Kimyanın ilkin qanunları. Kütlə və enerjinin saxlanması qanunu


Atomun elektron quruluşu, elektron formulları (nlx). 28Ni –elektron quruluşunu yazın



Yüklə 264,24 Kb.
səhifə5/25
tarix26.04.2023
ölçüsü264,24 Kb.
#103108
1   2   3   4   5   6   7   8   9   ...   25
kimya imtahan cvb

Atomun elektron quruluşu, elektron formulları (nlx). 28Ni –elektron quruluşunu yazın. Elektronların kvant səviyyələrində və orbitallarda qanuna¬uyğun paylanması nəticəsində hər bir element atomuna məxsus elektron qruluşu yaranır. Atomun elektron qruluşu elektron kon¬fiqurasiyası da adlanır və elektron formulu ilə ifadə edilir. (nlx) Elektron formulunu tərtib etmək üçün kvant ədədlərinin qiy¬mət¬lərini, Pauli prinsipini, Kleçkovski, Hund qaydalarını, ümumiy¬yətlə, elektronların orbitallarda paylanma prinsipini və elementin dövri sistemdə mövqeyini bilmək lazımdır. Elektron formulunda yarımsəviyyələri göstərən s, p, d, f hərflərinin əmsalında baş kvant ədədinin qiymətini, onların yuxarı hissəsində sağ tərəfdən yarımsəviyyələrdəki elektronun sayı yazılır. Məsələn: 4p3 ifadəsi göstərir ki, dördüncü kvant səviyyəsinin p- yarımsəviyyəsində üç elektron vardır.

28Ni- elektron quruluşu - 4s1 3d9

  1. Pauli prinsipi. Minimum enerji prinsipi və Kleçkovski qaydası.Pauli prinsipi. İsveç alimi Volfqanq Pauli kvant səviyyə¬lə¬rində elektronların mümkün olan sayını müəyyən edən prinsip vermişdir: Atomda bütün kvant ədədlərinin qiyməti eyni olan iki elektron yerləşə bilməz. Bu elektronlar kvant ədədlərinin heç olmarsa biri ilə fərqlənməlidir. n, l, kvant ədədləri eyni olan iki elektron spin kvant ədədi (ms) ilə fərqlənir. Minimum enerji prinsipi. Kleçkovski qaydası.Təbiətdə hər şey dayanıqlı vəziyyətə meyl edir, yəni daxili enerjisi minimum olan hala keçir. Elektronlar orbitallarda paylan¬dıqda da birinci olaraq, minimum enerjiyə malik orbitalı tutur. Onlar az enerjili orbitallar dolduqdan sonra ardıcıl olaraq nisbətən çox enerjili orbitallara keçir. Minimum enerji halında elektronun nüvə ilə əlaqəsi artır və dayanıqlı vəziyyət yaranır Kleçkovski qaydasından kənara çıxma halları da müşahidə olunur. Məsələn: Cu, Ag, Au-da, Cr, Mo-də, Pd, La, Ac atom¬la¬rında həmin qayda pozulur..

  2. Dövri qanun, dövri sistem. Mozli qanunu. Mendeleyev kimyəvi elementlərin xassələrinin atom kütlələrinin artması ardıcıllığından asılılığını öyrənərək göstərdi ki, müəyyən qrup elementlərdə oxşar xassələr dövri olaraq təkrarlanır. Məsələn, qələvi metallarda, halogenlərdə və digər qrup elementlərdə xassələrin dövri oxşarlığı müşahidə olunur. Həm toplanmış faktiki materiallar, həm də öz tədqiqatları əsasında Mendeleyev 1869-cu ildə dövri qanunu kəşf etmiş və bu qanun əsasında elementlərin dövri sistemini yaratmışdır. Dövri sistem, dövri qanunun qrafiki, cədvəl şəkilində ifadəsidir.
    Mozli qanunu. Elementlərin sıra nömrəsi.

İngilis alimi Mozli müxtəlif elementlərin xarakterik rentgen spektrlərinin dalğa ədədinin atomun nüvə yükündən asılılığını öyrənərək aşağıdakı qanunu vermişdir (1913). Atomun xarakterik rentgen spektr xətlərinin dalğa ədədlərinin kvadrat kökü onun nüvə yükünün (və ya elementin sıra nömrəsinin) xətti funksiyasıdır. Bu qanunun riyazi ifadəsi belədir:
Burada: - dalğa ədədi, a - mütənasiblik əmsalı, b - ekranlaşma sabiti, Z - nüvənin yüküdür.


  1. Yüklə 264,24 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin