L naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə6/6
tarix14.04.2020
ölçüsü0,84 Mb.
#30848
1   2   3   4   5   6
Abdullayev-P-nhan-Rafik-o-lu


NƏTİCƏ 

1.  Çağdaş dövrümüzdə müvafiq təşkilatların effektli hərəkətlərini onu zəruri 

məlumatlarla  təchiz  etmədən  təsəvvür  edilə  bilməz.  Məlumatla  təchiz  etmək 

dedikdə, birinci olaraq önə çəkilənlər aşağıdakılardır: 

-  Uyğun  idarəçilik  və  innovasiya  fəaliyyətinin  mərhələlərlə  icra  edilməsi 

üçün  məlumatların  toplanması,  işlənməsi  və  onun  ehtiyacı  olanlara 

çatdırılması işinin idarə edilməsi

-  Məluçatların  vahid  şəkildə  siyahıya  alınması  və  kodlaşdırılması  üçün 

uyğun texniki vasitə və vasitələrin toplusu. Həmin şərtlərə əməl olunması 

isə  öz  növbəsində  təşkilatda,  sahədə  horizontal  və  vertikal  istiqamətdə 

hərəkət  edən  uyğun  məlumatlandırma  xidmətinin  təşkil  edilməsini 

nəzərdə  tutur.  Sonda  müvafiq  təşkilatların  informasiya  potensialının 

formalaşması zərurəti yaranır. 

2.  İdarəetmə  prosesinin  informasiya  təminatında  işində  informasiyaya 

nəzarət,  yəni  idarəetmə  qərarlarında  əksini  tapmış  maraqların,  sorğuların, 

tələblərin,  vəzifələrin  həyata  keçirilməsinə  nəzarət  xüsusi  yer  tutur.  Bura 

informasiyanın  mənsubiyyətinə  və  təyinatına  görə  hərəkətinə  nəzarət, 

informasiyanın  sosial  təcrübəyə  (konkret  hərəkətlərə,  fəaliyyətə,  dəyişikliklərə) 

çevrilməsinə  nəzarət,  hesabat  informasiyasının  direktiv  informasiyaya 

uyğunluğuna nəzarət kimi müxtəlif istiqamətləri aid etmək olar. Təşkilat rəhbərləri, 

onların  xüsusi  nəzarət  şöbələri  informasiyaya  daim  nəzarət  etməli,  ötürücünün, 

qəbuledicinin,  informasiya  kanallarının  sazlığına  diqqət  yetirməlidir.  Bu  zaman 

informasiya axınlarında əks-əlaqəyə xüsusi diqqət yetirilməlidir. 

3.  İdarəçilikdə informasiyanın təşkili prosesinə texniki-texnoloji yeniliklərin 

tətbiqi  kompleks  xarakterli  olub  informasiya,  təşkilati,  hüquqi,  sosial-psixoloji, 

kadr,  texniki,  məntiqi-semantik  və  bir  çox  digər  amillərin  eyni  vaxtda  və 

razılaşdırılmış  şəkildə  istifadə  olunması  ilə  bağlıdır.  Bütün  bunlar  kompleks 

yanaşmanın  tətbiq  olunması  ilə,  həm  informasiya  ilə  iş  sisteminin,  həm  də 

idarəetmənin  funksional  və  təşkilati  strukturunun,  idarəetmə  münasibətlərinin 


 

 

74 



xarakteri  və  quruluşunun,  bir  sıra  digər  idarəetmə  hadisələrinin  keyfiyyətcə 

dəyişdirilməsini tələb edir. 

4.  İnformasiya  təminatına  proqnozlaşdırma  zamanı  texniki-iqtisadi  və 

kommersiya xarakterli informasiyalardan istifadə olunması nəinki yeni texnika və 

texnologiyanın  tətbiqi  üzrə  əsaslandırılmış  proqnozların  tərtibatına,  hətta 

perspektiv inkişafın müəyyən edilməsinə təminat yaradır. Elmi-texniki işləmələrin 

başa  çatdırılmasından  sonra  onun  texniki  səviyyəsinə  qiymət  verilməlidir. 

İşləmələr sənaye müəssisələrində tətbiq edildikdən sonra bütün mərhələlərə yekun 

qiymət  verilir  ki,  bu  da  texniki-iqtisadi  ədəbiyyatlardan,  patent  fondundan, 

standartlardan,  «Now-How»,  reklam  materiallarından  və  i.a.  informasiyalara 

əsaslanır. 

5.  İqtisadi inkişafı səviyyəsindən asılı olmayaraq dövlət idarəetmə orqanları 

elmi-texniki  nəticələrin  həyata  keçirilməsi  üzrə  cari  planların  və  perspektiv 

proqramların  yerinə  yetirilməsinin  gedişatına,  ölkədə  patent-hüquqi  aktivliyinin 

genişlənməsinə,  patent-lisenziya  əməliyyatlarının  həyata  keçirilməsinə,  elmi-

texniki  nailiyyətlərin  iqtisadi  cəhətdən  stimullaşdırılması  mexanizminin 

formalaşması  və  həyata  keçirilməsi  işləri  üzərində  sistematik  nəzarət  işi 

aparılmalıdır. Həmin nəzarət funksiyasını həyata keçirmək üçün dövlət idarəetmə 

orqanlarında  yeni  informasiya  texnologiyaları  haqqında  məlumatlar  toplanmalı, 

onların  sənaye  miqyasında  tətbiqinin  gedişatı  üzrə  aparıcı  təşkilat  müəyyən 

edilməlidir.  

6.  Kommunikasiya  texnologiyaları  içərisində  İnternet  özünəməxsus  önəmli 

yer tutur və son illərdə beynəlxalq aləmin məlumat strukturunun vacib əhəmiyyətə 

malik  olan  vacib  şərtinə  çevrilmişdir.  İnternet  mərkəzləşdirilmiş  idarəetmə 

orqanına  malik  olmayan,  uzaq  müraciətli  telekommunikasiya  kanalları  ilə 

birləşdirilmiş  qlobal  şəbəkələrin  toplusudur.  Hər  gün  milyonlarla  kompüter 

internetə qoşulur və onların real sayım müəyyən etmək qeyri-mümkündür. 

7.  İdarəetmə prosesinin informasiya təminatının təkmilləşdirilməsi, IKT-nin 

dövlət  idarəçiliyinə  tətbiqi  və  dövlət  idarəetməsinin  informasiya  sistemlərinin 

inkişaf  etdirilməsi  baxımından  son  dövrlərdə  dünyanın  müxtəlif  ölkələrində 



 

 

75 



reallaşdırılmağa  başlanılmış  «elektron  hökumət»  layihəsini  xüsusi  qeyd  etmək 

lazımdır.  Elektron  hökuməti  «informasiyanın  elektron  vasitələrlə  işlənilməsi, 

ötürülməsi  və  yayılması  əsasında  qurulmuş  dövlət  idarəetməsi  sistemi»  kimi 

müəyyənləşdirmək olar. 

8.  Vətəndaşların  və  təşkilatların  müraciətlərinin  işlənilməsi  təşkilati  və 

təşkilatlararası  elektron  sənəd  dövriyyəsi  sistemləri  çərçivəsində  vətəndaşların  və 

təşkilatların İnternet vasitəsi ilə daxil olan müraciətlərinin işlənilməsi proseslərinin 

avtomatlaşdırılmasını  təmin  edir  və  bu  zaman  ərizənin  işlənilməsinin  standart 

marşurutunu və təşkilat, idarə, orqan daxilində onum iş reqlamentinə uyğun olaraq 

əlavə  olunan  sənədlər  paketinin  yaradılmasını,  həmçinin  sənədlər  paketinin 

hərəkətinin İnternet vasitəsi ilə monitorinqini təşkil etməyə imkan verir. 

9.  İdarəetmənin  bütün  səviyyələrinin  informasiyalaşdırılması  ilə  bağlı 

tədbirlər  həm  cəmiyyətin  daxilində,  həm  də  dövlətlə  vətəndaşlar  arasında 

informasiya  mübadiləsi  prosesini  əsaslı  şəkildə  sürətləndirəcəkdir.  Bunun 

nəticəsində  isə  dövlət  idarəetməsinin  səmərəliliyi  yüksələcək,  iqtisadiyyatda  və 

cəmiyyətdə  baş  verən  proseslərin  monitorinqi  və  bu  proseslərin  vaxtında 

tənzimlənməsi  ilə  bağlı  qərarların  qəbulu  üçün  prinsipcə  yeni  imkanlar 

yaranacaqdır. Müasir informasiya texnologiyalarının nazirlik və təşkilatların, yerli 

hakimiyyət  orqanlarının  işinin  təşkilinə  tətbiqi  idarəetməyə  çəkilən  xərclərin 

azaldılmasına  imkan  verəcəkdir.  Bu  layihə  çərçivəsində  dövlətin  informasiya 

resurslarının  vahid  bir  sistemə  inteqrasiya  olunması  təsərrüfat  əyintilərinin, 

vergidən  yayınma  hallarının,  qanun  pozuntularının  sayının  kəskin  şəkildə 

azaldılmasına imkan verəcəkdir. 

 

 



 

 

 



 

 


 

 

76 



 

ƏDƏBİYYAT 

 

1.  Azərbaycan Respublikasının Konstitusiyası. Bakı 2012 



2.  Azərbaycan 

Respublikasının 

Prezidentinin 

rəsmi 


saytı.  

www.president.az/future.az.pdf

  

3.  Azərbaycan Respublikasının «Elektron Hökumət» portalı. 



www.e-gov.az/

  

4.  AR Prezidenti yanında “ASAN” xidmətin yaradılması və dövlət orqanları 



tərəfindən  vətəndaşlara  göstərilən  xidmətlərin  təkmilləşdirilməsi  ilə  bağlı 

tədbirlər haqqında AR Prezidentinin Fərmanı. 3 iyul 2012-ci il 

5.  «AR telekommunikasiya və informasmiya texnologiyalarınıvn inkimşafına 

dair Strateji Yol Xəritəsi». 

6.  «Azərbaycan  2020:  gələcəyə  baxış»  İnkişaf  Konsepmsiyası.  AR 

Prezidentinin 

Fərmanı 

329 


dekabr 

2012-ci 


il. 

https://azertag.az/store/files/StratejiYolXeritesi/

  

7.  Azərbaycan  Respublikasının  dövlət  Statistika  Komitəsinin  rəsmi  saytı. 



www.stat.gov.az/

  

8.  Azərbaycan  Respublikasında  nanotexnologiyaların  inkişafı  proqramı  (I 



mərhələ – 2010-cu iilə qədərki dövr,  mərhələ – 2010-2012-ci illər, CCC 

mərhələ – 2012-2015-ci illər) Bakı 2007 

9.  «Azərbaycan  Respublikasında  2009-2015-ci  illərdə  elmin  inkişafı  üzrə 

Milli Strategiya» Bakı 2009 

10. Abbasova S. – Texnologiya və yeniliklərin idarə edilməsi, Bakı 2008 

11. Cəfərov  Z.Ə.  –  İnformasiya  təhzlükəsizliyinin  təşkilati-hüquqi  təminatı. 

Bakı 2012, 480 s.  

12. Mehdəliyev  A.,  Həsənov  E.  –  Elektron  hökumətin  konseptual  əsasları. 

Bakı 2017, 252 s. 

13. Hüseynov T. – Sənayenin iqtisadiyyatı. Bakı 2000, 651 s.  

14. Hüseynov T. Müəssisənin iqtisadiyyatı. Bakı 2005, 558 s. 

15. Şahbazov K., Məmmədov M., Həsənov H. – Menecment. Bakı 2007 



 

 

77 



16. Герчикова Н.Н. – Менеджмент. МС. 2013. 685 с.  

17. Мескон  М.,  Альберт  М.,  Хедоури  Ф.  –  Основы  менеджмента.  Пер. с 

англ. М. 1992. 702 с. 

18. Управление организацией (учебник п/р А.Б.Поршнова и др.) М.1999, 

669 с.  

19. Шахбазова К.А. – Менеджмент. Бакы 2006. 332 с.  

20. Швецова  А.  –  «Информацмионное  общество».  Теория  и  практика 

становленичя в мире и в России. М.2012 

21. Шумпетер Н. – Теория экономического развития. М. 1982 

22. «İnformasiya və cəmiyyət»

 

www.kaspi.az/news.php?id=13752



  

23. «Mənim 

elektron 

Hökumətim» 

http://reg.e-

gov//Upload/MeqaleFiles2014/296.docx

  

24. 


http://www.mincam.goz.az/fealiyyat/it/e-cemiyyet/

  

25. mualim.edu.az/www.old/arxiv/2013/10/33.Htm  



26. 

http://www.evfrat.ru/aboute/e-docs/

 

 


 

 

78 



REFERAT 

 

Mövzunun  aktuallığı.  Sivil  ölkələrin  inkişaf  tarixi  göstərir  ki,  iqtisadiyyatın 



sürətli  vüsət  alması  ilə  istehsalın  keyfiyyətcə  dəyişməsi  bir  sıra  yeni  elmi  və 

praktiki vəzifələr formalaşdırır. Bu proseslərin həyata keçirilməsi üçün texniki və 

texnoloji  sistemlərin  yaradılması,  kompüter  texnikalarının,  kibernetik  və  riyazi 

modelləşdirmə  metodlarının  tətbiqi  ön  plana  çəkilir.  Ölkəmizin  müasir  inkişaf 

mərhələsi  idarəetmənin  bütün  sahələrində  nəticəsi  səmərəli  olan  qərarların  qəbul 

edilməsi  üçün  informasiyaların  operativliyi,  tamlığı  və  düzgünlüyü  tələblərinin 

kəskin qoyuluşu ilə səciyyələnir.  

Azərbaycan dünya informasiya şəbəkəsinə inteqrasiya olunduqca unifikasiya 

məsələləri  daha  çox  aktuallaşır.  Onun  informasiya  bazarına  nüfuz  etməsi 

intellektual  mülkiyyət  tətbiq  etməklə  ondan  istifadənin  səmərəliliyini  artırmaq 

dünyanın  aparıcı  şirkətlərinin  ölkəmizdə  fəaliyyəti  və  s.  informasiya 

texnologiyalarının  imkanlarını  reallaşdırmaq  baxımından  diqqət  mərkəzində 

olmalıdır. 

Lakin hazırda informasiya texnologiyalarının inkişaf səviyyəsi özünün bir sıra 

çatışmazlıqları ilə xarakterizə olunur. 

Dünyanın  inkişaf  etmiş  ölkələrinin  iş  təcrübəsi  sübut  etmişdir  ki,  yaradılan 

səmərəli  informasiya  texnologiyaları  və  onların  tətbiqi  mürəkkəb  sosial-iqtisadi 

proseslərin  idarə  edilməsinin  açarıdır  və  daha  önəmli,  məzmunlu  idarəetmə 

qərarlarının qəbul edilməsi və həyata keçirilməsinə təminat yaradır. 

Bütün  bunlar  tədqiqat  mövzusunun  seçilməsini  şərtləndirmiş  və  aktuallığını 

ön plana çəkmişdir. 

Tədqiqatın  məqsədi  və  vəzifələri.  Tədqiqatın  məqsədi  Azərbaycanın  sənaye 

müəssisələrinin 

idarə 


edilməsi 

sistemində 

informasiya-kommunikasiya 

texnologiyalarının və sistemlərinin tətbiqinin mövcud vəziyyətini tədqiq edib orada 

informasiya təminatının səmərəli təşkili üzrə tövsiyələrin işləyib hazırlanmasından 

ibarətdir. 



 

 

79 



Bu  məqsədə  nail  olmaq  üçün  aşağıdakı  kompleks  məsələlərin  həlli 

məqsədəuyğun sayılmışdır: 

-  respublikamızın  və  xarici  ölkə  alimlərinin  mövzuya  dair  əsərlərinin  öyrə-

nilib ümumiləşdirilməsi əsasında sənaye müəssisələrinin idarə edilməsi sistemində 

informasiya təminatının təşkilinin nəzəri-metodoloji məsələlərini tədqiq etmək; 

-  informasiya  texnologiyası  bazasının  formalaşması  xüsusiyyətlərini  açıq-

lamaq; 

-  Azərbaycanın  neft-qazçıxarma  sənaye&  müəssisələrinin  informasiya  tə-



minatının mövcud vəziyyətini təhlil edib qiymətləndirmək; 

-  tədqiq  edilən  sənayedə  mütərəqqi  informasiya  sistemlərinin  yaradılması  və 

texnologiyalarının  tətbiqinin  başlıca  istiqamətlərini  müəyyən  edərək  kompleks 

xarakterli təklif və tövsiyələr işləyib hazırlamaq. 

Tədqiqat  obyektini  Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkəti  və  onun 

tərkibinə daxil olan idarə və təşkilatları təşkil edir. 

Tədqiqatın  nəzəri  və  metodoloji  əsaslarını  Azərbaycan  Respublikasının 

Qanunları,  Azərbaycan  Respublikası  Prezidentinin  Fərman  və  Sərəncamları, 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarları, Azərbaycan Respublikası 

Dövlət Neft Şirkətinin və İqtisadiyyat, Nəqliyyat, rabitə və yüksək texnologiyalar 

Nazirlikliklərinin  Əmr  və  Sərəncamları,  mövzuya  dair  respublikamızın  və  xarici 

ölkə alimlərinin tədqiqatlarının nəticələri, elmi əsərləri təşkil edir. 

Tədqiqat  zamanı  iqtisadi-statistik  təhlil,  riyazi-iqtisadi  modelləşdirmə, 

məntiqi ümumiləşdirmə, qrafik və analitik metodlardan istifadə edilmişdir. 

Tədqiqatın informasiya bazası. Dissertasiya işi yerinə yetirilərkən Azərbaycan 

Respublikası Dövlət Statistika Komitəsinin, Azərbaycan Respublikası Dövlət Neft 

Şirkətinin, neftqazçıxarma, qazıma və geoloji-kəşfiyyat idarələrinin statistik, ilkin 

uçot  və  hesabat  məlumatlarından,  "Azərineftinformatika"  Hesablama  Mərkəzinin 

işləmələrindən, məlumat bazasından istifadə edilmişdir. 

Tədqiqatın elmi yeniliyi aşağıdakılardan ibarətdir: 



 

 

80 



respublika  sənayesinin  idarə  edilməsi  sistemində  informasiya 

təminatının  təşkilinin  idarə  edilməsinin  texniki,  təşkilati-iqtisadi  aspektləri 

kompleks şəkildə ilk dəfədir ki tədqiq edilir

sənayedə  lokal  və  korporativ  şəkildə  avtomatlaşdırılmış  informasiya 



təminatı sistemləri işlənib hazırlanmış və təcrübədə geniş tətbiq edilmişdir

informasiya  böhranının  formalaşması  mexanizminin  sxemi,  sosial- 



iqtisadi köməkçi sistemlərdə təhlükəsizliyin strukturu, yeni iqtisadi şəraitdə dövlət 

informasiya sisteminin idarə edilməsinin informasiya məhsullarının qlobal və lokal 

sistemində  qarşılıqlı  hərəkətin  prinsipial  sxemləri,  sənaye  müəssisələrinin 

informasiya sistemlərinin mərhələlər üzrə inkişafının yolları təklif edilmişdir

informasiya  texnologiyası  bazasının  formalaşması  xüsusiyyətləri 



açıqlanmışdır.  

Sənaye  müəssisələrində  informasiya  texnologiyalarının  yaradılması  və 



istifadəsinin  təşkilati-iqtisadi  mexanizmi  və  informasiya  təminatı  üzrə  plan-

proqramın işlənib hazırlanmasının metodiki əsasları təklif edilmişdir. 

İsin  həcmi  və  strukturu.  Dissertasiya  işi  giriş,  üç  fəsil,  nəticə  və  ədəbiyyat 

siyahısından ibarətdir.  

Müasir  şəraitdə  sənaye  müəssisələrinin  səmərəli  fəaliyyətini  informasiya 

təminatı  olmadan  təsəvvür  etmək  olmaz.  İnformasiya  təminatı  dedikdə,  ilk 

növbədə aşağıdakılar ön plana çəkilir: 

-  Müvafiq  idarəetmə  və  elmi-texniki  məsələlərin  mərhələlərlə  həlli  üçün 

informasiyaların toplanması və onun tələbatçılara çatdırılması prosesinin 

təşkili; 

-  İnformasiyaların  vahid  sistemdə  təsnifləşdirilməsi  və  kodlaşdırılması 

üçün  müvafiq  texniki  metod  və  vasitələrin  məcmusu.  Həmin  tələblərin 

həyata keçirilməsi isə öz növbəsində müəssisədə, sahədə üfüqi və şaquli 

istiqamətdə  fəaliyyət  göstərən  müvafiq  informasiya  xidmətinin  təşkilini 

tələb  edir.  Nəticədə,  sənaye  müəssisələrinin  informasiya  potensialının 

formalaşması zərurəti yaranır. 



 

 

81 



İdarəetmə  prosesinin  informasiya  təminatında  işində  informasiyaya  nəzarət, 

yəni  idarəetmə  qərarlarında  əksini  tapmış  maraqların,  sorğuların,  tələblərin, 

vəzifələrin  həyata  keçirilməsinə  nəzarət  xüsusi  yer  tutur.  Bura  informasiyanın 

mənsubiyyətinə  və  təyinatına  görə  hərəkətinə  nəzarət,  informasiyanın  sosial 

təcrübəyə  (konkret  hərəkətlərə,  fəaliyyətə,  dəyişikliklərə)  çevrilməsinə  nəzarət, 

hesabat  informasiyasının  direktiv  informasiyaya  uyğunluğuna  nəzarət  kimi 

müxtəlif  istiqamətləri  aid  etmək  olar.  Təşkilat  rəhbərləri,  onların  xüsusi  nəzarət 

şöbələri  informasiyaya  daim  nəzarət  etməli,  ötürücünün,  qəbuledicinin, 

informasiya  kanallarının  sazlığına  diqqət  yetirməlidir.  Bu  zaman  informasiya 

axınlarında əks-əlaqəyə xüsusi diqqət yetirilməlidir. 

İdarəçilikdə  informasiyanın  təşkili  prosesinə  texniki-texnoloji  yeniliklərin 

tətbiqi  kompleks  xarakterli  olub  informasiya,  təşkilati,  hüquqi,  sosial-psixoloji, 

kadr,  texniki,  məntiqi-semantik  və  bir  çox  digər  amillərin  eyni  vaxtda  və 

razılaşdırılmış  şəkildə  istifadə  olunması  ilə  bağlıdır.  Bütün  bunlar  kompleks 

yanaşmanın  tətbiq  olunması  ilə,  həm  informasiya  ilə  iş  sisteminin,  həm  də 

idarəetmənin  funksional  və  təşkilati  strukturunun,  idarəetmə  münasibətlərinin 

xarakteri  və  quruluşunun,  bir  sıra  digər  idarəetmə  hadisələrinin  keyfiyyətcə 

dəyişdirilməsini tələb edir. 

İnformasiya  təminatına  proqnozlaşdırma  zamanı  texniki-iqtisadi  və 

kommersiya xarakterli informasiyalardan istifadə olunması nəinki yeni texnika və 

texnologiyanın  tətbiqi  üzrə  əsaslandırılmış  proqnozların  tərtibatına,  hətta 

perspektiv inkişafın müəyyən edilməsinə təminat yaradır. Elmi-texniki işləmələrin 

başa  çatdırılmasından  sonra  onun  texniki  səviyyəsinə  qiymət  verilməlidir. 

İşləmələr sənaye müəssisələrində tətbiq edildikdən sonra bütün mərhələlərə yekun 

qiymət  verilir  ki,  bu  da  texniki-iqtisadi  ədəbiyyatlardan,  patent  fondundan, 

standartlardan,  «Now-How»,  reklam  materiallarından  və  i.a.  informasiyalara 

əsaslanır. 

İqtisadi  inkişafı  səviyyəsindən  asılı  olmayaraq  dövlət  idarəetmə  orqanları 

elmi-texniki  nəticələrin  həyata  keçirilməsi  üzrə  cari  planların  və  perspektiv 

proqramların  yerinə  yetirilməsinin  gedişatına,  ölkədə  patent-hüquqi  aktivliyinin 



 

 

82 



genişlənməsinə,  patent-lisenziya  əməliyyatlarının  həyata  keçirilməsinə,  elmi-

texniki  nailiyyətlərin  iqtisadi  cəhətdən  stimullaşdırılması  mexanizminin 

formalaşması  və  həyata  keçirilməsi  işləri  üzərində  sistematik  nəzarət  işi 

aparılmalıdır. Həmin nəzarət funksiyasını həyata keçirmək üçün dövlət idarəetmə 

orqanlarında  yeni  informasiya  texnologiyaları  haqqında  məlumatlar  toplanmalı, 

onların  sənaye  miqyasında  tətbiqinin  gedişatı  üzrə  aparıcı  təşkilat  müəyyən 

edilməlidir.  

Kommunikasiya  texnologiyaları  içərisində  İnternet  mühüm  əhəmiyyət  kəsb 

edir və son dövrlərdə dünya birliyinin informasiya strukturunun mühüm əhəmiyyət 

kəsb  edir  və  son  dövrlərdə  dünya  birliyinin  informasiya  strukturunun  mühüm 

elementinə  çevrilmişdir.  İnternet  mərkəzləşdirilmiş  idarəetmə  orqanına  malik 

olmayan,  uzaq  müraciətli  telekommunikasiya  kanalları  ilə  birləşdirilmiş  qlobal 

şəbəkələrin toplusudur. Hər gün milyonlarla kompüter internetə qoşulur və onların 

real sayım müəyyən etmək qeyri-mümkündür. 

İdarəetmə  prosesinin  informasiya  təminatının  təkmilləşdirilməsi,  IKT-nin 

dövlət  idarəçiliyinə  tətbiqi  və  dövlət  idarəetməsinin  informasiya  sistemlərinin 

inkişaf  etdirilməsi  baxımından  son  dövrlərdə  dünyanın  müxtəlif  ölkələrində 

reallaşdırılmağa  başlanılmış  «elektron  hökumət»  layihəsini  xüsusi  qeyd  etmək 

lazımdır.  Elektron  hökuməti  «informasiyanın  elektron  vasitələrlə  işlənilməsi, 

ötürülməsi  və  yayılması  əsasında  qurulmuş  dövlət  idarəetməsi  sistemi»  kimi 

müəyyənləşdirmək olar. 

Vətəndaşların  və  təşkilatların  müraciətlərinin  işlənilməsi  təşkilati  və 

təşkilatlararası  elektron  sənəd  dövriyyəsi  sistemləri  çərçivəsində  vətəndaşların  və 

təşkilatların İnternet vasitəsi ilə daxil olan müraciətlərinin işlənilməsi proseslərinin 

avtomatlaşdırılmasını  təmin  edir  və  bu  zaman  ərizənin  işlənilməsinin  standart 

marşurutunu və təşkilat, idarə, orqan daxilində onum iş reqlamentinə uyğun olaraq 

əlavə  olunan  sənədlər  paketinin  yaradılmasını,  həmçinin  sənədlər  paketinin 

hərəkətinin İnternet vasitəsi ilə monitorinqini təşkil etməyə imkan verir. 

İdarəetmənin  bütün  səviyyələrinin  informasiyalaşdırılması  ilə  bağlı  tədbirlər 

həm  cəmiyyətin  daxilində,  həm  də  dövlətlə  vətəndaşlar  arasında  informasiya 



 

 

83 



mübadiləsi prosesini əsaslı şəkildə sürətləndirəcəkdir. Bunun nəticəsində isə dövlət 

idarəetməsinin  səmərəliliyi  yüksələcək,  iqtisadiyyatda  və  cəmiyyətdə  baş  verən 

proseslərin  monitorinqi  və  bu  proseslərin  vaxtında  tənzimlənməsi  ilə  bağlı 

qərarların qəbulu üçün prinsipcə yeni imkanlar yaranacaqdır. Müasir informasiya 

texnologiyalarının  nazirlik  və  təşkilatların,  yerli  hakimiyyət  orqanlarının  işinin 

təşkilinə tətbiqi idarəetməyə çəkilən xərclərin azaldılmasına imkan verəcəkdir. Bu 

layihə çərçivəsində dövlətin informasiya resurslarının vahid bir sistemə inteqrasiya 

olunması  təsərrüfat  əyintilərinin,  vergidən  yayınma  hallarının,  qanun 

pozuntularının sayının kəskin şəkildə azaldılmasına imkan verəcəkdir. 


 

 

84 



XÜLASƏ 

 

Magistr  dissertasiyası  idarəetmə  prosesinin  aktual  məsələlərindən  biri  olan 



idarəetmə prosesinin informasiya təminatına həsr olunmuşdur. 

Dissertasiya  işində  idarəetmə  prosesinin  informasiya  təminatının  nəzəri-

metodoloji  əsasları  tədqiq  edilərək  onun  müasir  vəziyyəti  öyrənilmiş,  habelə 

idarəetmə  prosesinin  informasiya  təminatının  təkmilləşdirilməsinin  başlıca 

istiqamətləri  müəyyən  edilmişdir.  Eyni  zamanda  dissertasiya  işində  idarəetmə 

prosesinin 

informasiya 

təminatının 

formalaşmasının 

nəzəri-metodoloji 

əsaslarından, idarəetmə prosesinin informasiya köməkçi sistemlərinin yaradılması 

və  istifadəsinin  müasir  vəziyyətindən,  habelə  idarəetmə  prosesində  yeni 

informasiya texnologiyalarından istifadə istiqamətlərindən bəhs olunur. 

 

 



 

РЕЗЮМЕ 

 

Магистерская  диссертация  посвящена  одному  из  актуальных  вопросов 



процесса управления - процессу управления информацией. 

В  процессе  диссертации  изучены  теоретические  и  методологические 

основы  информационного  обеспечения  и  его  текущее  состояние,  а  также 

основные  направления  совершенствования  информационного  обеспечения 

процесса  управления.  Одновременно,  обсуждаются  теоретические  и 

методологические  основы  формирования  информационного  обеспечения  в 

процессе диссертации, текущее состояние создания и использования систем 

информационной поддержки в процессе управления, а также использование 

новых информационных технологий в процессе управления. 

 

 



 

 

85 



 

SUMMARY 

 

Master dissertation is dedicated to the information management process, one 



of the topical issues of the management process. 

The theoretical and methodological bases of the information provision in the 

dissertation  process  were  studied  and  its  current  state  was  studied,  as  well  as  the 

main  directions  of  the  improvement  of  the  information  provision  of  the 

management  process.  At  the  same  time,  theoretical  and  methodological  bases  for 

the formation of  the information provision  in  the dissertation process, the  current 

state  of  the  creation  and  use  of  information  support  systems  in  the  management 

process,  as  well  as  the  use  of  new  information  technologies  in  the  management 



process are discussed. 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin