L naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


İdarəetmə prosesində yeni informasiya texnologiyalarından



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə5/6
tarix14.04.2020
ölçüsü0,84 Mb.
#30848
1   2   3   4   5   6
Abdullayev-P-nhan-Rafik-o-lu


3.2. İdarəetmə prosesində yeni informasiya texnologiyalarından 

istifadə istiqamətləri 

 

İdarəetmə  prosesinin  informasiya  ilə  təchizatının  əsası,  informasiya 



ehtiyatlarının olmasıdır. Ona görə də idarəetmə strukturlarını müvafiq informasiya 

ehtiyatları  ilə  təmin  edən  məlumat  sistemlərinin  formalaşdırılması  mühüm 

əhəmiyyətə malikdir. Məlumat axınlarının indiki durumunda bu məsələnin effektli 

həllini məlumat sistemlərindən, kompüter  texnikası vasitələri və müasir innovativ 

texnologiyaları tətbiq olunmadan təmin edilməsi qeyri-mümkündür. 

İdarəçilikdə  yeni  informasiya-kommunikasiya  texnologiyalarından  (IKT) 

istifadə  olunması  idarəetmə  sistemlərinin  xüsusiyyətinə  və  onun  yerinə 

yetirilməsinin təşkilati quruluş formalarına əhəmiyyətli təsir göstərir. İdarəçilikdə 

İKT-dən  istifadə  bir  çox  sahələrdə  cəmiyyətin  informasiya  olan  ehtiyacının  daha 

tam ödəməyə ödəməyə, bütövlükdə idarəetmənin effektivliyini artırmağa və dövlət 

bölməsinin xərclərini aşağı salmağa, dövlət idarəetmə strukturlarının vətəndaşlarla 

və  təşkilatlarla  qarşılıqlı  münasibətlərini  yaxşılaşdırmağa  şərait  yaradır.  Müvafiq 

idarəetmə  strukturlarının,  bələdiyyə  qurumlarının  insanlarla  və  müəssisələrlə 

informasiya sahəsində qarşılıqlı münasibətinin müasir üsul və vasitələrinin inkişafı 

qərarların  işlənib  hazırlanmasında  və  qəbulunda  aşkarlığın  və  şəffaflığın  təmin 

edilməsi  üçün  yeni  şanslar  yaradır.  Bu  baxımdan  dövlət  idarəetməsinin  məlumat 

təminatının  ən  önəmli  strateji  hədəflərindən  biri  müxtəlif  tipli  səmərəli  məlumat 

sistemlərinin  idarəetmə  qərarlarının  işlənib  hazırlanması  və  qəbuluna  kömək 

sistemlərinin qurulması və r4eallaşdırılmasından ibarətdir. 

İdarəçilik  təcrübəsində  avtomatlaşdırılmış  idarəetmə  sistemləri  (AİS)  çox 

geniş  tətbiq  edilir.  Belə  forma  informasiya  texnologiyasının  -  onun  əldə 

edilməsinin, ötürülməsinin, toplanmasının  və işlənməsinin daha səmərəli təşkili və 

idarə  olunması  deməkdir.  Avtomatlaşdırılmış  idarəetmə  sistemi  ancaq  dövlət 

idarəetmə strukturlarında deyil, regionlar və ölkə iqtisadiyyatının müvafiq sahələri 

üzrə  formalaşdırılmalıdır.  Onlar  çoxvariantlı  plan-iqtisadi  hesablamalar  aparır, 

proqnozlar  verir,  təsərrüfat  fəaliyyəti  üçün  optimal  idarəetmə  qərarları 



 

 

60 



hazırlayırlar.  Hazırda  dövlət  hesablama  mərkəzləri  şəbəkəsi  əsasında 

avtomatlaşdmlmış  plan-iqtisadi  hesablamalar  sistemi,  habelə  avtomatlaşdırılmış 

sahə  sistemləri  daxil  olmaqla  informasiyaların  toplanması  və  işlənməsinin  vahid 

dövlət  sistemi  yaradılmışdır.  Avtomatlaşdırılmış  idarəetmə  sistemlərinin 

yaradılması bəzilərinin düşündüyü kimi, heç də rəhbər işçiləri bir çox qayğılardan 

azad  etmir,  sadəcə  olaraq  idarəetmənin  səmərəliliyinin,  operativliyinin 

yüksəlməsinə  və  məhsuldarlığın  artmasına  şərait  yaradır.  Avtomatlaşdırılmış 

idarəetmə  sistemləri  şəraitində  idarəçilik  fəaliyyətinin  funksional  məzmunu  xeyli 

dəyişir,  konkretləşir,  operativliyə,  dəqiqliyə  və  mütəşəkkil  iş  fəaliyyətinə  tələbat 

xeyli dərəcədə artır. 

İdarəetmə prosesinin informasiya sistemlərinin yaradılması bürokratik dövlət 

maşınına  yeni  texniki  vasitələrin-tətbiqi  deyil,  mülkiyyət  formal  arının 

müxtəlifliyinə,  vətəndaş  cəmiyyətinə,  özünüidarəetmə  mexanizmlərinin  geniş 

inkişafına, insanların hüquq və azadlıqlarının tamlığına, qanunun aliliyinə və digər 

demokratik  prinsiplərə  və  dəyərlərə  əsaslanan  yeni  dövlət  idarəetmə  sisteminin 

yaradılmasını  nəzərdə  tutur.  Eyni  zamanda,  idarəolunan  obyektlərin,  onların 

qarşılıqlı  əlaqələrinin  müasir  təşkili,  yeni  rabitə  vasitələrinin  imkanları, 

informasiya işlənmə texnikasının xarakteri və digər amillər idarəetmənin vahid və 

tam əhatəli informasiya sisteminin yaradılmasına şərait yaradır. Beləliklə, təşkilat 

özünün  vahid  informasiya  sisteminə  malik  ümumi  dövlət  idarəetmə  sistemi 

qurulmalıdır.  

Müasir  dövrdə  informasiya-kommunikasiya  vasitələrindən  istifadə  etməklə 

dövlət  orqanlarının  informasiya  təminatı  sisteminin  təkmilləşdirilməsindən 

danışdıqda,  adətən  müəyyən  obyektlərin  mövcud  durumunu  və  dinamikasını 

özündə birləşdirən informasiyanın əldə edilməsini, qeydiyyata alınması, yığılması, 

emalı və qorunması ilə bağlı fəaliyyətdə olan sistem yox, keyfiyyətcə və prinsipcə 

daha 

müasir  informasiya 



sistemlərinin 

yaradılması 

nəzərdə 

tutulur. 

Mikroelektronikanın,  informatikanın,  mikroprosessorların,  robotların  və  digər 

müasir  xidmət  vasitələrinin  tətbiqi  bütövlükdə  informasiya  ilə  işin  yeni  elmi  və 



 

 

61 



texniki  səviyyəyə  yüksəldilməsinə,  rasional  və  səmərəli  informasiya  tex-

nologiyalarının yaradılmasına imkan verir.  

Artıq qeyd etdiyimiz kimi, idarəetmənin səmərəliliyinə təsir edən amillərdən 

biri  də  yeni  informasiya  texnologiyalarından  istifadə  olunmasıdır.  Yeni 

informasiya texnologiyaları informasiya ilə iş prosesində kompüter texnikasından 

və  rabitənin  telekommunikasiya  vasitələrindən  istifadə  etməyə  imkan  verir.  Bu 

texnologiyaların tətbiqi hər şeydən əvvəl idarəetmə fəaliyyətini, onun məzmununu 

dəyişir,  idarəetmənin  səmərəliliyini  artırır,  dövlət  idarəetmə  orqanlarında  qərar 

qəbulu  proseslərinin  informasiya  təminatının  daha  yüksək  səviyyəsini  təmin 

etməyə imkan verir. Bu baxımdan informasiya sistemləri sahəsindəki yeniliklərin 

gələcəkdə məhsuldarlığın artmasına təsiri daha çox olacaqdır. Bu yeniliklərə lokal 

və qlobal informasiya şəbəkələri, verilənlər bazasının idarə olunması imkanlarının 

genişlənməsi, 

müstəqil 

proqramlaşdırma, 

ofis 


əməliyyatlarının 

avtomatlaşdırılması,  qərar  qəbuluna  yardım  sistemləri,  ekspert  sistemləri  və  s. 

aiddir.  

Müasir  təşkilatların  keyfiyyətcə  yeniləşməsi  cəmiyyətin  bütün  strukturlarını 

və  ayrıca  hər  bir  vətəndaşın  məlumatlandırılmasını  təmin  edəcək  vahid 

informasiya;,  məkanının  formalaşdırılması  və  inkişaf  etmiş  informasiya 

infrastrukturunun  yaradılması  kimi  sosial  idarəetmə  məsələsinin  həllini  ön  plana 

çıxarır. Bu gün vətəndaşların hökumətin informasiyalarına tətəbatı artır ki, bu da 

vətəndaşlarla  informasiya  qarşılıqlı  əlaqələrinin  infrastrukturunun  inkişaf 

etdirilməsini  tələb  edir.  Belə  bir  informasiya  infrastrukturunun  olması  dövlət 

hakimiyyət  və  idarəetmə  orqanlarının  bütün  səviyyələrini  inteqrasiya  etməklə  iri 

həcmli informasiyanın yığılması, sistemləşdirilməsi, təsnifləşdirilməsi, ötürülməsi 

və saxlanılmasının səmərəli vasitələrinin tətbiq edilməsim, məlumatların alınması 

və  işlənilməsi,  onların  təhlili  və  modernləşdirilməsi  müasir  texnologiyaların 

istifadə edilməsini nəzərdə tutur ki, bu da idarəetməsinin səmərəliliyinin vacib şərti 

və göstəricisidir. 

Hər hansı bir təşkilatda və yaxud idarədə əgər iki və ya daha artıq kompüter 

varsa,  o  zaman  bu  kompüterlərin  verilənləri  və  informasiyanı  bir-biri  ilə  əlaqəli 



 

 

62 



olaraq  işləməsi  təşkilat  üçün  daha  çox  səmərə  verər  və  məhsuldarlığın  artmasına 

kömək  edər.  Hazırkı  dövrdə  kompüterlərin  eyni  məkanda  və  yaxud  müxtəlif 

qitələrdə  yerləşməsindən  asılı  olmayaraq  onlardan  birləşdirilmiş  formada  istifadə 

etməyə  böyük  ehtiyac  yaranmışdır.  Eyni  məkanda  yerləşən  kompüterlərin 

birləşmiş formada istifadəsinə lokal şəbəkə, müxtəlif coğrafi məkanlarda yerləşən 

kompüterlərin  birləşdirilməsinə  isə  qlobal  şəbəkə  adı  verilmişdir.  Kompüter 

istifadəçilərinin  təşkilat  daxilində  tez-tez  informasiyanın  ötürülməsi,  saxlanması, 

yenidən  işlənməsi  ilə  bağlı  problemləri  meydana  çıxdıqda  daxili  şəbəkənin 

köməyinə ehtiyac hiss olunur.  

Əgər  bir  istifadəçi  digərinə  sənəd,  qrafik  və  yaxud  təhlil  xarakterli 

informasiya  göndərmək  istəyirsə  bu  zaman  daxili  şəbəkədən  istifadə  edir.  Daxili 

şəbəkənin  digər  faydalarından  biri  də  eyni  informasiyadan  bir  neçə  istifadəçinin 

eyni anda istifadə etməyə imkan verməsidir ki, bu da idarəetmə fəaliyyətində vaxta 

qənaət  edilməsinə  və  səmərəliliyin  yüksəldilməsinə  səbəb  olur.  Daxili  şəbəkədə 

informasiyanın paylanması üsullarından biri də elektron poçt xidmətidir. Elektron 

poçt xidməti sənədləri, şəkilləri və digər informasiyaları bir və ya bir neçə şəxsə 

göndərməkdən  ibarətdir.  Beynəlxalq  qlobal  şəbəkələr  hələ  bir  neçə  onilliklər 

bundan  əvvəl  beynəlxalq  telefon  şəbəkəsi  formasında  mövcud  olmuşdur.  Müasir 

dövrdə  müxtəlif  coğrafi  məkanlarda  yerləşən  kompüter  istifadəçiləri  arasında 

informasiya  mübadiləsinə  olan  ehtiyac  getdikcə  artır  və  beynəlxalq  şəbəkələr 

biznes,  sənaye  və  dövlət  idarəetmə  orqanlarının  fəaliyyətində  daha  böyük 

əhəmiyyət kəsb edir. 

İnformasiya-kommunikasiya  texnologiyalarının  idarəetmə  strukturlarında 

istifadə edilən mürəkkəb prosedura olub bəzi amillərlə əlaqədardır: 

inzibati  idarəetmə  aparatın  vertikal  quruluşların  horizontal  quruluşla 



əlaqələndirilməsinin qaçılmaz olması ilə; 

dövlət  məmurlarının  bilik  və  ixtisası  səviyyəsinin  qaneedici  olması  və 



dərrakalarındakı ətalətlə; 

informasiyaya kütləvi çıxış imkanlarım nəzərdə tutan məlumatlar bazasının 



çatışmapıası ilə. 

 

 

63 



İdarəçilikdə  yeni  İKT-nın  tətbiqi ilə bağlı  vəzifələrə  aşağıdakıları  aid  etmək 

olar: 


qanunvericiliyin təkmilləşdirilməsi; 

İKT-dən  istifadə  etməklə  dövlət  hakimiyyət  orqanlarının  və  yerli 



özünüidarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi; 

İKT-dən  istifadə  etməklə  dövlət  hakimiyyət  və  idarəetmə  orqanları  ilə 



vətəndaşlar arasında səmərəli qarşılıqlı fəaliyyət üçün şəraitin yaradılması; 

İKT  üzrə  mütəxəssislərin  və  yüksək  ixtisaslı  istifadəçilərin  hazırlığı 



sisteminin inkişaf etdirilməsi. 

İKT-nin  müvafiq  idarəetmə  strukturlarında  istifadəsi  prosesinin  başlıca 

vəzifəsi  hakimiyyət  strukturlarının  effektivliyinin  artırılmasından  ibarətdir.  Bu 

vəzifə  həll  edilmədən  vətəndaşların  informasiyaya  çıxış  hüquqlarının  və 

hakimiyyət  orqanları  tərəfindən  göstərilən  xidmətlərdən  istifadənin  səmərəli  və 

rahatlığının təmin olunmasına nail olmaq mümkün deyildir. İdarəetmədə İKT-nin 

tətbiqi  ıqtisadiyyatın  tərəqqisi  üçün  mühüm  əhəmiyyətli  məqsədlərə  çatmaq, 

idarəetmə strukturunun işinin effektivliyini yüksəltmək və idarəçilikdə nəticələrin 

yüksəldilməsinə  nail  olmağa  son  dərəcədə  böyük  imkanlar  açır.  Məlum  olduğu 

kimi informasiya inhisarçılığı bürokratizmin və korrupsiyanın inkişafı üçün münbit 

mühit  rolunu  oynayır.  Buna  görə  də  yeni  informasiya-kommunikasiya 

texnologiyalarının  dövlət  idarəçiliyində  tətbiqi  açıq  informasiya  resurslarına 

idarəetmə  strukturunun  inhisarını  aradan  qaldırmağa,  açıq  vətəndaş  cəmiyyəti 

formalaşdırmağa kömək edəcəkdir. 

İnkişaf etmiş ölkələrin formalarından İKT sahəsindəki strategiya larinin təhlili 

göstərir ki: 

a)  hökumət  dövlət  təşkilatlan  ilə  qarşılıqlı  münasibətlərdə  vətəndaşlar  üçün 

böyük rahatlığın yaradılmasında maraqlıdır; 

b) hökumət iqtisadiyyatın elektronlaşdırılması sahəsində, o cümlədən elektron 

ticarətin inkişafının stimullaşdmlmasındä lider rolunu öz üzərinə götürür

c) hökumət onun fəaliyyətinə vətəndaşlar tərəfindən nəzarətin gücləndirilməsi 

barədə milli təşəbbüs çərçivəsində özünün fəaliyyətinə yenidən baxır. 



 

 

64 



Kommunikasiya  texnologiyaları  içərisində  İnternet  mühüm  əhəmiyyət  kəsb 

edir  və  son  dövrlərdə  dünya  birliyinin  informasiya  strukturu  vacib  əhəmiyyətə 

malikdir  və  son  illərdə  beynəlxalq  informasiya  sisteminin  çox  əhəmiyyətli 

elementlərindən birinə çevrilmişdir. İnternet mərkəzləşdirilmiş idarəetmə orqanına 

malik  olmayan,  uzaq  müraciətli  telekommunikasiya  kanalları  ilə  birləşdirilmiş 

qlobal şəbəkələrin toplusudur. Hər gün milyonlarla kompüter internetə qoşulur və 

onların real sayım müəyyən etmək qeyri-mümkündür. 

Qərb ölkələrində idarəetmə orqanlarının İnternetdən istifadə etməsinə dövlət 

hakimiyyətinin səmərəliliyinin yüksəldilməsi üçün mümkün imkanlardan biri kimi 

baxılır.  Tədqiqatçıların  fikrincə,  yaxın  dövrlərdə  İnternet  hakimiyyətin  xalq 

kütlələri üçün açıqlığını təmin edə biləcək əsas vasitəyə çevriləcəkdir. Hesab edilir 

ki,  informasiya  texnologiyalarının  idarəçiliyə  tətbiqi  çox  şeyi  tezliklə 

optimallaşdırmağa,  idarəetmə  xərclərinin  azaldılmasına,  dövlət  hakimiyyət 

orqanlarının  bir-biri  ilə  və  vətəndaşlarla,  cəmiyyətlə  qarşılıqlı  fəaliyyətinin 

sürətlənməsinə  imkan  verəcəkdir.  İdarəetmə  fəaliyyətində  İnternetdən  başqa 

ölkələrin  idarəetmə  təcrübəsinin  öyrənilməsində,  informasiyaların  daha  operativ 

qəbul  edilməsində  və  ötürülməsində,  ictimai  xidmətlərin  göstərilməsində  istifadə 

edilir.  

Bu  gün  idarəetmə  proseslərində  inteqrasiya  olunmuş  informasiya 

sistemlərindən daha çox istifadə olunur ki, bu da idarəetmə qərarlarının qəbulu və 

tələb  olunan  informasiyanın  istifadəçilərə  çatdırılması  sahəsində  mövcud  olan 

müxtəlif  informasiya  sistemlərinin  məcmusundan  ibarətdir.  Bu  sistemlərə 

Əməliyyat  Emalı  Sistemi,  İnformasiya  İdarəetmə  Sistemi,  Qərarların  Qəbuluna 

yardım Sistemi, Tətbiqi İnformasiya Sistemi, Strateji İnformasiya Sistemi, Ekspert 

sistemləri  və  s.  aid  etmək  olar.  Bu  sistemlər  daxili  və  xarici  verilənlər  bazası  ilə 

birlikdə  inteqrasiya  olunmuş  informasiya  sistemini  təşkil  edir.  Konseptual 

baxımdan  inteqrasiya  olunmuş  informasiya  sisteminin  fəaliyyəti  daxili  və  xarici 

mənbələrdən  məlumatların  alınması  ilə  başlayır.  Məlumatlar  əməliyyat  emalı 

sistemində  işlənildikdən  sonra  daxili  verilənlər  bazasına  ötürülür  və  sonrakı 

mərhələdə  istifadəçilər  lazımi  informasiyanı  tapmaq  üçün  bu  bazadan  istifadə 



 

 

65 



edirlər.  Bu  informasiya  sistem  Tərəfindən  müxtəlif  hesabatların  hazırlanması  və 

yaxud  idarəetmə  qərarlarının  müxtəlif  variantlarının  hazırlanması  və 

qiymətləndirilməsi  üçün  qərarların  qəbuluna  yardım  sistemində  istifadə  olunur. 

Sistemin  hesabatları  istifadəçilərə  sənədlərin  hazır  forması  şəklində  və  yaxud 

elektron poçt vasitəsilə ötürülə bilər, daxili verilənlər bazasındakı informasiya ilə 

birləşdirilərək  tətbiqi  informasiya  sistemləri  vasitəsilə  yuxarı  səviyyəli  məsul 

şəxslərə çatdırıla bilər. Daxili verilənlər bazası strateji informasiya sistemləri üçün 

informasiya  mənbəyi  rolunu  oynayır.  Eyni  zamanda  bu  informasiyadan  ekspert 

sistemlərində  də  istifadə  olunur.  Bütün  bu  proses  zamanı  sistem  qərar  qəbulu 

prosesini  bütün  səviyyələrdə  tənzimləyir  və  mətnlərin  hazırlanması, 

informasiyanın  elektron  poçt  vasitəsilə  göndərilməsi  və  nəticələrin  avtomatik 

qeydə alınması kimi əməliyyatları xeyli asanlaşdırır 

İdarəetmə  prosesinin  informasiya  təminatının  təkmilləşdirilməsi,  IKT-nin 

dövlət  idarəçiliyinə  tətbiqi  və  dövlət  idarəetməsinin  informasiya  sistemlərinin 

inkişaf  etdirilməsi  baxımından  son  dövrlərdə  dünyanın  müxtəlif  ölkələrində 

reallaşdırılmağa  başlanılmış  «elektron  hökumət»  layihəsini  xüsusi  qeyd  etmək 

lazımdır.  Elektron  hökuməti  «informasiyanın  elektron  vasitələrlə  işlənilməsi, 

ötürülməsi  və  yayılması  əsasında  qurulmuş  dövlət  idarəetməsi  sistemi»  kimi 

müəyyənləşdirmək  olar.  Bəzi  ölkələrdə  e-Government  adlandırılan  «elektron 

hökumət»in  əsas  vəzifəsi  dövlətin,  milli  iqtisadiyyatın  və  sosial  proseslərin  idarə 

olunmasını daha da səmərəli və istifadəçilər üçün daha da rahat etməkdən ibarətdir. 

«Elektron  hökumət»  ideyasının  tərəfdarlarının  onun  xeyrinə  istifadə  etdikləri  ən 

mühüm arqumetlərdən biri bu sistemin dövlət hakimiyyətinin şəffaflığını artıracağı 

və  onun  həm  vətəndaşlarla,  həm  də  biznes  strukturları  ilə  əks-əlaqələrinin  yeni 

səviyyəyə yüksələcəyinə inamdan ibarətdir. 

Elektron  hökumət  layihələri  hal-hazırda  ABŞ,  İngiltərə,  Kanada,  Avstraliya, 

Yaponiya, Sinqapur və digər ölkələrdə həyata keçirilir. Bu sahədə liderlik elektron 

hökumət  layihəsinin  reallaşdınlmasına  1995-96-cı  illərdən  başlamış  və  bu  günə 

qədər  kifayət  qədər  uğurlar  qazanmış  ABŞ  və  İngiltərəyə  məxsusdur.  Məsələn, 

ABŞ-da  vergi  xidməti  portalının  yaradılması  vergi  ödəyicilərindəıı  daxil  olan 



 

 

66 



informasiyanın  işlənilməsinə  sərf  olunan  vaxtın  8  aydan  20-30  dəqiqəyə  qədər 

azaldılmasına imkan vermişdir. 

«Elektron  hökumət»  layihəsinin  məqsədi  İKT-nin  tətbiqi  hesabına 

demokratiyanın inkişafına şərait yaratmaqdan, dövlət və bələdiyyə idarəetməsinin, 

iqtisadiyyatın  fəaliyyətinin  səmərəliliyinin  artırılmasından,  vətəndaşların 

informasiyaya  sərbəst  çıxış  hüquqlarının  təmin  olunması  üçün  şəraitin 

yaradılmasından,  ölkənin  vahid  informasiya  məkanının  formalaşdınlmasmdan 

ibarətdir. Bu layihənin reallaşdırılması aşağıdakılara imkan verəcəkdir: 

hökumətin  (dövlət  strukturlarının,  dövlət  qulluqçularının)  intellektual  və 



kadr potensialından maksimum istifadə etməyə; 

vətəndaşların  dövlət  idarəetməsində  iştirakına,  əhalinin  müxtəlif 



informasiyalara çıxış imkanlarının təmin olunmasına; 

cəmiyyət  üçün  dövlətin  informasiya  şəffaflığı  və  açıqlığının  təmin 



olunmasına. 

“Elektron hökumət” layihəsinin tərkib hissəsi aşağıdakılardan ibarət ola bilər: 

elektron sənəd dövriyyəsi sistemləri, dövlət xidmətlərinin portalı, dövlət registrləri 

və  vətəndaşlara  avtomatlaşdırılmış  xidmət  sistemləri,  sahəvi,  regional  və  yerli 

məlumat bazaları və s. 

İdarəetmə  prosesində  avtomatlaşdırılması  nəzərdə  tutulan  proseslərə  görə 

«elektron  hökumət»  layihəsinin  yaradılmasına  bir  sıra  tələblər  irəli  sürülür. 

İdarəetmə nəzəriyyəsində üç belə tələblər qrupu müəyyənləşdirilmişdir: 

a) 

İnstitutsional  tələblər.  Burada  ümumi  siyasət  və  onun  həyata 



keçirilməsinin başlıca vəzifələri müəyyənləşdirilir. 

b) 


İnzibati tələblər. Bu tələblər fünksional idarəetmə sferasını əhatə 

edir  ki,  butada  institutsional  səviyyədə  müəyyənləşdirilmiş  fəaliyyət 

istiqamətləri təşkilati-idarəetmə komponentlərinə ayrılır. 

c) 


Texnoloji  tələblər.  Bunlar  bütövlükdə  cəmiyyət  və  ayrı-ayrı 

vətəndaşların,  təşkilatların  istifadə  etdiyi  konkret  məhsullara  çevrilən 

dövlət  idarəetmə  xidmətlərinə  olan  tələbatların  bilavasitə  ödənilməsi  ilə 

bağla tələblərdir. 



 

 

67 



İnzibati və texnoloji səviyyədə dövlət idarəetməsi funksional baxımda konkret 

məsələlərə yönəlir və onları həll edir. İdarəetmə sistemi dövlət aparatının təşkilati 

strukturunu  (dövlət  orqanlarını),  onların  reallaşdırdığı  funksiyaların  məcmusunu, 

istifadə  etdikləri  metod,  vasitə  və  resursları,  idarəetmə  subyektləri  və  obyektləri 

arasındakı birbaşa və qarşılıqlı əks-əlaqələri və bu zaman lazım olan informasiya 

axınlarını  özündə  birləşdirir.  Buna  görə  də  elektron  hökumət  modeli  bu  sistemin 

yalnız  əhaliyə  və  təşkilatlara  xidmətlərin göstərilməsi  ilə  bağlı  ən  aşağı  texnoloji 

səviyyəsini deyil, bütün dövlət idarəetmə sistemini əhatə etməlidir. 

İdarəetmənin  inzibati  səviyyəsində  əsas  vəzifə  elektron  sənəd  dövriyyəsinə 

keçiddən ibarətdir. Bu aşağıdakıları nəzərdə tutur: 

1. təşkilatdaxili elektron sənəd dövriyyəsi sistemlərinin inkişafı; 

2.  dövlət  hakimiyyət  orqanları  və  yerli  özünüidarəetmə  orqanları  arasında 

müxtəlif  sənədlərin  işlənilməsinin  müddətlərinin  azaldılmasını  təmin  edən 

təşkilatlararası elektron sənəd dövriyyəsi sistemlərinin inkişafı; 

3.  regional  və  yerli  hakimiyyət  orqanlarının  qəbul  etdiyi  qərarların 

keyfiyyətinin yüksəldilməsini təmin edəcək üfüqi qarşılıqlı fəaliyyət sistemlərinin 

inkişafı. 

Burada  təşkilatlardakı  informasiya  və  sənəd  dövriyyəsinin  təşkilati 

standartlarının uyğunluğunun təmin edilməsi vəzifəsi qarşıya qoyulur. 

İdarəetməsinin  texnoloji  səviyyəsində,  yəni  vətəndaşlara  və  təşkilatlara 

xidmətlərin  bilavasitə  göstərildiyi  səviyyədə  aşağıdakı  vəzifələrin  yerinə 

yetirilməsi tələb olunur: 

a) 

müəssisələrin  dövlət  orqanları  ilə  məcburi  qarşılıqlı  fəaliyyət 



növlərinin əksəriyyətinin elektron formaya keçirilməsi və tədricən bütün təsərrüfat 

subyektlərinin  kağızsız  sənəd  dövriyyəsinə  keçməsi.  Bu  zaman  informasiya 

mübadiləsini  təmin  edən  müxtəlif  səviyyəli  dövlət  orqanlarının  və  yerli 

özünüidarəetmə  orqanlarının  fəaliyyətinin  razılaşdırılmasının  təmin  edilməsi,  o 

cümlədən,  mübadilə  standartlarının,  imzanın  müdafiəsi  və  təsdiqi  prinsiplərinin 

uyğunluğu,  həmçinin  dövlət  orqanlanndakı  kargüzarlığm  və  sənəd  dövriyyəsinin 

açıq beynəlxalq standartlara uyğunluğunun təmin olumnası tələb olunur. 


 

 

68 



b) 

İKT  vasitəsi  ilə  dövlətlə  vətəndaşlar  arasında  səmərəli  qarşılıqlı 

fəaliyyətin təmin olunması. Burada vətəndaşlara əks-əlaqə imkanı da daxil olmaqla 

telekommunikasiya kanalları vasitəsi ilə mərkəzi və yerli səviyyəli müxtəlif dövlət 

orqanlarının  informasiyasından  istifadə  imkanlarının  yaradılması  nəzərdə  tutulur. 

Bu  zaman  vətəndaşlara  yaşadığı  yerdən  asılı  olmayaraq  bərabər  imkanlar 

yaradılmalıdır  ki,  bu  da  uzaqdan  qoşulmaq  və  xidmətləri  məsafədən  əldə  etmək 

imkanlarının da olmasını nəzərdə tutur. 

c) 

İdarəetmə  oqqanlarının  İnternet  nümayəndəliklərinin  yaradılması  və 



hökumət  portalının  qurulması.  Burada  regional  və  yerli  səviyyədə  əlaqələndimsə 

məsələləri də həll olunmalıdır. 

İdarəetmənin  bütün  səviyyələrinin  və  yerli  özünüidarəetmə  orqanlarının 

informasiyalaşdınlmasmın  inkişafı  tədbirləri  bütün  ölkə  ərazisində  vahid 

informasiya məkanının yaradılmasını və həm cəmiyyət daxilində, həm də dövlətlə 

vətəndaş  arasında  informasiya  mübadiləsi  proseslərinin  əsaslı  dərəcədə 

sürətləndirilməsini  təmin  etməlidir.  Qarşıya  qoyulmuş  bu  vəzifələr  tipik  həll 

variantlarının  işlənib  hazırlanmasını  və  bütün  ölkə  miqyasında  kütləvi  şəkildə 

tətbiq olunmasını nəzərdə tutur. Məsələn,  müxtəlif ölkələrdə «elektron hökumət» 

çərçivəsində aşağıdakı kimi məsələlər tətbiq olunur: 

I.  Bir  təşkilat  daxilində  sənəd  dövriyyəsinin  avtomatlaşdırılması  İnternet  və 

intranet  vasitəsi  ilə  istifadəçilərin  işini,  işgüzar  proseslərin  idarəolunmasını, 

sənədlərin  həyat  dövrünün  və  versiyalarının  yararlılığını,  informasiyaya  çıxış 

hüquqlarının dinamik idarə olunmasını tamamilə təmin edir. 

II. Dövlət təşkilatları arasında sənəd dövriyyəsi milli şifrləmə standartlarından 

və  məlumatların  ötürülməsinin  vahid  standartlarından  istifadə  etməklə  sənəd 

mübadiləsini, qarşılıqlı işgüzar prosesləri təmin edir. 

III. Dövlət hakimiyyət orqanlarının kollektiv işinin planlaşdırılması layihənin 

vahid işçi məkanını formalaşdırır və işgüzar prosesin şəbəkə planlaşdınlmasını, işçi 

qrupların  yaradılmasını,  icraya  nəzarəti,  işçi  qrupların  telekonfranslarının 

keçirilməsini təmin edir. 


 

 

69 



IV. Dövlət informasiya portallarının yaradılması  ayn-ayrı dövlət idarələrinin, 

təşkilatların və hakimiyyət orqanlarının fəaliyyətini işıqlandıran məlumat xarakterli 

və  normativ  informasiyaların,  həmçinin  müxtəlif  təşkilatların  sistemlərinin 

birləşmiş  infonnasiya  resurslarının  məkəzləşdirilmiş  qaydada  idarə  olunan  vahid 

sistem çərçivəsində verilməsini nəzərdə tutur ki, bu zaman həmin informasiyaların 

hər birində əlavə düzəlişlərin edilməsinə icazə verilmir və bilavasitə məsul şəxslər 

tərəfindən standart şablonların doldurulmasından sonra bu informasiyaların qeyri- 

mərkəzləşdirilmiş qaydada nəşrinə imkanların verilməsi nəzərdə tutulur. 

Vətəndaşların  və  təşkilatların  müraciətlərinin  işlənilməsi  təşkilati  və 

təşkilatlararası  elektron  sənəd  dövriyyəsi  sistemləri  çərçivəsində  vətəndaşların  və 

təşkilatların İnternet vasitəsi ilə daxil olan müraciətlərinin işlənilməsi proseslərinin 

avtomatlaşdırılmasını  təmin  edir  və  bu  zaman  ərizənin  işlənilməsinin  standart 

marşurutunu və təşkilat, idarə, orqan daxilində onum iş reqlamentinə uyğun olaraq 

əlavə  olunan  sənədlər  paketinin  yaradılmasını,  həmçinin  sənədlər  paketinin 

hərəkətinin İnternet vasitəsi ilə monitorinqini təşkil etməyə imkan verir. 

İKT-dən istifadə etməklə dövlət hakimiyyət orqanları ilə vətəndaşlar arasında 

səmərəli  qarşılıqlı  fəaliyyətə  şərait  yaratmaq  üçün  aşağıdakı  vəzifələrin  həll 

olunması tələb olunur: 

a)  dövlət  tərəfindən  cəmiyyətə  təqdim  olunan  informasiyanın  həcminin 

maksimi dərəcədə genişləndirilməsi; 

b)  vətəndaşlara dövlət xidmətlərinin vətəndaşlar üçün ən əlverişli formalarda 

göstərilməsinin səmərəli sisteminin yaradılması; 

c)  dövlət  orqanlarının  və  təşkilatlarının  fəaliyyətinə  ictimai  nəzarət 

mexanizmlərinin formalaşdırılması. 

Bu vəzifələrin həlli aşağıdakı prinsiplərə əsaslanmalıdır: 

ç) açıqlıq, informasiyanın tamlığı, dövlət orqanları fəaliyyətinin şəffaflığı; 

d)  dövlətlə  vətəndaşlar  arasında  əks-əlaqələrin  yaranması  və  qarşılıqlı 

fəaliyyəlm inkişafı üçün şəraitin təmin olunması. 

İnteqrasiya  olunmuş  elektron  sistemlərin  resurslarına  gündəlik  müraciət 

istifadəçilərdən  hansısa  xüsusi  bilik  və  vərdişlər  tələb  etməməlidir.  Hazırlıq 



 

 

70 



səviyyəmdən  asılı  olmayaraq  hər  bir  vətəndaş  hakimiyyət  strukturlarının 

nümayəndələrinə müraciət etmək imkanına malik olmalıdır. 

Hakimiyyət  orqanlarının  işinə  informasiya  texnologiyalarının  tətbiqi 

orqanların  fəaliyyəti  haqqında  informasiyanın  həcminin  genişləməsinə,  cəmiyyət 

üçün  dövlətin  informasiya  şəffaflığının  və  açıqlığımı  təmin  olunmasına  imkan 

verəcəkdir. 

İdarəçilikdə  İKT-nin  tətbiqi  ilə  əlaqədar  informasiya  axınlarının  artması  və 

yüksək  texnologiyalı  istehsal  bu  proseslərə  geniş  kommunikativ  bacarıqlara  və 

vərdişlərə malik yüksək ixtisaslı icraçıların cəlb olunmasını tələb edir. Bu məsələni 

həll  etmək  üçün  vahid  informasiya-təhsil  mühiti  yaradılmalıdır.  Bununla  yanaşı 

İKT  sahəsində  peşəkar  təhsilin  təkmilləşdirilməsi,  onun  məzmun  və  struktur 

baxımdan  yeniləşdirilməsi,  təlim  prosesinin  müasir  maddi-texniki  bazasının 

formalaşdırılması tələb olunur. 

Qeyd  edək  ki,  son  dövrlərə  qədər  Azərbaycanda  dövlət  idarəetmə  və 

hakimiyyət  orqanlarının,  təsərrüfat  subyektlərinin,  vətəndaşların  informasiya 

təminatı  aşağı  səviyyədə  idi.  İnformasiyaya  çıxış  imkanları  onun  sahə 

mənsubiyyəti  ilə  məhdudlaşdırılırdı.  Əhalinin  böyük  əksəriyyəti  informasiyanı 

ənənəvi  formada  -  nəşr  materialları,  radio  və  televiziya  vasitəsi  ilə  əldə  edirdi. 

Mövcud  informasiya-kommunikasiya  sistemləri  əsasən  dövlət  orqanlarının 

maraqlarına  xidmət  edirdi  və  bu  sistemlər  arasında  bir  qayda  olaraq  qarşılıqlı 

fəaliyyət  mövcud  deyildi.  İnformasiya  xidmətləri  və  resursları  respublika 

ərazisində qeyri-bərabər paylaş- dirilmişdi. Bütün bunlar isə öz növbəsində işlərin 

təkrarlanmasına,  sistemlərin  işlənib  hazırlanması  və  istismarına  çəkilən  xərclərin 

artmasına səbəb olurdu. Bütün bu problemlərin aradan qaldırılması üçün 17 fevral 

2003-cü il tarixdə «Azərbaycanın inkişafı naminə İnformasiya və Kommunikasiya 

Texnologiyaları  dair  Milli  Strategiya  (2003-2012-ci  illər)»  qəbul  olunmuşdur. 

Strategiyada  və  onun  əsasında  hazırlanmış  proqramlarda  «elektron  hökumət» 

layihəsinin  reallaşdırılması  nəzərdə  tutulmuşdur  ki,  onun  məqsədləri  aşağıdakı 

kimi müəyyənləşdirilmişdir: 


 

 

71 



a)  Dövlət idarəetmə orqanlarında və yerli özünüidarəetmə orqanlarında İKT-

nin geniş tətbiq və inkişaf etdirilməsi

b)  Vətəndaşlann,  qeyri-hökumət  təşkilatlarının  dövlət  idarəçiliyində  iştirakı 

üçün uyğun şəraitin yaradılması; 

c)  İKT-dən  istifadə  etmək  vasitəsi  ilə  siyasi  sistemin  müxtəlif  strukturları 

arasında qarşılıqlı təmasların artırılması; 

d)  Məmurların  İKT  sahəsində  biliklərinin  müntəzəm  artırılması  üçün 

mexanizmin işlənib hazırlanması və reallaşdınlması; 

e)  Müvafiq  idarəetmə  strukturlarında  və  müəssisələrində  elektron  sənəd 

dövriyyəsinin geniş tətbiqi; 

f)  Vətəndaşlara  informasiya  xidmətlərinin  göstərilməsi,  icmal,  sahə,  yerli 

məlumat 


ehtiyatlarının, 

dövlət 


avtomatlaşdırılmış 

sistemlərinin 

yaradılması; 

g)  İKT-nin seçki proseslərində tətbiqinin inkişaf etdirilməsi. 

Azərbaycanda  artıq  bütün  dövlət  idarəetmə  orqanlarında  daxili  şəbəkələrin 

yaradılmış  və  dövlət  orqanlarının,  təşkilatlarının  İnternet  şəbəkəsinə  qoşulması, 

dövlət  orqanlarında  aralıq  sənədlərin  və  əlavə  informasiyaların  ləğvini  həyata 

keçirən və əsas informasiyanın kompüterin yaddaşında saxlanılmasını təmin edən 

informasiya  sisteminin  və  ümumrespublika  verilənlər  bazasının  yaradılması, 

idarəetmə  proseslərinin  proqnozlaşdırılması  zamanı  kompüterin  imkanlarından 

istifadə olunması sahəsində işlər sürətlə həyata keçirilməkdədir. 

Dövlət  imtahan  mərkəzi  tərəfindən  artıq  bir  neçə  ildir  ki,  müasir  İKT-nin 

imkanlarından  istifadə  etməklə  uyğun  informasiya  resursları  yaradılmış  və 

tələbələrin  ali  və  orta  ixtisas  müəssisələrinə,  vətəndaşların  ayn-ayn  dövlət 

orqanlarında dövlət qulluğuna qəbulu prosesində istifadə  olunur,  İnternet  vasitəsi 

ilə  əhaliyə  geniş  informasiya  xidmətləri  göstərilir.  2000-cilildən  başlayaraq 

«Sekçilər» Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi yaradılmış və müxtəlif 

səviyyəli  seçkilərdə  (referendum,  Prezident  seçkiləri,  Milli  Məclisə  və 

bələdiyyələrə  seçkilərdə)  geniş  istifadə  olunmağa  başlamışdır.  Respublikada  bir 

sıra  elm  və  təhsil  müəssisələrini  birləşdirməyə  imkan  verən  telekommunikasiya 



 

 

72 



şəbəkəsi  yaradılmış,  müasir  İKT-dən  istifadə  etməklə  bank  sistemində,  Gömrük 

Komitəsində, Vergilər Nazirliyində, Azərbaycan Dövlət Neft şirkətində, Əmək və 

Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyində,  Daxili  İşlər  Nazirliyində,  bir  sıra  digər 

nazirlik,  idarə  və  təşkilatlarda  informasiya  sistemləri  yaradılmış  və  bir  çox 

layihələr həyata keçirilmişdir. Son illərdə dövlətin qərarları əsasında bir sıra siyahı 

və registrlərin hazırlanmasına başlanılmışdır. 

Belə  strategiyanın  reallaşdırılması  Azərbaycanda  informasiya  cəmiyyətinə 

keçid  üçün  əlverişli  şərait  yaradacaq,  səmərəli,  şəffaf  və  nəzarət  olunan  dövlət 

idarəetməsinin  həyata  keçirilməsinə,  əhalinin  geniş  kütlələrinin  idarəetmə 

prosesində  iştirak  etməsinə,  vətəndaşların  informasiya  resurslarından  və 

xidmətlərindən rahat istifadəsinə şəraiti təmin edəcəkdir. 

İdarəetmənin  bütün  səviyyələrinin  informasiyalaşdırılması  ilə  bağlı  tədbirlər 

həm  cəmiyyətin  daxilində,  həm  də  dövlətlə  vətəndaşlar  arasında  informasiya 

mübadiləsi prosesini əsaslı şəkildə sürətləndirəcəkdir. Bunun nəticəsində isə dövlət 

idarəetməsinin  səmərəliliyi  yüksələcək,  iqtisadiyyatda  və  cəmiyyətdə  baş  verən 

proseslərin  monitorinqi  və  bu  proseslərin  vaxtında  tənzimlənməsi  ilə  bağlı 

qərarların qəbulu üçün prinsipcə yeni imkanlar yaranacaqdır. Müasir informasiya 

texnologiyalarının  nazirlik  və  təşkilatların,  yerli  hakimiyyət  orqanlarının  işinin 

təşkilinə tətbiqi idarəetməyə çəkilən xərclərin azaldılmasına imkan verəcəkdir. Bu 

layihə çərçivəsində dövlətin informasiya resurslarının vahid bir sistemə inteqrasiya 

olunması  təsərrüfat  əyintilərinin,  vergidən  yayınma  hallarının,  qanun 

pozuntularının sayının kəskin şəkildə azaldılmasına imkan verəcəkdir. 

Öz  növbəsində  bunların  hamısı  idarəetmənin  demokratikləşdirilməsi, 

idarəetmə orqanları tərəfindən qəbul olunan qərarların şəffaflığının və açıqlığının 

təmin edilməsi, əhalinin məlumatlılığının artırılması və korrupsiyanın səviyyəsinin 

azaldılması kimi çox vacib məsələlərin reallaşdırılmasına imkan verəcəkdir. 



 

 

73 



 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin