Kimya kafedrasinin baş MÜƏLLİMİ K.Ü. F. D. MƏMMƏdova lalə Nİzami qizi



Yüklə 1,13 Mb.
səhifə10/11
tarix02.01.2022
ölçüsü1,13 Mb.
#35337
1   2   3   4   5   6   7   8   9   10   11
4cu movzu

3. Hidrogen rabitəsi – Hidrogen rabitəsi qismən elektro­statik, qismən də donor-akseptor xarakteri daşıdığından digər mo­le­kul­lararası rabitələrə nisbətən aralıq hal təşkil edir. Bu rabitənin əsa­sən molekullar arasında əmələ gəlməsinə baxmayaraq, o, bəzi hallarda molekul daxilində də yarana bilir.

Hidrogen atomu ilə elektromənfiliyi yüksək olan atomlar (F, O, Cl, N) birləşdikdə əmələ gələn kovalent rabitə yüksək pol­yarlığa malik olur. Odur ki, belə rabitədə hidrogen atomu müsbət ion halına yaxınlaşır, onun effektiv yükü və mütəhərrikliyi (çe­vik­liyi) artır. Bu cür polyarlaşmış hidrogen atomu elektronu ol­mayan həcmdə ən kiçik ion kimi, digər molekulların elektromənfi atomları tərəfindən asanlıqla cəzb olunur.

Beləliklə, bir molekulun müsbət polyarlaşmış hidrogen atomu ilə digər belə bir molekulun elektromənfiliyi yüksək olan atomun qarşılıqlı təsirindən yeni molekullararası rabitə yaranır. Bu rabitə hidrogen atomunun iştirakı ilə yaran­dığından hidrogen rabitəsi adlanır. Hidrogen rabitəsinin əmələ gəlməsini ümumi şəkildə belə göstərmək olar:
+

Yuxarıda deyilənlərdən aydın olur ki, hidrogen rabitəsinin əmələ gəlməsi üçün əsas şərt, molekulda hidrogen atomu ilə bilavasitə birləşmiş elektromənfiliyi yüksək olan atomun olmasıdır. Yalnız bu şərt daxilində hidrogen atomunun elektron sıxlığı elektromənfi atoma tərəf daha çox meyl edir və nəticədə rabitə yüksək polyarlıq kəsb edir. Bu səbədən hidrogen rabitəsi elektromənfiliyi yüksək olan element birləşmələri üçün daha xarakterikdir. Hidrogen rabitəsinin yaranması molekulların assosiasiya edərək dimer, trimer və s. əmələ gəlməsinə səbəb olur. Bu zaman əmələ gələn assosiatlar həm xətti, həm də qapalı quruluşda ola bilər.



Hidrogen rabitəsinin molekul daxilində yaranması, funk­sio­nal qrupların molekulda tutduğu vəziyyətdən ası­lıdır. Məsələn, sa­lisil aldehidi, nitrofenol və s. birləş­mələrin orto-izomerlərində molekul daxili, para-izomerlərində isə mole­kullarası hidrogen rabitəsi yaranır.



Hidrogen rabitəsinin enerjisi 8÷40 KC/mol inter­va­lında dəyişir. Hidrogen rabitəsi maddənin aqreqat halına, fiziki və kimyəvi xassələrinə təsir göstərərək, assosiasiya, həllolma, elektrolitik dissosiasiya, solvatlaşma və digər proseslərdə mühüm rol oynayır.

Maddələr 4 aqreqat halda olur: bərk, maye, qaz və plazma. Bərk maddə kristal və amorf olur. Kristal maddələr müəyyən həndəsi formaya və anizatrop xassələrə ( mexaniki, elektrik, optiki) və ərimə , qaynama temperaturuna, amorf maddələr isə bu xassələrə malik deyil və xüsusi özlülüyə qadirdirlər.( Məs., şüşə, rezin, yapışqan, kanifol, plastik kütlələr, mum və sair.).

Kristal qəfəsin (KQ) 4 tipi var:




  1. Yüklə 1,13 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin