L. A. MƏMMƏdov, E.Ç. ƏKBƏrov, H.Ə. ƏKBƏrov



Yüklə 14,08 Mb.
Pdf görüntüsü
səhifə1/11
tarix01.01.2017
ölçüsü14,08 Mb.
#4061
  1   2   3   4   5   6   7   8   9   10   11


 
 
 
 
 
L.A. MƏMMƏDOV, E.Ç. ƏKBƏROV, H.Ə. ƏKBƏROV 
 
 
 
 
 
 
 
 
İNSAN ORQANİZMİNİN XÜSUSİ ADLAR  
DAŞIYAN TÖRƏMƏLƏRİ  
VƏ  
ONLARIN ƏHƏMİYYƏTİ 
(
İZAHLI MƏCMUƏ

 
 
 
 
 
 
 
BAKI - 2012 
 


Mövcud  ədəbiyyat mənbələrində in-
san оrqanizminin hər bir nahiyəsində xüsusi 
adlar daşıyan müxtəlif xarakterli çоxsaylı 
törəmələrə rast gəlinir. 
 
Əslində bunların bəziləri yaranışdan 
çоx mükəmməl fоrmalaşdırılmış intakt  in-
san  оrqanizminin qüsursuz fəaliyyət gös-
tərməsini təmin etmək üçün xüsusi anatоmо – 
fiziоlоyi  əhəmiyyətə malik ayrılmaz bir 
hissəsi kimi  müxtəlif tоxumalardan (fassiya, 
əzələ, sinir,  vətər, bağlardan və s.) adsız оla-
raq yaradılmışlar. Bəziləri isə, bu və ya digər 
törəmənin, nahiyənin praktik əhəmiyyətini 
daha aydın açıqlamaq məqsədilə ayrı – ayrı 
müəlliflər tərəfindən şərti оlaraq tərtib оlun-
muşlar. 
 Bu 
törəmələrin bir qismi оnları ilk dəfə 
təsvir və  tərtib etmiş, yaxud öyrənmiş 
şəxslərin  şərəfinə (məsələn, Meyо venası, 
Paxiоn dənəcikləri, Pupart bağı, Villizin qan 
dövranı, Piraqоv üçbucağı, Sоrqius düyünü 
və s.), bir qismi оnların оxşadıldıqları əşya-
ların (оraq, xəlbir, çəkic, qalxan və s.), digər 
qismi isə  bənzədildikləri həndəsi fiqurların 
(üçbucaqlı, qövs, kanal, həlqə, rоmb və s.) 
adları ilə əlaqəli adlandırılmışlar. 
 Ümumiyyətlə, bu cür törəmələr hədsiz 
dərəcədə  çоxsaylıdırlar və müxtəlif xarak-
terli ədəbiyyat mənbələrində təsvir оlunmuş-
lar. Tərtib etdiyimiz bu izahlı məcmuədə tо-
pоqrafik anatоmiya və  оperativ cərrahlıq 
fənni ilə sıx əlaqəsi оlan xüsusi adlı törəmə-
lər tоplanılıb, xarakterizə edilmişlər. 
Kitabda verilmiş məlumatların daha an-
laşıqlı olması və asanlıqla qavranılması üçün 
onun mətni çoxsaylı yüksək keyfiyyətli sə-
killərlə əyaniləşdirilmişdir. Bu sahədə ilk də-
fə belə  tərtibatda azərbaycan dilində yazıl-
mış istifadənizə  təklif etdiyimiz kitabımız 
tibb üzrə bütün mütəxəssislər, tibb təhsili tə-
ləbələri və geniş oxucu kütləsi üçün nəzərdə 
tutulmuşdur. Onun azca da olsa yararlı olma-
sı  zəhmətimizə verilmiş  ən yüksək qiymət 
olacaqdır.  
 
Müəlliflərdən 
ÖN SÖZ 


Abbot arteriyasi kiçik anomal arteriya 
olub enən aortanın döş hissənin proksimal 
ucunun arxa – içəri səthindən başlayır. Arte-
riya aorta daralmasının (koarktasiya) aradan 
qaldırılması məqsədilə aparılan cərrahi əmə-
liyyat zamanı nəzərə alınmalıdır ki, bilinmə-
dən kəsilib, gizli qanaxmaya səbəb olmasın. 
 
Adamkieviç arteriyası  və ya onurğa 
beyini arteriyası (a.Adamkiewicz seu 
a.spinalis)  bel arteriyasının şaxəsidir, bəzən 
isə qabırğaaltı arteriyadan başlayıb, onurğa 
beyininin bel – oma qalınlaşmasını qidalan-
dırır. 
 
Adəm alması (pomum Adami)  qırtla-
ğın skeletini təşkil edən qalxanabənzər qığır-
dağın qədim adıdır. O, öndə bir – biri ilə bir-
ləşərək, kişilərdə 90
o
, qadınlarda isə 120

– li 
bucaq əmələ gətirən dördbucaq formalı sağ və 
sol səfhələrdən təşkil olunmuşdur (
şək. 1a
). Bu 
bucaq kişilərdə gözlə daha yaxşı görün-
düyündən «Adəm alması» adlandırılır. 
Mövcud mənbələrdə qırtlağın «Adəm al-
ması» adlandırılması haqqında iki məlumat 
vardır. Birinci məlumata görə,  ərəblər insan 
bədənində olan bütün hündürlüklərə «alma» 
adı vermişdilər. Bu hündürlüklərdən biri – 
qalxanabənzər qığırdaq hündürlüyü yalnız 
kişilərə  məxsus olduğundan və «adəm» kişi 
mənasında işlədildiyindən onu «kişi alması – 
adəm alması» adlandırırdılar. Digər məlumat 
Bibliyaya  əsaslanır: ilk insan – Adəm cən-
nətdə qadağan olunmuş meyvəni  yeyərkən 
boğazında ilişib qalıb və bir günah işlətmə 
rəmzi kimi xaricdən göründüyündən  «Adəm 
alması» adlandırılmışdır. O, boyunda apa-
rılan cərrahi  əməliyyatlar zamanı oriyentir 
kimi istifadə olunur. 
 
Axilles vətəri (tendo Achillis seu tendo 
calcanea) baldırın üçbaşlı  əzələsinin daban 
qabarına bağlanan vətəridir (
şək.2
). Vətərin 
belə adlandırılması  əfsanəvi qədim yunan 
qəhrəmanı Axillesin adı ilə bağlıdır.  Əfas-
nəyə görə, çox iti axına malik olan müqəd-
dəs Stiks çayının möcüzəvi xüsusiyyəti var-
mış: onda çimənin bədəni qılıncla kəsilməz, 
oxla, nizəylə deşilməz olurmuş. Ona görə də
Axillesin anası Fetida oğlunu gələcəkdə 
məğlubolunmaz etmək məqsədilə  uşaq ikən 
onu bədənin ən əlçatmaz, gözdən uzaq yerin-
dən – baldırın üçbaşlı  əzələsinin vətərindən 
Şəkil 2. Axilles vətəri  
1- tendo Achillis (tendo calcaneus) 
Şəkil.1. 

 qalxanabənzər qığırdaq; b 

 üzüyəbənzər 
qığırdaq 


tutaraq başıaşağı Stiks çayına sallayıb 
çimizdirir. Doğurdan da sonralar bunun 
sayəsində Axilles yenilməz olaraq məhşuq 
qəhrəmana  çevrilir. Lakin oğlu ilə daim 
öyünən anası  təsadüfən bir dəfə Axillesin 
belə  qələbələrinin onun Stiks çayında 
çimizdirilməsi ilə əlaqəli olması sirrini açmış 
və çimizdirən zaman barmaqları ilə tut-
duğundan çayın suyu ilə  təmasda olmayan 
baldırın üçbaşlı  əzələsinin vətərinin zəif yer 
olduğunu söyləmişdir. Bundan xəbər tutan 
düşmən tərəf Troya müharibəsi zamanı Axil-
lesi mühasirəyə salmışlar və Paris zəhərli 
oxla məhz həmin zəif yerdən onu ölümcül 
yaralamışdır. 
 
Alkоk kanalı (cinsiyyət kanalı – cana-
lis pudendalis) – daxili qapayıcı əzələni ör-
tən fassiyanın səfhələri arasında əmələ gələn 
kanaldır (
şək. 3,9
). Uzunluğu  3 – 4 sm olan 
bu kanal oturaq – düz bağırsaq çuxurunun 
yan divarında yerləşir və buradan daxili 
cinsiyyət damar – sinir dəstəsi keçir.  
Qapayıcı fassiyanın üzərində Alkok ka-
nalının ön ucuna sidik – cinsiyyət diafraq-
ması bitişir. Buna görə, cinsiyyət damar – 
sinir dəstəsini  əhatə edən toxuma bilavasitə 
oturaq – düz bağırsaq çuxurundan keçmir və 
sidik – cinsiyyət diafraqmasının toxuma yarıq-
ları ilə birləşmir. Cinsiyyət damar – sinir dəs-
təsi və onun ətrafındakı toxuma irinli – iltihabi 
proseslərin yayılmasında  əlaqə yolu kimi 
iştirak etmir, çünki Alkok kanalı oturaq – düz 
bağırsaq çalası toxumasından təcrid olunmuş-
dur. Daxili cinsiyyət damarları və siniri Alkok 
kanalı ilə oturaq – düz bağırsaq çuxuruna 
girmədən birbaşa sidik – cinsiyyət diafraq-
masının orta aponevrozunun altına keçirlər. 
 
Amantini büküşü (plica Amantini), 
bud sümüyünün kiçik burması  səviyyəsində 
yerləşir. Bud – çanaq oynağının kapsulunun 
bud sümüyünün boynuna keçən hissəsində 
əmələ gəlir. Bu büküşün daxilində bud sümü-
yü başına məxsus damarlar keşir (
şək. 4,2
). 
Şəkil 3. Aralıq nahiyəsi 
 
1 – m.transversus perinea superficialis; 2 – a. et v. pudenda inter-
na; 3 – daxili qapayıcı əzələ fassiyasının dərin səfhəsi; 4 – daxili 
qapayıcı əzələ fassiyasının səthi səfhəsi; 5 – m.sphincter ani ex-
terna; 6 – anus; 7 – m.levator ani; 8 – daxili qapayıcı əzələ fassi-
yası;  9 – canalis pudendalis (Alckok); 10 – ig.sacrotuberale;  
11 – a. v. et n.perinealis.  
Şəkil 4. Bud–çanaq oynağı 
 
1 – membrana synovialis; 2 – plica synovialis; 3 – tuber 
ischi; 4 – membrana obturatoria; 5 – lig. teres; 6 – a. liga-
menti teretis; 7–r.acetabularis a.obturatoria; 8 – pubis;  
9 –tuberculum pubicum; 10 – a.obturatoria.  


Ammon buynuzu (cornu Ammonis) 
yan mədəciklərin aşağı buynuzunun içəri di-
varında yerləşmiş qoç buynuzlarına bənzər 
bir hündürlükdür (
şək. 5 
– 2,13
). Bu ad qoç 
başı  və buynuzları ilə  təsvir edilmiş  qədim 
yunan allahı Ammonun şərəfinə verilmişdir. 
 
Anatоmik tənbəki qabı biləyin bayır 
tərəfində, mil sümüyünün biz çıxıntısının 
distal ucunda yerləşən çökəklik olub, bayır 
tərəfdən baş barmağı açan qısa və baş bar-
mağı uzaqlaşdıran uzun əzələnin vətəri ilə, 
ıçəri tərəfdən isə baş barmağı açan uzun əzə-
lənin vətəri ilə əhatə olunmuşdur. Onun dibi-
ni yuxarıda qayığabənzər sümük, aşağıda isə 
trapesiyaşəkilli və trapesiyayabənzər sümük-
lər təşkil edirlər (
şək. 6,2
). XVIII – XIX əsr-
lərdə anatomlar çirkli əlləri ilə toxunmamaq 
üçün tənbəkini buruna çəkmək üçün bu çu-
xura tökürdülər. Bu çuxurun anatomik tən-
bəki qabı adlandırılması  məhz bununla əla-
qədardır. Burada dərialtı toxuma qatında baş 
vena, mil sinirinin səthi  şaxəsi, xüsusi fas-
siyanın altında isə mil arteriyası yerləşir. Mil 
arteriyasından qanaxmalar zamanı arteriya 
burada qayığabənzər sümüyə sıxılır. 
 
Aranti axacağı  və ya venoz axacaq – 
(ductus Arantii seu ductus venosus)  bətn-
daxili dövrdə göbək venasının aşağı boş 
venaya açılan  şaxəsidir və doğuşdan qısa 
Səkil 5. Beyinin üfiqi kəsiyinin yuxarıdan görünüşü 
 
1 – görmə qabarı; 2,13 – dənizatı (Ammon buynuzu); 3,10 – yan 
mədəciyin damarlı kələfi; 4 – hüdudi zolaq; 5 – yan mədəciyin 
ön buynuzu; 6 – cavum septi pellucidi; 7 – lamina septi pellu-
cidi; 8 – quyruqlu nüvənin başı; 9 – foramen interventricularis;  
11 – corpus fornicis; 12 – yan mədəciyin aşağı buynuzu.  
Şəkil 6. Anatomik tənbəki qabı 
 
1 – tendo m.extensoris pollicis longus; 2 – fovea radialis 
(anatomik tənbəki qabı); 3 – tendines m.abductoris polli-
cis longi et m.extensoris pollicis brevis; 4 – sulcus ra-
dialis; 5 – thenar. 
Şəkil 7. Qara ciyər (aşağı səthi) 
 
1 – Aranti (venoz) bağı; 2 – aşağı boş vena; 3 – öd kisəsi; 
4 – ümumi qara ciyər axacağı; 5 – qapı venası; 6 – qara 
ciyərin xüsusi arteriyası; 7 – qara ciyərin girdə bağı. 


müddət sonra mənfəzi tutularaq eyniadlı bağa - 
ligamentum venozum çevrilir (
şək. 7,1
).  
 
Aranti düyünləri və ya aypara qapaqla-
rın düyünləri (noduli Arantii seu noduli 
valvularum semilunarum) aortanın və ağ ci-
yər kötüyünün aypara qapaqlarının taylarının 
sərbəst kənarlarının ortasında yerləşib, onların 
kip bağlanmasını təmin edirlər (
şək. 8 
– 
A,7
). 
Digər tərəfdən, bu düyünlər qapaqların tay-
larının aortanın divarına yapışmasının qarşısını 
alırlar. Nəticədə qapaqla aorta divarı arasında 
yarıq qalır və diastola zamanı qanın bu 
yarıqdan aorta ciblərinə dolması asanlaşır.  
 
Armudu  əzələ (m.piriformis) sağrı na-
hiyəsinin ikinci qatında yerləşir. Oma sümü-
yünün ön səthindən başlayır, böyük oturaq 
dəliyindən keçərək kiçik çanaq boşluğundan 
çıxır, bayıra və bir qədər aşağıya doğru ge-
dib bud sümüyünün böyük burmasının zirvə-
sinə bağlanır (
şək. 9 
– 
A,4
). Əzələ vətərinin 
bağlandığı yerdə onunla sümük arasında 
kisəcik – bursa m.piriformis yerləşir. Bu 
əzələ böyük oturaq dəliyindən keçərkən onu 
armudu  əzələüstü və armudu əzələaltı 
dəliklərə bölür. 
Armudu  əzələnin yaxşı gözə görünən 
parlaq vətərini xüsusilə qeyd etmək lazımdır, 
çünki o, cərrahi əməliyyat zamanı istiqamət-
ləndirici oriyentir rolunu oynayır.  
 
Armudu əzələüstü və armudu əzələalti 
dəliklər (foramen suprapiriformis et inf-
rapiriformis) armudu əzələ ilə böyük oturaq 
dəliyinin kənarları arasında  əmələ  gələn ka-
nallardır (
şək. 9
). Armudu əzələ  dəliyi tam 
qapamadığı üçün onun altında və üstündə 
dəliklər qalır. Altdakı  dəliyə armudu əzə-
ləaltı dəlik – foramen infrapiriforme, üstdəki 
dəliyə isə armudu əzələüstü dəlik – foramen 
suprapiriforme deyilir.  
Armudu  əzələüstü dəlik  əslində uzun-
luğu 4 – 4,5 sm, eni isə 0,8 – 1,0 sm olan ka-
naldır. O, yuxarıdan böyük oturaq oymasının 
yuxarı  kənarı, aşağıdan və yanlardan isə ar-
mudu, orta və kiçik sağrı əzələlərinin fassial 
futlyarlarının birləşməsi arasında  əmələ  gə-
lərək, aşağıdan yuxarıya və içəridən bayıra 
Şəkil 8. A – ağ ciyər kötüyünün aypara qapaqları;  
B – aоrta qapaqları (yuxarıdan) 
 
1 – ventriculus dexter; 2 – lunulae valvularum semilunarium; 
3 – valvula semilunaris dextra trunci pulmonalis; 4 – valvula 
semilunaris sinistra trunci pulmonalis; 5 – truncus pulmonalis 
(kəsilib açılmışdır); 6 – valva semilunaris anterior trunci pul-
monalis; 7 – noduli valvularum semilunarum trunci pulmon-
alis; 8 – m. papillaris; 9 – ventriculus sinister; 10 – valvula 
semilunaris dextra aortae; 11 – a. coronaria dextra; 12 – sinus 
aortae; 13 – aorta (kəsilib açılmışdır); 14 – a. coronaria sinis-
tra; 15 – nodulus valvulae; 16 – auricula sinistra; 17 – valvula 
semilunaris sinistra aortae; 18 – valvula semilunaris posterior 
aortae; 19 – valva atrioventricularis sinistra (v. mitralis);  
20 – chordae tendineae. 


tərəf istiqamətlənir. Möhtəviyyatını kənar et-
dikdən sonra kanal müştük forması alır və 
kiçik çanaq boşluğunu sağrı nahiyəsinin fas-
siyalararası dərin toxuma sahəsi ilə birləşdi-
rir. Onun daxili dəliyi kiçik çanaq boşluğu-
nun peritonaltı sahəsinə çevrilmişdir,  daxili 
dəliyi isə girdə formada olub, yuxarıdan bö-
yük oturaq oymasının yuxarı  kənarı, aşağı-
dan isə çanaq fassiyasının pariyetal səfhəsi 
ilə hüdudlanmışdır. Çanağın pariyetal fas-
siyası yuxarı sağrı damar – sinir dəstəsini hər 
tərəfdən  əhatə edir və öz atmaları ilə  dəliyi 
qapayır.  Kanalın xarici dəliyi üçbucaq və ya 
yarımgirdə formada olub, armudu, orta və 
kiçik sağrı əzələlərinin, həçinin damar – sinir 
dəstəsinin futlyarlarının bir – biri ilə birləş-
məsi nəticəsində  əmələ  gələn aponevrotik 
səfhə vasitəsilə örtülür. Kanalın bu topoqra-
fo – anatomik xüsusiyyəti sağrı nahiyəsinin 
fleqmonoz prosesləri zamanı irinin çanaq 
boşluğuna yayılmasını məhdudlaşdırır. Bun-
dan əlavə, sağrı nahiyəsində cərrahi əməliy-
yatlar apararkən qanaxmanı azaltmaq məq-
sədilə yuxarı sağrı arteriyasını bağlamaq la-
zım gəldikdə onu bu kanal daxilində icra 
edirlər. Armudu əzələüstü kanaldan yuxarı 
sağrı damar – sinir dəstəsi (yuxarı
 
sağrı sini-
ri, yuxarı sağrı arteriyası və venası) kiçik çanaq 
boşluğundan sağrı nahiyəsinə keçir (
şək. 9, B
).  
Armudu  əzələaltı  dəlik  yuxarıdan armu-
du əzələnin aşağı kənarı, aşağıdan bayır tərəfdə 
oma  – tin bağı və içəridə isə yuxarı əkiz əzələ-
nin ondan başlanan hissəsi ilə hüdudlanır. Bu 
dəlik xarici tərəfdən armudu, böyük sağrı, 
 
Şəkil 9. Sağrı nahiyəsinin dərin qat əzələləri, damar və sinirləri, armudu əzələaltı və üstü dəliklər 
 
A: 1 – m.gluteus media; 2 – m.gluteus minimus; 3 – armudu əzələüstü dəlik; 4 – m.piriformis; 5 –armudu əzələaltı dəlik;  
6 – m.gemellus superior; 7 – m.obturatorius internus; 8 – m.gemellus inferior; 9 – m.obturatorius externus; 
 
B: 1 – nn. clunium superius; 2 – m. gluteus media; 3 – m. gluteus maximus;  4 – m. gluteus minimus; 5 – yuxarı sağrı da-
mar–sinir dəstəsi; 6 – m. piriformis; 7 – aşağı sağrı damar–sinir dəstəsi; 8 – daxili cinsiyyət damar–sinir dəstəsi; 9 – lig. 
sacrotuberale; 10 – tuber ischiadicum; 11 – n. ischiadicus; 12 – n. cutaneus femoris posterior; 13 – m. semimembranosus; 
14 – m. semitendinosus; 15 – daxili qapayıcı və  əkiz  əzələlərin  vətərləri;  16 – böyük  burma  kisəciyinin  kəsilmiş kə-
narları; 17 – m.quadratus femoris; 18 – a.comitans n.ischiadici. 


daxili qapayıcı  və  əkiz  əzələlərin fassial 
futlyarları ilə, çanaq boşluğu tərəfdən isə çanaq 
fassiyasının səfhəsi və qismən oma  – qabar 
bağı ilə örtülmüşdür. Armudu əzələaltı  dəlik-
dən aşağı sağri siniri, aşağı sağrı arteriyası və 
venası, oturaq siniri, budun arxa dəri siniri, da-
xili cinsiyyət damar – sinir dəstəsi, budun 
kvadrat əzələsini və daxili qapayıcı əzələni in-
nervasiya edən sinirlər keçir
 (şək. 9 B). 
Irinli – 
iltihabi proseslər sağrı nahiyəsindən bu dəlik 
vasitəsilə fassiyalararası toxuma sahəsindən 
keçərək, kiçik çanaq boşluğuna, onurğa sütu-
nunun, qarının və çanağın peritonarxası orqan-
larının irinli prosesləri isə əksinə, sağrının fas-
siyalararası toxuma sahəsinə yayıla bilir. 
Oturaq sinirinin fassial yatağı boyunca irin di-
zaltı çuxura keçə bilir. 
 
Astley – Kuperin asılan bağı (ligamen-
tum suspensorum Cooperi) döşün səthi 
fassiyasının süd vəziləri səviyyəsində  dəri-
nin dərin qatlarına gedən hissəsi olub vəzini 
dəri ilə birləşdirir. Bu atmalar dəridəki irinli 
proseslərin asanlıqla dərialtı toxumaya keç-
məsinə əlverişli şərait yaradır. Ona görə də, 
süd vəzisini örtən dərinin irinli proseslərinin 
vaxtında və ciddi müalicəsinə xüsusi diqqət 
yetirilməlidir.  
 
Aşoff – Tavar düyünü (qulaqcıq – mə-
dəcik düyünü – nodus atrioventricularis) 
ürəyin aparıcı sisteminə aid olub, tac cibinin 
ağzı ilə üçtaylı qapağın içəri tayının əsasında 
yerləşir (
şək. 10,1
). Uzunluğu 5 mm, eni isə 
2 – 3 mm – dir. Bu düyündə 3 zona ayırd 
edilir: 
1) atrionodulyar zona (AN zona); 
2) nodulyar və ya kompakt zona (N zona); 
3) nodulyar – Hiss zonası  (N – H zona). 
Kompakt zonada oyanmanın ötürülmə 
sürəti,  başqa zonalara nisbətən, 10 dəfələrlə 
azdır. Bunun mühüm əhəmiyyəti vardır, belə 
ki, supraventrikulyar taxikardiyalar zamanı 
impulslar burada tutularaq ləngidilir və ürək 
döyüntülərinin sayı tənzimlənir.  
 
At quyruğu (cauda equina) – onurğa 
beyininin aşağı ucu dölün altı aylığında hələ 
oma kanalında olur. Sonradan tədricən yux-
rıya döğru yerini dəyişir, belə ki, yeni doğul-
muşlarda L
3
 və yetkin şəxslərdə isə L
1
 – L
2
 
fəqərələr səviyyəsinə çatır. Bu prosesə onur-
ğa beyininin qalxması – ascensus spinalis 
deyilir. Onurğa beyini yuxarı qalxdıqca aşa-
ğı bel, oma və büzdüm sinirlərinin kökləri yu-
xarıya doğru dartılaraq, onurğa kanalında çəp 
Səkil 10. Ürəyin kеçirici sistеmi 
 
1 – nodus sinuatrialis; 2 – nodus atrioventricularis; 3 – trun-
cus (fasciculus atrioventricularis); 4 – crus dextrum (fascicu-
lus atrioventricularis); 5 – Purkinye lifləri; 6 – crus sinistrum 
(fasciculus atrioventricularis). 


istiqamət alırlar və özlərinə müvafiq fəqərəara-
sı  dəliklərdən çıxmaq üçün onurğa kanalının 
içərisi ilə müəyyən məsafədə  aşağıya doğru 
enirlər. Xaricdən baxdıqda at quyruğuna 
bənzəyirlər və ona görə  də, at quyruğu – 
cauda equina adlandırılırlar (
şək. 11
).  
 
Atlant (atlas)  kəllə ilə birləşən birinci 
boyun fəqərəsidir. Cisiminin olmaması ilə 
digər fəqərələrdən fərqlənir (
şək. 12
). Adı 
əfsanəvi qədim yunan güc allahı Atlantın adı 
ilə bağlıdır. Belə ki, əfsanəyə görə, Atlant 
yer kürəsini çiyinləri üzərində saxlayırmış. 
Birinci boyun fəqərəsi yer kürəsinə  bənzə-
yən başı öz üzərində saxladığı üçün belə ad-
landırılmışdır. 
 
Auerbax kələfi və ya əzələ – bağırsaq 
kələfi (plexus Auerbachi seu plexus me-
sentericus) qida borusunun, mədənin, bağır-
saqların boylama və  həlqəvi  əzələ liflərinin 
arasında yerləşərək onları innervasiya edən 
vegetativ sinir kələfidir. 
 
Ayaqaltı arterial qövslər (arcus plan-
tares) iki ədəddir: dərin ayaqaltı qövs bayır 
ayaqaltı arteriyanın dərin şaxəsi ilə  ayaqar-
xası arteriyadan gələn dərin ayaqaltı şaxənin 
birləşməsindən əmələ gəlir və daraq sümük-
lərinin  əsaslarının ayaqaltı  səthlərində yer-
ləşmişdir. Onun arxa basıq tərəfindən ayaq 
sümüklərinə və əzələlərə məxsus şaxələr, ön 
çıxıq tərəfindən isə barmaqlara məxsus 4 
ədəd ayaqaltı ayaqdarağı arteriyaları ayrılır. 
Bayır ayaqaltı arteriya həmçinin içəri 
ayaqaltı arteriyanın dərin  şaxəsi ilə anasto-
moz əmələ gətirən şaxə verərək üfiqi müstə-
vi üzərində yerləşən səthi ayaqaltı qövs əmə-
lə gətirir.  
Beləliklə, yeriyən və ayaq üstə duran za-
man daim təzyiqə  məruz qalan ayaqaltının 
arteriyaları qarşılıqlı perpendikulyar müstəvi 
üzərində yerləşən iki qövs əmələ gətirir: sa-
gital müstəvi üzərində yerləşən dərin və üfi-
qi müstəvi üzərində yerləşən səthi ayaqaltı 
qövs (
şək. 13
). 
 
Şəkil 11. At quyruğu 
Şəkil 12. Atlas (I boyun fəqərəsi) 

10 
Ayaqaltı kanallar (canales plantares in-
terossea) üç ədəddir. Ayaqaltının birinci sü-
mükarası kanalı III ayaqdarağı sümüyünün 
ayaqaltı səthində, onun əsasından başlayaraq 
üçüncü barmağın proksimal falanqasına qə-
dər davam edir. Onun yan divarları ayaqar-
xasının ikinci və üçüncü sümükarası kanalla-
rının divarları ilə eynidir. Ayaqaltının ikinci 
sümükarası kanalı IV ayaqdarağı sümüyü-
nün ayaqaltı  səthində yerləşir. Bu kanal da 
ayaqdarağı sümüyünün əsası  səviyyəsində 
başlayır və dördüncü barmağın proksimal fa-
lanqasının  əsası  səviyyəsində sona çatır. 
Onun yan divarları ayaqarxasının üçüncü və 
dördüncü kanallarının yan divarları ilə eyni-
dir.  Ayaqaltının üçüncü sümükarası kanalı 
proksimal hissədə qismən V ayaqdarağı sü-
müyünün ayaqaltı  səthini, distal hissədə isə 
dördüncü barmaqlararası sahəni  əhatə edir. 
Onun içəri yan divarı ayaqarxasının dördün-
cü sümükarası kanalın divarı ilə eynidir, ba-
yır divarı isə ayaqaltının bayır yatağına söy-
kənir. 
 
Aypara sümük (os lunatum) bilək sü-
müklərinin proksimal cərgəsində yerləşərək 
mil, üçkənarlı, qayığabənzər, başlı  və qar-
maqlı sümüklərlə birləşir. ayparaya bənzər 
xarici görünüşü olduğuna görə belə ad-
landırılmışdır(
şək. 14,2
). 

Yüklə 14,08 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin