L. A. MƏMMƏdov, E.Ç. ƏKBƏrov, H.Ə. ƏKBƏrov



Yüklə 14,08 Mb.
Pdf görüntüsü
səhifə8/11
tarix01.01.2017
ölçüsü14,08 Mb.
#4061
1   2   3   4   5   6   7   8   9   10   11
parti seu inguinalis) qarının xarici çəp əzə-
ləsinin aponevrozunun nahiyənin digər fas-
sial törəmələri ilə birlikdə qalçanın ön – üst 
tini ilə qasıq qabarcığı arasında burularaq 
qalınlaşmasından  əmələ  gələn bağdır (
şək. 
64,11
). Bu ad onu ilk dəfə ətraflı təsvir etmiş 
fransız cərrahı Pupart Fransuanın adı ilə 
bağlıdır.
 
Pupart bağı qarının aşağı hissəsinin 
Şəkil 113. Dirsəyin ön nahiyəsinin topoqrafiyası (A – nahiyənin səthi dammar və sinirləri; B – nahiyənin əzələləri) 
 
1 – v.mediana antebrachii; 2 – v.cephalica; 3 – n.cutaneus antebrachii lateralis; 4 – m.pronator teres; 5 – v.mediana 
cephalica; 6 –  m.brachioradialis; 7 – m.brachialis; 8 – n.cutaneus antebrachii posterior; 9 – m.biceps brachii;  
10 – v.basilica; 11 – n.cutaneus antebrachii medialis; 12 – a. et v. brachialis; 13 – n.medianus; 14 – nodi lymphatici cubi-
tales superficiales; 15 – epicondylus medialis; 16 – v.mediana basilica; 17 – aponeurosis m.bicipitis brachii (Piroqov 
aponevrozu); 18 – m.flexor carpi radialis; 19 – m.flexor digitorum superficialis; 20 – m.flexor carpi ulnaris;  
21 – m.palmaris longus; 22 – v.mediana profunda; 23 – n.musculocutaneus; 24 – nodi lymphatici cubitales profundi.  

74 
dayağını təşkil etməklə yanaşı, həm də qasıq 
kanalının  əmələ  gəlməsində  iştirak edir. Bu 
bağın kəsilməsi qarın divarının hermetikliy-
inin pozulmasına və  əməliyyatdan sonrakı 
yırtıqların əmələ gəlməsinə səbəb olur. 
Bağın uzunluğu yaşlı şəxslərdə, orta hesabla, 
12,5 sm – dir. Sağ qasıq bağı sola nisbətən 
0,5 – 0,6 sm uzundur. 
Həmçinin, qasıq yırtıqlarının ləğvi məq-
sədilə aparılan cərrahi  əməliyyatların son 
mərhələsi olan qasıq kanalının plastikası za-
manı onun ön və arxa divarını möhkəmlən-
dirmək üçün qarının xarici çəp  əzələsinin 
aponevrozu, daxili çəp və köndələn  əzələ 
qasıq bağına tikilir.   
 
Reyl adacığı (insula Reilli) beyin ya-
rımkürələrinin beşinci payı olub, bayır  şırı-
mın dibində, alın, təpə  və gicgah paylarının 
altında yerləşir (
şək 114,6
). Həlqəvi  şırım 
vasitəsilə onu əhatə edən törəmələrdən ay-
rılır. Adacıq mərkəzi  şırım vasitəsilə ön və 
arxa paylara bölünür. Üzərində olan qısa 
şırımlar vasitəsilə ön pay 5 – 8 qısa qırışığa 
bölünür. Arxa payda bir uzun qırışıq vardır. 
Adacığın ön aşağı hissəsində  şırım və 
qırışıqlar yoxdur. Buraya astana deyilir. 
Adacıq visseral hissi və visseral hərəki 
aktivliklə  və  həmçinin həzm yolunun aktiv-
liyi ilə  əlaqəli strukturdur. Bəzi müəlliflər 
dad mərkəzinin burada yerləşməsini güman 
edir. 
 
 
Ridleyin venoz həlqəsi (circulus 
venosus Ridleyi) sağ  və sol mağaralı 
ciblərin ön və arxa mağaraararsı ciblər vasi-
təsilə bir – biri ilə birləşməsindən əmələ gəl-
miş qapalı venoz dövrandır. Bu dövran hesa-
bına venoz qan axını  hər iki istiqamətdə 
mümkün olur və onun fasiləsizliyi təmin 
olunur.   
 
Rixter yırtığı (hernia Richteri) və ya 
divaryanı boğulma zamanı yırtıq kisə-sində 
bağırsaq ilgəyi yox, onun çözdən azad kənarı 
boyunca divarının bir hissəsi boğulur (
şək 
115
). Digər yırtıqlardan fərqli olaraq, bu yır-
tıq zamanı bağırsaq keçməzliyi  əlamətləri 
baş vermir.  
 
Riоlan qövsü (arcus Riolanı) aşağı mü-
sariqə arteriyasının  şaxəsi olan sol çənbər 
bağırsaq arteriyasının qalxan şaxəsi ilə yuxa-
rı müsariqə arteriyasından ayrılan orta çən-
bər bağırsaq arteriyasının sol şaxəsinin bir-
ləşməsindən  əmələ  gəlmiş arterial anasto-
mozdur (
şək. 116,4
).
 
Digər tərəfdən, sol çən-
bər bağırsaq arteriyasının enən  şaxəsi S - ə 
Şəkil 114. Reyl adacığı  
 
1 – gyrus supramarginalis; 2 – gyrus postcentralis;  
3 – gyrus precentralis; 5 – Reyl adacığının qısa qırışıqları;  
6 –  Reyl adacığı; 7 –  adacığın astanası; 8 – lobus temporalis; 
9 – Reyl adacığının uzun qırışığı; 10 – lobus occipitalis. 

75 
bənzər bağırsaq arteriyası ilə anastomozlaşır. 
Ona görə də, cərrahi əməliyyatlar zamanı bu 
şaxələrdən birinin bağlanılması bağırsağın 
qan təchizatının pozulmasına səbəb olmur. 
 
Roland şırımı və ya mərkəzi şırım (sul-
cus Rolandi seu centralis) frontal istiqamətdə 
beyin yarımkürələrinin yuxarı – bayır səthində 
alın və təpə payları arasında yerləşərək, onları 
bir – birindən ayıran şırımdır (
şək. 32
).  
Rozenmüller çuxuru (udlaq cibi – re-
sessus pharyngeus) eşitmə borusunun udlaq 
dəliyinin və boru yastığının arxasında yerləş-
miş cibdir.  
 
Rotter düyünləri (döş  əzələləriarası 
limfa düyünləri – nodi lymphatici inter-
pectorales) döş əzələlərinin arasında yerləş-
miş limfa düyünləri olub, süd vəzisinin əsa-
sından limfanı toplayır və  həmçinin, retro-
mammar limfa düyünlərinin aparıcı limfa 
damarlarını qəbul edir (
şək. 15,8
). 
 
Rozenmüller – Piroqov düyünü budun 
ön nahiyəsində, damarlar sahəsinin içəri bu-
cağında, daxili bud həlqəsinin üzərində yer-
ləşən limfa düyünüdür (
şək. 109,4
).  
 
Sappey kələfi (məmə dairəciyiətrafı 
limfatik kələf)
 
süd vəzisinin məməcikətrafı 
çevrəsi nahiyəsində bilavasitə  dəri və pre-
Şəkil  115. Rixter yırtığı (divaryanı boğulma) 
Səkil 116. Köndələn çənbərbağırsaq artеriyaları 
 
1 – vissеral pеritоn səfhəsi (kəsik xətti); 2 – flexura coli dextra; 3 – colon transversum; 4 – çənbərbağırsağın оrta və sоl 
artеriyaları arasında anastоmоz (arcus arteriosus Riоlani); 5 – flexura coli sinistra; 6 – a. colica sinistra; 7 – mesocolon 
transversum; 8 – a. colica media; 9 – arterial qövslər. 

76 
mammar toxuma sahəsində yerləşən səthi 
areolar limfa kələfidir (
şək. 15A,11
). Bu 
kələfi təşkil edən limfa damarları 
məməcikətrafı çevrədən, süd vəzisinin 
parenximasının çox hissəsindən limfanı 
toplayır. Limfa damarlarının bir qismi 
məməcikətrafı sahədən  əks tərəfə keçərək, 
səthi dəri limfa damarları ilə anastomozlaşır 
və  dərin areaolar kələfə keçirlər. Kələfi 
təşkil edən dəri limfa damarları böyük klinik 
əhəmiyyətə malikdir. Belə ki, süd vəzisi 
xərçənginin metastazları zamanı onlar erkən 
infiltrasiyalaşdığından dəri üzərində 
görünürlər və buna metastazların  «dəri 
cığırı» əlaməti deyilir. 
 
Sappey venaları (göbəkətrafı venalar – 
vv.paraumblicales) qara ciyərin girdə bağı-
nın daxilində gedən 4 – 5 ədəd venalar olub, 
qarının ön divarından venoz qanı toplayaraq 
göbək venası vasitəsilə qapı venasına açılır 
və porto – kaval (aşağı boş vena ilə qapı ve-
nası arasında) anastomoz əmələ  gətirir. Bu 
venalar diaqnostik baxımdan böyük əhəmiy-
yət kəsb edirlər. Belə ki, qapı venası siste-
mində durğunluq (sirroz, qapı venasının sı-
xılması və s.) baş verən zaman göbəkətrafı ve-
nalar genişlənərək göbək ətrafında ilanabənzər 
venoz yumaq əmələ  gətirirlər, buna cərrahlar  
«meduza başı»  sindromu deyirlər (
şək. 117
).  
 
Sibson fassiyası (plevraüstü fassiya – 
fascia suprapleuralis) boyunun bayır üçbu-
cağının dərin toxuma sahəsində boyundaxili 
fassiyanın pariyetal səfhəsindən  əmələ  gəl-
miş günbəz  şəkilli fassial törəmə olub, VII 
boyun fəqərəsinin köndələn çıxıntısının ön 
kənarı ilə I qabırğanın içəri kənarı arasında 
çəkilmişdir. Üzəri kiçik pilləli  əzələlərdən 
ayrılmış az sayda əzələ lifləri ilə örtülmüş-
dür. Bəzən döş  qəfəsinin yuxarı  dəliyinin 
(girəcəyinin) diafraqması da adlandırılır. 
 
Sorgius düyünü süd vəzisiətrafı limfa 
düyünlərinin III qabırğa səviyyəsində, böyük 
döş  əzələsinin bayır kənarının altında, ön 
dişli  əzələnin  III dişciyi üzərində yerləşən 
ən böyüyüdür (
şək. 15A –1b
). Böyük klinik 
əhəmiyyətə malik olan bu düyün süd 
vəzisinin xərçəngi və bəzi infeksion xəstəlik-
ləri zamanı, digər limfa düyünlərinə nisbə-
tən, ilkin dəlalət kimi,  daha erkən zədələnir 
və böyüyür. 
 
Silvi su kəməri (beyinin su kəməri – 
aquaductus cerebri) uzunluğu 1,0 – 1,5 sm,  
diametri 0,8 – 1,0 mm olan kanaldır, III 
mədəciklə IV mədəciyi birləşdirir (
şək. 118
). 
Daxildən ependim ilə örtülmüşdür.  Beyin – 
Şəkil 117. «Meduza başı» 

77 
onurğa beyini mayesinin dövranı yolları 
müxtəlif səviyyələrdə (Monroy dəliyi, Ma-
jandi dəliyi, Silvi su kəməri) tutula və hidro-
sefaliyaya səbəb ola bilər. Bu zaman beyində 
baş verən pozğunluqların ağırlıq dərəcəsi və 
xarakteri tutulma yerinin lokalizasiyasından 
asılı olur. Beyin – onurğa beyni mayesi sis-
teminin tutulması ən çox Silvi su kəməri na-
hiyəsində baş verir. Buna səbəb beyin şişlə-
rinin çox vaxt arxa kəllə çuxurunda Silvi su 
kəmərinin yaxınlığında inkişaf etməsidir. 
 
Silvi  şırımı  və ya bayır  şırım (sulcus 
Silvi seu lateralis) beyin yarımkürələrinin 
yuxarı – bayır səthində sagital istiqamətdə 
yerləşmiş  şırım olub alın, təpə  və gicgah 
paylarını bir – birindən ayırır. Ön dəliklən-
miş maddədən başlayaraq yarımkürələrin ba-
yır səthi ilə arxaya doğru gedir və kənarüstü 
qırışıqla hüdudlanır (
şək. 32
). 
 
Simon üçbucağı boyunun ön səthində 
içəridən qayıdan qırtlaq siniri, bayırdan 
ümumi yuxu arteriyası  və yuxarıdan aşağı 
qalxanabənzər arteriya ilə əhatə olunmuş sa-
hədir. Bu sahə qalxanabənzər vəz üzərində 
aparılan cərrahi  əməliyyatlar zamanı topo-
qrafik oriyentir və qadağan zona hesab olu-
nur. Belə ki, qayıdan qırtlaq siniri qalxana-
bənzər vəzi üzərində aparılan cərrahi əməliy-
yatlar zamanı asanlıqla zədələnə  və disfoni-
yaya (səsin pozulmasına) səbəb ola bilər.  
 
Sioni siniri və ya Hofer siniri (ürəyin 
depressor siniri – n.depressor cordis) azan 
sinirin boyun hissəsindən çıxan yuxarı ürək 
sinirlərinin ən yuxarı şaxəsi və yuxarı qırtlaq 
sinirindən ayrılan  şaxələrin birləşməsindən 
əmələ gəlir, yuxu arteriyasının üzəri ilə aşa-
ğıya doğru gedir, səthi və  dərin ürək kələf-
lərinin əmələ gəlməsində iştirak edir.  
Bu sinirin qıcıqlanması ürək döyüntülə-
rinin yavaşımasına və aortada təzyiqin düş-
məsinə səbəb olur. 
 
Sirkə kasası (acetabulum) ətrafında qal-
ça, qasıq və oturaq sümüklərini birləşdirən bud 
sümüyünün başı ilə birləşməyə məxsus oynaq 
çuxurudur (
şək.119,4
). Içərisində bud sümü-
yünün başı ilə birləşməyə məxsus aypara oy-
naq səthi, ortasında bud sümüyü başının 
girdə bağının bağlanmasına məxsus sirkə 
kasası çuxuru və  aşağı  kənarında isə sirkə 
Şəkil 118. Beyinin sagital kəsiyi (Silvi su kəməri oxla 
göstərilmişdir) 
 
1 – nuc.preoptici; 2 – region hypothalamica anterior;  
3 – nuc.dorsomedialis; 4 – nuc.paraventricularis; 5 – regio 
hypothalamica intermedia; 6 – nuc.hypothalamicus posterior; 
7 – sulcus hypothalamicus; 8 – regio hypothalamicus poste-
rior; 9 – n.oculomotorius; 10 – nuc.corporis mamillaris;  
11 – nuc.tuberales; 12, 13 – hypophysis; 14 – nuc.infun-
dibularis; 15 – n.opticus; 16 – nuc.supraopticus; 17 – nucleus 
hypothalamicus ventromedialis. 

78 
kasası oyması yerləşir. 
Qədim yunanlar və romalılar axşam ye-
məyi zamanı süfrəyə  həmişə saxsı,  şüşə, 
gümüş, bürünc və ya qızıldan düzəldilmiş, 
içərisi sirkə ilə dolu kiçik kasa (ağzı enli və 
əsası isə dar qab) qoyurdular. Onlar yemək-
lərinə bu sirkədən tökürdülər. Çanaq sümüyü 
üzərində olan oynaq çuxuru bu kasaya oxşa-
dığı üçün «sirkə kasası» adlandırılır. 
 
Skarp və ya bud üçbucağı (trigonum 
femorale) budun ön nahiyəsinin yuxarı 1/3 
hissəsində yerləşmiş,  əsası yuxarıya və zir-
vəsi aşağıya baxan üçbucaq formalı sahədir. 
O, yuxarıdan qasıq bağı, bayırdan dərzi əzə-
ləsi, içəridən isə budu yaxınlaşdıran uzun 
əzələ ilə hüdudlanmışdır (
şək. 120
). Üçbuca-
ğın zirvəsi qasıq bağından 8 – 10 sm aşağıda 
yerləşir, dibini içəri tərəfdə daraq və bayır 
tərəfdə isə qalça – bel əzələləri təşkil edir. 
Bud üçbucağının üzunluğu  (8 – 12 sm) 
ətrafların vəziyyətindən asılı olaraq dəyişir. 
Onun hüdudları daxilində fassial toxuma sa-
həsi yerləşir. Bu toxuma sahəsi bayırdan dər-
zi, budun düz və içəri enli əzələlərinin fas-
sial yataqları, içəridən daraq əzələsinin və 
budu yaxınlaşdıran uzun əzələnin fassial fut-
lyarları, arxadan isə qalça – bel əzələsinin 
futlyarı ilə hüdudlanmışdır. Üçtərəfli pirami-
da formasında olan bu toxuma sahəsinin əsa-
sını budun enli fassiyası  təşkil edir. Onun 
zirvəsi aşağıya və  dərinə, bud sümüyünün 
kiçik burmasına doğru çevrilmişdir. Onu 
əhatə edən əzələlərin futlyarları bir – biri ilə 
fassial atmalarla birləşdikləri üçün bu toxu-
ma sahəsi nisbətən qapalı olur. Budun damar – 
sinir dəstəsinin ümumi fassial yatağından 
başlanan fassial atmalar onu qalça – daraq 
qövsü, qalça – bel əzələsinin fassial futlyarı, 
içəri  əzələlərarası arakəsmə  və  dərzi  əzələ-
sinin futlyarı ilə birləşdirir. Nəticədə Skarp 
üçbucağının toxuma sahəsi bayır və içəri 
hissələrə bölünür. Onun bayır hissəsi budun 
enli fassiyası ilə qalça – bel əzələsinin fassi-
yası arasında qalan yarıqdan  ibarətdir və   
dibini qalça – bel əzələsi təşkil edir. Fassiya-
lararası bu yarıq kövşək toxuma ilə tutulmuş-
dur və buradan bud siniri və bud sümüyünü 
dolanan bayır damarlar keçir. Qasıq bağının 
qalça – bel əzələsinin fassiyası ilə sıx birləş-
məsi səbəbindən bayır hissə qapalı olur.  
Skarp üçbucağının toxuma sahəsinin içəri 
hissəsi qalça – daraq çuxuruna uyğun gəlir. 
Burada damarlar 2 təbəqədə yerləşir. Səthdə 
bud arteriyası  və venası, dərində isə budun 
Şəkil 119. Çanaq sümüyü  
 
1 – crista iliaca; 2 – spina iliaca anterior superior; 3 – 
spina iliaca anterior inferior; 4 – acetabulum; 5 – foramen 
obturatum; 6 – tuberculum pubicum; 7 – incisura is-
chiadica minor; 8 – spina ischiadica; 9 – incisura is-
chiadica major; 10 – spina iliaca posterior inferior; 11 – 
spina ischiadica posterior superior  

79 
dərin damarları (budun dərin arteriyası, budu 
dolanan içəri arteriya)  keçirlər.  Bud damar-
ları  və bud siniri bud üçbucağında üçtərəfli 
prizma  şəkilli ümumi fibroz yataqda – bud 
yatağında yerləşir.   
Bud üçbucağının toxuma sahəsi damar-
lar sahəsindən keçməklə  bud damarları bo-
yunca çanağın peritonaltı  mərtəbəsi ilə, bud 
venasının səthi kökləri və gizli deşik vasi-
təsilə həmin nahiyənin dərialtı toxuma sahəsi 
ilə, bud sümüyünü dolanan bayır arteriyanın 
gedişi boyunca sağrı nahiyəsi ilə, bud da-
marları boyunca yaxınlaşdırıcı kanalla, bud 
sümüyünü dolanan içəri arteriya boyunca ya-
xınlaşdırıcı əzələlərin yatağı ilə əlaqələnir. 
 
Spense quyruğu süd vəzisinin yuxarı 
bayır kvadrantının döş fassiyası üzərində 
olan dəlikdən (Langer dəliyi) qoltuq çuxuru-
na doğru gedən uzantısıdır. 
 
Spigel xətti (aypara xətt – linea semi-
lunaris) qarının köndələn əzələsinin əzələvi 
hissəsinin aponevroz hissəyə keçən yeri üzrə 
çəkilən və qabarıqlığı bayıra baxan xəttdir 
(
şək.121,7
).  
 
Spiral kanal (bazu – əzələ kanalı və ya 
mil siniri kanalı – canalis spiralis seu ca-
nalis musculobrachialis seu canalis nervi 
radilais) bazu sümüyü cisiminin arxa səthin-
dəki mil siniri şırımı (spiral şırım) ilə bazu-
nun üçbaşlı  əzələsinin içəri və bayır başları 
arasında  əmələ  gələn kanaldır (
şək. 122,5
). 
Bu kanaldan mil siniri və bazunun dərin 
arteriyası keçir. Kanalda yerləşən damar – 
sinir dəstəsi kövşək toxuma qatı ilə  əhatə 
olunmuşdur. Bu toxuma qatı qoltuq və 
bazunun ön nahiyəsinin toxuma sahələri ilə 
əlaqələnir. Kanalın topoqrafik olaraq 
əzələlərarası və əzələ – sümük hissələri ayırd 
edilir.  Əzələlərarası hissə bazunun yuxarı 
1/3 – də, əzələ – sümük hissəsi isə bazunun 
orta 1/3 – də yerləşir.  
Bazu sümüyünün orta 1/3 – də baş verən 
sınıqlar zamanı bazu – əzələ kanalından ke-
çən damar – sinir dəstəsi zədələnə bilər və 
gələcəkdə mil sinirinin şümük döyənəyinə 
cəlb oluna biləcəyini nəzərə almaq lazımdır. 
Digər tərəfdən, bazunun dərin arteriyasından 
qanaxmalar zamanı turna tətbiq edildikdə 
mil sinirini sümüyün səthinə  sıxılaraq  əzil-
məsinin qarşısını almaq məqsədilə turnanı 
Şəkil  120. Skarp üçbucağı 

80 
kanalın əzələlərarası hissəsinə (yəni bazunun 
yuxarı 1/3 – nə) qoymaq lazımdır. 
 
Stenson axacağı (qulaqaltı  vəzinin 
axacağı – ductus parotideus) 5 – 6 cm 
uzunluğunda olub, qulaqaltı  vəzinin ön kə-
narından başlayır, köndələn istiqamətdə çey-
nəmə  əzələsinin üzəri ilə önə doğru gedir, 
yanaq əzələsini dəlir və II yuxarı azı dişi bə-
rabərində yanağın selikli qişası üzərində olan 
papilla parotidea üzərindəki dəlik vasitəsilə 
ağız dəhlizinə açılır (
şək. 123,1
). Qulaqaltı 
vəzinin axacağını asanlıqla  əlləmək müm-
kündür. Bunun üçün dişlər bir – birinə möh-
kəm sıxılır, bu zaman ceynəmə əzələsi tapılır 
və onun ön kənarının ortasında qulaqaltı 
vəzinin axacağı qaytan kimi əllənir
.
 
      
Süvari kisəsi – bud sümüyünün içəri epi-
kondilusu səviyyəsində dəri altında yerləşən 
selikli kisədir. Bəzən diz qapağının önündə 
yerləşən bursa prepatellaris subfascialis et 
subtendinea ilə birləşir. At çapan insanlar 
(süvarilər) həmişə dizlərini atın gövdəsinə 
sıxdıqları üçün həmin kisə mexaniki təsirə 
məruz qalır və  nəticədə, içərisinə mayenin 
toplanması ilə müşayiət olunan xroniki ilti-
habı prosesə  uğrayır, diz qapağının önündə 
şişkinlik əmələ gəlir.  
 
Şah vena (vena basilica) yuxarı ətrafın 
səthi venalarına aid olub, əlin arxa venoz to-
Şəkil  122. Mil siniri kanalı (oxla göstərilmişdir)  
 
1 – caput longum m.tricipitis brachii; 2 – m.teres major;  
3 – caput laterale m.tricipitis brachii; 4 – caput mediale 
m.tricipitis brachii; 5 – sulcus nervi radialis (spiral kanal); 
6 – m.deltoideus. 
Şəkil 121. Qarın ön 

 
yan divarlarının damar və sinirləri 
 
1 – a.et v.epigastrica superior; 2 – vagina musculi recti 
abdominis (lamina posterior); 3 – inscriptiones tendineae;  
4 – vagina musculi recti abdominis (lamina anterior);  
5 – nn.intercostalis XI; 6 – a.lumbalis; 7 – linea semilu-
naris (Spigeli); 8 – n.intercostalis X; 9 – m.transversus 
abdominis; 10 – n.intercostalis IX; 11 – a. et v.inter-
costalis; 12 – n.intercostalis VIII; 13 -   n.intercostalis VII. 

81 
runun içəri tərəfindən başlayaraq, yuxarıya 
doğru gedir və bazunun ikibaşlı  əzələsinin 
içəri  şırımına keçərək bazu venasına açılır 
(şək.123,7)
. Bazu səviyyəsində bu vena fas-
siyanın səfhələri arasında  əmələ  gəlmiş ka-
nalda yerləşir. 
 
 Şipo üçbucağı  və ya trepanasion üç-
bucaq gicgah sümüyünün məməyəbənzər çı-
xıntısının ön hissəsində olan üçbucaqşəkilli 
bir sahədir 
(şək. 124)
. Bu üçbucaq öndən xa-
rici qulaq keəcəyinin arxa kənarı  və spina 
suprameatum, arxadan məməyəbənzər daraq 
(crista mastoidea), yuxarıdan isə almacıq 
qövsünün davamı olan xəyali xətt ilə hüdud-
lanmışdır. Bu üçbucağın hüdudları daxilində 
sümüyün içərisində  məməyəbənzər mağara 
(antrum mastoidea) yerləşir. Məməyəbənzər 
mağara girəcəyi – aditus ad antrum vasitə-
silə təbil boşluğu ilə birləşir.  Məməyəbənzər 
mağaranın arxa divarına S – ə bənzər venoz 
cib proyeksiya olunur. Şipo üçbucağı neyro-
cərrahlıq praktikasında böyük əhəmiyyətə 
malikdir. İrinli mastoiditlər zamanı bu üçbu-
cağın hüdudları daxilində trepanasiya icra 
olunur. Cərrahi  əməliyyatlar zamanı  Şipo 
üçbucağının hüdudlarından kənara çıxmaq 
olmaz. Bu zaman xarici oriyentir kimi xarici 
qulaq keçəcəyinin yuxarı  kənarına və keçə-
cəküstü tinə əsaslanmaq lazımdır. Xarici qu-
laq keçəcəyinin yuxarı  kənarından çəkilmiş 
üfiqi xətdən yuxarıda məməyəbənzər çıxın-
tının boşluğunu açmaq olmaz, bu zaman orta 
kəllə çuxuru açılar və infeksiya kəllənin orta 
çuxuruna yayıla bilər. Bu boşluğu təbil – mə-
məyəbənzər yarıqdan öndə  də açmaq olmaz, 
çünki üz siniri kanalının  şaquli hissəsi açıla 
Şəkil  123. Böyük ağız suyu vəziləri və onların axacaqları 
 
1 – ductus parotideus2 – ductus sublingualis;  
 3 – ductus submandibularis; 4 – glandula submandibularis; 
5 – glandula parotis. 
Şəkil 123. Yuxarı ətrafın səthi venaları 
 
1 – fossa infraclavicularis; 2 – clavicula; 3 – m.pectoralis 
major; 4,9,11 – v.cephalica; 5 – fascia pectoralis; 6 – cu-
tis; 7 – v.basilica; 8 – vas anastomoticum; 10 – fascia 
brachialis; 12 – m.deltoideus; 13 – fascia deltoidea.  

82 
bilər. Həmçinin, məməyəbənzər çıxıntının 
trepanasiyasını onun darağının ön kənarın-
dan arxada da aparmaq məsləhət görülmür, 
bu zaman S – ə bənzər cib zədələnə bilər.      
 
Şopar oynağı (ayaq daraqarxasının 
köndələn oynağı – articulatio tarsi trans-
versa) – aşıq – qayığabənzər və daban – ku-
babənzər oynaqlar cərrahi praktikada ayağın 
bu səviyyədə ekzartikulyasiyası zamanı va-
hid bir oynaq kimi götrülür və fransız cərrahı 
Fransua  Şoparın  şərəfinə  Şopar oynağı 
adlandırılır (
şək. 59,7
). Bu oynaq dəri üzərində 
içəri topuqdan 2,5 – 3,0 sm, bayır topuqdan isə 
4 – 5 sm distal tərəfdə çəkilmiş xəyali xətt üzrə  
proyeksiya olunur. Bu oynağın bir hissəsi olan 
daban – kubabənzər oynaq haçayabənzər bağla 
(lig. bifurcatum) möhkəmlənir 
(şək.59,9).
 
 
Yüklə 14,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin