Kimya kafedrasinin baş MÜƏLLİMİ K.Ü. F. D. MƏMMƏdova lalə Nİzami qizi



Yüklə 1,13 Mb.
səhifə3/11
tarix02.01.2022
ölçüsü1,13 Mb.
#35337
1   2   3   4   5   6   7   8   9   10   11
4cu movzu

İon rabitəsi. Bu rabitə əks-yüklü ionların qarşılıqlı elektro­statik təsiri hesabına yaranır. Tipik ion rabitəsi elektromənfilikləri ilə çox fərqlənən elementlər, məsələn, qələvi metallarla halogenlər arasında əmələ gəlir. Bu halda rabitə 100% ion xarakteri daşımır. Alman alimi Kossel göstərmişdir ki, metal və qeyri-metal atomları qarşılıqlı təsirdə olduqda onlardan birincisi elektron verərək müsbət, ikincisi isə elektron alaraq mənfi iona çevrilir. Əmələ gəlmiş əks işarəli ionlar arasında aşağıdakı sxem üzrə ion rabitəsi yaranır:

Rabitə əmələ gətirən ionlar həm sadə (Li+, Na+, Cs+, Cl-, F-), həm də mürəkkəb (NH4+ , SO42- , NO3-) olur və bunlara uyğun da birləşmələr mövcuddur. Məs: NaF, CaCl2 BaF2 CsBr və başqaları ion rabitəli birləşmələrdir. Kovalent rabitədən fərqli olaraq ion rabitəsində istiqamətlilik və doymuşluq xassəsi yoxdur. İonlara elektrik yükü olan kürəcik kimi baxılır və onların elektrik sahəsi fəzada bütün istiqamətlərdə bərabər paylanır. Ona görə də hər bir ion əks yüklü ionları bütün istiqamətlərdə cəzb edir. Deməli, ion rabitəsi istiqamətlənməmiş olur.

Əks-işarəli iki ionun qarşılıqlı təsiri onların elektrik sahəsini tam kompensasiya edə bilmədiyindən həmin ionlar müxtəlif istiqamətlərdə digər ionları cəzb edir. Beləliklə, ion rabitəsi doymamışlıq xassəsi göstərir.

İon rabitəsində istiqamətlilik və doymuşluq xassəsi olmadı­ğından hər bir ion müxtəlif sayda əks yüklü ionlarla birləşir ki, onlarında sayı ionların ölçüsündən, müxtəlif və eyniyüklü ionların bir-birini cəzb və dəfetmə qüvvələri nisbətindən asılıdır.

İon rabitəsinin belə kristal-kimyəvi xassə göstərməsi ion birləşmələrinin assosiasiya etməsinə, yəni ionların qarşılıqlı cazibəsi onların əlaqəli yığımının yaranmasına səbəb olur. Bunun nəticəsində həmin maddələr asan kristallaşır və adi şəraitdə kristal halında mövcuddur. Belə kristallar molekullardan yox, çoxlu sayda əks-yüklü ionlardan ibarətdir. Bu səbəbdən də həmin birləşmələr üçün yazılan molekul formulları şərtidir. Onları ümumi formulu ilə ifadə etmək olar. Yalnız yüksək temperaturda maddə qaz halına keçdikdə, belə birləşmələr molekulyar halda olur.


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin