Kimya kafedrasinin baş MÜƏLLİMİ K.Ü. F. D. MƏMMƏdova lalə Nİzami qizi



Yüklə 1,13 Mb.
səhifə6/11
tarix02.01.2022
ölçüsü1,13 Mb.
#35337
1   2   3   4   5   6   7   8   9   10   11
4cu movzu

Donor-akseptor əlaqəsi. Kovalent rabitə donor-aksep­tor mexanizmi ilə də əmələ gəlir. Bunun üçün bir atom və ya ionun bölünməmiş elektron cütü ilə digər atomun boş orbitalı qarşılıqlı təsirdə olmalıdır.

Bölünməmiş elektron cütünü digər atomun (və ya ionun) istifadəsinə verən atom donor, həmin elektron cütünü qəbul edən atom və ya ion akseptor adlanır. Bir atomun ikielektronlu buludu ilə digərinin boş orbitalı hesabına yaranan rabitə donor-akseptor mexanizmi ilə yaranan rabitədir. Məsələn, ammonyak molekulu ilə hidrogen ionunun donor-akseptor qarşılıqlı təsirindən belə rabitə yaranır.





Hidroksonium ionu da donor-akseptor mexanizmi ilə yaranır.

Kovalent rabitənin xarakter xassələri aşağıdakılardır: rabitənin uzunluğu, rabitə enerjisi, doymuşluq, rabitənin istiqamətliliyi.

Rabitənin uzunluğu - atom nüvələri arasındakı məsafədir.

Rabitə enerjisi – rabitəni qırmaq üçün sərf olunan enerji miqdarıdır.

Doymuşluq – atomun müəyyən sayda rabitə əmələ gətirə bilmək qabiliyyətidir. Məs, H-1, C-4 və s. rabitə əmələ gətirir.

Rabitənin istiqamətliliyi – molekulun fəza quruluşunu müəyyən edir.

HCl molekulunun əmələ gəlməsində H-atomunun s, xlor atomunun bir p-orbitalı iştirak edir. Molekul xətti formadadır. Su molekulu bucaq, NH3 molekulu piramida, CH4 molekulu tetraedrik formadadır.

Atom orbitallarının örtülməsi, istiqaməti və simmetriyasından asılı olaraq rabitələr ( siqma) , (pi) və (delta) tiplərə bölünür.

- rabitə-orbitalların düz xətt boyunca atom nüvələrini birləşdirilməsi nəticəsində əmələ gəlir: s-s, s-p, p-p, p-d və s.

- rabitə orbitalların yandan bir-birini örtməsi nəticəsində əmələ gəlir: p-p, p-d, d-d və s.

- rabitə d-d orbitalların bir-birini özünə məxsus formada örtməsi sayəsində əmələ gəlir.


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin