Kimyanın ilkin qanunları. Kütlə və enerjinin saxlanması qanunu


Atomun quruluşu haqqında Borun I və II postulatları



Yüklə 264,24 Kb.
səhifə4/25
tarix26.04.2023
ölçüsü264,24 Kb.
#103108
1   2   3   4   5   6   7   8   9   ...   25
kimya imtahan cvb

Atomun quruluşu haqqında Borun I və II postulatları.

Bor postulatları. Rezerfortun plonetar modeli klassik mexanika qanunlarına əsaslanaraq göstərilən ziddiyyətləri izah edə bilmirdi. 1913- cü ildə N. Bor plone¬tar modelin ziddiyyətlərini aradan qaldırmaq üçün hidrogen atomunun quruluşu haqqında nəzəriyyə irəli sürmüşdür. Bu nəzəriyyə Rezerfordun plonetar modelinə, şüalanmanın kvant nəzəriyyəsinə və atom spektrlərinə əsaslanmışdır.
I postulat. Elektron nüvə ətrafında istənilən orbitlər üzrə deyil, atomun dayanıqlı halını təmin edən yalnız müəyyən, stasionar orbitlər üzrə hərəkət edir. Bu halda enerji mübadiləsi baş vermir və atom normal vəziyyətdə hesab edilir.
(1)
Tənlik Borun I postulatının riyazi ifadəsidir və belə ifadə olunur: çevrə boyunca fırlanan elektronun hərəkət miqdarı momenti fasiləsiz deyil, sıçrayışla dəyişir.
Bor hidrogen atomunda mümkün olan stasionar orbitlərin radiuslarını və elektronun bu orbitlər üzrə sürətini hesablamışdır.
(2)
(3)
II postulat. Elektron stasionar orbitlərdə fırlanan zaman enerji şüalandırmır. Elektronun enerji udması və ya şüalandırması onun bir stasionar orbitdən başqasına keçdiyi zaman baş verir. Belə ki, elektron nüvəyə yaxın orbitdən uzaq orbitə keçdikdə enerji udur, əks halda isə ayrılır.


  1. Kvant ədədləri (n, l, ml, ms) haqqında məlumat. Baş kvant ədədi. Baş kvant ədədi (n) enerji səviyyələrində elektron buludunun enerjisini və ölçüsünü müəyyən edir. O, tam qiymətlər alır ( n = 1, 2, 3,...) və elektronun şüalanmasının diskret xarakterini əks etdirir. Elektronların enerjisi onların nüvədən olan məsafəsindən asılı olaraq dəyişir. Nüvəyə yaxın olan elektronların enerjisi az, nüvədən uzaq yerləşənlərin enerjisi isə çox olur. Elektron buludunun nüvədən olan məsafəsi artdıqca onun ölçüsü də artır.Orbital kvant ədədi. Orbital kvant ədədi (l ) baş kvant ədədinin qiymətlərinə uyğun gələn enerji səviyyələrinin yarımsəviyyələrdən təşkil olunduğu və orbitalların formasını göstərir. Bu kvant ədədi elektronun nüvə ətrafında fırlanmasından yaranan hərəkət miqdarı momenti ilə əlaqədardır. Elektron buludları istənilən formada deyil, orbital kvant ədədinə və ya dalğa funksiyasının məxsusi qiymətlərinə uyğun olaraq qrafiki alınan həndəsi formalarda olur. Maqnit kvant ədədi. Maqnit kvant ədədi (ml) orbitalların fəzada istiqamətlənməsini göstərir. Təcrübələr göstərdi ki, elektron buludları fəzada müəyyən istiqamətliyə malikdir. Nüvə ətrafı fəzada elektronun hərəkəti onun maqnit xassəsini yaradır. Xarici maqnit sahəsinin təsiri elektronun atomda energetik vəziyyətini dəyişir, yəni yarımsəviyyələr daha kiçik yarımsəviyyələrə (orbitallara ) ayrılır ki, bu da spektr xətlərinin sayca çoxalması ilə aşkar edilir. Spin kvant ədədi. Elektron nüvə ətrafında müəyyən orbitallar üzrə fırlanmaqla yanaşı, öz oxu ətrafında da fırlanır. Bu zaman o, özünün hərəkət miqdarı momentini və xüsusi maqnit sahəsini yaradır. Elektronun məxsusi hərəkət miqdarı momenti spin adlanır (spin ingiliscə fırlanma deməkdir).


  2. Yüklə 264,24 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin