Kimya kafedrasinin baş MÜƏLLİMİ K.Ü. F. D. MƏMMƏdova lalə Nİzami qizi



Yüklə 1,13 Mb.
səhifə2/11
tarix02.01.2022
ölçüsü1,13 Mb.
#35337
1   2   3   4   5   6   7   8   9   10   11
4cu movzu

Kimyəvi rabitə və tipləri.

Kimyəvi rabitə müasir kimyanın ən mühüm problem­lərindən biridir. Bu problemi dərk etmədən kimya kursunun faktik materialını öyrənmək çətindir. Maddələrin fiziki və kimyəvi xassələri, molekul və kristal quruluşları, xüsusilə, onların reaksiyaya girmə qabiliyyəti rabitənin təbiətindən çox asılıdır.

Atomlar arasında kimyəvi rabitənin yaranması nəticə­sində molekul əmələ gəlir. Bu rabitə ümumi halda bir atomun nüvəsi ilə digər atomun xarici elektron buludu arasında yaranan qarşılıqlı elektrostatik təsir qüvvəsindən ibarətdir. Atomlar arasında kimyəvi rabitə əmələ gəldikdə sistemin enerjisi azalır. Ona görə də maddənin molekul halı atom halından davamlı olur. İki atom bir-birinə yaxın­laşdıqda onların cazibə və dəfetmə qüvvələrindən ibarət qarşılıqlı təsir enerjisi yaranır.

Kimyəvi rabitə atomların qarşılıqlı təsiri nəticəsində yaranır. Bu zaman əmələ gələn molekulların təbiəti kimyəvi rabitənin növündən asılı olur. Çünki kimyəvi rabitənin əmələ gəlməsi sistemdə qarşılıqlı təsirdə olan atomların potensial enerjisinin azalması hesabına başa gəlir.

Kimyəvi rabitə əmələ gələrkən ayrılan enerji əmələgəlmə enerjisi, bu rabitənin qırılmasına tələb olunan enerji isə parçalanma enerjisi adlanır.

Elektron sıxlığının paylanma xarakterinə uyğun olaraq molekuldaxili rabitə üç qrupa bölünür:

1. İon rabitə.

2. Kovalent rabitə.

3. Metal rabitə.

Qeyd edilməlidir ki, tam kovalent və ya tam ion rabitəsi çox az halda təsadüf edilir. Əksər hallarda rabitə qismən ion, qismən də kovalent xarakter daşıyır. Kimyəvi rabitənin növlərə ayrılması şərtidir.

Molekuldaxili rabitələrdən başqa, molekullararası rabitə növləri də vardır. Molekullararası kimyəvi rabitələrə təbiətcə kovalent rabitəyə yaxın olan hidrogen və donor - akseptor rabitələrini göstərmək olar.


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin