Kimyanın ilkin qanunları. Kütlə və enerjinin saxlanması qanunu


Tarazlığın yerdəyişməsi və ona təsir edən amillər. Le-Şatelye prinsipi



Yüklə 264,24 Kb.
səhifə9/25
tarix26.04.2023
ölçüsü264,24 Kb.
#103108
1   ...   5   6   7   8   9   10   11   12   ...   25
kimya imtahan cvb

Tarazlığın yerdəyişməsi və ona təsir edən amillər. Le-Şatelye prinsipi.

Reaksiyaya girən maddələrin qatılığı, temperatur və təzyiq dəyişdikdə kimyəvi tarazlığın yer¬dəyişməsinin istiqaməti Le - Şatelye prinsipi ilə müəyyən olunur.
Əgər tarazlıqda olan sistemə hər hansı bir amil (C, T, P) təsir edərsə, tarazlıq həmin təsiri zəiflədən reaksiya istiqamətində yerini dəyişir.
1. Qatılığın tarazlığa təsiri. Ümumi halda qatılığın tarazlığa təsiri bu qayda ilə müəyyən olunur:
- başlanğıc maddələrdən birinin qatılığı artdıqda, tarazlıq son məhsulların əmələ gəlməsi istiqamətində yerini dəyişir.
- reaksiya məhsullarından birinin qatılığı artdıqda, tarazlıq başlanğıc maddələrin əmələ gəlməsi istiqamətində yerini dəyişir.
2. Temperaturun tarazlığa təsiri. Düzünə gedən reaksiya istiliyin ayrılması ilə getdiyindən sistemin temperaturu yüksəldikdə istiliyin udulması ilə gedən reaksiyanın, yəni əksinə reaksiyanın sürəti artır və tarazlıq başlanğıc maddələrin alınması tərəfə yönəlir: temperaturun aşağı düşməsi tarazlığı reaksiya məhsulunun alınmasına tərəf yönəlir. Ümumi halda:
- temperaturun artması kimyəvi tarazlığı endotermik reaksiyaya tərəf, azalması isə ekzotermik reaksiyaya tərəf yönəldir.
3. Təzyiqin tarazlğa təsiri. Reaksiya qaz halında olan maddələrin həcminin dəyişməsi ilə getdikdə təzyiqin dəyişməsi tarazlığa təsir edir.
- təzyiqin artması tarazlığı həcmin azalması tərəfə, azalması isə həcmin artması tərəfə yönəldir.
Katalizator tarazlığın yerdəyişməsinə təsir göstərmir. O, yalnız tarazlığın tez yaranmasına səbəb olur.

  1. Dispers sistemlər, onun növləri-həqiqi, kolloid və asılqanlar.

Dispers sistemlər – biri digərində çox kiçik hissəciklərlə paylanmış 2 və ya daha çox maddələrdən ibarət olan sistemə dispers sistem deyilir.
Məhlulların məlum olan bütün növləri dispers sistemlərə aid edilir (latınca disper dağıtmaq, xırdalamaq deməkdir).Paylanan maddə dispers faza, mühit isə dispers mühit adlanır. Mühiti maye olan dispers sistemləri disperslik dərəcəsinə görə üç qruppa bölürlər:
1. Asılqanlar ( emulsiya və suspenziya) bu halda dispers faza hissəciklərinin ölçüsü 1 mikrondan artıq olur. Belə hissəcikləri mikroskopla bəzən isə gözlə görmək olur
Suspenziyalar – kobud dispers sistemlərdə dispers mühiti maye, dispers fazası isə bərk maddə hissəcikləri təşkil edirsə, o suspenziya adlanır.
Emulsiya – kobud dirpers sistemlərdə həm dispers mühit həm də dispers faza bir-birində həll olmayan mayelər şəklindədirsə o emulsiya adlanır.
2. Kalloid məhlulları. Dispers mühitdə paylanan maddə hissəciklərinin ölçüsü 1-0,1 arası mikron həddində olur. Bu məhlullar yalnız mikroskop altında görünür. Kalloid məhlullar öz xassələrinı görə məhlullarla dispers sistemlər arasında aralıq mövqe tutur. Kalloidlər kristallaşmayan ( zülal, nişasta, yapışkan və s. )yəni kristallaşmayan sitemlərdir. Kalloid sistemin hissəcikləri çöküntü vermir.
3. Həqiqi məhlullar. Dispers faza hissəciklərinin ölçüsü 0,1 mikrondan kiçik olur. Həqiqi məhlullarda həll olan maddə ayrı-ayrı molekullar və ya ionlara parçalanır. Bunları hətta mikroskopla görmək olmur. Həqiqi məhlullar birncinsli yəni homogen sistemlərdir.


  1. Yüklə 264,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin