Kompüter sistemləRİNİn quruluşu və ƏMƏLİyyatsistemləRİ MÜhaziRƏ DƏrsləRİ (30 saat)



Yüklə 172,44 Kb.
səhifə13/31
tarix22.05.2022
ölçüsü172,44 Kb.
#58951
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   31
2-KSQ və ƏS

Yoxlama sualları:
1. Fayl və kataloqların ekranda təsviri üçün hansı əmrdən istifadə edilir?
2. Kataloqun yaradılması üçün hansı əmrdən istifadə edilir?
3. Kataloqların bir diskdən başqasına və faylların bir kataloqdan başqasına köçürülməsi üçün hansı əmrdən istifadə edilir?
4. Kataloqların bir diskdən başqasına və faylların bir kataloqdan başqasına daşınması üçün hansı əmrdən istifadə edilir?
5. Diskdə yerləşən fayl və kataloqları silmək üçün hansı əmr işlənir?
6. Faylın adının dəyişdirilməsi üçün hansı əmr işlənir?

9
13
. ƏMƏLIYYAT MÜHITININ KONFIQURASIYASI


9.1.Sərt diskin konfiqurasiyası
M
9.1

S DOS əməliyyat sistemi istifadəçilərə rahat işləməyi təmin etmək üçün əməliyyat mühitinin quraşdırılmasını həyata keçirməyə imkan verir.
Bu quraşdırmanı həyata keçirməyə imkan verən MS DOS vasitələri aşağıdakılardır:

  • MS DOS mühitində istifadə üçün sərt diskin konfiqurasiyası;

  • CONFİG.SYS konfiqurasiya faylı;

  • AUTOEXEC.BAT avtomatik işə salma faylı.

S
9.2

ərt diskin konfiqurasiyası
. Sərt diski bölmə adlanan bir və bir neçə müstəqil hissəyə bölmək olar. Hər bir bölmə hər hansı ƏS-dən, məsələn, MS DOS, Xenix, OS/2 istifadə edilməsi üçün seçilir. MS DOS sərt diskin bir neçə bölmələri ilə işləyir. Bölmələrin üç tipi mövcuddur;
İlkin MS DOS bölməsi;
Genişlənmiş MS DOS bölməsi;
MS DOS bölməsi, yəni istifadəçi bölməsi.
Sərt diskdə bir ilkin bölmə, bir genişlənmiş bölmə və bir neçə istifadəçi bölməsi ola bilər.
Öz növbəsində MS DOS bölmələri bir və ya bir neçə məntiqi diskdə yerləşə bilərlər. İstifadəçilər bölmələrlə yox, məntiqi disklərlə işləyirlər. Hər bir məntiqi disk standart olaraq C:, D:, E: və s. kimi işarə olunur.
MS DOS-dan istifadə edərkən MS DOS ilkin bölməsi hökmən olmalıdır. Burada MS DOS-un yüklənməsi üçün C: adı ilə yeganə sistem məntiqi diski yaradılır.
MS DOS genişlənmiş bölməsinin olması vacib deyil.
S
9.3

ərt diskin konfiqurasiyası MS DOS-un FDISK proqramı və ya utilitlərin köməyi ilə yerinə yetirilir. Bu əməliyyatı diskdə ƏS və istifadəçi proqramları yazılmazdan əvvəl yerinə yetirmək məqsədə uyğundur. Belə ki, diskin konfiqurasiyası zamanı bütün fayllar silinir.
C
9.4

ONFIG.SYS faylı
. CONFIG.SYS faylı bəzi sistem parametrlərin təyini və drayver proqramların;n yüklənməsi üçün nəzərdə tutulan əmrlərdən ibarətdir. Drayverlər MS DOS-a qeyri standart qurğularla qarşılıqlı əlaqəyə və fərdi kompüterin əlavə yaddaşından istifadə etməyə imkan verir.
CONFIG.SYS faylı olmadıqda, konfiqurasiyada MS DOS sisteminin qeyri-aşkar (susmaya görə) təyin olunmuş parametrlərindən istifadə olunur. Əgər CONFIG.SYS faylını tətbiq etmək lazımdırsa, onda o sistem diskin əsas kataloqunda yerləşməlidir. MS DOS-un çoxlu sayda əmrlərindən CONFIG.SYS faylında istifadə olunur. Əsas əmrlər BUFFERS, FILES və DEVİCE –dir. BUFFERS və FILES əmrləri MS DOS-un fayllarla işinə təsir edən parametrləri təyin edir. DEVİCE əmri isə drayverləri yükləyir.
BUFFERS əmri daxiletmə/xaricetmə əməliyyatları üçün buferlərin sayını təyin edir.
FILES əmri isə eyni vaxtda açılmış faylların maksimal sayını təyin edir və bununla da MS DOS-a informasiyanın saxlanması üçün nə qədər əməli yaddaşın ehtiyatda olmasını göstərir.
DEVİCE (“qurğu”) əmrinin köməyi ilə qurğuların əlavə drayverləri qoşulur. Aparat vasitələrinin idarəsi üçün MS DOS – un öz funksiyaları mövcuddur ki, bunlar da daxili drayverlər rolunu oynayır. Bu funksiyaların köməyi ilə klaviaturadan verilənlərin daxil edilməsi, informasiyanın ekranda əksi, standart disk qurğularından informasiyanın oxunması və yazılması, printerdə verilənlərin çapı həyata keçirilir. Digər qurğularla işləmək üçün isə bunlara uyğun xarici drayverlər MS DOS-a əlavə edilərək, CONFIG.SYS faylının əmrləri ilə yüklənirlər.
K
9.5

ompüter yaddaşının idarə olunması üçün istifadə olunan HIMEM.SYS, EMM386.EXE, SMARTDRV.EXE MS DOS-un vacib drayverləri sırasına daxildir. Yaddaşın drayverlərlə idarə olunmasını başa düşmək üçün onun strukturuna baxaq.
Yaddaş sahəsinin 0-dan 640 Kbayta kimi ünvanı adi (conventional) adlanır və əməli yaddaş qurğusu (ƏYQ) kimi tətbiq olunur. Bu sahədən DOS, tətbiqi proqramlar və onların daxili verilənlərini yükləmək üçün istifadə olunur.
6
9.6

40 Kbaytdan 1Mbayta kimi olan yaddaş sahəsi yuxarı (upper) yaddaş adlanır. Bu sahə daimi yaddaş, displeyin buferləri və digər proqram təminatı üçün ayrılır. Daimi yaddaşda baza giriş-çıxış sisteminin (BİOS) proqramları saxlanılır. Onlar kompüterin yüklənməsi zamanı işləyən test proqramlarından və standart xarici qurğuların idarəsi üçün proseduralardan ibarətdir.
ƏYQ-nun 640 Kbayt ölçülü ünvan sahəsinin məhdudluğu FK-da ünvanlaşdırılmanın texniki reallaşdırlması ilə bağlıdır. Kompüterin daxilində informasiya 20 mərtəbəli şinlər üzrə ötürülür ki, bu da 1048576-ə (1 Mbayt) bərabər ünvanın maksimal qiymətini reallaşdırır.1980-ci illərdə ƏYQ üçün bu ölçü kifayət edirdi, belə ki, o vaxtlarda FK-da 64 Kbayt ölçüsü olan ƏYQ-dan istifadə olunurdu. Sonralar isə 640 Kbayt ölçülü ƏYQ üçün nəzərdə tutulan DOS utilitlər və tətbiqi proqramlar hazırlanmışdı. Hal-hazırda isə müasir tətbiqi proqram paketləri və qrafiki proqram örtüklərinin normal işi üçün bir neçə meqabaytlarla ölçülən daxili yaddaş tələb olunur. Buna görə də tətbiqi proqramlara maksimal əməli yaddaş ayırmaq üçün genişlənmiş, əks olunan və yüksək yaddaş konsepsiyası hazırlandı.

14



Yüklə 172,44 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin