L naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


İdarəetmə prosesində informasiyanın təşkili və istifadəsi



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə3/6
tarix14.04.2020
ölçüsü0,84 Mb.
#30848
1   2   3   4   5   6
Abdullayev-P-nhan-Rafik-o-lu


2.2. İdarəetmə prosesində informasiyanın təşkili və istifadəsi 

xüsusiyyətləri 

 

Məlumdur ki, idarəçilikdə çox rəngarəng və böyük miqdarda məlumatlar dövr 



edir  və  get-gedə  artmaqdadır.  Bu  məlumatların  bir  hissəsi  birbaşa  idarəetmə 

xüsusiyyəti  daşıyır  və  əks-əlaqələrin  yaradılması  və  icra  edilməsi  ilə  əlaqədardır. 

Məlumatların böyük bir hissəsi isə dövlətin ictimaiyyətlə, onun fərqli şərhləri ilə, 

milyonlarla insanın istəkləri və maraqları ilə ikitərəfli əlaqələrini özündə göstərir. 

Bu  nöqteyi-nəzərdən  idarəetmə  prosesinin  zəruri  məlumatlarla  təchiz  olunması, 

dövlətin, vətəndaşların bu məlumatları əldə etməsi imkanlarının çoxaldılması üçün 

məlumatın  təşkili  sisteminin  təkmilləşdirilməsi,  bütövlükdə  səmərəli  məlumat 

sisteminin yaradılması və inkişaf etdirilməsi son dərəcədə zəruridir. 

İdarəçilikdə  məlumatın  əldə  edilməsi  sisteminin  başlıca  funksiyaları  özündə 

aşağıdakıları birləşdirir: a) qərar verəcək şəxsin dəqiq məlumatlarla vaxtında təchiz 

edilməsi;  b)  məlumatda  keyfiyyət  dəyişikliklərinin  edilməsi  mümkünlüyünün 

olması,  yəni  həmin  məlumatın  işlənilməsi  yolu  ilə  işçilərin  başa  düşə  biləcəyi 

forma və miqdara salınması; c) obyektiv məlumatlara əsaslanmaqla qərar vermək 

və həyata keçirmək üçün menecerə şəraitin yaradılması. Belə işlərin icra edilməsi 

idarəetmə  sisteminin  informasiya  təchizatını  səmərələşdirməyə,  real  dəyərlərə 

əsaslanan dəqiq inzibati-sərəncam qərarları çıxarmağa imkan verir. 

Hər bir təşkilatda idarəetmə informasiyasının təşkili problemi mövcud olur ki, 

onların da həlli ümummilli səylər tələb edir. Burada hər şeydən əvvəl, idarəetmə 

informasiyasının  hərəkəti  və  onun  parametrlərinin  müəyyənləşdirilməsi  nəzərdə 

tutulur. İdarəetmə sistemində informasiyanın təşkilinin mahiyyətini daha dərindən 

başa  düşmək  üçün  dövlət  idarəetmə  orqanlarında  informasiyanın  hərəkətini 

gizləməyə çalışaq. 

Qeyd edək ki, mövcud idarəetmə praktıkasında informasiya hər şeydən əvvəl 

ayn-ayn  şaquli  quruluşlar  çərçivəsində  yığılır  və  mahiyyətinə  görə  sahə 

xarakterlidir. Məlumatların əldə edilməsinin bu qaydası aşağıdakı formada bir sıra 

çətinliklərin və ziddiyyətlərin yaranmasına gətirib çıxarır.  



 

 

33 



İdarəetmə  strukturları  məlumatı  başlıca  olaraq  idarəetmə  və  nəzarət  işlərini 

yerinə  yetirmək  məqsədilə  toplayırlar.  Məhz  bu  baxımdan  dəqiq  səlahiyyət  və 

öhdəlik çevrəsinə malik olan hər bir struktur ancaq öz funksiyalarını icra etməkdən 

ötrü  zəruri  olan  məlumatları  toplayır  və  bu  məlumatları  özünə  münasib  olan 

formada  qaydaya  salır. Başqa  cür ifadə  etsək, dövlət  strukturlarında  mövcud  olan 

məlumatlar  onların  daxili  tələbatlarına  müvafiq  olaraq  toplanır,  işlənilir,  təhlil 

olunur, sənədləşdirilir və bu məlumatların digər məqsədlər üçün yenidən onlardan 

istifadə  olunması  (həmçinin,  əhali  və  sosial  biliklərtərəfindən)  ancaq  və  ancaq 

zəruri  məlumatın  mövcud  olması  ilə  bərabər,  həm  də  belə  məlumatın  verilməsi 

formasına görə qadağan edilmiş olur. 

İdarəçilikdə  informasiyanın  təşkilatdaxili  hərəkət  sxemini  özünəməxsus 

piramidaya  bənzətmək  olar.  Hər  bir  idarəetmə  orqanı  daxilində  informasiya 

mübadiləsi  qarşı-qarşıya  axını  prinsipi  üzrə  təşkil  olunur,  informasiya  aşağıdan 

yuxarıya  rəqəmlər,  şərhlər,  hesabat  materialları  və  s.  formasında  ötürülür.  Bir 

qayda  olaraq  informasiya  axını  bir  neçə  aralıq  «süzgəclərdən»  keçərək  (bölmə, 

müəssisə,  rayon,  baş  idarə,  nazirlik  və  s.)  yuxarıya  çatdırılır.  «Süzgəc»  nə  qədər 

yuxarıda  olarsa  verilənlərin,  cədvəllərin,  sxemlərin  təhlilinin  məqsədi  daha  çox 

aydın  olur,  bunların  əsasında  ümumi  xarakterli  nəticələrə  gəlinir  və  bütövlükdə 

şərhin  (interpretasiyanın)  yekunu  kimi  ümumi  məlumat  bloku  almır.  Ən  yuxan 

səviyyədə informasiya ərazi məlumatlarının geniş sferasını əhatə etməklə özünün 

predmetliliyini  və  konkretliyini  itirməyə  başlayır.  Əhəmiyyətli  dərəcədə  ümumi-

ləşdirmə (ortalama) ona gətirib çıxarır ki, detallar və xırdalıqlar buraxılmış olur. 

İnformasiyanın  əksinə  (yuxandan  aşağı)  hərəkəti  əmrlər,  normativ  aktlar, 

qərarlar,  metodik  göstərişlər,  təlimat  xarakterli  digər  materiallar  vasitəsi  ilə 

ötürülür. Piramidanın aşağı pillələrində bu informasiyaya şərhedici və detallaşdırıcı 

məlumatlar  əlavə  olunur  ki,  bəzən  bunlar  informasiyanın  mahiyyətinin  düzgün 

başa düşülməməsinə, təhrif olunmasına səbəb ola bilir. 

Qeyd  etmək  lazımdır  ki,  informasiyanın  aşağıdan  yuxan  hərəkəti  zamanı 

konkret detalların yoxa çıxması və ümumiləşdirmələrin payının artması tamamilə 

təbii  haldır  və  qüsur  kimi  qəbul  oluna  bilməz.  Konkret  ümumiləşdirmələrin 



 

 

34 



qiymətləndirilməsi isə ilkin informasiyanın keyfiyyətindən asılı olur. Həqiqətdə isə 

ciddi problem bundan ibarətdir ki, verilənlərin şərhi və ümumiləşdirilməsi ənənəvi 

olaraq  piramidanın  yuxan  pillələrində  həyata  keçirilir.  Aşağıda  isə  yalnız  ilkin 

məlumatların  toplanılması  baş  verir.  Buna  görə  də  yerli  miqyaslı  bir  çox 

problemlər  ilkin  məlumatlarda  öz  əksini  tapmış  olsa  da  yekun  ümumiləşdirmədə 

əks olunmur və dövlət orqanlarının diqqətindən yayınmış olur. Müəyyən  mənada 

bu bütün şaquli strukturların ümumi problemidir. Qismən isə belə vəziyyət ölkədə 

sovet dövründə mövcud olmuş idarəetmə sistemindən miras kimi qalmışdır. 

İdarəetmə  prosesinin  informasiya  təminatı  ilə  bağlı  daha  bir  problem 

təşkilatlararası  qarşılıqlı  fəaliyyətin  mürəkkəbliyindən,  üfüqi  istiqamətdə 

informasiya mübadiləsinin çətinliyindən ibarətdir. Əgər informasiyanın bir təşkilat 

daxilində şaquli mübadiləsi müəyyən dərəcədə tənzimlənmişdirsə də (ilk növbədə 

vəzifə  təlimatları  ilə),  informasiyanın  müxtəlif  təşkilatlar  arasında  dövr  etməsi 

təşkilati  maneələr  səbəbindən  çətin  baş  tutur.  Bir  sıra  hallarda  təşkilatın 

informasiyam  digər  təşkilata  ötürməyə  borclu  olduğunun  aşkar  görünməsinə 

baxmayaraq bu baş vermir. Təşkilatlararası informasiya mübadiləsinin çətinliyinin 

başqa  bir  tərəfi  isə  bu  məlumatların  əldə  olunma,  işlənmə  və  saxlanma 

metodikalarının  fərqli  olmasından  ibarətdir  ki,  bu  da  müxtəlif  təşkilatların  hətta 

yalnız dövlət idarəetmə sistemində birgə istifadəsini çətinləşdirir. 

Ən önəmli məsələlərdən biri də özünü onda göstərir ki,  məlumatın yığılma-

sına cavabdeh olan dövlət strukturlarının fəaliyyəti adətən dövlət idarəetmə prose-

sindən  kənarda  qalan  təşkilatlara,  əhaliyə  məlumatların  ötürülməsinə  istiqamət-

lənməmişdir.  Bu  işdə  əsas  məsələ  idarəetmə  strukturlarından  informasiyanın 

toplanmasının mürəkkəbliyindən daha çox məlumatın xarakterindən asılıdır. Yəni, 

idarəetmə strukturları adətən çox az hallarda əməkdaşların, müxtəlif toplumların və 

təşkilatların planlarına və ehtiyaclarına cavab verən və ancaq mütəxəssislərin yox, 

həm  də  bütün  insanların  başa  düşə  biləcəyi  məlumatlar  dəstinin  istifadəyə 

uyğunlaşdırmaqla  məşğul  olurlar.  Bu  orqanlarda  informasiyaya  çıxış 

infrastrukturunun yaradılmasına az səy göstərilir və hətta ictimaiyyətin informasiya 


 

 

35 



ilə təmin olunmasının bəzi dövlət orqanlarının vəzifəsi olsa da bu məsələ bir qayda 

olaraq prioritet məsələ hesab edilmir. 

Bütün bunlar idarəetmə orqanlarında informasiyanın təşkili sisteminin qeyri-

mükəmməlliyini və informasiyanın hərəkəti ilə bağlı bir sıra nöqsanların olduğunu 

göstərir.  İnformasiya  sistemlərinin  təşkilində  ən  başlıca  məsələ  informasiya 

axınlarının  təşkilindəki  nöqsanların  aradan  qaldırılmasıdır.  Bu  cür  nöqsanlar 

müxtəlif və çoxcəhətlidir. Burada ilk növbədə eyni informasiyanın paralel keçməsi, 

verilməsi halını qeyd etmək lazımdır. Eyni qəbildən olan məlumat və göstəricilər 

müxtəlif idarəetmə bölmələri, müxtəlif qrup adamlar tərəfindən toplanır və işlənib 

hazırlanır.  Nəticədə  fəaliyyətin  səmərəliliyi  aşağı  düşür,  plan,  hesabat və  analitik 

informasiyalar  arasındakı  əlaqələr  zəifləmiş  olur.  Bu  isə  informasiya  axınlarının 

hərəkətini çətinləşdirir, onların çevikliyini və dinamikliyini zəiflədir. 

Başqa  bir  nöqsan  informasiyaların  formalaşmasında  vəhdətin  olmaması 

halları ilə bağlıdır. Bu o deməkdir ki, hər bir bölmə özünün xüsusi plan və hesabat 

göstəricilərindən, normativ sorğu məlumatlarından, sənədlər formasından, onların 

hərəkət marşrutlarından istifadə edir. Nöqsanlardan biri informasiyaların bir-birini 

təkrar  etməsidir.  Bir  sıra  hallarda  informasiya  və  massivlər  yuxan  orqanlara  bir 

neçə  dəfə  gündəlik,  aylıq  və  rüblük  məlumatlar  kimi  verilir.  Bu  hal 

informasiyaların 

miqdarının  süni  olaraq  çoxalmasına  gətirib  çıxarır. 

İnformasiyaların  vaxtlı-vaxtında  verilməməsi,  gecikdirilməsi  də  informasiyanın 

təşkili  ilə  bağlı  nöqsanlardan  biridir!  Bu,  informasiyaların  toplanması  və 

hazırlanmasında  kifayət  dərəcədə  operativliyin  çatışmaması  ilə  bağlıdır  ki,  bu  da 

öz növbəsində idarəetmə prosesinin gedişində baş verən kənarlaşmaların vaxtında 

aradan qaldırılması üçün müvafiq qərarların qəbulunu xeyli çətinləşdirir.  

Mühüm nöqsanlardan biri də informasiyaların kifayət qədər etibarlı və əhatəli 

olmamasıdır. Bir sıra hallarda informasiyaların toplanmasına, qarşı vahid tələblər 

qoyulmur  və  onların  düzgün  uçotu  aparılmır,  informasiyalarda  təsadüfi 

məlumatlar, göstəricilər özünə yer tapır, işin həqiqi vəziyyətini əks etdirmir. Belə 

informasiyalar  əsasında  aparılmış  hesablamalar  düzgün  nəticə  vermir,  dəqiqliyi 

təmin  etmək  üçün  həmin  hesablamaların  yenidən  aparılması  isə  artıq  iş  vaxtı 


 

 

36 



sərfinə səbəb olur. İnformasiya axınlarında mövcud olan başqa bir nöqsan onların 

tələbatdan artıqlığı və informasiyaların özlərinin müqayisə oluna bilməməsi halları 

ilə əlaqədardır. 

Bəzən  müxtəlif  bölmələr  informasiyam  müxtəlif  vaxtlarda  alırlar  ki,  bu  da 

informasiyanın 

işlənib 


hazırlanmasında 

çətinliklər 

yaradır. 

İdarəetmə 

informasiyasının  işlənilməsi  prosesinə  əlavə  mürəkkəblik  idarəetmə  aparatının 

struktur bölmələri tərəfindən daxili istifadə üçün əlavə informasiyanın yaradılması 

yolu  ilə  gətirilir.  Belə  ki,  bir  çox  hallarda  dövlət  orqanlarındakı  informasiya 

axınlarına  məlumatların  təkrarlanması,  çox  vacib  və  ikinci  dərəcəli  məlumatların 

fərqləndirilməməsi,  daxil  olan  məlumatların  müddətlərinin  və  sürətlərinin 

razılaşdırılmaması  kimi  xüsusiyyətlər  xas  olur  ki,  bu  da  məlumatların  işlənilmə 

səviyyəsini aşağı salır. 

Bu  qəbildən  olan  nöqsanların  aradan  qaldırılmasının  ən  səmərəli  yolu 

inteqrasiya edilmiş informasiya sisteminin yaradılması hesab olunur. Bu sistemin 

xüsusiyyəti  idarəetmə  strukturundan  asılı  olmayaraq  informasiya  axınları 

probleminin kompleks həllinə əsaslanır və informasiya axınlarının bütün kanallar 

üzrə  verilməsinin  səmərələşdirilməsini  nəzərdə  tutur.  Belə  sistemlər  aşağıdakı 

prinsiplər üzrə təşkil olunurlar: buraxılış sənədi prinsipi, sistemli yanaşma prinsipi, 

informasiyanın  keyfiyyəti  prinsipi,  səmərəlilik  prinsipi  və  informasiyanın  vahid 

massivi  prinsipi.  Buraxılış  sənədləri  müvafiq  informasiyaların  işlənib 

hazırlanmasının tamamlayıcı (yekun) mərhələsidir. Sistemli yanaşıda informasiya 

sistemlərinin  idarəetmə  funksiyaları  və  təşkilati  strukturla,  idarəetmə  sisteminin 

tərkib hissələrinin bir-biri ilə əlaqələndirilməsini, informasiya modelləri və sənəd 

dövriyyəsinin  qarşılıqlı  əlaqələndirilməsini  özündə  əks  etdirir.  İnformasiyalar 

müəyyən  keyfiyyət  xassəsinə  malik  olmalıdırlar.  İnformasiyanın  keyfiyyətliliyi 

onun  etibarlılığı,  kifayətliliyi,  əlverişliliyi,  birmənalılığı  və  operativliyi  ilə 

müəyyən  edilir.  Səmərəlilik  prinsipi  informasiyaların  toplanması  və  işlənib 

hazırlanması  işində  texniki  vasitələrdən  istifadə  olunması  zamanı  xüsusi  olaraq 

nəzərə alınmalıdır. İnformasiya sistemlərinin təşkili zamanı şərti-sabit informasiya 

massivlərinin  formalaşması  mühüm  əhəmiyyətə  malikdir.  Bu,  müəyyən  təyinatlı 


 

 

37 



informasiyalar  üzrə bir növ ixtisaslaşdırılmış  informasiya  fondlarının  yaradılması 

sistemi  ilə  bağlıdır.  İnformasiya  fondlarının  yaradılması  idarəetmədə  istifadə 

olunan  müxtəlif  sənədlərin  həddən  artıq  informasiyalarla  yüklənməsinin  qarşısını 

alır,  bir  çox  problemlərin  həllini,  ilk  növbədə  isə  buraxılış  sənədlərinin 

hazırlanmasını xeyli yüngülləşdirir. 

İdarəetmə  prosesində  informasiyanın  təşkili  sistemlərinin  təkmilləşdirilməsi 

zamanı aşağıdakı kimi bir sıra məsələlərə xüsusi diqqət yetirilməlidir. 

İdarəetmə informasiyasının hərəkətinin təşkili bu informasiyanın xarakteri və 

həcminin  dövlət  orqanının  və  vəzifəli  şəxslərin  funksiya  və  səlahiyyətlərinə 

uyğunluğu  prinsipinə  əsaslanmalıdır.  İdarəetmə  funksiyalarının  düzgün  nəzərə 

alınması,  informasiyaların  məzmunu  ilə  idarəetmə  bölmələrinin  fəaliyyət 

uyğunluğunun  təmin  edilməsi  idarəetmənin  informasiya  təşkilinin  səmərəliliyinin 

artırılması  üçün  mühüm  əhəmiyyətə  malikdir.  Bu  uyğunluğun  təmin  edilməsi 

bütövlükdə  idarəetmənin  səmərəliliyinin  zəruri  şərtidir.  İnformasiyanın  təşkili 

sistemləri  ilə  idarəetmə  strukturu  arasında  üzvi  əlaqə  və  qarşılıqlı  asılılıq 

mövcuddur.  Belə  ki,  idarəetmə  orqanlarında  dövr  edən  informasiyanın  həcmi, 

xarakteri  və  informasiya  axınları  xeyli  dərəcədə  struktur  bölmələrinin  tərkibi  və 

qarşılıqlı  əlaqəsini  müəyyən  edir.  Artıq,  yaxud  düzgün  olmayan  informasiyalar 

idarəetmə  strukturum!  mürəkkəbləşdirir,  idarəetmə  xərclərini  artırır.  Qeyri-

səmərəli  informasiyalar  və  gecikdirilmiş  informasiya  axınları  idarəetmə 

funksiyalarının bir-birini təkrar etməsinə, rəhbər və icraçıların məsuliyyətinin aşağı 

düşməsinə,  beləliklə  də  idarəetmə  sisteminin  ahəngdar  fəaliyyətinin  pozulmasına 

səbəb  olur.  Elə  etmək  lazımdır  ki,  idarəetmə  fəaliyyətində  funksiyaların  icrası 

zamanı  onların  kəsişməsi  hallarına  yol  verilməsin.  Kəsişən  funksiyalar  mənfi  bir 

hal  kimi  diqqət  mərkəzində  olmalı  və  belə  halların  aradan  qaldırılmasına  həmişə 

cəhd  edilməlidir.  Bunun  idarəetmə  fəaliyyətinin  dəqiqliyi,  aydınlığı  və 

müəyyənliyi üçün mühüm əhəmiyyəti vardır. Burada əsassız olaraq bir bölmənin 

az, digərinin isə çox informasiyalarla yüklənməsi hallarının da aradan qaldırılması 

çox  vacibdir.  Funksiyalar,  informasiyalar  bərabər  bölüşdürülməlidir.  Ən  vacib 

məsələlərdən  biri  də  idarə  edənlərin  onların  fəaliyyətinə  aid  olmayan 



 

 

38 



informasiyalardan azad edilməsidir. Belə olduqda idarə aparatı işçiləri bilavasitə öz 

fəaliyyətlərini  yerinə  yetirmiş  olarlar  ki,  bu  da  idarəetmə  proseslərinin  daha  da 

intensivləşdirilməsinə müsbət təsir göstərmiş olar. 

Lazımsız  informasiya  axınlarının  qarşısını  almaq  üçün  idarəetmə  heyətinin 

informasiya tələbatını müəyyənləşdirmək lazım gəlir. Adətən, informasiya tələbatı 

dedikdə  istifadəçinin  funksiyaları  ilə,  onun  maraq  dairəsi  ilə  müəyyənləşdirilən 

informasiya  göstəricilərinin  məcmusu  başa  düşülür,  informasiya  tələbatı  dinamik 

dəyişən  göstəricilər  sistemidir.  İnformasiya  tələbatının  müəyyənləşdirilməsi 

zamanı  istifadəçinin  maraqlarının  genişliyi  ilə  onun  üzərinə  qoyulmuş 

funksiyaların  yerinə  yetirilməsi  üzrə  işlərin  dar  ixtisaslaşması  arasında 

kompromisin  tapılması  lazımdır.  Ən  başlıca  məsələ  idarəetmə  orqanlarının, 

cəmiyyətin,  vətəndaşların  informasiya  tələbatına  təsir  edən  amillərin  düzgün 

nəzərə  alınmasıdır.  Burada  elmi-texniki  tərəqqi,  informasiyaların  köhnəlmə 

səviyyəsi,  iqtisadi  əlaqələr  və  təhlil,  informasiyaların  köhnəlmə  səviyyəsi  birinci 

növbədə nəzərdə tutulmalıdır.  

İdarəetmə  prosesində  informasiyasının  hərəkətinin  ən  vacib  məsələlərindən 

biri  təkrarlanan  və  paralel  informasiyaların  çıxarılması  yolu  ilə  onun  həcminin 

sıxılmasından ibarətdir. Burada bir sıra çətinliklər yaranır ki, bu da informasiyanın 

kifayət  qədər  olmaması  və  onun  müəyyən  hadisəni,  prosesi  və  münasibətləri 

adekvat şəkildə əks etdirdiyini söyləməyin çətinliyi ilə bağlıdır. 

İdarəetmə  prosesində  informasiyasının  hərəkətinin  tənzimlənməsində 

informasiya  sənədlərinin  hər  birinin  məzmununun  daha  da  zənginləşdirilməsi 

müstəsna  rola  malikdir.  Bu,  həmin  sənədlərə  ancaq  elə  məlumatları,  rəqəmləri 

daxil edirlər ki, idarəetmə qərarları qəbul etmək və digər idarəçilik hərəkətləri üçün 

zəruri olan informasiya xüsusiyyətlrinə malik olurlar. Prinsip etibarı ilə idarəetmə 

fəaliyyəti  üçün  elə  məlumatlar  və  materiallar  lazımdır  ki,  onlar  a)  əsasən 

situasiyaların, proseslərin, davranışların mahiyyəti, ictimai dəyəri ilə əlaqədar olan 

xarakterik  xüsusiyyətlərini  nümayiş  etdirir;  b)  konkret  vəziyyət,  proses  və 

davranışları birbaşa aydınlaşdırır. 


 

 

39 



İdarəetmə  prosesində  istifadə  edilən  informasiyası  dəqiq  olaraq 

strukturlaşdırılmalıdır,  ona  görə  ki,  informasiya  axını  elə  qurulmalıdır  və  elə 

keyfiyyətlərə malik olmalıdır ki, mübafiq strukturların, vəzifəli şəxslərin, eləcə də 

idarəetmə  sisteminin  digər  əməkdaşlarının  informasiyaya  olan  tələbatlarını  ödəyə 

bilsin.  Başqa  sözlə  desək,  idarəçilik  məlumatları  dövlət  idarəetməsinin  təşkilati 

quruluşuna uyğun quruluşa malik olmalı və dövlətə xidmət etməlidir. Bu nöqteyi-

nəzərdən  kollegial  və  direktiv  rəhbərlik  prinsiplərini  rəhbər  tutaraq,  fəaliyyət 

göstərən strukturların informasiya potensialını bir-birindən fərqləndirmək lazımdır. 

Birincilərdə,  kollegiyanın  hər  bir  üzvü  müəyyən  informasiyanı  işləyərək  bütün 

kollegiyanın  müzakirəsinə  çıxara  bilər  ki,  bu  da  həmin  orqanların  informasiya 

tutumunun çox yüksək olduğunu göstərir. 

Vahid rəhbərlik orqanlarında isə əgər məsələyə formal deyil, mahiyyəti üzrə 

yanaşsaq,  bütün  giriş  və  çıxış  informasiyalarım  bilavasitə  rəhbərin  özü  təhlil 

etməlidir. 

Lakin qeyd etmək lazımdır ki, xüsusilə eyni səviyyədə duran belə  orqanlara 

çox vaxt elə həcmdə idarəetmə informasiyası daxil olur ki, vahid rəhbərlər bütün 

bu informasiyalarla tanış olmaq imkanına malik olmurlar. Buna görə də həmin iş 

müavinlərə,  köməkçilərə,  ekspertlərə,  aparata  tapşırılır  ki,  nəticədə  rəhbər  bütün 

informasiyalara malik olmur və bu informasiya onun nəzarətindən çıxmış olur. Bu 

halda  dövlət  orqanının  təşkili  ilə  idarəetmə  informasiyasının  hərəkətinin  təşkili 

arasında  uyğunsuzluqdan  danışmaq  olar.  Bu  mənada  informasiya  ilə  işin 

təkmilləşdirilməsi 

informasiya 

axınlarının 

rəhbər 

manqanın 



əlində 

cəmləşdırilməsindən  ibarət  ola  bilər.  Belə  olduqda  rəhbərlərin  özləri  də 

informasiyaya daha tənqidi və məsuliyyətli yanaşarlar. 

İdarəetmə  orqanlarının  təşkilindəki  ikili  tabeçilik  və  xətti-funksional 

prinsiplərin informasiya aspektlərinə də diqqət yetirmək lazımdır. Bu prinsiplərin 

əsas  üstünlüyü  onların  informasiya  axınlarının  uyğun  istiqamətlərdə  necə 

tarazlaşdırmasından  asılıdır.  Bu  həm  də  həmin  kanallar  üzrə  hərəkət  edən 

idarəetmə  informasiyasının  məzmununun,  həcminin  və  məqsədəuyğunluğunun 

təhlilinin aktuallığını meydana çıxarır. 


 

 

40 



Müasir  informasiya  problemlərinin  həlli  idarəetmənin  mərkəzləşdirilməsi  və 

qeyri-mərkəzləşdirilməsinin 

nisbətinin 

gözlənilməsi 

prinsipinin 

də 


reallaşdırılmasmı  tələb  edir.  Belə  ki,  dövlət orqanlarının  və  yerli özünüidarəetmə 

orqanlarının  müəyyən  müstəqilliyinə  baxmayaraq,  onlar  vahid  informasiya 

sahəsində  fəaliyyət  göstərirlər  və  hər  biri  digərlərinin  nəyi  və  necə  etdiklərini 

bilməlidirlər. Burada dövr edən idarəetmə informasiyasının axınları və kanallarım 

aydınlaşdırmaq və cəmiyyətin zəruri idarəolunanlığıın təmin etmək lazım gəlir. 

İdarəetmədə  qanunçuluğun  informasiya  təminatının  da  təhlilini  vacib  hesab 

edən  bir  sıra  tərəfləri  vardır.  Əməli  işlər  süebut  edir  ki,  hüquqi  aktları,  onlara 

edilmiş  düzəlişlər  və  əlavələri  dövlət  qulluqçularının  hamısının  bilməsinin 

aktuallığı  məhz  bu,  yaxud  da  digər  aspektdə  müvafiq  orqanın  öz  səlahiyyətlərini 

həyata  keçirməsi  ilə  bağlıdır.  İdarəetmə  aparatı  işçilərinin  idarəedici  tərəfindən 

qəbul edilmiş başlıca, prinsipal sənədlərlə vaxtında və tam təlimatlandırılması da 

çox  arzu  ediləndir.  İdarəetmədə  qanunçuluğun  tələblərinin  gözlənilməsinin 

əhəmiyyəti  nəzarətin  ancaq  yuxarıdan,  yəni  rəhbərlik  tərəfindən  yox,  həm  də 

aşağıdan, əməkdaşlar tərəfindən yerinə yetirilməsini keçirilməsini tələb edir. 

İdarəetmə prosesində istifadə olunan informasiyasının strukturlaşdırılmasında 

bu  işlərin  müstəqil  və  obyektiv  ekspertizasının  aparılmasına  xüsusi  ilə  diqqət 

yetirmək  lazımdır.  Məhz  ekspertizanın  nəticəsi  informasiyanın  keyfiyyəti  və 

aktuallığını  müəyyənləşdirməyə,  informasiya  boşluqlanm  azaltmağa  və  aradan 

qaldırmağa  imkan  verir.  İdarəçiliyə  rasionallıq  xarakterinin  verilməsinin  tələb 

etməni  hazırkı  şəraitdə  idarəetmə  qərarlarının  ekspertizasının  sosial  və  statusunu 

möhkəmləndirmək,  onu  cəmiyyətə,  elmi  təşkilatlara,  mütəxəssislərin  birliklərinə, 

kütləvi  informasiya  vasitələrinə,  ictimai  təşkilatlara  həvalə  etmək  və  ictimai  rəyə 

təqdim etmək lazımdır. 

İdarəetmə  prosesinin  informasiya  ilə  təchiz  edilməsinin  indiki  durumu 

informasiyanın 

müvafiq 


idarəetmə 

strukturunun 

daxilində 

düzgün 


bölüşdürülməsindən  çox  asılıdır.  İnformasiyanın  obyektlər  üzrə  bölüşdürülməsi, 

idarəetmə  strukturu  daxilində  bölüşdürülməsi  vaxtı  rəhbərlər,  yaxud  da  rəhbər 

bölmə  üçün,  səlahiyyətli  şəxslər  üçün  məlumat  əvəzsiz  əhəmiyyət  kəsb  edir.  Bu 


 

 

41 



vaxt  əsas  diqqəti  özünə  cəlb  edən informasiyanın bir sıra  fərqli  və  müstəqil olan 

mənbədən alınması, yaxud da ötürülməsi daha məqsədəmüvafiqdir ki, bu da məhz 

həmin  məlumatlar  əsasında  ediləcək  təhlillərin  qiymətləndirmənin,  veriləcək 

proqnozun  mötəbərliyini  təmin  etməyə  şərait  yaradır.  Rəhbərlərin  və  rəhbər 

bölmənin  əməkdaşları  daxil  olan  və  verilən  informasiya  haqqında  son  dərəcədə 

yüksək  səviyyədə  məlumatlandırılmalıdırlar.  Məlumatın  vəzifəli  əməkdaşlar 

arasında  bölüşdürülməsi  həmin  informasiya  ilə  birbaşa  icraçıdan  savayı  daha 

kimlərin  tanış  edilməsinin  bilinməsini  də  nəzərə  alaq.  Rəhbərlər  informasiyanın 

potoku  ilə  manevrlər  etməli,  həmin  məlumatın  müəyyən  hissəsindən  kiminsə 

monopolist  kimi  özbaşına  istifadə  etməsinə  imkan  verməməli,  məlumat  elə 

bölüşdürülməlidir  ki,  bu  məlumat  bütün  hallarda  obyektiv  qəbul  edilsin.  Səy 

göstərmək lazımdır ki, məlumat idarəetmə strukturunun bütün vəzifəli əməkdaşları 

üçün  əlyetən  olsun,  zira  bu  xidməti  işlərin  daha  yüksək  səviyyədə  icrasına  şərait 

yaratsın. 

İdarəetmə  prosesinin  informasiya  təminatında  informasiyaya  nəzarət,  başqa 

sözlə  idarəetmə  qərarlarında  öz  ifadəsini  tapmış  maraqlı  tərəflərin,  sorğuların, 

ehtiyacların,  öhdəliklərə  əməl  edilməsinə  nəzarət  mühüm  yer  tutur.  Bu  prosesdə 

informasiyanın  aidiyyatı  və  təyinatı  üzrə  hərəkətinə  nəzarət,  məlumatın  ictimai 

təcrübəyə  (müəyyən    hərəkətlərə,  əməllərə,  dəyişikliklərə)  gətirib  çıxarmasına 

nəzarət,  hesabat  məlumatların  direktiv  məlumatlara  uyğunluğuna  nəzarət  kimi 

fərqli  istiqamətləri  göstərmək  olar.  Təşkilat  menecerləri,  onların  xüsusi  nəzarət 

bölmələri informasiyaya müntəzəm nəzarət etməli, onun ötürücünün, qəbuledənin, 

məlumat  kanallarının  işlək  olmasına diqqət  yetirməlidir.  Həmin  vaxt  informasiya 

potokunda əks-əlaqəyə mühüm önəm verilməlidir. 

İdarəçilikdə  informasiyanın  əldə  edilməsi  prosesinə  texniki  və  texnoloji 

innovasiyaların  tətbiqi  hərtərəfli  xarakterə  malik  olub  informasiya,  inzibatui, 

hüquqi,  sosial-psixoloji,  heyət,  texniki,  məntiqi-evristikvə  bir  sıra  digər  amillərin 

bir  arada  və  razılaşdırılmış  formada  istifadə  edilməsi  ilə  əlaqədardır.  Bütün 

bunların hamısı kompleks yanaşmanı tətbiq etməklə, həm məlumatla iş prosesinin, 

həm də menecmentin funksional və təşkilati quruluşunun, idarəçilik davranışlarının 



 

 

42 



xarakteri  və  strukturunun,  bir  çox  digər  idarəetmə  prosedurlarının  keyfiyyətcə 

yeniləşdirilməsini zəruri edir. 

İdarəetmənin  effektivliyinə  nail  olmaq  üçün  məlumat  sisteminin 

məzmununun  araşdfırılması  xüsusi  əhəmiyyət  kəsb  edir.  Bu  cür  məlumat 

mənbələri sırasına aşağıdakıları aid etmək olar. 

a)  idarəedilən  obyektlərin  material,  istehsal,  ictimai,  texniki  və  texnoloji 

tərəflərini əks etdirən informasiyalar; 

b)  idarəedilən  strukturların  istehsal,  ictimai-servis,  mənəvi-mədəni  və  sair 

istehlak  xarakterli  hərəkətlərini  nizamlayan  normalar,  normativlər,  motivlər 

haqqında informasiyalar; 

c)  dövlət 

strukturlarının 

idarəetmə 

sferasındakı 

hərəkətlərini 

müəyyənləşdirən  məlumatlar  (qanunvericilik  və  digər  normativ-hüquqi  aktlar, 

müqavilə  öhdəlikləri,  plan  tapşırıqları,  yuxan  orqanların  göstərişləri,  nəzarət 

aktlarının nəticələri və s.); 

d)  müvafiq  idarəetmə  strukturlarının  əməkdaşlarının  kəmiyyət  və  keyfiyyət 

xarakteristikaları,  hazırlıq  və  peşəkar  dərəcələrinin  yüksəldilməsi  barədə 

məlumatlar  (idarəetmə  subyektinin  kadr  potensialını  özündə  ifadə  edən 

məlumatların məcmusu). 

Bu  tip  informasiya  növləri  idarəedici  köməkçi  sistemlərin  və  onların 

strukturlarının  səviyyəsinə  və  masştabına  müvafiq  olmalı,  birinci  növbədə  bu 

qurumlar hüdudlarında fəaliyyətdə olan məlumat sistemlərinə daxil olmalıdır. Bu 

sistemlərdə  innovativ  texnologiyalar və onun son nailiyyətləri,  bunların istifadəsi 

ilə əlaqədar xarici şirkətlərin təcrübəsi haqqında inbformasiyalar da olmalıdır. 

Bütövlükdə  cəmiyyətdə  və  idarəetmədə  daima  məlumatın  özünü,  onun 

emalının forma, üsul və vasitələrini, məlumat sisteminə cəlb edilmiş əməkdaşları 

əhatə  edən  bir  çox  məlumat  informasiya  sistemləri  ola  bilər.  Bu  sistemlər 

məlumatın  qəbul  edilməsi,  qorunması,  emalı  və  ötürülməsinə  şərait  yaradır, 

idarəetmə  subyektinin  fəaliyyəti  üçün  əhəmiyyət  kəsb  edən  bütün  əməliyyatların 

yerinə  yetirilməsini  təmin  edir  və  müvafiq  idarəetmə  qərarlarının  işlənib 

hazırlanması, qəbulu və reallaşdırılması vaxtı son dərəcədə mühüm rol oynayır. 



 

 

43 



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin