Kimyanın ilkin qanunları. Kütlə və enerjinin saxlanması qanunu



Yüklə 264,24 Kb.
səhifə8/25
tarix26.04.2023
ölçüsü264,24 Kb.
#103108
1   ...   4   5   6   7   8   9   10   11   ...   25
kimya imtahan cvb

k = A ∙ e –Ef / RT
burada: k – mütləq temperaturda reaksiyanın sürət sabiti,
A – temperaturdan asılı olmayan sabit kəmiyyət,
Ef – fəallaşma enerjisidir.



  1. Kimyəvi reaksiyalanın sürətinə qatılığın təsiri. Kütlələrin təsiri qanunu.

Qatılıq reaksiyanın sürətinə təsir edən mühüm amil¬lərdən biridir. Homogen reaksiyalar sistemin bütün həc¬mində bərabər surətdə gedir və belə reaksiyaların sürəti reaksiyaya daxil olan maddələrin qatılığından asılıdır. Bu asılılıq kimyaçı Quldberq və riyaziyyatçı Vaaqe tərəfindən təcrübi yolla müəyyən edilmiş (1867) və kütlələrin təsiri qanunu adı ilə məlumdur.
Ümumi şəkildə verilmiş mA + nB = pAB tənliyi üçün kütlələrin təsiri qanununun riyazi ifadəsi aşağıdakı kimi göstərilir:
υ = k [A]m [B]n
burada: υ – reaksiyanın sürəti;
[A] və [B] – A və B maddələrinin molyar qatılığı;
m və n – stexiometrik əmsallar (qüvvətə yüksəldilir).
k – isə reaksiyanın sürət sabitidir;
[A] = [B] = 1mol / l olarsa, υ = k olar.

  1. Dönən və dönməyən kimyəvi reaksiyalar. Kimyəvi tarazlıq və tarazılıq sabiti. Kimyəvi reaksiyalar, prosesin istiqamətinə görə dönən və dönməyən olur. Elə reaksiyalar vardır ki, yalnız bir istiqamətdə, bəzi reaksiyalar isə hər iki istiqamətdə, yəni həm düzünə, həm də əks istiqamətdə gedir.

İlkin maddələrdən reaksiya məhsullarının alınması istiqamətində gedən reaksiyalar düzünə, həmin məhsulların yenidən ilkin maddələrə keçməsi istiqamətində gedən reaksiyalar əksinə reaksiyalar adlanır. Bir qayda olaraq, düzünə reaksiyalar soldan sağa, əksinə reaksiyalar isə sağdan sola yönəlmiş olur.
Dönən reaksiyalar əksinə yönəlmiş iki oxla, () dönməyən reaksiyalar isə bir oxla () göstərilir.
Yalnız bir istiqamətdə gedən reaksiyalara dönməyən reak­si­ya­lar deyilir. Çöküntü, zəif elektrolit, yaxud qaz halında maddə­lərin alınması ilə gedən reaksiyalar dön­məyən reaksiyalardır. Bəzi dönməyən reaksiyaların tənlik­ləri aşağıda verilmişdir:
Efirləşmə, suyun və ammonyakın alınma reaksiyaları dönən proseslərdir:



Dönən reaksiyalarda sürətlərin bərabərləşdiyi hal kimyəvi tarazlıq adlanır. Kimyəvi tarazlıq dinamik xarakter daşıyır, yəni hər anda proses getməklə reaksiyanın sürəti hər iki istiqamətdə (düzünə və əksinə) bərabər olur və tarazlıq qatılıqları dəyişmir. Reaksiyada iştirak edən maddələrin tarazlıq halına uyğun gələn qatılığa tarazlıq qatılığı deyilir. kimyəvi tarazlığın riyazi ifadəsi belə yazılır.

Burada sabit kəmiyyət olub, tarazlıq sabiti adlanır. Axırıncı ifadəyə əsasən kimyəvi tarazlıq aşağıdakı kimi xarakterizə edilir:


Reaksiya məhsullarının tarazlıq qatılıqları hasilinin, reak­si­yaya daxil olan başlanğıc maddələrin tarazlıq qatılıqları hasilinə qisbəti dəyişməz kəmiyyət olub, tarazlıq sabiti adlanır.
-in qiymətinə əsasən reaksiyanın istiqaməti və reaksiya məhsullarının çıxımı müəyyən olunur. Belə ki, >1 olduqda, reaksiya düzünə istiqamətdə yönəlir və reaksiya məhsullarının qatılığı başlanğıc maddələrin qatılığına nisbətən çox olur. <1 qiymətində isə reaksiya əksinə istiqamətdə yönəldiyindən başlan­ğıc maddələrin qatıldığı reaksiya məhsullarının qatılığından çox olur, yəni çıxım azalır.
=1 olduqda başlanğıc və son maddələr qatılıqlarının hasili bərabərləşir. Deməli, düzünə və əksinə reaksiyaların sürətləri bir-birinə bərabər olur.
- maddələrin təbiətindən və temperaturdan asılı olduğu halda, onların qatılığından asılı deyildir.


  1. Yüklə 264,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin