəolunan obyektlərin və tabeçilikdə 

olan  idarəedici  komponentlərin  fəaliyyətində  verilmiş  parametlərdən  ciddi 

kənarlaşmalar  aşkar  olunur,  qarşıya  qoyulmuş  məqsədlərə  nail  oluna  biləcəyinə 

şübhələr  yaranır,  fəaliyyətin  məqsədlərində  və  parametrlərində  dəyişikliklərin 

aparılmasına  zərurət  meydana  çıxır.  İnformasiya  baxımından  problemli  vəziyyət 

ilkin, faktiki materiallara əsaslanmalıdır, çünki informasiyanın işlənməsinin hər bir 

səviyyəsində  bu  informasiya  dəyişdirilmiş,  şərh  edilmiş  olur  ki,  nəticədə  qərar 

qəbulu  anında  həmin  informasiya  həqiqətdə  olduğundan  fərqli  kimi  başa  düşülə 

bilər. Bu isə öz növbəsində problemin həllinin gecikdirilməsinə səbəb ola bilər. 

Münaqişəli  vəziyyətlərdə  idarəetmə  və  digər  münasibətlərin  iştirakçıları 

arasında  onların  özləri  tərəfindən  həll  oluna  bilməyən  ziddiyyətlər  yaranmış  olur 

ki,  bu  da  xüsusi  məlumatlann  əldə  olunmasını  və  bu  məqsədlə  xüsusi  forma  və 

metodlardan  istifadə  olunmasını  nəzərdə  tutur.  Belə  informasiya  münaqişənin 

səbəblərinin  aşkar  edilməsi,  təhlili  və  qiymətləndirilməsi  üçün  obyektiv 

yanaşmanı,  müstəqil  ekspert  rəylərini,  münaqişə  tərəflərinin  mövqelərinin  və 

fikirlərinin dəqiq bilinməsini, qüvvədə olan hüquqi normaların tətbiq olunmasının 

əsaslandırılmış olmasını təmin etməlidir. Münaqişəli vəziyyətlərin həlli zamanı ən 

vacib məsələ münaqişənin səbəblərinin aradan qaldırılması, onun pozitiv məcraya 



 

 

12 



yönəldilməsi, kompromislərin əldə olunması, münaqişənin aradan qaldırıldığına və 

gələcəkdə təkrarlanmayacağına zəmanətlərin yaradılmasından ibarətdir. 

Ekstremal  (fövqəladə)  vəziyyətlər  bir  qayda  olaraq  təbii  fəlakətlər,  qəzalar, 

kütləvi  ixtişaşlar,  mütəşəkkil  cinəyatkarlıq  hadisələri  nəticəsində  yaranır  və  bu 

zaman dövlət orqanları, vəzifəli şəxslər baş verən proseslərin yüksək dinamikliyi 

və informasiyanın məhdudluğu şəraitində fəaliyyət göstərməli olurlar. Bu halda da 

mümkün  olduqca  daha  çox  etibarlı  informasiya  əldə  etməyə  çalışmaq  lazımdır, 

çünki yalnız beləliklə daha dəqiq və vəziyyətə uyğun qərarlar qəbul etmək olar. 

İdarəetmə  informasiyasının  bütün  mənbələri  idarəetmə  üçün  mühüm 

əhəmiyyətə malikdir. Buna görə də uyğun səlahiyyətlərin reallaşdırılmasını təmin 

etmək  üçün  hər  bir  idarəetmə  orqanında  və  hər  bir  vəzifə  üzrə  yuxarıdan  aşağı, 

aşağıdan yuxan və üfüqi (koordinasiya) istiqamətdə hərəkət edən informasiyaların 

lazımi qaydada cəmləşdirilməsi məqsədəuyğundur. 

Bununla bərabər idarəçilik informasiyalarının hamısının hansı strukturlardan 

toplanmasından  və  daşıyıcısının  şəxsiyyətindən  asılı  olmayaraq,  onlar  aşağıdakı 

göstəriləcək müəyyən standartlara uyğun olmalıdır: 

a)  idarəçilikdə istifadə olunan informasiya  müasir olmalıdır. Bu o deməkdir 

ki,  toplanmış  informasiya  təzə  olmalı,  toplanması  və  ötürülməsinin  operativliyi, 

yeniliyi ilə fərqlənməli, günün vəzifələrinə uyğun olmalı və onların həllinə kömək 

etməlidir. Çox vaxt məhz aktuallıq informasiyanın imkanlarını müəyyənləşdirir; 

b)  İnformasiya  etibarlı  olmalıdır.  İnformasiyanın  etibarlılığı  onun  faktları, 

hadisələri  və  xüsusilə  də  onların  səbəbləri  və  qarşılıqlı  əlaqələrini  əhatə  və  əks 

etdirmək  bacarığı  ilə  müəyyənləşdirilir.  Belə  informasiyanın  əldə  olunması  çox 

mürəkkəb zehni və analitik proses olub mütəxəssislərin cəlb olunmasını və müasir 

elmi prosedurlardan və texnologiyalardan istifadə olunmasını tələb edir; 

c)  İnformasiya kifayətedici olmalıdır. Bu o deməkdir ki, informasiya sistemli 

şəkildə  əlaqəli  olan  bir  sıra  məsələlər  üzrə  əldə  edilməli,  araşdırılan  prosesi, 

xüsusilə  onun  daxili  mənbələrini,  hərəkətverici  qüvvələrini  və  xarici 

determinantlarını dərindən və hərtərəfli açıqlamalı, bütövlükdə prosesi xarakterizə 


 

 

13 



etməli və bu prosesin mümkün ola biləcək yeni vəziyyətlərini proqnozlaşdırmağa 

və modelləşdirməyə imkan verməlidir. 

d)  İnformasiya  əlçatan  olmalıdır.  İnformasiyanın  əlçatanlığı  onun  açıqlığı, 

aşkarlığı  və  zəruri  həcmdə  operativ  qaydada  əldə  olunmaq  imkanının  olması  ilə 

bağlıdır. Çox vaxt informasiya mövcud olur, lakin qapalı olur və vəzifəli şəxslərin 

dar bir dairəsi tərəfindən istifadə olunur. Bu halda həmin informasiyanın faydalı iş 

əmsalı (faydalılığı) çox aşağı olur; 

e)  İnformasiya  oxunaqlı  (auteııtik)  olmalıdır.  Bu,  informasiyanın  mətn  və 

sözlə ifadəsinin insanlar üçün anlaşıqlı formada verilməsini, onların dil sahəsindəki 

təfəkkürünə uyğunluğunu nəzərdə tutur. İnformasiyanın müxtəlif xarici sözlərlə və 

dar  ixtisaslaşdırılmış,  az  istifadə  olunan  terminlərlə  doldurulması  onun  başa 

düşülməsini və praktiki istifadəsini çətinləşdirir. 

İdarəçilik  orqanlarında  istifadə  olunan  informasiyanı  fərqli  səbəblərə  və 

xüsusiyyətlər üzrə təsnifləşdirilə bilər. Misal üçün, informasiyanın qanuni və qeyri-

müəyyən, dövlət və yerli xarakterli əhəmiyyəti vertikal və horizontal, mahiyyətinə 

və konkret təyinatı üzrə, yarana biləcək ictimai nəticələri üzrə, əldə edilmə dərəcəsi 

üzrə,  vaxt  üzrə  (keçmiş  hadisələr,  faktiki  dövr  və  perspektiv  barədə  proqnozlar) 

formasında  təsnifləşdirilə  bilər.  İdarəetməsində  məlumatlara  onun  müasirliyi, 

etibarlılığı,  çevikliyi,  yetərliyi  və  müvafiq  qərarların  verilməsində  münasibliyi 

baxımından da fərqləndirilə bilər. 

İdarəetmə  prosesində  idarəetmə  subyekt  və  idarəetmə  obyekti  köməkçi  

sistemləri  arasında,  bunların  daxili  elementləri  arasında  müntəzəm  informasiya 

axınları  baş  verir.  Məhz  buna  görə  də  bu  məlumatlar  idarəetmə  obyekti  barədə 

məlumatlara və idarəçilik subyektinin idarəetmə obyektinə adekvat təsiri ilə bağlı 

olan  məlumatlara,  başqa  cür  ifadə  etsək,  administrativ  komandalarından  təşkil 

olunan məlumatlara bölünür. 

Təşkilatda idarəetmə sisteminə daxilolma xüsusiyyətinə və mənbələrinə görə 

də məlumatlar təsnifləşdirilir. Daxilolma xüsusiyyətinə görə məlumatlar sistemləş-

dirilmiş  (yuxarə  orqanlar  tərəfindən  rəsmiləşdirilmiş,  statistik  hesabat,  mahiyyət 

qabaqcadan  bəlli  olan  məlumatlar)  və  sistemləşdirilməmiş  (qəfil  dəyişikliklər  və 



 

 

14 



hadisələrlə  bağlı  yaranan  təsadüfi  və  epizodik)  məlumatlardan  ibarət  ola  bilər. 

İnformasiyalar  giriş  mənbələri  üzrə  məlumat  (idarələrə,  təşkilatlar  üçün  nəzərdə 

tutulan  direktiv,  rəsmiləşdirilmiş  və  digər  hüquqi  məlumatlar),  innovativ  və  

iqtisadi  məlumatlar  (texniki-iqtisadi  analiz  və  planlaşdırma  vasitələri  və 

informasiyaları,  maliyyə,  məvacib,  statistik  və  hesabat  məlumat  tipləri  və  s.), 

habelə  xəbər  (idarəetmə  prosesi  ərzində  yaranan  cari  və  ilkin)  məlumatlardır. 

Məlumat informasiyası müvəqqəti-stabil, xəbər və yeniləşən xarakterli olur. 

İnformasiyalar  öyrənilərkən,  təhlil  edilərkən,  habelə  onlardan  idarəçilik 

qərarları üçün istifadə olunarkən bütün informasiya əlaqələri və axınları nəzərdən 

keçirilir.  Burada  həmçinin  şifahi,  yazılı,  qrafik  və  s.  informasiya  qeydiyyat 

formaları da nəzərə almır. 

İnformasiyanın  tərkibinə  informasiya  mənbələri,  idarəetmə  vəzifələri, 

metodları, funksiyaları, mərhələləri, səviyyəsi və iş üslubu təsir göstərir. İdarəçilik 

informasiyalarını məhz bu baxımdan da müəyyən təsnifata ayırmaq olar. Məsələn, 

yaranma  mənbəyi  üzrə  məlumatlar  direktiv  (yuxarı  idarəetmə  səviyyələrinin 

əmrləri, sərəncamları), plan (idarəetmə-təsərrüfat fəaliyyətini səciyyələndirən cari, 

operativ  və  perspektiv  planlar),  hesabat  (idarələrin,  müəssisələrin  fəaliyyətini 

xarakterizə edən hesabat sənədləri), normativ (material, əmək, maliyyə ehtiyatları 

və  s. üzrə  müvafiq sənədlər);  sorğu  (tarif  şəbəkələri,  maaşları,  nəqliyyat  tarifləri, 

məhsulların  topdansatış  tarifləri  və  s.),  innovativ  (yeni  idarəetmə  metodları, 

mütərəqqi  texnologiya  və  s.  barəsində),  hesabat  (istehsal  fəaliyyəti  barədə  uçot, 

statistik,  həmçinin  cari  məlumatlar),  nəzarət  formalarında  olur.  İnformasiyanı 

operativ, cari və perspektiv informasiyalar kimi də fərqləndirmək olar. 

İnformasiyaların  təsnifatı  yalnız  bunlarla  məhdudlaşmır.  Belə  ki,  informa-

siyalar  icra  olunan  funksiyalar  üzrə  innovativ,  istehsal,  texniki,  iqtisadi,  sosial, 

təşkilati  informasiyalara  ayrılır.  İnformasiyalar  resursların  növlərinə  görə  kadr 

(işçilərin sayı, tərkibi), material, texniki (əsas fondların durumu barədə) və maddi 

vəsaitlər  haqqındakı  informasiyalarından  təşkil  olunur.  İnformasiyalar  idarəetmə; 

səviyyə sinə görə (aşağı və yuxan səviyyələrdəki rəhbər orqanlar) istifadə olunan 

məlumatlara  ayrılır.  Həmçinin  fəaliyyət  göstərmə  müddətinə  (daimi,  şərti, 



 

 

15 



dəyişən),  meydana  gəlmə  yerinə  (xarici,  daxili,  ilkin,  törəmə),  informasiyaların 

verilməsi  vasitələrinə  (teleqram,  telefonoqram,  teletayp,  diktofon,  elektron  poçt, 

şəxsi  söhbət,  telefon),  informasiya  daşıyıcılarına  (sənədlər;  bloklar,  maqnit  lenti, 

maqnit diski), informasiyaların dövri olaraq (saatlıq, növbəlik, gündəlik, ongünlük, 

aylıq,  rüblük,  illik)  daxil  olmasına  görə  də  informasiyalar  bir-birindən  fərqlənir. 

İnformasiyaların belə təsnifatı müəyyən dərəcədə şərti xarakter daşısa da, onların 

obyektiv  əsaslan  vardır  və  bu  da  informasiya  sistemlərinin  təşkili  ilə  bilavasitə 

əlaqədardır. 



 

 

16 



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin